aymara

aymara
aymaq 2021
aymaralar
OBASTAN VİKİ
Aymara dili
Aymara dili (Aymar aru) — aymaralar tərəfindən danışılan dil. Aymara ispan dili ilə birlikdə Boliviyanın rəsmi dilidir. Peru, Argentina və Çilidə də danışılır. Aymara dili qədim dövrlərdə Uari imperiyasının dili idi, lakin sonradan onlar inkalar tərəfindən fəth edilmişdir. Bəzi dilçilər iddia edirlər ki, Aymara onun qonşusu olan Keçua dili ilə bağlıdır. Bununla belə, bu iddia mübahisəlidir. Bu dillər arasında oxşarlıqlar olsa da, əksər dilçilər bu oxşarlıqların bu dillərin uzun müddət qarşılıqlı əlaqədə olması, eyni və ya qonşu əraziləri tutması ilə əlaqədar olduğu ilə razılaşırlar. Aymara dili bir milyondan çox danışan bir neçə hind dillərindən biridir. Bu dildə təxminən 3,1 milyon insan danışır. Aymara dilinin qrammatikası ilk dəfə 1603-cü ildə Ludoviko Bertonio tərəfindən tərtib edilmişdir.
Aymaralar
Aymaralar (aym. Aymaranakaja)—Cənubi Amerikanın qərbində hindi xalqı. Əsasən, Boliviyanın qərbində (başlıca olaraq, La-Pas, Oruro və Potosi departamentlərində təqribən 2 mln. nəfər; 2000) yerləşən Titikaka gölü ətrafındakı yüksək dağlıq vil.-lərdə, Perunun c.-unda (Puno dep.-ti və Mərkəzi Perunun bir neçə məskənində təqr. 970 min nəfər), Çilinin şm.-ında (26 min nəfər) və Argentinada (40 min nəfər) yaşayırlar. Mərkəzi, cənubi və karanqa A.-ına bölünürlər. Aymara dilində, həmçinin ispan və keçua dillərində danışırlar. Dindarları, əsasən, katolikdir. == Tarixi == İspaniya işğalına qədərki dövrdə şm.-da Vilkanota çayınadək, c.-da Koypasa və Uyuni şoranlıqlarınadək, q.-də isə Sakit okeanın sahilyanı ərazilərinədək məskunlaşmışlar. 14 əsrdə – 15 əsrin əvvəllərində Aymaraların Kançi, Kanna, Kolya, Lupaka, Pakaxe və s.