ayrı-vurma 2021
ayrıca
OBASTAN VİKİ
Yol Ayrıcında (1988)
Yol ayrıcında (film, 1988)
Yol ayrıcında — Azərbaycanfilmin istehsalı olan qısametrajlı sənədli film. Film qeyri-adi insan — Naxçıvan Şəhər Partiya Komitəsinin keçmiş katibi K.Rüstəmov haqqındadır. O, işlədiyi partiya vəzifəsini atıb bərpaçı rəssam olur. Xalq sənəti-şəbəkə ornamentlərini yaratmaqla, o, həyatda öz yerini tapır, yaradıcılıq sevincini duyur. Rejissor: Davud İmanov Ssenari müəllifi: Aydın Dadaşov Operator: Valeri Kərimov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Yol ayrıcında (film, 1999)
Yol ayrıcında (hind: Jaanwar (hərfi tərcüməsi: “Heyvan”)) 24 dekabr 1999-cu ildə nümayiş etdirilən, Suneel Darşan tərəfindən çəkilmiş hindi dilli döyüş filmidir. Filmdə əsas rollarda Akshay Kumar, Karisma Kapoor və Shilpa Shetty çəkilmişdir. Film kommersiya müvəffəqiyyəti qazanmış və Kumar və Shettynin zəifləmiş karyeralarında yenidən canlanma yaratmışdır. Film iki dəfə benqal dilində, bir dəfə 2001-ci ildə Banqladeşdə Mukho Mukhi adı ilə, ikinci dəfə isə Hindistanın Qərbi Benqal əyalətində 2004-cü ildə Mastan adı ilə yenidən çəkilmişdir. Ölkədə quraqlıqdır. İnsanlar acından ölürlər. Onların arasında 10 yaşlı Bapunun anası da vardır. Oğlan boş yerə onun üçün yemək istəyir. O, qətiyyətlə anasının həyatını xilas edə biləcək bir parça tort üçün vəhşi itlərlə vuruşur. Ancaq buna baxmayaraq onun anası ölür.

Digər lüğətlərdə