azadıstan 2021

azadıstan
azadxahlıq 2021
azadiyyət 2021
OBASTAN VİKİ
Azadıstan
Azadıstan (fars. آزادیستان‎) — Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin liderliyi ilə 3 ay (23 iyun — 14 sentyabr 1920-ci il) müstəqil olan qısa ömürlü dövlət. == Tarix == Güney Azərbaycan Demokrat Firqəsi açıq fəaliyyətə 1917-ci ildə başlamış, həmin il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmişdir. Birinci dünya müharibəsində İran torpaqlarını işğal edən Osmanlı ordusu Təbriz və Urmiya şəhərlərini tutur. Osmanlı ordusunun Azərbaycan bölgəsini işğal etməsinin əleyhinə çıxan Şeyx Məhəmməd Xiyabani və yoldaşları həbs edilir və qoşunlar Təbrizi tərk etdikdə onları da özləri ilə aparırlar. noyabr 1918-ci ildə Osmanlı ordusunun geri çəkilməsindən sonra Xiyabani İrana qayıtmış və Azərbaycan Demokrat Partiyasının fəaliyyətini yenidən canlandırmışdır. 1920-ci ilin may ayında Təbrizdə Demokrat Firqəsinin rəhbərliyi ilə böyük mitinq təşkil edildi. Mitinqdə imperialistlərin və İran irticaçı qüvvələrinin əleyhinə mübarizəni daha da gücləndirməyə çağırışlar səsləndirildi. Mitinq iştirakçıları təklif etdilər ki, Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda qabaqcıl olmuşdur. Bu səbəbdən də onun Azərbaycan əyaləti yerinə "Azadistan" (azadlıq ölkəsi) adlanması daha düzgündür.

Digər lüğətlərdə