Əmirov Adəm Elçin oğlu (26 avqust 1999, Xındırıstan, Ağdam rayonu – 2020, Ağdam rayonu) — II Qarabağ Müharibəsi şəhidi, ölmündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Adəm Əmirov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 avqust 1999(1999-08-26) |
Doğum yeri | |
Vəfat tarixi | 2020 |
Vəfat yeri | |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası, Azərbaycan Silahlı Qüvvələri |
Rütbəsi | MAXE hərbi qulluqçu |
Döyüşlər | |
Təltifləri | 2020 2020 |
Adəm Əmirov 26 avqust 1999-cu ildə Ağdam rayonunun Xındırıstan kəndində doğulub.[1] Əslən rayonun Papravənd kəndindəndir.
2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, o xidmətini 112 saylı hərbi hissədə başlayıb. Xidmətini 2019-cu ildə başa vurub. 15 iyul 2020-ci ildə MAXE kimi xidmətə qəbul olunub və tuşlayıcı kimi xidmətə başlayıb. Sonra manqa komandiri olmuşdur.
II Qarabağ müharibəsi zamanı Ağdam rayonunda şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]