Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məsəl
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "qələt yağ küpəsindədir", "dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. Elçin. Seçilmiş əsərləri.
NP-tam məsələ
NP-tam məsələ (NP-complete problem ) - alqoritmlər nəzəriyyəsində: NP sinfindən olan məsələnin polinomial zaman müddətində aparılıb çıxarıldığı NP sinfindən olan məsələ. Beləliklə, NP-tam məsələlər müəyyən mənada NP sinfində “ən mürəkkəb” məsələlərin altçoxluğunu əmələ gətirir; və əgər onlardan hər hansı birinin “sürətli” həll alqoritmi tapılarsa, onda NP sinfindən olan istənilən başqa məsələ də belə “sürətlə” həll edilə bilər . İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Allahın varlığı məsələsi
Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiya və ontologiya çərçivəsində baxılır. Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar — metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıq və islam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı. Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur. Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır. == Tanrının mövcudluğunu təsdiqləyən dəlillər == === "Boşluqların tanrısı" === Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır. === (Mənəvi) Kamillik səviyyəsində/ dərəcəsində isbatı === İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur.
Alman məsələsi
Alman məsələsi (alm. Deutsche Frage‎) — XIX-XX əsrlərin Avropanın ən mühüm geosiyasi problemlərindən biri olub, Almaniyanın siyasi statusu və sərhədləri məsələsi ilə bağlı müxtəlif formalarda 1806-cı ildə Müqəddəs Roma İmperiyasının ləğvindən 1990-cı ildə Almaniyanın yenidən birləşməsinə qədər mövcud olmuşdur. Rəsmi alman tarixşünaslığında alman məsələsinin 1806-cı il avqustun 6-da “Birinci İmperiya” (Müqəddəs Roma İmperiyası) dağıldıqdan sonra yarandığı hesab edilir. İkinci Reyxin yaranmasına qədər Alman məsələsinin həllinin iki variantı rəqabət aparırdı: kiçik Alman (Prussiyanın rəhbərliyi altında) və Böyük Alman (Avstriyanın rəhbərliyi altında). İkinci variant Avstriyada yaşayan digər xalqlarla birlikdə çoxlu sayda ərazilərin daxil edilməsi zərurəti, habelə Avstriya İmperiyasının alman dövlətləri ilə müqayisədə daha mürtəce siyasəti ilə əlaqədar daha az populyar idi. Almaniya Birinci Dünya müharibəsindən məğlub olaraq çıxdı, bu da alman millətçiliyinin artmasına şərait. İmperatorun devrilməsindən sonra yaranmış ilkin hökumət siyasi cəhətdən çox zəif idi ki, bu da sağçı alman millətçilərinin inkişafına və onların ideologiyasının sadə əhali və cəmiyyətin yuxarı təbəqələri arasında daha da yayılmasına imkan verdi. İkinci Dünya müharibəsinin mərkəzi nöqtəsi yenə pangermanizmlə Almaniya məsələsi idi. Belə ki, almanları slavyanlardan qorumaq bəhanəsi ilə Münhen sazişinə uyğun olaraq Çexoslovakiyanın Sudet vilayəti işğal olundu. İkinci Dünya Müharibəsindən sonra alman məsələsi yenidən aktuallaşdı.
Dərbənd məsələsi
Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi — Dağıstanın Azərbaycanla birləşmək uğrunda mübarizəsi. == Zəmin == 1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalını əsasən başa çatdırdı. Bundan sonra Dağıstanda Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı. Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu arzu edirlər. Dağıstanlı zabitlər, o cümlədən Dağlı Respublikasında hərbi nazirin müavini olmuş general H.M.Xəlilov da bu mövqedən çıxış edirdilər. Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycanla birləşmək tərəfdarları sürətlə artırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar. Aprelin 29-da Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar Respublikası parlamenti üzvlərinin, zabitlərinin, ruhanilərinin və ziyalılarının birgə iclasında müzakirə edildi. Zabitlər Könüllü orduya qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (Azərbaycan)
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA və ya EMTA) — Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Republikasında Mərkəzi Bankdan sonra yaradılmış ikinci dövlət Tənzimləmə qurumu olmaqla yanaşı, Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirir. Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin "Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında" yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülmüşdür. Eyni Fərmanla Agentliyin Nizamnaməsi təsdiq olunmuşdur. Agentliyin fəaliyyəti üçün Azərbaycan Respublikasının "Energetika haqqında" 1998-ci il (05.12.2023-cü il tarixlində qüvvədən düşüb), "Elektroenergetika haqqında" 1998-cı il (01.01.2024-cü il tarixindən qüvvədən düşüb), "Qaz təchizatı haqqında" 1998-ci il və "Elektrik və istilik stansiyaları haqqında" 1999-cu il (01.01.2024-cü il tarixindən qüvvədən düşüb) qanunlarına dəyişiklik edilərək Agentliyə müvafiq qurumlar tərəfindən haqq ödənilməsi üçün hüquqi baza yaradılmış, Energetika Nazirliyi tərəfindən həmin haqların ödənilməsi “Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında" Energetika Nazirliyi Kollegiyasının 5 mart 2018-ci il tarixli, 2 nömrəli Qərarı ilə müəyyən edilmiş, Agentliyin ştat cədvəli və xərclər smetası Energetika Nazirliyinin 1 mart 2018-ci il tarixli, 26 nömrəli Əmri ilə təsdiq edilmiş və Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlamışdır. Nizamnaməsinə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən nəzarətin prosedurlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanı ilə "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilmişdir. Agentliyin fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların işlənib-hazırlanması və həyata keçirilməsi prosesi Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək" layihəsi çərçivəsində müasir beynəlxalq standartlara və qabaqcıl dünya dövlətlərinin təcrübəsinə və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanılaraq aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanının 5.4-cü bəndinin icrası qaydasında Agentliyin əmlakının dəyəri dəqiqləşdirilmiş və 22 may 2018-ci il tarixli, 88 nömrəli Fərmanla Agentliyin Nizamnamə fondu 1000 manatdan 7.914.367,3 manata qaldırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası qaydasında Nazirlər Kabinetinin qərarları ilə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq təsdiq edilmiş (o vaxta qədər SSRİ-də qəbul olunmuş qanunvericilik qüvvədə olub) aşağıdakı qaydalarda Agentliyin texniki nəzarət istiqamətində səlahiyyətləri daha da dəqiqləşdilrilmişdir: elektrik qurğularının quraşdırılması qaydası elektrik və istilik qurğularının texniki istismar qaydası elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası; elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası; yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydası. Agentliyin Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 filialı fəaliyyət göstərir.
Fəhlə Məsələsinə dair Məşvərət Şurası
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. == Fəhlə sinfi == Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Fəhlə məsələsi (AXC)
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. == Fəhlə sinfi == Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Fəlsəfə məsələləri (jurnal)
Fəlsəfə məsələləri (rus. «Вопросы философии») — elmi-nəzəri və fəlsəfi jurnal. 1947-ci ilin iyul ayından Moskvada nəşr olunur.
Gürcüstan məsələsi
Gürcüstan hadisəsi – Rusiya imperiyasında baş verən Oktyabr inqilabı və Rusiya Vətəndaş müharibəsinin ardınca 1922-ci ildə Gürcüstan torpaqlarında sosializmin gərəkdirdiyi sosial və siyasi dəyişikliklərin necə reallaşdırılacağına dair bolşevik rəhbər heyəti arasında çıxan siyasi anlaşmazlıq və bunun ardınca baş verən hadisələr nəzərdə tutulur. Gürcü torpaqlarının Qırmızı Ordu tərəfindən məcburiyyətlə Sovet hakimiyyətinə daxil edilməsindən sonra yerli gürcü rəhbərlər Filib Maharadze və Polikarp Mdivani ilə onların mərkəzdəki rəhbərləri mövqeyindəki İosif Stalin və Orconikidze arasında fikir ayrılıqları yaşanmışdı. Fikir ayrılığının kökləri qarışıq idi. Gürcü bolşeviklər Moskvadan muxtar olmaq istəyərkən, mərkəzdəkilər gürcü, azəbaycanlı və erməni torpaqlarını bir araya alacaq olan Cənubi Qafqaz Sovet Federativ Sosialist Respublikasını qurmaq istəməkdə idilər. Gürcüstan hadisəsi eyni zamanda ölmək üzrə olan bolşevik lider Vladimir Leninin məsələyə daxil olması ilə qarmaşıq hala gəlmişdir. Sonunda Stalin-Orconikidze xətti partiyada qəbul edilsə də, Lenin ilə Stalinin arası pozulacaq, bu vəziyyət Lenin Vəsiyyəti də daxil olmaqla, son yazılarına təsir etmişdir. == Arxa planı == Gürcüstan torpaqlarında Sovet hakimiyyəti Qırmızı Ordunun fevral-mart 1921-ci il dövründəki hərbi hərəkatı nəticəsində təmin edildi. Bu hərbi səfər əsasəən Sovnarkomun Millətlər üzrə komissarı olan Stalin ilə Cənubi Qafqaz Bölgə Komitəsinin rəhbəri olan Orconikidze tərəfindən həyata keçirildi. Qırmızı Ordunun bölgəyə gəlməsindən əvvəl yerli bolşevilər arasında Gürcüstanla necə davranmalı məsələsində fikir ayrılıqları mövcud idi. Stalin və Orconikidze menşevik hakimiyyətindəki Gürcüstanın dərhal sovetləşdirilməsini istəyərkən, Trotski Gürcüstanın daxilində hazırlanacaq üsyan ilə oranın sovetləşdirilməsini istəyirdi.
Kəşmir məsələsi
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Minilliyin məsələləri (riyaziyyat)
Minilliyin məsələləri (Millennium Prize Problems) - bir çox illər həlli tapılmayan vacib, klassik məsələlər olan yeddi riyazi problem. Problemin hər birinin həllinə Kley Riyaziyyat İnstitutu 1 000 000 ABŞ dolları həcmində mükafat vəd edir. Kley institutu mükafatı elan edərkən, Gilbert problemləri siyahısını misal gətirdi. Gilbertin 1900-cu ildə təqdim etdiyi problemlərin bir çoxu artıq həll edilib və XX əsrdə riyaziyyat elminə ciddi təsir edib. Qilbertin 23 problemindən çoxu həll edilib və ancaq biri — Riman hipotezi Minilliyin problemləri siyahısına daxil olub. 2010-cu ilin sentyabr ayı tarixinə Minilliyin yeddi problemindən biri (Puankare hipotezi) rus riyaziyyatçısı Qriqori Perelman tərəfindən həll edilib. P və NP siniflərinin bərabərliyi Xoca hipotezi Puankare hipotezi (isbat edilib) Riman hipotezi Yanq-Mills nəzəriyyəsi Navye-Stoks bərbərliyinin mövcudluğu və rahat həlli Berç və Svinnerton-dayer hipotezi А. М. Вершик "Что полезно математике?
Məsəllər
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "qələt yağ küpəsindədir", "dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. Elçin. Seçilmiş əsərləri.
Naxçıvan məsələsi
Naxçıvan məsələsi - çar Rusiyasının Cənubi Qafqazı işğal etməsi prosesində və bundan sonrakı dövrdə erməniləri İrandan və Osmanlı imperiyası ərazilərindən kütləvi surətdə Azərbaycan torpaqlarına köçürməsi nəticəsində yaranmış beynəlxalq problem. İlk mənbələrin sübut etdiyi kimi, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Bu torpaqlar Gülüstan müqavihsi (1813) və Türkmənçay müqaviləsi (/828) ilə Azərbaycanın şimal hissəsinin Rusiya tərəfındən işğalının başa çatmasından, İrəvan xanlığının ləğvindən sonra ermənilərə verilmişdi. Naxçıvan, Zəngəzur, Qarabağ ərazilərinə göz dikən ermənilərin əcdadları bu qədim yurda 1828 ilin martında Rusiyanın yaratdığı xüsusi komissiya tərəfındən köçürülmüş, 2 il içərisində Naxçıvana əvvəlcə 434, sonra 2285 ailə (10 mindən çox erməni) gətirilmişdi. Köçürmə kampaniyası çarizmin zorakılıq siyasəti nəticəsində baş tutmuşdu. Köçürmə siyasətinin reallaşmasından sonra tarixi Azərbaycan torpaqlarında məskunlaşan və "Dənizdən dənizə Böyük Ermənistan" xülyası ilə yaşayan üzüdönük məkrli erməni qəsbkarları ərazi iddialarına başladılar. Bu proses 20 əsrdə daha da genişləndi. Ermənilərin təqsiri üzündən istər 20 əsrin əvvəllərində, istərsə də 1918-20 illərdə Naxçıvan, Şərur, Dərələyəz, Culfa və Ordubadda baş verən ictimai-siyasi hadisələr, ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətləri dəhşətli, faciəli şəkil aldı. Bunlar Cənubi Qafqaz sərhədləri çərçivəsindən çıxaraq, beynəlxalq aləmi düĢündürən mühüm bir problemə çevrildi. Naxçıvan məsələsi 1918 ildə bir neçə dəfə Zaqafqaziya seymində, 1918-20 illərdə dəfələrlə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində, Ermənistanın, Türkiyənin parlamentlərində, Təbriz bələdiyyə idarəsində, Maku xanlığında, Paris sülh konfransında (1919-20), 1919-20 illərdə ABŞ-nin Ermənistan və Naxçıvandakı nümayəndəliklərində, 1920-21 illərdə Azərbaycan Sovet Respublikası və Ermənistan Sovet Respublikasının inqilab komitələrində, 1921 il martın 16-da Rusiya Kommunist (bolşeviklər) Partiyasının siyasi bürosunda, 1920-21 illərdə Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetində müzakirə olunsa da, Naxçıvanın əsl mənada tarixi taleyini - Azərbaycanın tərkibində muxtar respublika statusunu yalnız Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) təsbit etdi.
Quba məsələsi
Quba məsələsi — Dağlılar Respublikası hökumətinin bəzi üzvlərinin Quba qəzası ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinə əsassız ərazi iddiası. Dağlılar Respublikası 1918-ci ilin payızında Şimali Qafqazda öz mövqelərini möhkəmləndirmek üçün müəyyən tədbirlər görməklə yanaşı, bəzi addımları ilə Azərbaycan və Gürcüstanla münasibətlərdə problemlər yaratdı. Dağlı hökumətinin bəzi üzvləri Quba qəzası ilə bağlı Azərbaycana, Cənubi Osetiya və Abxaziya ilə əlaqədar isə Gürcüstana qarşı ərazi iddiası qaldırdılar. Dağlı Respublikası rəhbərliyinin ayrı-ayrı üzvləri Quba qəzası ilə bağlı ərazi iddiası irəli sürərkən, həmin bölgədə ləzgilərin də yaşamasını əsas gətirirdilər. Dağlı hərbçiləri bu əsassız iddianı həyata keçirmək məqsədilə, hətta, Quba qəzası ərazisinə müdaxilə etmiş, Yalama dəmir yolu stansiyasını ələ keçirmişdilər. Azərbaycan sərhəd keşikçiləri 1918-ci il dekabrın 24-də onları bu ərazidən çıxarmış, şimal sərhəddini keçmiş Bakı quberniyası hüdudları boyunca bərpa etmişdilər. Dağlı hökumətinin Bakıdakı nümayəndəsi Əlixan Qantəmir bu münaqişə ilə bağlı Azərbaycan hökumətinə etirazını bildirmiş, "mübahisəli" sərhəd məsələlərinin həlli üçün xüsusi orqan yaradılması, ona qədər isə Quba qəzasının idarə olunmasında hər iki tərəfi təmsil edən müştərək qrupun fəaliyyət göstərməsi təklifini irəli sürmüşdü. Dağlı hökumətinin bəzi nümayəndələri bu cür əsassız hərəkətləri ilə ən yaxın müttəfiqləri olan qonşu dövlətlərlə münasibətlərdə soyuqluq yaradırdılar. Lakin hökumətin əksər üzvləri Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları qaldırılmasına qəti etiraz etdilər. Xarici işlər naziri Heydər Bammatovun başçılıq etdiyi bu qrup Qafqazda ərazi mübahisələrinin həlli zamanı Azərbaycanın təklif etdiyi prinsipləri dəstəklədi.
Qədim dövrün klassik məsələləri (riyaziyyat)
Qədim dövrün klassik məsələləri — aşağıdakı üç qurma məsələsi qədim dövrün klassik məsələləridir. 1. Dairənin kvadraturası; 2. Bucağın triseksiyası; 3. Kubun ikiqat böyüdülməsi. Qədim yunanlar qurma məsələlərinin həllində çox böyük nailiyyətlər əldə etmişdilər. Lakin yuxarıdakı üç qurma məsələsi həll olunmurdu. Sonrakı əsrlərdə isbat etdilər ki, bu qurma məsələlərini təkcə pərgar və xətkeşlə həll etmək mümkün deyil. Buna baxmayaraq, əsrlər boyu bu üç məsələ görkəmli riyazıyyatçıların diqqətini cəlb etmiş, nəticədə çoxlu riyazi üsullar yaranmış və təkmilləşmişdir. 1.
Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında konvensiya
Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında konvensiya (ing. Convention on Mutual Administrative Assistance in Tax Matters) — İƏİT və Avropa Şurası tərəfindən birgə hazırlanmış və 25 yanvar 1988-ci ildə imzalanması üçün açıq olan TIEA tərəfləri arasındakı nəticəni təşviq edən beynəlxalq müqavilə. 27 may 2010-cu il tarixində protokol qəbul edildi. 24 yanvar 2018-ci il tarixindən etibarən Konvensiya 117 ölkədə uyğunlaşdırılmışdır: Bu Konvensiyanı imzalamış Avropa Şurasının üzvü olan Dövlətlər və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr: Şəxslərin, sərmayələrin, malların və xidmətlərin beynəlxalq hərəkətinin inkişafı, çox mühüm bir hal olmaqla yanaşı, vergidən yayınma imkanlarını artırdığını və bununla da, vergi orqanlarının əməkdaşlığının fəallaşmasını tələb etdiyini hesab edərək; Son illər beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizəyə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə yönəldilən müxtəlif səyləri alqışlayaraq; Vergi ödəyicilərinin adekvat müdafiəsi təmin edilməklə, istənilən vergi növünə aid olan məsələlər üzrə qarşılıqlı inzibati yardımın bütün formalarının inkişafı üçün dövlətlərin əlaqəli səylərinin zəruri olduğunu hesab edərək; Vergi ödənişləri üzrə öhdəliklərin düzgün müəyyən edilməsində və vergi ödəyicilərinə öz hüquqlarını təmin etməkdə yardım edilməsində beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət kəsb edə biləcəyini təsdiq edərək; Müvafiq hüquqi proseduralara əsasən, hər bir şəxsin hüquq və vəzifələrini müəyyən edən fundamental prinsiplərin vergi məsələlərinə də tətbiq olunmasının bütün dövlətlərdə tanınmalı olduğunu və diskriminasiyadan və ikiqat vergitutmadan müvafiq müdafiə də daxil olmaqla, vergi ödəyicilərinin maraqlarının qorunmasında dövlətin yardım etməli olduğunu hesab edərək; Bununla əlaqədar, məlumatın məxfiliyinin qorunmasının vacibliyinə və şəxsi həyatın toxunulmazlığının və şəxsi məlumatın saxlanmasının qorunması üzrə beynəlxalq müdafiə vasitələri nəzərə alınmaqla, dövlətlər tərəfindən görülən tədbirlərin və verilən məlumatların yalnız daxili qanunlara və təcrübəyə uyğun olmasına əmin olaraq Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiyanın bağlanması istəyini nəzərə alaraq aşağıdakılar haqqında razılığa gəldilər.
Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi - dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. 23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. == Tarix == Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədrlərinin siyahısı
Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədrləri — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədrləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədrləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Yəhudi məsələsində son həll
Son həll (alm. Endlösung‎) və ya Yəhudi məsələsində son həll (alm. die Endlösung der Judenfrage‎) İkinci dünya müharibəsi ərzində Nasist Almaniyasının yəhudilərin soyqırımı məqsədilə hazırladığı plandır. Bu siyasətin başlanması barədə qərar 1942-ci ilin yanvarında Berlin yaxınlığında nasist liderləri tərəfindən təşkil olunmuş Vanze konfransında qəbul olunmuş, alman işğalı altında olan bütün Avropa ərazisində başlamış və Avropa yəhudilərinin üçdə iki hissəsinin Holokost hadisələri zamanı öldürülməsi ilə öz pik nöqtəsinə çatmışdır. Bu proqram müharibənin ilk 25 ayı ərzində təkmilləşdirilmişdir. 1940-cı ildə Fransanın alman qoşunları tərəfindən işğal olunmasından sonra Adolf Eyxman Avropa yəhudilərinin Madaqaskar planı üzrə bu fransız koloniyasına aparılmasını təklif etsə də, lojistik səbəblərdən, xüsusilə də Almaniyanın dəniz blokadasında olması səbəbilə bu plan baş tutmadı. Bundan başqa, yəhudilərin Fələstin və Sibir ərazilərinə deportasiya olunması məqsədilə də müvafiq planlar hazırlanmışdı. 1941-ci ildə Raul Hilberqin yazdığına görə yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsini nəzərdə tutan birinci mərhələdə mobil ölüm birləşmələri şərq istiqamətində işğal olunmuş ərazilərdə yəhudilərin kütləvi qırğınına başlamalı, ikinci mərhələdə isə "Son həll" planının sistematik tətbiqi məqsədilə alman işğalı altında olan bütün Avropa ərazisində yəhudilər ölüm qatarlarına göndərilməli və toplama düşərgələrində yığılmalı idi. "Son həll" etnik yəhudilərin məhv edilməsini qarşısına məqsəd qoyan nasistlər tərəfindən təşkil olunmuş plana verilən addır. Nasistlər hələ 1933-cü ilin yanvarında Almaniyada hakimiyyəti ələ keçirmələrindən etibarən 1939-cu ilin sentyabrında müharibənin başlamasına qədər Almaniyadakı yəhudilərin pul və mülklərini əllərindən almaqla onları ölkədən çıxmağa məcbur edirdilər.
Çex məsələsində son həll
Çex məsələsində son həll (alm. Endlösung der tschechischen Frage‎) — Nasist Almaniyasının Bohemiya və Moraviya protektoratını tamamilə almanlaşdırmaq haqqında planı. Almaniya sosioloqu və antropoloqu Karl Valentin Müller Çexiya xalqının böyük bir hissəsinin ari irqinə mənsub olduğunu və almanlaşdırıla biləcəyini iddia etmişdi. Bu, Almaniyanın yəhudi məsələsinin son həlli ilə tamamilə ziddiyyət təşkil edirdi. Bununla belə, Müller iddia edirdi ki, almanlaşma məcburiyyət olmadan həyata keçirilməlidir və bunun əvəzinə sosial həvəsləndirmə sistemini təklif etmişdi. Mikš, Ing. Josef. "Německo a řešení české otázky" [Germany and the Czech Question] (çex). Křesťanskosociální hnutí. February 2006.
Əmək, Əlillər və Sosial Məsələlər Nazirliyi (Vyetnam)
Əmək, Əlillər və Sosial Məsələlər Nazirliyi (vyet. Bộ Lao động – Thương binh và Xã hội) — Vyetnamda əmək, məşğulluq, əməyin mühafizəsi, sosial sığorta və peşə hazırlığı, müharibə əlilləri, şəhidlər və ölkəyə xüsusi xidmətləri olan şəxslər üçün siyasətlər, sosial müdafiə və sosial bəlaların qarşısının alınması, uşaqlara qulluq və gender bərabərliyi üzrə dövlət idarəçiliyinə cavabdeh olan nazirlik.
Birləşmiş Millətlər Təşkilatı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi
Birləşmiş Millətlər Təşkilatı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (HMƏO; ing. United Nations Office for the Coordination of Humanitarian Affairs, OCHA) — Birləşmiş Millətlər Təşkilatının (BMT) mürəkkəb fövqəladə hallara və təbii fəlakətlərə beynəlxalq reaksiyanı gücləndirmək məqsədilə 1991-ci ilin dekabrında Baş Assambleya tərəfindən yaradılmış orqanı. Humanitar Məsələlər Departamenti (HMD) qısa müddət sonra Baş katib tərəfindən yaradılmışdır, lakin 1998-ci ildə BMT-nin böyük fəlakətlər üzrə əsas mərkəzinə çevrilən HMƏO-ya birləşdirilmişdir. HMƏO-nın mandatı daha sonra humanitar cavab tədbirlərinin əlaqələndirilməsi, siyasətin işlənib hazırlanması və humanitar vəkilliyi əhatə edəcək şəkildə genişləndirilmişdir. Onun fəaliyyətlərinə fövqəladə yardım üçün sürətli cavab verən qrupları asanlaşdırmaq üçün humanitar maliyyələşdirmənin təşkili və monitorinqi, təbliğat, siyasətin hazırlanması və məlumat mübadiləsi daxildir. HMƏO 2016-cı ildə Türkiyənin İstanbul şəhərində Dünya Humanitar Sammitini təşkil etmişdir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupunda daimi müşahidəçidir.
Erməni məsələsi
Erməni məsələsi — 1878-ci ildə Berlin konqresindən sonra Osmanlı imperiyasında ermənilərə necə münasibət göstərilməsi ilə bağlı müzakirələr. Bu termin diplomatik dairələr arasında və populyar mətbuatda adi hala çevrilmişdir. Konkret olaraq, erməni məsələsi ermənilərin qonşu icmalardan müdafiəsi və azadlıqlarına aid edilir. Erməni məsələsi 40 illik erməni–Osmanlı tarixini 1877–1914-cü illər arasında Britaniya, Almaniya və Rusiyanın siyasəti kontekstində izah edir. 1915-ci ildə Osmanlı hökumətinə nəzarət edən İttihad və Tərəqqi Komitəsinin rəhbərliyi Erməni soyqırımında əksər erməniləri qətlə yetirərək və imperiyadan qovaraq erməni məsələsinə həmişəlik son qoymaq qərarına gəlmişdir. == Zəmin == Fransa inqilabından sonra XIX əsrdən etibarən Osmanlı imperiyasında da qlobal miqyasda milliyətçilik hərəkatları meydana çıxmış və regionda sabitliyi pozmuşdur. Əvvəlcə yunanlar, ardınca albanlar və ərəblər böyük dövlətlərin köməyi ilə üsyana qalxmış, hər biri öz milli dövlətlərini qurmağı hədəfləmişdilər. Bu dövrdə yunanlar, serblər, bolqarlar və digər qeyri-müsəlman qruplar müstəqillik əldə etmişdilər. Orada Avropanın böyük dövlətləri ən azı 1870-ci illərdən bəri Osmanlı erməniləri kimi etnik qrupların manipulyasiyası da daxil olmaqla, qənimətləri istismar etmək üçün strategiya qurmuşdular. Buna baxmayaraq, xristian əhali arasında ermənilər heç bir regionda çoxluq təşkil etmədikləri üçün müstəqillik əldə edə bilməmişdilər.
Yunan dili məsələsi
Yunan dili məsələsi və ya sadəcə dil məsələsi ( yun. το γλωσσικό ζήτημα ) — Yunanıstanda ədəbi dil normasının seçilməsindən ibarət mürəkkəb mədəni proses. Ümumiyyətlə, dil məsələsi ətrafında mübahisələr kitab dili adlanan dil arasında seçimə qədər qarışıq olmuşdur. Seçimlər arasında qədim yunan dili, danışıq dili dimotika və aralıq kafarevusa variantı var idi. Yunan dilinin nə olması ilə bağlı nəzəri mübahisə XVIII əsrin ikinci yarısında yaranmış və Yevgeni Vulqaris tərəfindən qaldırılmışdır.
Məsəd
Məsəd (ərəb. مسعد‎) — Əlcəzairin şimal-mərkəz hissəsində, Cəlfa vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın Atlas dağlarına düşən yüksəkliklərindən, dəniz səviyyəsindən 761 metr yüksəklikdə yerləşir. Məsəd ölkənin paytaxtı Əlcəzairdən təxminən 290 kilometr cənubda yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 102,453 nəfər idi.
Məşəl (jurnal)
"Məşəl" — 13 noyabr 1919-cu ildə nəşr olunan satirik jurnal. 1919-cu il noyabr ayinin 13-də Əliheydər Qarayev Bakıda "Məşəl" satirik jurnalını çıxartmışdır. Bu "Molla Nəsrəddin"in ənənələrini davam etdirən ilk kommunist jurnalı idi. Əliheydər Qarayev 1919-cu ilin mayından 1920-ci ilin aprelinədək "Zəhmət sədası", "Zəhmət", "Azərbaycan füqərası", "Füqəra sədası", "Füqəra", "Oktyabr inqilabı" adlı qəzetlərin redaktoru olmuşdur. Jurnalın əsas müəllifləri Əliheydər Qarayev, Seyid Cəfər Pişəvəri, Ağababa Yusifzadə, Bayraməli Sərablı, Ağahüseyn Rəsulzadə, Əlisəttar İbrahimov, Nemət Bəsir və başqaları idi. Onlar satqın müsavat hökumətinin çirkin əməllərini, kapitalistləri, gənc Sovet hakimiyyətinə qarşı çıxan əksinqilabçı ağqvardiyaçı qüvvələri və başqalarını satira atəşinə tuturdular. Əliheydər Qarayev "Binəva" imzası ilə yazdığı baş məqalədə göstərirdi ki, jurnalın əsas məqsədi istismarçı siniflərə qarşı, daha qəti mübarizə aparmaqdır. Həqiqətən də jurnalın müəllifləri satiranın əsas növlərindən istifadə edərək müsavat hökumətinin bütün hiylələrini açır, xalqı ona qarşı mübarizəyə səsləyirdi. "Məşəl" mühüm beynəlxalq məsələlərdən də yazırdı. Məsələn, 6-cı nömrədə gənc Sovet dövlətinin Uzaq Şərqə soxulan Amerika və Yaponiya müdaxiləçilərini əzdiyini belə xəbər verirdi: Jurnalın 1919-cu ildə 4, 1920-ci ildə 2 nömrəsi çıxmışdır.
Məşəl savaşı
Məşəl savaşı və ya Niyazabad döyüşü (türk. Meşaleler Savaşı) — 1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı, 7 – 11 may, 8 may və ya 11 – 13 may 1583-cü il tarixlərində baş vermiş döyüş. Döyüş Samurçayın sahilində baş vermiş və üç gün davam etmişdir. Döyüşün adı tərəflərin gecə vaxtı məşəl işığında döyüşü davam etdirməsinə görə belə adlanmaqdadır. Döyüşdə qələbə qazanan Osmanlı ordusu komandanı Özdəmiroğlu Osman paşa Şirvanda möhkəmlənmək imkanı qazandı. Yürüş 1578-ci ilin yayında Osmanlı ordusunun Amasya sülh müqaviləsinin şərtlərini pozaraq Səfəvi sərhədinə doğru yürüşə başlaması ilə iki imperiya arasında yeni müharibənin əsası qoyuldu. Bir neçə qələbədən sonra Gürcüstan və Şirvan Osmanlı ordusu tərəfindən ələ keçirildi. Osmanlı imperiyasının Şirvan bəylərbəyisi Özdəmiroğlu Osman paşa Dərbəndə idi. 1582-ci ildə artıq bir il idi ki, sülhlə bağlı danışıqlar gedməkdə idi və Məhəmməd Xudabəndənin səfiri İstanbul şəhərində idi. Elə bu ərəfələrdə Özdəmiroğlu Osman paşa öz nümayəndələrindən birini sultanın yanına göndərərək qızılbaşların qurduğu tələ barədə məlumat verdi.
Əbədi məşəl
Əbədi məşəl — həlak olan qəhrəmanların, azadlıq və vətənin şərəfi uğrunda döyüşənlərin xatirəsini simvolik olaraq anan, daim yanan od. Davamlı yanma, müəyyən bir yanma sahəsinə qaz verməklə əldə edilir. Adətən xatirə kompleksinin daxilində olur. Alovu saxlamaq üçün ildə 12 ton maye qaz və ya təxminən 5,5 min kubmetr təbii qaz tələb olunur.
"Məşəl" Əməliyyatı
Zəfər–Məşəl strukturu
“Zəfər-Məşəl” strukturu - Xəzər dənizinin Azərbaycan sektorundakı perspektivli neft-qaz yatağı. Zəfər–Məşəl strukturunda kəşfiyyat işlərinin aparılmasına dair müqavilə 1999-cu il aprelin 27-də imzalanmış, 2000-ci il mayın 8-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuşdur. 1999-cu il aprelin 27-də SOCAR (50%), “ExxonMobil” (30%) və “ConocoPhillips” (20%) arasında “Zəfər-Məşəl” dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında PSA tipli müqavilə imzalanıb. Lakin sonra ləğv olunub. Strukturda neft ehtiyatının 140 milyon ton (onlardan 100 mln. tonu Zəfər və 40 mln. tonu Məşəl yatağının payına düşür), onun işlənilməsi üçün isə 2 milyard dollar investisiya lazım olduğu proqnozlaşdırılır. Yatağın dəniz dərinliyi 450-950 metr arası dəyişir. Yatağın sahəsi 643 kvadrat kilometrdir. Zəfər-Məşəl 1961-ci ildə seysmik tədqiqatlar nəticəsində üzə çıxarılmış, ilk geofiziki işlər isə 1985-ci və 1987-ci illərdə aparılmışdır.
Əbədi Məşəl abidəsi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
Məsəd Surəsi
111-ci surə
Çətin Məsələ (1988)
Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır. Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni. Bu əhvalat necə qirtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir. Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir. Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Pərviz Bağırov — çoban (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Mezel
Mezel (fr. Mézel, oks. Mesèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04121. 2008-ci ildə əhalinin sayı 660 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 387 nəfərdən (15–64 yaş) 284 nəfər iqtisadi fəal, 103 hərəkətsiz (fəaliyyət göstərici 73,4%, 1999-cu ildə 69,6%) idi. Fəal 284 nəfərdən 250 nəfər (134 kişi və 116 qadın) işləyir, 34 nəfər işsizdir (13 kişi və 21 qadın).
Meşəli
Meşəli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Meşəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Meşəli (Goranboy) — Azərbaycanın Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
Meskel
Meskel, Efiopiya və Eritreya Ortodoks Tevahədo Kilsəsinin bayramıdır. Bu bayram IV əsrdə Roma İmperatriçası Müqəddəs Yelena tərəfindən Həqiqi Xaçın tapılmasını anır. Meskel, Efiopiya və Eritreya Ortodoks Tevahədo Kilsələri tərəfindən qeyd edilir, həmçinin az sayda Roma Katolik kilsələri və P’ent’ay Efiopiya və Eritreya protestantları (Pentikostal, Lüteran, Baptist, Mennonit və digər protestant kilsələri daxil olmaqla) üzvləri də bu bayramı qeyd edir. Bu bayram Efiopiya təqvimində 17 Meskerem tarixində (Qriqorian təqvimi ilə 27 Sentyabr və ya uzun illərində 28 Sentyabr) keçirilir. "Meskel" Amhar dilində "xaç" mənasını verir. Bayram, adını daşıyan Meskel Meydanında, paytaxt Əddis-Əbəbədə keçirilir. Dini və ictimai liderlər mərasimdə rəhbərlik edir, və tanınmış şəxslər çıxışlar edərək, incildən hekayələrə və mövzulara istinad edirlər. Şəhərdə yaşayan bir çox efiopiyalılar, bu bayramı qeyd etmək üçün öz kəndlərinə qayıdırlar. Gecə vaxtı "Demera" adlanan böyük odun, xaç yandırılması mərasimi olur. 2013-cü ildə UNESCO Meskel bayramını Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Nümayəndə Siyahısına daxil edib.
"Əbədi məşəl" abidə kompleksi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. == Abidənin yaradılması == Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. == Abidənin açılışı == Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
Çətin məsələ (film, 1988)
Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır. Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni. Bu əhvalat necə qirtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir. Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir. Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Pərviz Bağırov — çoban (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Meşə
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
"Gənclik" məşəl yandırır (film, 1965)
"Gənclik" məşəl yandırır — 1965-ci ildə Z. Savaneli tərəfindən çəkilmiş film. == Məzmun == Film Abşeronda tikilmiş "Gənclik" beynəlxalq gənclər düşərgəsinin açılışı haqqındadır.
Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələ
Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələ, Azərbaycan Xalq Cümhuriyyətinin torpaq mülkiyyəti formaları, torpaqdan istifadə qaydaları və bu sahədə istehsal münasibətlərinin yenidən qurulması sahəsində həllinə çalışdığı islahatlar proqramı. == Cümhuriyyətə qədərki dövrdə aqrar məsələ == Onun həlli həm sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına, həm də ölkə əhalisinin əksəriyyətini təşkil edən kəndlilərin yeni hakimiyyətə etimadının artmasına səbəb olardı. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ərəfəsində ölkədə kapitalist münasibətləri genişlənməkdə idi. Kənddə təbəqələşmə gedirdi. 1917 ildə Şimali Azərbaycan kəndində yoxsul təsərrüfatları 54,4, ortabablar 34, qolçomaqlar 6% təşkil edirdi. Dövlət və mülkədar torpaq sahibliyi üstün idi. Bütün kənd təsərrüfatının 29,5%-i mülkədarlara, 68,7%-i dövlətə məxsus olduğu halda, yalnız 1,8%-i kəndlilərin payına düşürdü. Torpaqsız və aztorpaqlı kəndlilər mülkədarlardan icarəyə torpaq götürməyə və ya muzdur kimi işləməyə məcbur idilər. İcarə bütün qəzalarda torpaqdan istifadənin əsas forması idi. Mülkədar təsərrüfatlarında muzdur əməyindən geniş istifadə olunurdu.
Ketrin Mişel
Ketrin Mişel (isp. Catalina Micaela de Austria, 10 oktyabr 1567, Madrid – 6 noyabr 1597, Turin) — İspaniya kralı II Filipp və xanımı Valualı Elizabetin qızı, Savoyya hersoqinası. == Həyatı == Ketrin Mişel 10 oktyabr 1567-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı II Filipp, anası isə onun üçüncü xanımı olan Valualı Elizabet idi. Nənəsi Fransa kraliçası Ketrin Medicinin adını aldı. Atası onun vəftiz mərasiminə qatılmamış, böyük bacısı İzabellanın doğumu qədər sevinməmişdi. Buna baxmayaraq ata ilə qızı arasında münasibətlər həmişə yaxşı idi və ömrünün sonuna qədər məktublaşmışdılar. Uşaqlıq illəri bacısı İzabella ilə birlikdə ögey anası Avstriyalı Annanın və onun alman xidmətçilərinin himayəsi altında keçmişdi. === Evliliyi === Savoy hersoqu I Çarlz Emanuel Fransaya qarşı ispan dəstəyini qazanmaq məqsədilə II Filippə qızıyla evlənməyi təklif etdi. Cütlüyün toy mərasimi 11 mart 1585-ci ildə Saraqosada baş tutdu və 10 avqustda yaşayacaqları Turin şəhərinə gəldilər.
Messel karxanası
Messel karxanası (alm. Grube Messel‎) — Almaniyanın Frankfurt-Mayn şəhərindən təxminən 35 km cənub-şərqdə Messel kommunasının yaxınlığında yerləşən Eosen dövrünün (56-34 milyon il əvvəl) dəyərli fosillərinin tapıldığı yer. Şist qatlarında tapılmış erkən məməlilərin və digər canlı orqanizmlərin qalıqları çox sayda olması ilə yaxşı qorunub saxlanılır və xüsusi elmi dəyər kəsb edir. Bunun sayəsində 9 dekabr 1995-ci ildə Messel karxanası UNESCO-nun siyahısına salınmış Almaniyada yerləşən obyektlərinə daxil edilmişdi. Burada hələ də paleontologiya qazıntıları aparılır ki, bu da buraya bir çox turistləri cəlb edir. 1859-cu ildən ərazi qəhvəyi kömür, sonra isə yanacaq şist hasilatı üçün karxana olaraq istifadə olunur. Paleontologiya baxımdan o, təxminən 1900-cü ildə məşhurlaşmışdı. Lakin burada tammiqyaslı elmi qazıntılar 1970-ci illərdə, sənaye inkişafı dayandırdıqdan sonra burada genişmiqyaslı elmi qazıntılar başladı. Daha sonra karxananın yerində bir zibil poliqonu qurmaq planlaşdırılsa da, bu planlar həyata keçirilmədi. 1991-ci ildə Hessen hökuməti bu ərazini elmi məqsədlər üçün satın aldı.
Meşəli (Goranboy)
Meşəli (əvvəlki adı: Xarxaput) — Azərbaycan Respublikasının Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xarxaput kəndi Meşəli kəndi adlandırılmışdır. Xarxaput toponiminin erkən orta əsrlərdə Qafqaz Albaniyasının Arsax əyalətində mövcud olmuş Xarx qalasının adı ilə eyni mənşədən olmasını güman edilir, digər qismi isə türk dillərindəki karqa (dağ) və bud (təpə) sözlərindən yarandığı ehtimal edilir. Həmçinin oykonim Azərbaycan dilinin dialektlərində işlənən qədim türk dillərindəki xarxa (kimsəsiz, dərin) və bud/put (ağac, meşə) komponentlərindən düzəlib, "dərin meşə" mənasındadır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 14 nəfər əhali yaşayır.
Meşəli (Xaçmaz)
Meşəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Meşəli (Xocalı)
Meşəli — Azərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kənd inzibati ərazi dairəsində kənd. Meşəli kəndinin adı türk dilində izah olunur və meşəlik yerdə yerləşdiyinə görə belə adlandırılmışdır. Kənd Qırxqız dağlarının ətəyindədir. Palıd, fıstıq və cır meyvə ağaclarından ibarət mənzərəli meşəlik ərazidə yerləşdiyi üçün belə adlanmışdır. Dağlıq Qarabağ Muxtar Vilayətinin mövcud olduğu dövrdə ermənilərin millətçi rəhbər orqanları tərəfindən yaşayış məntəqələrinin rəsmi siyahisına salınmamışdır. 1990-ci ildə kənd statusu verilib. Kəndin ərazisində qədim qəsr, imarət, kurqan və s. maddi mədəniyyət nümunələrinin nişanələri var. 1991-ci ildə ermənilər tərəfindən yandırılıb, əhalisi isə didərgin salınmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.
Meşəli göl
Meşəli gölü (ing. Lake of the Woods) — Şimali Amerikada yerləşən göl. Böyük göllər şəbəkəsindən qərbdə yerləşən göl. ABŞ və Kanada sərhəddində yerləşir. İnzibati cəhətdən isə Kanadanın Manitoba və Ontario vilayətləri, ABŞ-nin isə Minnesota ştatları ərazisində yerləşir. ABŞ ərazisində sahəsinə görə 7-ci göldür. Gölün sahəsi 4350 km² (bunun 3149 km² Kanada ərazisi) təşkil edir. Gölün su səthi 323 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Sahilləri parçalıdır. Sahil xəttinin uzunluğu 105000 km təşkil edir.
Mişel Cenneke
Mişel "Şelli" Cenneke 2010-cu ildə Yeniyetmələrin Olimpiya Oyunlarında gümüş medal qazanmış Avstraliyalı atlet və modeldir. 2010-cu ildə Avstraliya Atletika Çempionatında qalib olaraq Rio Olimpiya oyunlarına vəsiqə qazanmışdır. O, 2012-ci ildə bütün dünya mediasının diqqətini qaçışdan öncə isinmə hərəkətləri edərkən etdiyi rəqslə cəlb etmişdir. Cenneke Avstraliyanın Kenthörst adlanan vilayətində anadan olmuşdur. Orta təhsilini The Hills Grammar School məktəbində almışdır. Müsahibələrinin birində o, hobbilərinə Avstraliya futbolu, Həndbol, Futbol və ağaca dırmanma olduğunu demişdir. O, Sidney Universitetinini elektrik mühəndisliyi və mexaniki birləşdirmə fakültəsini bitirmişdir. 2010-cu ilin martında Avstraliya Gənclər Çempionatında Cenneke 100 metrlik qaçış məsafəsini birinci başa vuraraq Avstraliyada qadınlararası sprint rekordunu qırmışdır. Onun şəxsi ən yaxşı göstəricisi 2015-ci il martın 29-da Brisbendə keçirilmiş Avstraliya Atletlər Çempionatında 12.82 saniyə olmuşdur. 2014-cü ildə o Avstraliya yığmasının Birlik Oyunlarındakı heyətinə daxil edilmişdir.
Mişel Cenner
Mişel Cenner Husson (isp. Michelle Jenner Husson; 14 sentyabr 1986, Barselona) — İspaniya aktrisası.
Mişel Dillon
Mişel Dillon (24 may 1973) — Birləşmiş Krallığı təmsil edən triatlonçu. Mişel Dillon, Birləşmiş Krallıq yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Nəticədə o, Sidney Olimpiadasını 48 idmançı sırasında 48-ci pillədə başa vurdu.
Mişel Djotodiya
Mişel Djotodiya — 24 mart 2013-cü ildən 10 yanvar 2014-cü ilə qədər Mərkəzi Afrika Respublikasının prezidenti olmuş siyasi və hərbi xadim. Bundan əvvəlsə o Mərkəzi Afrika Respublikasında münaqişədə iştirak edən Seleka üsyançı koalisiyasına rəhbərlik edib və 2013-ci ilin fevralında sülh müqaviləsinə uyğun olaraq, müdafiə nazirinin birinci müavini təyin olunub. 10 yanvar 2014-ci ildə Mişel Djotodiya ölkəni əhatə edən zorakılıq dalğasının öhdəsindən gələ bilməməsi səbəbindən ölkə prezidentinin səlahiyyəti adından könüllü imtina edib və Beninə qaçıb. Mişel Djotodiya 1949-ci ildə Vakaqa şəhərində anadan olub. O SSRİ-də təhsil alıb və 10 il müddətində burada yaşayıb. O, burada ailə qurmuşdu və övladı var idi. 1980-ci illərdə o öz ölkəsində vergi xidməti əməkdaşı olmuşdu. Sonra Djotodiya iqtisadi planlaşdırma nazirliyində,bundan sonra isə xarici işlər nazirliyində çalışıb. Sudanın Nyala şəhərində konsul kimi xidmət göstərmişdi. 2004-2007 illərin vətəndaş müharibəsi zamanı Mərkəzi Afrika Respublikasının azad edilməsi uğrunda Vətənpərvər və demokratik qüvvələr birliyinin prezidenti idi.
Mişel Ferrero
Mişel Ferrero (it. Michele Ferrero; 26 aprel 1925, Dolyani, İtaliya – 14 fevral 2015, Monako) — İtalyan iş adamı; "Ferrero" şirkətinin sahibi, şokolad və digər şirniyyat məhsulları istehsalçısı. Mişel Ferrero 32 yaşında atasının yaratdığı şirkətə sahib olmuş və ömrünün sonuna qədər ona rəhbərlik etmişdir. Onun rəhbərliyi altında məşhur "Nutella", "Kinder Chocolate", "Kinder Surprise", "Rafaello", "Ferrero Rocher", "Tic Tac" kimi brendlər yaranmışdır. İtaliyanın ən varlı adamı idi. 2013-cü ildə "Forbes" jurnalı onun varidatının 23,4 milyard dollar olduğunu açıqlamışdır. Mişel Ferrero bir neçə aydır sürən xəstəlikdən sonra 89 yaşında - 14 fevral 2015-ci ildə Monakoda vəfat etmişdir.
Mişel Fuko
Mişel Pol Fuko (fr. Michel Foucault, 15 oktyabr 1926[…], Puatye, Vyenna, Fransa – 25 iyun 1984[…], XIII arondisman (Paris), Fransa) — fransız filosof, mədəniyyət nəzəriyyəçisi və tarixçi. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Mişel Fuko 15 oktyabr 1926-cı ildə Fransanın Puatye şəhərində orta səviyyəli bir ailədə dünyaya gəldi. Atası cərrah, anası isə cərrahın qızı idi. Fuko həyatda "qüsurlu" olduğuna görə onu təhqir edən atası ilə problemli münasibətinin olduğunu vurğulamışdır. 1948-ci ildə ilk dəfə intihara cəhd etdi və bir müddət psixiatriya xəstəxanasına yerləşdirildi. Bu təcrübələrin hər ikisi onun homoseksuallığı ilə əlaqəli görünür, çünki psixiatr onun intihar cəhdinin cəmiyyətdəki marjinal statusu ilə motivasiya edildiyinə inanırdı. Hər ikisi də onun intellektual inkişafını formalaşdırmış və sapma, dəliliyin diskursiv çərçivəsinə diqqət yetirmişdir. Atası məşhur cərrah idi və istəyirdi ki, oğlu da onun yolunu davam etdirsin.1971-ci il may ayının 1-i Fuko və Jan — Mari Domenak "Sante" Paris həbsxanasının qapısında kriminalistika dosyelərini məhv etməyə çağırış vərəqələri payladıqları üçün saxlanmışdırlar.16 dekabr 1972-ci ildə şübhəli şəraitdə komissarlıqda öldürülmüş əlcəzairli işçi Məhəmməd Diabanın xatirəsinə həsr olunmuş mitinq zamanı polis tərəfindən saxlanılır.
Yalnız şəxsi məsələ deyil (film, 1984)
Film Bakıdakı Keşlə Maşınqayırma Zavodunun əməkçiləri və burada istehsal olunan avadanlıqlar barədə söhbət açır.
Dəjəl
Dəjəl — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir. == Toponimikası == Düzənlikdədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi şıxalıağanın qardaşı Əhmədxan salmışdır. Kəndin adı 1917-ci ildə Dejaq variantında qeydə alınmışdır. Dəjək sözü dialektlərimizdə "nişangah" mənasında işlənir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Fəsil
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Fəsəli
Qatlama (qaz. қаттама; qırğ. каттама; türk. katmer; monq. гамбир) və ya fəsəli - türk xalqlarının və həmçinin monqol və bolqar mətbəxlərinə aid, xəmir və kərə yağı və ya digər qatı yağdan ibarət laminat bir xəmirdən hazırlanmış ləkəli yüngül xəmirdir. Kərə yağı xəmirin içinə qoyulur, bişmədən əvvəl dəfələrlə qatlanan və yuvarlanan bir paton düzəldir. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Həsən
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov — Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Seyid Həsən Əxlaq — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Masal
Masal — İranın Gilan ostanında yerləşən şəhər. Masal əhalisinin əksəriyyətini talışlar təşkil edir. Bu şəhərin əhalisi talış olduqları üçün talış dilində danışırlar. Masal, "Mazal" və ya "Məzal" sözünün transliterasiya edilmiş formasıdır. Təpəlik və ya dağlıq mənasındadır.
Mosul
Mosul (ərəb. الموصل‎ – əl-Mavsil; kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir. Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir.
MySQL
MySQL dünyanın ən məşhur baza sistemlərindən biridir. MySQL əvvəllər İsveçin MySQL AB kompaniyası tərəfindən işlənilirdi. İndi isə Sun Microsystems şirkətinə məxsusdur. Proqramın açıq kodu GNU General Public License lisenziyası altında mövcuddur. MySQL proqram təminatı SQL sorğu dilindən istifadə edərək verilənlər bazası ilə işləməyə imkan verir. MySQL <may-es-kyu-el> – sərbəst (havayı) yayılan relyasiyalı verilənlər bazasının idarəolunması sistemi. Oracle Corporation şirkəti tərəfindən inkişaf etdirilir və dəstəklənir. MySQL kiçik və orta həcmli məsələlərin həllində istifadə olunur. MySQL əməliyyat sistemlərinə server kimi instalyasi olunur. 11 milyondan artıq instalyasiyası vardır.
Mürsəl
Mürsəl — Kişi adı. Mürsəl Bakı — Qafqaz əsilli Türkiyə hərbiçisi. Mürsəl Həmidov — Respublika Təcili Yardım Stansiyasının direktoru Mürsəl Qocayev — Azərbaycan jurnalisti. Digər Mürsəl (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Məbəd
Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir. Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi. Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir.
Mədək
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Mədək (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Mədən
Mədən— faydalı qazıntılar istehsalı və zənginləşdirilməsi ilə məşğulı olan dağ-sənaye müəssisəsi. Mədən sənayesi faydalı qazıntı yataqlarını kəşf edən, faydalı qazıntıları çıxaran və ilkin emal edən (zənginləşdirən) istehsal sahələri kompleksidir. Mədən sənayesi aşağıdakı əsas qruplara bölünür: Yanacaqçıxarma (neft, təbii qaz, kömür, şist, torf); Filizçıxarma (dəmir filizi, manqan filizi, əlvan, nadir və nəcib metal filizləri, radioaktiv elementlər); Qeyri-metal qazıntılar və yerli tikinti materialları sənayesi (mərmər, asbest, qranit, dolomit, təbaşir, kaolin, gips, əhəng və s.); Mədən kimyası (apatit, kalsium duzları, nefelin, selitra, kükürd kolçedanı və s.); Hidromineral (yeraltı mineral sular, su təchizatı və digər məqsədlər üçün su). Respublikamızda daha çox neft, qaz, dəmir filizi, mərmər, tikinti daşı, mineral sular və s. çıxarılması inkişaf etmişdir.
Məhsul
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tonla ölçülür.
Mələk
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Məməli
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid olan heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Məmər
Məmər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Məmər kəndinin adı ərəb mənşəli məmər sözündən olub, “çay keçidi” və ya “dağ keçidi” mənasındadır. Adlandırmada yaşayış məntəqəsinin fiziki-coğrafi mövqeyi əsas rol oynamışdır. Yaşayış məntəqəsi vaxtilə Həkəri çayının keçid (məmər) yerində salındığı üçün belə adlandırılmışdır.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Məsdər
Məsdər — həm felin, həm də ismin xüsusiyyətlərini özündə daşıyan sözlər. Nə etmək?, Nə olmaq? suallarından birinə cavab verir. Məsdər feillərə -maq2 bəzən də -ma2 şəkilçisini artırmaqla düzəlir. Sonuncu hecasında qalın sait olan fellərə -maq, incə sait olan fellərə isə -mək şəkilçisi əlavə edilir. Məsələn, yaz-maq, eşit-mək. Lüğətlərdə feillər məsdər formasında yazılır. Feil və ondan əmələ gələn məsdər eyni leksik məna bildirir. Məsələn, götür və götürmək sözlərinin leksik mənaları arasında fərq yoxdur, amma qrammatik mənaları müxtəlifdir. Məsdər təsdiq və inkarda işlənə bilir.
Məsih
Məsih — Bəzi dini qruplar tərəfindən gözlənilən xilaskar. Bəlkə də, dünyada ən çox kimliyi mübahisə doğuran tək Şəxs İsa Məsihdir, amma xristianlar üçün Onun tam Şəxsiyyəti müqəddəs İncildə ətraflı şəkildə açıqlanır. Onun kimliyi haqqında şübhəyə düşənlər Həqiqi İlahi Qaynağa — İncilə iman etməyənlərdir. İsa, gələcəyi əsrlər öncədən peyğəmbərlər tərəfindən bildirilən, Allahın vədinə əsasən dünyaya gələn, məzlumları yüksəldən, hökmdarları taxtlarından endirən, sevgi və mərhəmət Abidəsi, Məsih, Xilaskar və Allahın Oğludur. Hələ ilk insanlar olan Adəmlə Həvvaya cənnət bağçasında Onun gələcəyini öncədən bildirən Allah, bəşər tarixi boyunca bir-birinin ardınca göndərilən peyğəmbərlər vasitəsilə Onu müjdələmişdir. Müqəddəs İncildə İsanın yer üzünə gəlməsi və bunun səbəbləri təfsilatı ilə qeyd edilir. Aşağıdakı bu ayə Onun Kimliyini açıq şəkildə ifadə edən ayələrdən biridir: "Əzəldən Kəlam mövcuddur. Kəlam Allahda idi və Kəlam Özü Allah idi. O, əzəldən Allahda idi. Yaradılan hər şey Onunla yarandı, heç bir şey Onsuz yaranmadı.