Azərbaycan dilinin etimologiya lüğəti

  • QƏNİM

    Ərəbcədir, əsli ğənim kimidir, “düşmən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QƏNİRƏ

    Qənir “oxşar”, qənirsiz isə “oxşarı olmayan, bənzərsiz” deməkdir. Görünür, qənirə “kiməsə oxşayan” anlamını əks etdirir

    Tam oxu »
  • QƏNŞƏR

    Qaraq (“göz” demək olub) sözü ilə qohumdur. “Göz tərəf” (ön tərəf) de­mək­dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QƏPİK

    Qəpik sözü köpək sözü ilə qohumdur. Əmir Teymur XIV əsrdə üzərində şir şəkli olan, amma baxanda köpəyə bənzəyən sikkə kəsdirib

    Tam oxu »
  • QƏPİK-QURUŞ

    Quruş (əsli: qroş) latın mənşəlidir, “qəpik” anlamını verir. Deməli, qəpik-quruş sinonimlər birləşməsidir

    Tam oxu »
  • QƏRAR

    Ərəb sözüdür, iqrar sözü ilə kökdaşdır. Müxtəlif mənalarda işlədilir: durmaq, möhkəmlik, qətnamə, təmkin və s

    Tam oxu »
  • QƏRB

    Ərəb mənşəlidir, qürub sözü ilə kökdaşdır. Bizdə coğrafi cəhətlər belə adlanıb: öndün (şərq), kedin (qərb), tağtın/ tartın (şimal), gündün (cənub)

    Tam oxu »
  • QƏRƏNFİL

    Yunan mənşəlidir, gül adıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QƏRƏZ

    Ərəbcədir, “gizli düşmənçilik” deməkdir (qərəzkarlıq...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QƏRƏZKARLIQ

    Qərəz ərəbcədir, kar isə farsca. Dilimizdə “şəxsi-qərəzlik” ifadəsi də var. Qərəz “borc” deməkdir (əvəz çıxmaq, istiqraz), amma bizdə məna bir qədər d

    Tam oxu »
  • QƏRİBSƏMƏK

    Sözün kökü ərəbcədir, əqrəba (qohum) kəlməsi ilə kökdaşdır. Qərib (əğrəb) kəlməsi “yaxın adam” mənasını verir

    Tam oxu »
  • QƏSƏM

    Ərəbcədir, bizdə and (əsli: qan) sözü ilə işlədilib və işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QƏSSAL

    Ərəbcə qüsul sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QƏŞƏM

    Ərəbcə “hazırcavab” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QƏŞŞ

    Ərəb mənşəlidir, “özündəngetmə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QƏT

    Qət-təzə ifadəsi işlədirik. Güman edirəm ki, 1) sözün əsli qat kimi olub (hələ qatı açılmamış, lap təzə, təptəzə) ; 2) təptəzə sözünün dəyişilmiş form

    Tam oxu »
  • QƏTİFƏ

    Alınma sözdür, bizdə siləcək sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QƏTRƏ

    Qətr sözü “yağış” deməkdir, qətrə isə “damcı” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QƏZA

    Ərəbcədir (qəzavü-qədər işlədirik), “tale, alın yazısı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QƏZET1

    M.Fasmer bu sözü pulla bağlayır; газета adlanan Venesiya sikkəsi olub və qəzeti həmin sikkəyə satıblar

    Tam oxu »
  • QƏZƏLXAN

    “Qəzəl oxuyan” deməkdir. Xan farsca xanəndə (oxuyan) sözü ilə bağ­lıdır, qəzəl sözü bizə ərəblərdən keçib

    Tam oxu »
  • QICANMAQ

    Bir varianta görə, “tutulma” mənasını verən qıc (“qıc olub” deyirik) sö­zündən əmələ gəlib. Başqa ehtimala görə, təqlidi sözdən əmələ gəlib: qıc dişlə

    Tam oxu »
  • QICIQ

    Qıdıq və qıcıq eyni sözün dəyişmiş formalarıdır. Горчица yerinə qıcı (yəni qıcıqlandıran, acı) sözünü işlətmişik

    Tam oxu »
  • QICQIRMAQ

    Acı sifətindən əmələ gəlib. Qabaqlar acığır kimi olub, sonra fonetik dəyişmələrə məruz qalıb və qıcğır şəklinə düşüb (qışqır, hayqır sözlərinin modeli

    Tam oxu »
  • QIDI

    “Qıdı kirvə” deyirik, “güldürən” (qıdıq verən) deməkdir. Qıdı qıdıqdan əmələ gəlib, sözün son səsini itirmiş formasıdır

    Tam oxu »
  • QIFIL

    Ərəbcədən keçib, cəm forması əqfal kimidir, “замок” deməkdir. Qıfıl düzəldən ustaya ərəblər qəffal deyiblər

    Tam oxu »
  • QIFILBƏND

    Qıfıl ərəbcədir, bənd isə farsca, hər iki söz “bağlama” anlamı ilə əlaqədardır. Şeir növüdür. (Bəşir Əhmədov

    Tam oxu »
  • QIĞ

    Türkmənlər bunun yerinə qumalaq işlədirlər, qom (yumru) sözü ilə bağlıdır. Görünür, qığ elə qom kəlməsinin təhrifi ilə bağlı yaranıb

    Tam oxu »
  • QIĞILCIM

    Bəzi türk dillərində bu sözün əvəzinə, uçqun işlədilir və uçmaq feili zəminində yaranıb. Qığılcım bizdə qaxılcım, qıyılcım kimi olub (bəlkə də, çaxılc

    Tam oxu »
  • QIĞIRDAQ

    Gəmircək sözünün dəyişmiş formasıdır. Xımırtdək kimi də işlədilir. Elastik birləşdirici toxumalardan ibarətdir

    Tam oxu »
  • QIXMIQ

    Odun qırıntılarına (baltanın ağzından çıxan kiçik hissələrə) qıxmıq deyirik. Sözün əsli qıyıxmaq olub, qıymaq (kəsmək) feilindən törəmədir, “kəsinti”

    Tam oxu »
  • QIJIT

    Qərb dialeklərində işlədilir. Qıcıq sözünün təhrifindən ibarətdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QILÇIQ

    Sünbüldə, balıqlarda qılçıq olur. Qıl sözü ilə bağlıdır. Qılpın sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QILDIQSIZ

    İşi səliqə-sahmanla yerinə yetirməyən adamlara qıldıqsız adam deyirlər. Bu, qılıqsız sözünün təhrif olunmuş formasıdır və mənaca dəyişikliyə uğrayıb

    Tam oxu »
  • QILIQ

    Qılmaq feilindən törəyib. Qul, qulluq, qıldıqsız, eləcə də türk dilindəki kollanmaq sözlərinin hamısı qılmaq zəminində yaranıb, “rəftar” deməkdir

    Tam oxu »
  • QILIM

    Qılmaq feilindən əmələ gəlib, qılıq kəlməsi ilə qohumdur. Qılmaq feili, qul ismi ilə bağlıdir, “davranış” deməkdir

    Tam oxu »
  • QILINC

    Mənası “əyri” deməkdir, görünür, qıyıq (qıyıq “ucu əyri iynə növü”dür) kəlməsi ilə qohumdur. Qılınc əyri olmasa, kəsməz deyimi də var

    Tam oxu »
  • QILQƏLƏM

    “Fırça” anlamında işlədilib. Qələm qamışdan düzəlmiş ruçkaya deyiblər, qılqələm isə “kist” (fırça) demək olub

    Tam oxu »
  • QILOV

    Qolay (səmt) sözü ilə qohumdur. “İti” anlamında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QILPIN

    Qıl “bərk tük” deməkdir. Qılpın, qılcıq sözləri həmin kəlmə ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QIMILDAMAQ

    Qıymıldamaq şəklində olub, “əyri” anlamını verən qıy (gözünü qıy­maq) kəlməsi ilə qohumdur. Qımıldamaq tarixi baxımdan “azca əyilmək (tə­r­pənmək)” de

    Tam oxu »
  • QIMILTI

    Kök qım hissəsidir, “azca hərəkət etmək” deməkdir, təqlidi sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QIMIŞMAQ

    Kök (qım) təqlidi sözdür (qımıltı). Görünür, həm də feil kimi işlədilib, qayıdış növdür. Ad (isim) yerində işlədilən qım sözündən qımıldamaq, qım-qımı

    Tam oxu »
  • QINAMAQ

    “Cəzlandırmaq” anlamında işlədilib, düzəltmə feildir. Qın sözü mənbə­lərdə ruscaya “упрекать” kimi tərcümə olunub

    Tam oxu »
  • QIPÇAQ

    Mənbələrdə yazılanlara görə, türk igidlərindən biri Volqanı keçmək üçün qayıq (suda sürüşən, üzən ağac, oyulmuş ağac) düzəldib (qıf sözünü yada salın)

    Tam oxu »
  • QIR1

    “Kül rəngində (boz) olan” deməkdir. Koroğlunun atlarından biri Qır, digəri isə Dür adlanıb. Hər ikisi rənglə bağlıdır

    Tam oxu »
  • QIR TOYUĞU

    Qır “çöl, səhra” deməkdir. Qır toyuğu “kəklik” mənasını bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QIRACAQ

    Bu, nalbənd alətidir. Atı nallamaq üçün əvvəlcə onun dırnaqlarını yonur, hamarlayırlar. Həmin alət qıracaq adlanır, qırmaq feilindəndir, “yonmaq, kəsm

    Tam oxu »
  • QIRAQ

    Qır sözü “kənar” demək olub. Ondan da qıraq əmələ gəlib. Görünür, qır həm də feil kimi işlədilib ki, -aq şəkilçisi onu sifətə çevirib

    Tam oxu »
  • QIRÇIN

    “Qırçın sular” deyirik. Qırçın sözü qırışmaq, qırıq kəlmələri ilə qohumdur. Qırçın sular suyun üzərindəki qırışlara işarədir

    Tam oxu »