AYAZ

gündüzün isti keçdiyi dövrdə axşam və gecə çağlarında hava temperaturunun mənfi qiy-mətə qədər aşağı düşməsi. Ayazlar üç tipdə baş verir: advektiv, radiasiya və qarışıq (advektiv-radiasiya) ayazları.
AUTVELLİNQ
AYSBERQ
OBASTAN VİKİ
Ayaz
Ayaz — kişi adı və təxəllüs.
Ayaz (Həştrud)
Ayaz (fars. اياز‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 114 nəfər yaşayır (22 ailə).
Ayaz Abasov
Ayaz Nizami oğlu Abasov (20 dekabr 1998, Cəlilabad rayonu – 3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhid Ayaz Abasov 1998-ci il dekabrın 20 sində Cəlilabad rayonunun Bəcrəvan kəndində anadan olub. 2017 ci ilin yanvar ayında ordu sıralarına çağırılıb Daxili qoşunların Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində xidmətdə olub. Xidmətini başa vurduqdan sonra Daxili Qoşunların xüsusi Təyinatlı dəstələrinin birində müddətdən artıq xidmət etməyə başlayır. Ayaz Abasov 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələririnin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Xidmətini başa vurandan bəri Azərbaycan Daxili Qoşunlarının xüsusi təyinatlı dəstələrinin birində müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Ayaz Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayaz Abasov oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ayaz Abdullayev
Ayaz Hidayət oğlu Abdullayev — Alim, texnika elmləri doktoru, Professor, Azərbaycan Politexnik İnstitutunda Maşın detalları və yükqaldıran nəqledici maşınlar kafedrasının müdiri (1976-cı ildən). 2012-ci ildə Avropa Nəşrmətbu Evinin "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur. 1940-ci il iyunun 2-də Gəncə şəhərində anadan olmuşdur. Əslən Qazax rayonundandır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Maşınqayırma texnologiyasi, metalkason dəzgahlar və alətlər ixtisası üzrə ali təhsil almışdır. 1963-cü ildə institutu bitirərək Bakı Su Kamərləri idarəsində texniki şöbənin rəisi, Ümumittifaq Elmi-Tədqiqat Layihə-Texnologiya Neft Maşınqayırma İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1965-ci ildən etibarən Azərbaycan Politexnik İnstitutunda assistent, baş müəllim, dosent, professor vəzifəsində çalışmışdır. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunda namizədlik, 1990-ci isə Xarkov Politexnik İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1976-cı ildən Maşın detalları və yükqaldıran nəqledici maşınlar kafedrasının müdiridir. 2012-ci ildə Avropa Nəşrmətbu Evinin "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur.
Ayaz Arabaçı
Ayaz Arabaçı 1967-də Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulmuşdur. 1984-də Arabaçı kənd orta məktəbini bitirmişdir. Doğulduğu kəndin adını özünə ədəbi təxəllüs seçmişdir. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir. 1985-ci ildə Rusiyanın Çita və Novosibirsk şəhərlərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini başa vuraraq, Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Daha sonra ictimai-fəlsəfi qəzet olan "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işləmişdir. Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunmuşdur. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülmüşdür. 8 şeir kitabının müəllifidir.
Ayaz Ata
Ayaz Ata — türk, altay və Orta Asiya mifologiyalarında, xüsusilə qazaxlarda və qırğızlarda soyuq ilahı. Santa Klaus ilə də qaynaşmış vəziyyətdədir. Müxtəlif Türk dillərində Ayas Xan və ya "Ağ Ayas" olaraq adı keçər. Azərbaycan türkcəsində "Şaxta Baba" olaraq da bilinir. Ay İşığından yaradılmışdır. Soyuq havaya səbəb olar. Buğa bürcünün altı ulduzu göyün altı dəliyidir və oradan soyuq hava üfləyər. Beləcə qış gəlir. Ayaz bütün türk coğrafiyasında yandırıcı soyuq mənasını verər ki, ayın göydə rahtalıqla görüldüyü açıq havalarda meydana gəldiyi üçün Ay Tanrısının (və ya ona bağlı Ayas Xanın) göndərdiyi düşünülmüşdür. Bir növ Noel Baba olaraq düşünülə bilər.
Ayaz Babayev
Ayaz Babayev (14 aprel 1994, Bakı) — Azərbaycanlı müğənni, aktyor, aparıcı. Ayaz Babayev 14 aprel 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Telman Abbasov adına 225 nömrəli orta məktəbə getmiş 2010-cu ildə həmin məktəbin məzunu olmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi olan Ayaz Babayev məktəbin əksər tədbirlərində çıxış etmişdir. Fəaliyyətinə 2010-cu ildə onlayn radioda DJ kimi çalışmağa başlayıb. 2012-ci ildə Space tv də yayımlanan "Sehrli pərdə" musiqi yarışmasına baş vuran Ayaz Babayev iki münsifin diqqətinə tuş gəlir Xalq artisti Faiq Ağayev və Əməkdar artist Lalə Məmmədova Ayaz Babayin seçimi Xalq artisti Faiq Ağayev olur. Müsabiqə boyunca Faiq Ağayevdən dərs alan müğənni, vokal dərslərinə başlamaq qərarına gəlir. Faiq Ağayev sayəsində Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə tanış olur 2 il Nailə xanımdan özəl təhsil alır bundan sonra 2013 cü ildə İsveç — Azərbaycan birliyinin keçirdiyi Yay Festivalına qatılır və orada laureat olur. Sosial şəbəkələrdə cover ifalarını paylaşan sənətçi 2014-cü ildə əfsanəvi "Modern Talking" qrupunun "Youre my heart Youre my soul" mahnısını slow versiyada ifa edir və qrup həmin ifanı öz rəsmi facebook hesabında paylaşması nəticəsində 1 gündə yerli medianın gündəminə düşür. Günlərlə yerli mediada adından söz etdirən Ayaz Babayev həmin ifaya klip çəkdirir.
Ayaz Bayramov
Ayaz Hidayət oğlu Bayramov (25 fevral 1950, Sərvan) — fizika-riyaziyyat elmləri doktoru. Ayaz Bayramov 1950-ci il fevral ayının 25-də Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1966-cı ildə Marneuli şəhər 1 saylı orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş və həmin ildə AMEA Fizika institutunun aspiranturasına daxil olaraq A.F. İoffe adına Leninqrad Fizika-Texnika İnstitutuna ezam olunmuşdur. 1972-ci ildən AMEA Fizika institutunda elmi işçi, böyük və aparıcı elmi işçi, laboratoriya rəhbəri, 1989-1990-cı illərdə AMEA Fizika-riyaziyyat və texnika bölməsinin elmi katibi vəzifələrində çalışmış, 1977-ci ildə fizika-riyaziyyat üzrə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1999-2001-ci illərdə Yaponiyanın Nagaoka Texnoloji Universitetinin professoru, 2005-ci ildə ABŞ Milli Bərpa Olunan Enerji Laboratoriyasının (Denver, Kolorado) dəvət olunmuş professoru vəzifəsində işləmişdir. Nazik təbəqəli materialların texnologiyası və onların əsasında yaradılan fotovoltaik çeviricilər sahəsində mütəxəssisdir. 100-dən yuxarı yüksək impact faktorlu xarici və yerli jurnallarda çap olunmuş elmi əsərin və 6 ixtiranın müəllifidir. Əsərlərinə xarici jurnallarda 250-dən yuxarı istinad vardır. Hal-hazırda AMEA Fizika institunun innovasiya və transfer üzrə director müavini vəzifəsində çalışır. İlk dəfə olaraq CdCr2Se4 ferromaqnit yarımkeçiricilərin maqnit anzotropiyasının idarə edilməsi yolları göstərilmiş və bu materiallarda elektrik və maqnit alt sistemlərinin qarşılıqlı təsiri öyrənilmişdir.
Ayaz Hüseynov
Ayaz Həsənov
Ayaz Binyət oğlu Həsənov (1 aprel 1972, Şamaxı) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi (2017–2021). Həsənov Ayaz Binyət oğlu 1 aprel 1972-ci ildə Şamaxı rayonunda anadan olub. 1989-cu ildə C. Naxçıvanski adına hərbi liseyi, 1993-cü ildə Sankt-Peterburq Ali Ümumqoşun Komandirlər Məktəbini Dəniz piyada ixtisası üzrə fərqlənmə ilə, 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının ilk buraxılışını fərqlənmə ilə bitirib. Müxtəlif vaxtlarda Hava desant hazırlığı, Xüsusi təyinatlı kurslarını müvəffəqiyyətlə bitirmişdir. Türkiyə Silahlı Qüvvələrinin Qərargah və əməliyyat-taktiki təlimlərində iştirak edib Ailəlidir. 2 övladı var. 1993-cü ildən taqım, bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, briqadanın qərargah rəisi, briqada komandiri, Ordu korpusunun qərargah rəisi-korpus komandirinin birinci müavini, Ordu korpusunun komandiri, Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi vəzifələrində xidmət edib. 2003-cü il iyunun 24-də Ümummili lider Heydər Əliyevin Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. 2007-ci il iyunun 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. 2012-ci il iyunun 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub və "general-mayor" ali hərbi rütbəsi verilib.
Ayaz Kərimov
Ayaz Azər oğlu Kərimov (12 fevral 2002, Şatrovka, Salyan rayonu – 14 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ayaz Kərimov 12 fevral 2002-ci ildə Salyan rayonunun Çadırlı kəndində anadan olmuşdur. Orta təhsilini Salyan rayon Kolanı kənd tam orta məktəbində başa vurmuşdur. Ayaz Kərimov 2020-ci ilin aprelindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ayaz Kərimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ayaz Kərimov 14 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin minaatan mərmisi nəticəsində həlak olmuşdur. 15 oktyabr 2020-ci ildə doğulduğu Salyan rayonunun Çadırlı kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Kərimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ayaz Mehdiyev
Ayaz Zabit oğlu Mehdiyev (22 fevral 1993-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Rəvan klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. Ayaz Mehdiyev öz peşəkar futbolçu karyerasına 2010-cu ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qarabağ klubunda start vermişdir. 2011-ci ildə Sumqayıt klubuna transfer olmuşdur. Ayaz 2012-ci ilin yanvarında, qış transfer pəncərəsi zamanı Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Rəvan klubu ilə müqavilə imzalamışdır. Ayaz Mehdiyev peşəkar karyerasında ilk qolunu 1 may 2013-cü ildə Premyer Liqanın XXVIII turunda Turan Tovuz klubuna qarşı oyunda vurmuşdur. Ayaz Mehdiyev Rəvan klubu ilə Azərbaycan Kubokunda altı oyuna çıxmışdır. Mövsümlər üzrə Azərbaycan Kubokunda çıxışların statistikası: Ayaz Mehdiyev bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir.
Ayaz Mustafayev
Ayaz Mütəllibov
Ayaz Niyazi oğlu Mütəllibov (12 may 1938, Bakı – 27 mart 2022, Bakı) — Azərbaycan siyasi xadimi, Azərbaycan Respublikasının 1-ci prezidenti (1990–1992), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi (1990–1991). Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu maşınqayırma ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu bürosunun böyük texnik-konstruktoru kimi başlamışdır. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda işləmişdir. Burada o, quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, zavodun direktoru olmuşdur. 1974–1977-ci illərdə "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olmuşdur. Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında vəfat etmişdir. Sabiq prezident Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ayaz Məmmədov
Ayaz Nəzərov
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Ayaz Orucov
Ayaz Orucov (1 yanvar 1959, Jdanov rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin IV çağırış deputatı, Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru. Orucov Ayaz İsmayıl oğlu 1959-cu il yanvarın 1-də Beyləqan rayonunun Şahsevən kəndində ziyalı ailəsində anadan olmuşdur. 1966–1974-cü illərdə Şahsevən kənd orta məktəbində oxumuş, riyaziyyat fənnində yüksək nailiyyətlər göstərdiyinə görə, 1974-cü ildə Bakı şəhərində 1 nömrəli Fizika- riyaziyyat təmayüllü məktəbə daxil olmuş və 1976-cı ildə həmin məktəbi bitirmişdir. Orucov Ayaz İsmayıl oğlu 1980–1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun " Yol-İnşaat " fakültəsində təhsil almışdır. Bu dövrdə yüksək təhsil göstəricilərinə nail olmuş, eyni zamanda institutun ictimai həyatında fəal iştirak etmişdir. O hələ ikinci kursda oxuyarkən institutun komsomol komitəsinə üzv, daha sonra komsomol komitəsinə katib müavini seçilmiş və özünü bacarıqlı təşkilatçı kimi təsdiq etmişdir. Tələbə inşaat dəstələrində rəhbər vəzifələrdə çalışmışdır. Dəfələrlə fəxri fərmanlarla və müxtəlif mükafatlarla təltif edilmişdir. Ayaz Orucov əmək fəaliyyətinə 1985-ci ildə tikinti-quraşdırma və neft kimya sahəsində başlamışdır. Əmək fəaliyyəti dövründə özünü yüksək ixtisaslı və peşəkar bir mütəxəssis kimi doğrultmuşdur.
Ayaz Quliyev
Ayaz Quliyev (tam adı: Ayaz Bəxtiyar oğlu Quliyev, rus. Ая́з Бахтия́рович Гули́ев; 27 noyabr 1996, Moskva) — Azərbaycan və talış əsilli Rusiya futbolçusu, hazırda "Ximki" futbol klubu və vaxtilə Rusiyanın gənclərdən ibarət yığmasında çıxış edən yarımmüdafiəçi. Azərbaycan əsilli futbolçu Ayaz Bəxtiyar oğlu Quliyev 27 noyabr 1996-cı ildə Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Əslən Masallı rayonunun Boradigah qəsəbəsindən olan Ayaz hal-hazırda "Rostov" FK və Rusiyanın gənclərdən ibarət yığmasında yarımmüdafiəçi kimi çıxış edir. Ayaz ailənin ilk övladıdır. Onun futbola marağı uşaq yaşlarından özünü göstərməyə başlamışdı. O, 5 yaşında Moskvada "Spartak-2" idman məktəbinə daxil olur. 2002-ci ildə Ayaz "Spartak"ın altıyaşlı futbolçularından ibarət qrupa keçir. 2011-ci ildə Quliyev Rusiyanın yeniyetmələrədən ibarət milli komandasına daxil edilir. Orta təhsilini Moskvada bitirən Ayaz ali təhsilini də Moskvada almışdır.
Ayaz Qəmbərli
Qəmbərli Ayaz Vahab oğlu — azərbaycanlı bəstəkar. Ayaz Qəmbərli 1984-cü il, sentyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1999–2003-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda (hazırkı Milli Musiqi Konservatoriyası nəzdində Musiqi Kolleci) pianoçu kimi təhsil alıb. 2003–2007-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsinin bakalavr pilləsində (prof. Arif Məlikov), 2019–2021-ci illərdə Latviya Musiqi Akademiyasının bəstəkarlıq şöbəsinin magistratura pilləsində (prof. Roland Kronlaks) oxuyub. 2008-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən "Omnibus-laboratorium" ustad dərslərinin (meksikalı bəstəkar Viktor Rasqado, alman bəstəkarı Şteffen Şleyermaxer) iştirakçısı olub və bu festivalda "Köhnə qramofondan vals" (I redaksiya — flute, english horn, arpa, hapricord, violin, viola, cello) əsəri ilə çıxış edib. 2008-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilən IX beynəlxalq "Музыка Молодых" (azərb. "Gənclərin Musiqisi"‎) forumunda "Köhnə qramofondan vals" (II redaksiya — flute, clarinet, piano, violin, cello), 2010-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən "Kyiv Music Fest" beynəlxalq musiqi festivalında "Ludwigstuck", 2011-ci ildə "III Qəbələ beynəlxalq musiqi festivalında" Piano və orkestr üçün konsert, elə həmin il Üzeyir Hacıbəyli adına III beynəlxalq musiqi festivalında orkestr üçün Divertisment, 2012-ci ildə Almaniyanın Drezden şəhərində keçirilən "Tonlagen" beynəlxalq müasir musiqi festivalında "Qovuşma I", 2012-ci il Ukraynanın Kiyev şəhərində keçirilən "Kyiv Music Fest" festivalında "Nöqtələrə həll olunmuş kompozisiya", 2013-cü ildə V Qəbələ beynəlxalq musiqi festivalında orkestr üçün Divertisment əsəri ilə çıxış edib. 2016-cı ildə ABŞ-nin New York şəhərində keçirilən və dünyanın ən məşhur müasir musiqi festivallarından sayılan MISE-EN MUSIC FESTIVAL'ının iştirakçsı olub.
Ayaz Salayev
Ayaz Salayev (1 avqust 1960, Bakı) — Azərbaycan kinorejissoru və kinoşünası, ssenaristi, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). Ayaz Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olub. 1977–1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb. 1983–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və "Azərbaycanfilm"də redaktor vəzifəsində çalışıb. 1986–1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "müasir film" fənnindən dərs deyib. 1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Sovet dövründə AzTV-də yayımlanan məşhur "Retro" verilişinin aparıcısı olub. 18 dekabr 2000-ci ildə Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib.
Ayaz Vəfalı
Ayaz Rza oğlu Cəfərov — şair, tənqidçi, ədəbiyyatşünas, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1972), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Azərbaycanın Əməkdar incəsənət xadimi (2007). Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Astraxanbazar (indiki Cəlilabad) rayonunun Sabirabad kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1954–1959). Əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlamışdır: burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olmuşdur (1960–1976). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976–1977), yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977–1978), məsul katib (1978–1993), baş redaktorun müavini (1993–1996) vəzifələrində çalışmışdır. 1996–2014-cü illərdə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Ayaz Vəfalı bədii yaradıcılığa "Lenin tərbiyəsi uğrunda" çoxtirajlı universitet qəzetində çıxan ilk şeirləri ilə başlamışdır. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirmiş və "Füzuli və folklor" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, müxtəlif illərdə işıq üzü görən "İllər və nəsillər", "Ürək və od", "Turacın mahnısı", "Bəlkə onda öyrənmişik", "Özü oda yana-yana" şeirlər kitabının, "Füzuli öyrədir", "Sənətkar və xalq", "Füzuli xəlqiliyi" elmi-tədqiqat əsərlərinin müəllifidir. Ayaz Vəfalı həmçinin böyük özbək şairi Əlişir Nəvainin "Leyli və Məcnun", Ukrayna ədəbiyyatının klassiki T. Q. Şevçenkonun "Kor qadın" poemalarını, rus yazıçısı A. Çakovskinin "Qələbə" siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət "Atalar sözü-ağlın gözü" kitabını və daha bir çox xalqların poeziyasından ayrı-ayrı nümunələri Azərbaycan dilinə tərcümə etmişdir.
Ayaz Xəlilov
Ayaz Qnyaz oğlu Xəlilov (25 yanvar 1998, Alpout, Ucar rayonu – 1 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhid Xəlilov Ayaz Qnyaz oğlu 25.01.1998-ci ildə Ucar rayon Alpout kəndində anadan olmuşdur. 01.11.2020-ci il tarixində Suqovuşan uğrunda döyüşlərdə şəhid olmuşdur.
Ayaz Zülfüqarov
Ayaz Zülfüqarov — Azərbaycan aşığı. Aşıq Ayaz Zülfüqarov 1931-ci ildə Qazaxın Daş Salahlı kəndində anadan olmuşdur. Aşıq Bəhram Həsənovun şagirdi olub. Sazbənd Məhəmmədəlidən saz düzəltməyin sirlərini öyrənib. 1982-ci ildə vəfat etmişdir.
Ayaz İbrahimov
Ayaz Sultan oğlu İbrahimov (10 iyun 1998, Yeniyol, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa) — Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi Ayaz İbrahimov 10 iyun 1998-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində anadan olub. 2004–2015-ci illərdə Məmmədrza Dizə kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmətini bitirdikdən sonra ordu sıralarına geri qayıdıb. 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə başlayıb. Azərbaycan Ordusunun çavuşu olan Ayaz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 13 noyabr 2020-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Ayaz İmanzadə
Ayaz Daşqın oğlu İmanzadə (3 dekabr 1996, Neftçala – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Ayaz İmanzadə 1996-cı il dekabrın 3-də Neftçala şəhərində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. Ayaz İmanzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Ayaz İmanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayaz İmanzadə oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Neftçala şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İmanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İmanzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ayaz Mehmed Paşa
Ayaz Mehmed Paşa (ö. 13 iyul 1539, İstanbul) — I Süleyman dönəmində 15 mart 1536–13 iyul 1539 tarixlərində ümumilikdə 3 il 4 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Vlyora yaxınlığındakı Himera qəsəbəsində dünyaya gəlmişdir. Məzar daşının üzərindəki yazıya görə, atasının adı Mehmeddir. Əndərunda yetişdikdən sonra ağa rütbəsilə saraydan ayrılmışdır. Yeniçəri ağası olaraq Yavuz Sultan Səlimin səfərlərində iştirak etmişdir. 1519-cu ildən sonra öncə sancaqbəyi, daha sonra bəylərbəyi olaraq fəaliyyət göstərdi. Canbərdi Qəzainin başlatdığı üsyanın yatırılmasında Anadolu bəylərbəyi olaraq iştirak etdi. Üsyanın yatırılmasından sonra 1521-ci ildə Şam bəylərbəyi seçildi. 1522-ci ildə Rumeli bəylərbəyi olaraq Rodos səfərinə qatıldı, ardından ikinci vəzir olaraq Misirə Xain Əhməd Paşanın üzərinə göndərildi.
Ayaz Məhməd Paşa
Ayaz Mehmed Paşa (ö. 13 iyul 1539, İstanbul) — I Süleyman dönəmində 15 mart 1536–13 iyul 1539 tarixlərində ümumilikdə 3 il 4 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Vlyora yaxınlığındakı Himera qəsəbəsində dünyaya gəlmişdir. Məzar daşının üzərindəki yazıya görə, atasının adı Mehmeddir. Əndərunda yetişdikdən sonra ağa rütbəsilə saraydan ayrılmışdır. Yeniçəri ağası olaraq Yavuz Sultan Səlimin səfərlərində iştirak etmişdir. 1519-cu ildən sonra öncə sancaqbəyi, daha sonra bəylərbəyi olaraq fəaliyyət göstərdi. Canbərdi Qəzainin başlatdığı üsyanın yatırılmasında Anadolu bəylərbəyi olaraq iştirak etdi. Üsyanın yatırılmasından sonra 1521-ci ildə Şam bəylərbəyi seçildi. 1522-ci ildə Rumeli bəylərbəyi olaraq Rodos səfərinə qatıldı, ardından ikinci vəzir olaraq Misirə Xain Əhməd Paşanın üzərinə göndərildi.
Ayaz Paşa türbəsi
Ayaz Paşa türbəsi — İstanbulda Əyyub Sultan məscidinin arxasında yerləşən bir türbə. Sultan Süleyman Qanuninin sədrəzəmlərindən olan Ayaz Mehmed Paşa üçün inşa olunmuşdur. 15 mart 1536 tarixində sədarətə gətirilən Ayaz Mehmed Paşa vəzifədə ikən 13 iyul 1539-cu ildə vəbadan vəfat etmiş, dəfn olunduğu yerə isə Lütfi Paşanın tövsiyəsilə Memar Sinan tərəfindən türbə inşa edilmişdir. Türbə olduqca bərbad vəziyyətdə olsa da, yaxın zamanlarda güclü restavrasiya işləri aparılmışdır. Ayaz Paşa türbəsi 4 mərmər sütun üzərinə qurulu olub, kəsmə daşdan inşa edilmişdir. Tək gümbəzli olan bu türbədə yalnız bir mərmər məzar daşı var. Məzar daşının ayaq hissəsində məzarda yatan şəxsin paşa olduğu və paşanın vəfat tarixi qeyd olunub. Ayaz Paşa türbəsi memarlıq xüsusiyyətləri baxımından çox da fərqlənməsə də, Memar Sinanın ilk əsəri olması baxımından İstanbuldakı memarlıq abidələri arasında özünəməxsus yer tutur. Ayvansarâyî, Hadîkatü’l-cevâmî‘, I, 296; Sâî, Tezkiretü’l-bünyân, İstanbul 1315, s. 26; Aptullah Kuran, Mimar Sinan, İstanbul 1986, s.
Ayaz Quliyev (şəhid)
Hacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
Ayaz Quliyev (əsgər)

Digər lüğətlərdə