Yan tərəfi üstündə koital poza
Yan tərəfi üstündə koital poza — Masters və Conson tərəfindən insanın cinsi reaksiyasında təsvir edilmiş olan seks pozasıdır. Pozanı sınadıqdan sonra heteroseksual iştirakçıların 75%-i bu pozan bəyənərək ona üstünlük vermişdirlər.
Bu pozaya girmək üçün qadın partnyorun üstdə olması və kişi partnyorun penisinin üstdəki qadınının vaginasına daxil olması lazımdır və bundan sonra:
Kişi sol əli ilə qadının sağ ayağını yumşaq bir formada yuxarı qaldırır.
Kişi dizini çarpayıdan qaldırmadan sol dizini yüngülcə əyməyə başlayır. Bunun yerinə o, sol dizini əyərkən çölə doğru sürüşdürərək sol daxili budunu tavana doğru açır. Daha sonra, sol ayağını sağ dizinin altından keçənə qədər yuxarı və çölə doğru sürüşdürür.
Bu vaxt qadın sola tərəf əyilərək ağırlığını sol dizinin üstünə yükləyir. Bu isə öz növbəsində, qadına qaldırmış olduğu sağ ayağını arxasında düzəltməyə və partnyorunun əyilmiş sol ayağına yerləşdirməyə imkan verir. Bu zaman penisin vaginadan sürüşərək çıxmamasına xüsusi diqqət göstərilməlidir.
Ayaqlar dəyişdirildiyi zaman qadın kişinin sinəsinə doğru əyilməlidir.