QƏT

Qət-təzə ifadəsi işlədirik. Güman edirəm ki, 1) sözün əsli qat kimi olub (hələ qatı açılmamış, lap təzə, təptəzə) ; 2) təptəzə sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QƏŞŞ
QƏTİFƏ
OBASTAN VİKİ
2017 Qətər diplomatik böhranı
2017 Qətər diplomatik böhranı — 2017-ci ilin iyun ayının ilk həftəsində Səudiyyə Ərəbistanının liderliyi ilə bir neçə ölkənin Qətər ilə diplomatik əlaqələrini kəsməsi hadisəsiDiplomatik əlaqələri kəsən ölkələr arasında Səudiyyə Ərəbistanı ilə eyni koalisiyada Bəhreyn, Misir, Yəmən (Hadi liderliyindəki hökumət), BƏƏ, Liviya (Milli Hökumət) və Maldiv adaları yer almışdır. Bir gün sonra onlara İordaniya da qoşulmuş, bu ölkə "Əl-Cəzirə" kanalının lisenziyasını da ləğv etmişdir.Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Qətəri terrorizmi dövlət səviyyəsində dəstəkləməkdə və Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının 2014-cü ildə qəbul etdiyi razılaşmanı pozmaqda günahlandırdı. Səudiyyə Ərəbistanı və digər ölkələr "Əl-Cəzirə" kanalını və Qətərlə İran arasındakı münasibətləri tənqid etdi. Qətər isə terrorizmlə mübarizə və hal-hazırda da davam edən İŞİD-ə qarşı hərbi əməliyyatlarda ABŞ-yə dəstək verdiyini bildirdi.İlkin təchizatın pozulması İran və Türkiyədən əlavə idxalın daxil olması ilə yüngülləşdirildi və Qətər Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın heç bir tələbi ilə razılaşmadığını açıqladı. Koalisiyanın Qətər qarşısında qoyduğu tələblərə İranla əlaqələri dərhal kəsmək, Türkiyə ilə hərbi əməkdaşlığı dayandırmaq və "Əl-Cəzirə"nin bağlanması daxil idi. 27 iyul 2017-ci ildə Qətərin Xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əl-Sani müxbirlərə açıqlaması zamanı Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin "inadkarlıq" nümayiş etdirdiyini və böhranı həll etmək məqsədilə heç bir addımın atılmadığını bildirdi. Əl-Sani Təhlükəsizlik Şurası, Baş Assambleya və "bütün BMT mexanizmlərinin" mövcud situasiyanı həll etmək üçün mühüm rol oynadığını da vurğulamışdır. 24 avqust 2017-ci ildə Qətər hökuməti İranla diplomatik münasibətləri tam şəkildə bərpa edəcəklərini açıqlamışdır.
Adam Uolşun qətli
Adam Uolşun qətli (ing. Adam Walsh; d. 14 noyabr 1974-cü il, Florida ştatı, Hollivud — ö. 27 iyul 1981-ci il, Florida ştatı, St. Lucie qraflığı) — 27 iyul 1981-ci ildə Florida ştatı, Hollivudda yerləşən Hollivud ticarət mərkəzindəki "Sears" mağazasından oğurlanan amerikalı uşaq. Onun kəsilmiş başı iki həftə sonra tapıldı. Adamın ölümü dövlət səviyyəsində rezonans doğurdu. Onun atası Con Uolş zorakı cinayət qurbanlarının vəkili oldu və "America’s Most Wanted" televiziya proqramını təşkil etdi. == Qətlin araşdırılması və nəticələri == Məhkəmə həkimləri Adamın ölümünün boğulma olduğunu və cəsədin tanınmasını çətinləşdirmək məqsədi ilə oğlanın başının kəsildiyini müəyyən etdilər. Bir müddət Adam Uolşun qətlində Ceffri Damer şübhəli oldu.
Altınkörpü qətliamı
Altınkörpü qətliamı (türk. Altınköprü Katliamı, ərəb. مذبحة التون کوبري‎) — 28 mart 1991-ci ildə İraqın Kərkük mühafəzəsinin əsasən türkmanların yaşadığı Altınkörpü qəsəbəsində qətliam. Qətliam İraq türkmanlarını, xüsusilə də həm uşaqlar, həm də böyüklər olmaqla kişiləri hədəf almışdır. Qətliam nəticəsində 135 nəfər həlak olmuşdur. Hadisə Səddam Hüseynin ordusuna bağlı təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilmişdir. Bu, 1991-ci ildə ölkənin şimal və cənubunda müxalif bölgələrdə baş vermiş üsyanların qarşısının alınması nəticəsində baş vermişdir. Qırğın türkmənləri hədəf alıb, əksəriyyəti kişilər, həm uşaqlar, həm də böyüklər, lakin qadınlar da öldürülüb. Səddam Hüseynin Baas rejimi insanlara ictimai yerlərdə türkcə danışmağı və hər hansı türkmən ənənəsini ictimai yerlərdə qeyd etməyi qadağan edib. == Zəmin == İraq ordusu Küveytdən geri çəkildikdən az sonra şimalda və cənubda bir sıra xalq üsyanları başlamışdır.
Ata qətli
Ata qətli — öz atasını öldürmə, daha geniş mənada valideynlərindən hər hansı birini öldürmə. Əksər cəmiyyət qanunları və dinlərə görə valideynin qətli dəhşətli cinayət və ya günah hesab edilir. Məsələn, Roma Respublikasında vaxtilə ata qətli vətəndaş haqqında ölüm hökmü çıxarılmasına səbəb olan yeganə cinayət olub.
Atçel Olmedonun qətli
Atcel Olmedo (5 Noyabr 2002—Sentyabr 2005) (əvvəllər Johnny Doe's DuPage kimi tanınır) 2005-ci ildə təhqiramiz ögey atası və anası tərəfindən öldürüldüyü və İllinoys ştatının Naperville şəhərində atıldığı iddia edilən amerikalı uşaqdır. Onun cəsədi 2007-ci ilə qədər müsbət tanınmamışdı. Bu iş ölkə daxilində diqqət çəkdi və bir neçə müxtəlif televiziya şousunda yayımlandı. İstintaq zamanı meyitin əldə etdiyi məhkəmə-tibbi sübutlar onun gələcək tanınmasına kömək etmək üçün təhlil edilib.
Ayin qətli
Ayin qətli — bir növ qurbanlıq: ən yüksək dəyər - insanın həyatı - tanrıya qurban (hədiyyə) olaraq təqdim olunan qurban. Müasir hüquq sistemlərində insan qurbanlığı cinayət sayılır və xüsusi bir qətl növü - ritual qətl kimi qəbul edilir . Ayin qətlinin kult funksiyası mədəniyyətdən mədəniyyətə görə fərqlənir - Tanrıya yaxınlaşma vasitəsi, günahların kəffarəsi üsulu, hərbi qələbələrə görə minnətdarlıq (son halda hərbi əsirlər çox vaxt qurban olurdu). == Yaranması == İnsan qurbanlığı praktikasının ortaya çıxması qanın müqəddəsliyinin insan həyat gücünün təcəssümü kimi tanınması ilə əlaqələndirilir. Bu səbəbdən ölümə səbəb olan qansız formalar (boğulma, asfiksiya) nadir hallarda dini və kult bir məzmunda istifadə olunurdu. İnsan qurbanları torpaq məhsuldarlığı kultu ilə əlaqələndirilir və buna görə də ovçular və köçərilərdən daha çox əkinçilik xalqları üçün tipikdir. Ən qədim insan qurbanı Anadolu Çayönüda qeyd olunur. İbtidai əkinçilik cəmiyyətlərində qurban yerin bitki gücünü təcəssüm etdirən və məhsuldarlıq tanrısı ilə eyniləşdirilən kral rahib idi. Bəzən qurban vermədən əvvəl onun yerinə bir adi adam əkilirdi və müəyyən bir müddətdən sonra həqiqi kral kimi qurban verirdilər. Amerikalı tədqiqatçı Barbara Erenreyx, insanları qurban vermək adətinin on minilliklər yaşı olduğunu və təbiət baxımından praktik olduğunu düşünür.
Azərbaycan-Qətər futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycanlılara qarşı törədilən qətliamların siyahısı
== Həmçinin bax ==
Azərbaycan–Qətər münasibətləri
Azərbaycan–Qətər münasibətləri — Azərbaycan Respublikası ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin sentyabr ayının 14-də qurulmuşdur. == Viza == 2017-ci ilin avqust ayında Qətər Azərbaycan vətəndaşları üçün vizanı ləğv etmişdir. Bundan sonra 30 günə qədər viza tələb edilmir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Tahir Rzayev olmuşdur. 4 mart 2016-cı il tarixindən də Tahir Rzayev işçi qrupunun rəhbəridir. == İdman sahəsində əməkdaşlıq == === Futbol qarşılaşmaları === == Yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər == === Dövlət başçıları: === 2004-cü il 30 noyabr — 1 dekabr — Prezident cənab İlham Əliyevin rəsmi səfəri 2007-ci il 28 avqust — Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin rəsmi səfəri 2012-ci il 2–3 mart — Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin şəxsi səfəri 2014-cü il 6 fevral — Prezident cənab İlham Əliyevlə Qətər Əmiri Təmim bin Həməd Al Taninin Rusiya Federasiyasının Soçi şəhərində görüşü 2016-ci il 8–9 mart — Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin rəsmi səfəri 2017-ci il 26–27 fevral — Prezident cənab İlham Əliyevin rəsmi səfəri === Digər səfərlər: === 2000-ci il 12–14 noyabr — Azərbaycan Respublikasının xarici işlər naziri V.Quliyevin səfəri 2002-ci il 28–30 oktyabr — Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri N.Abbasovun səfəri 2005-ci il 26–28 aprel — Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin rəsmi səfəri 2005-ci il 25–26 iyul — Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həməd bin Əli Əl-Atiyyənin rəsmi səfəri 2006-cı il 18–20 fevral — Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarovun səfəri 2006-cı il 19–21 iyun — Qətərin xarici işlər üzrə dövlət nazirinin səfəri 2007-ci il 12–13 mart — Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Qətərə səfəri 2007-ci il 28 oktyabr-2 noyabr — Qətərin 1-ci xanımı, Qətər Fondunun Prezidenti Şeyxa Muza bint Naser Əl-Misnedin səfəri 2007-ci il 6–7 dekabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun səfəri 2008-ci il 9–11 fevral — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru H.Paşayevin səfəri 2008-ci il 2–3 dekabr — Qətər mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kuvarinin səfəri 2009-cu il 16–18 fevral — Azərbaycan Respublikasının maliyyə naziri S.Şərifovun rəsmi səfəri 2009-cu il 29–31 mart — Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin rəsmi səfəri 2009-cu il 8–12 iyun — Qətərin Mədəniyyət, İncəsənət və İrs üzrə Milli Şurasının Baş katibi Mubarak bin Nasir Əl-Xəlifənin səfəri 2009-cu il 13–15 oktyabr — Qətər mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kuvarinin səfəri 2009-cu il 3–5 noyabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun səfəri 2010-cu il 11–12 yanvar — Azərbaycan Respublikasının xarici İşlər naziri E.Məmmədyarovun rəsmi səfəri 2010-cu il 14–16 fevral — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ə.Vəliyevin səfəri 2010-cu il 28–31 mart — Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin rəsmi səfəri 2010-cu il 11–12 aprel — Azərbaycan Respublikası xarici İşlər nazirinin müavini Araz Əzimovun rəsmi səfəri 2010-cu il 1–4 iyun — Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ə.Qarayevin səfəri 2010-cu il 29–30 sentyabr — Qətərin ekologiya naziri Abdullah bin Mubarak bin Abud Əl-Madadinin səfəri 2011-ci il 25–27 aprel — Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri H.Bağırovun səfəri 2011-ci il 28–30 noyabr — Azərbaycan Respublikasının nəqliyyat naziri Z.Məmmədovun səfəri 2011-ci il 28–30 noyabr — Qətər Xəbərlər Agentliyinin direktoru Əhməd Əl-Buayneynin səfəri 2012-ci il 12–14 fevral — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri H.Hüseynovanın səfəri 2012-ci il 23–24 fevral — Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri E.Mahmudovun rəsmi səfəri 2012-ci il 5–7 mart — Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasovun işgüzar səfəri 2012-ci il 20–24 aprel — Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş.Mustafayevin səfəri 2012-ci il 4–6 may — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri R.Rzayevin səfəri 2012-ci il 29–30 may — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun rəsmi səfəri 2012-ci il 25–26 iyun — Qətərin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Ali Şurasının Baş katibi Hessa Əl-Caberin səfəri 2012-ci il 17–19 noyabr — Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin səfəri 2013-cü il 17–18 mart — Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş.Mustafayevin rəsmi səfəri 2013-cü il 11 iyun — Qətər xarici işlər nazirinin müavini Şeyx Əhməd bin Cəbr Al Taninin səfəri 2013-cü il 16–18 iyun — Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentləri T.Qəhrəmanov və B.Bədəlovun səfəri 2013-cü il 11 noyabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun işgüzar səfəri 2014-cü il 11–13 sentyabr — Qətərin müdafiə məsələləri üzrə dövlət naziri general Həməd bin Əli Əl-Atiyyənin səfəri 2014-cü il 19–21 oktyabr — Azərbaycan Respublikasının daxili İşlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəsmi səfəri 2014-cü il 7–10 dekabr — Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ə.Abbasovun səfəri 2015-ci il 16–17 Mart — Qətərin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitinin səfəri 2015-ci il 12–19 aprel — Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun səfəri 2015-ci il 8–9 iyun — Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun səfəri 2015-ci il 12 iyun — Qətər Olimpiya Komitəsinin Prezidenti Şeyx Cuan bin Hamad Al Taninin səfəri 2015-ci il 23–27 noyabr — Qətərin maarif və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Hammadinin səfəri. 2015-ci il 7–9 dekabr — Azərbaycan Respublikasının Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun səfəri 2016-cı il 4–5 aprel — Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səfəri 2016-cı il 17 aprel — Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin səfəri 2016-cı il 27 aprel — Qətər Dövlətinin Baş nazirinin müavini Ahmed bin Abdullah Al Mahmudun səfəri 2016-cı il 21–23 may — Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun səfəri 2016-cı il 23 may — Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun səfəri 2016-ci il 31 oktyabr — 1 noyabr — Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər nazirinin müavini İsmət Əliyevin səfəri 2016-cı il 12–18 noyabr — Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin səfəri 2016-cı il 16–18 noyabr — Qətər İnformasiya Agentliyinin (QNA) baş direktoru Ahmed Saad Al Buainainin səfəri 2016-cı il 13 dekabr — Qətər Mülki Aviasiya Administrasiyasının sədri Abdulla Nasser Turki Al-Subayın səfəri 2017-ci il 30–31 yanvar Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tanin rəsmi səfəri 2017-ci il 20 fevral — Qətərin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin səfəri 2017-ci il 30 aprel — Qətər Dövlətinin sabiq Baş naziri, sabiq XİN başçısı Şeyx Həməd bin Casim bin Cabir Al Taninin səfəri 2017-ci il 5 sentyabr — Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin səfəri 2018-ci il 5–6 aprel — Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Səid Əl-Mureyxinin səfəri 2018-ci il 15 aprel — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin 1-ci müavini Vaqif Əliyevin səfəri 2018-ci il 18 aprel — Qətərin mədəniyyət və idman naziri Salah bin Ğanim Əl-Əlinin səfəri == İqtisadi əməkdaşlıq == Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında diplomatik əlaqələrin yaradılmasından sonra iqtisadi sahədə də əməkdaşlığın əsası qoyulmuş və inkişaf etməyə başlamışdır. 2016-cı ilə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya yaradılmışdır.
AŞPA-nın 1416 saylı qətnaməsi
Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsi — Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı AŞPA tərəfindən 25 yanvar 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə" adlı qətnamə.Qətnamə layihəsi AŞPA-nın Siyasi Məsələlər Komitəsi tərəfindən hazırlanıb. Avropa Demokratlar Qrupunun üzvü, Böyük Britaniyadan olan Devid Atkinsonun hazırladığı izahat memorandumunda bildirilirdi ki, 1991-ci ildə ölkənin müstəqil dövlət kimi tanındığı dövrdə Azərbaycanın sərhədləri beynəlxalq səviyyədə tanınmışdır və Azərbaycanın həmin ərazisinə Dağlıq Qarabağ da daxil idi. == Qətnamənin mətni == Bu qətnamədə AŞPA-nın həmtəsisçiləri bir daha vurğulayırlar ki, "Azərbaycan ərazisinin xeyli hissəsi hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındadır və Dağlıq Qarabağ bölgəsinə hələ də separatçı qüvvələr nəzarət edir". Eyni zamanda AŞPA "hərbi əməliyyatların və bundan əvvəl başlamış və kütləvi xarakter almış etnik düşmənçiliyin qorxunc etnik təmizləmə məfhumunu xatırladan genişmiqyaslı etnik qovulmaya və monoetnik ərazilərin yaranmasına gətirib çıxarması" ilə bağlı öz narahatlığını ifadə edir. "Bir dövlətin ərazisindən regional ərazinin ayrılmasının və müstəqilliyinin etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanunauyğun və dinc proses vasitəsilə əldə oluna biləcəyini" qeyd etməklə AŞPA azlıqların yaşadığı regional ərazilərin mütləq ayrılmaq hüququna malik olduğuna dair iddiaları rədd edir. AŞPA "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrini xatırladır və əlaqədar tərəfləri, xüsusən də hərbi qüvvələrini istənilən işğal olunmuş ərazilərdən çıxarmaqla, bu qətnamələrə əməl etməyə çağırır". Bu sənəd Ermənistanın hərbi qüvvələrinin Azərbaycan torpaqlarının işğalında iştirakını təsdiq edən mühüm beynəlxalq sənəddir. AŞPA-nın qətnaməsi, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə qəbul edilmiş sənəddir. Qətnamə tərəfləri münaqişənin həlli üçün yalnız dinc vasitələrdən istifadə etməyə çağırır. == Dağlıq Qarabağ üzrə Alt Komitə == 1416 saylı qətnamədə AŞPA öz Bürosuna inter alia Minsk Qrupu ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin də iştirak etdiyi xüsusi ad hoc komitə yaratmağı tapşırmışdı.
BMT Baş Assambleyasının 194 saylı qətnaməsi
BMT Baş Assambleyasının 194 saylı qətnaməsi — 11 dekabr 1948-ci ildə, Ərəb-İsrail müharibəsinin bitməsinə yaxın qəbul edilmiş qətnamə.
BMT Baş Assambleyasının 48/114 saylı qətnaməsi
BMT Baş Məclisinin 48/114 saylı qətnaməsi — 20 dekabr 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qurumun 48-ci sessiyasının 85-ci plenar iclasında qəbul edilmiş "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi" adlı 48/114 saylı qətnamə. 48/114 saylı qətnamə BMT tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş sənədlərin beşincisi olmaqla, BMT Baş Məclisi tərəfindən bu münaqişədən əziyyət çəkən şəxslərə humanitar yardımla bağlı qəbul edilmiş ilk sənəddir. Sənəddə "qaçqın və köçkünlərə humanitar yardımla bağlı müvafiq qətnamələr" istisna olmaqla, BMT səviyyəsində daha əvvəl qəbul edilmiş qətnamələrə heç bir konkret xatırlatma edilmir. Qətnamə səsvermə keçirilmədən konsensusla qəbul olunmuşdur.BMT Baş Məclisi 48/114 saylı qətnaməsində "çoxlu sayda mülki əhalinin didərgin düşməsi nəticəsində Azərbaycanda humanitar vəziyyətin pisləşməsinin davam etməsindən ciddi narahatlığını" ifadə etmişdir. Bu qətnamə ilə ilk dəfə beynəlxalq sənəddə Azərbaycanda qaçqınların və köçkünlərin sayının bir milyonu aşdığı təsdiqlənmişdir. == Zəmin == 1988-ci ildə Birinci Qarabağ müharibəsi başladıqdan sonra Azərbaycan ərazi bütövlüyünün pozulması təhdidi ilə üzləşir. 1992-ci ildə müharibə geniş miqyas almağa başlayır və diplomatik səylər heç bir nəticə vermir. Getdikcə mürəkkəbləşən qaçqın probleminin ardından Azərbaycan 1993-cü ilin fevralında Rusiya ilə birlikdə BMT-nin Qaçqınların statusuna dair konvensiyasına və 1967-ci il Protokoluna qoşulan ilk MDB dövləti olur. Azərbaycan müqavimət göstərməsinə baxmayaraq, 1993-cü ilin ortalarında Dağlıq Qarabağla yanaşı, qısa müddətdə işğaldan azad etdiyi bir neçə ərazi üzərindəki nəzarəti də itirməyə başlayır.Müharibə qanunlarının erməni qüvvələri tərəfindən törədilən pozuntuları ilə yadda qalan Kəlbəcərin işğalının ardınca 1993-cü il aprelin 30-da BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində işğalçıların ərazidən dərhal çıxarılmasını tələb edən və mülki əhalinin beynəlxalq humanitar yardım səylərinə maneəsiz çıxışının təmin edilməsinə çağıran 822 saylı qətnamə qəbul edilir. İşğaldan bir həftə keçməmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcərdən olan 9582 ailənin qeydiyyata alındığını bildirir.
BMT Baş Assambleyasının 60/285 saylı qətnaməsi
BMT Baş Məclisinin 60/285 saylı qətnaməsi — 7 sentyabr 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qurumun 60-cı sessiyasının 98-ci plenar iclasında qəbul edilmiş "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı 60/285 saylı qətnamə. Sənəddə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində baş verən, ətraf mühitə geniş ziyan vuran yanğınlardan ciddi narahatlıq ifadə olunur. 60/285 saylı qətnamə BMT tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş sənədlərin altıncısı, BMT Baş Məclisi tərəfindən qəbul edilmiş sənədlərin isə ikincisidir. Sənəddə BMT səviyyəsində daha əvvəl qəbul edilmiş qətnamələrə heç bir xatırlatma edilmir. Qətnamə səsvermə keçirilmədən konsensusla qəbul olunmuşdur. == Zəmin == 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, həmçinin Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun erməni silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələnir. Nəhayət, Rusiyanın vasitəçiliyi ilə 1994-cü il mayında cəbhədə atəşkəsə nail olunur.Cəbhə boyu zaman-zaman baş verən silahlı toqquşmalar həm də ətraf mühitə vurulan zərərlə müşayiət edilirdi. Belə ki, Azərbaycan mətbuatının yaydığı məlumata görə, təkcə 2001-2006-cı illərdə işğal olunmuş 5 rayonda 23 yanğın hadisəsi törədilmişdi.2006-cı ilin yayında isə işğal olunmuş ərazilərin şərq hissəsində ermənilər tərəfindən ilk dəfə kütləvi yanğınlar törədilir. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına əsasən, 2006-cı ildən başlayaraq mütəmadi olaraq törədilən bu yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaq məhv edilmişdi. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında ekoloji fəlakəti aradan qaldırmaq məqsədilə hökumətin yanğına görə məsuliyyət daşıyan erməni tərəfinin də iştirakı ilə beynəlxalq tədbirlər görmək istədiyini bildirir.
BMT Baş Assambleyasının 62/243 saylı qətnaməsi
BMT Baş Məclisinin 62/243 saylı qətnaməsi — 14 mart 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qurumun 62-ci sessiyasında qəbul edilmiş "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı 62/243 saylı qətnamə. Sənəddə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam etməsindən ciddi narahatlıq ifadə olunur. 62/243 saylı qətnamə BMT tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş sənədlərin yeddincisi, BMT Baş Məclisi tərəfindən qəbul edilmiş sənədlərin isə üçüncüsü və sonuncusudur. Sənəddə BMT-nin münaqişə ilə bağlı daha əvvəl qəbul etdiyi sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı, BMT Baş Məclisinin isə 48/114 (1993) və 60/285 (2006) saylı qətnamələrinə xatırlatma edilmişdir. Həmçinin, BMT Baş Məclisi qətnaməni qəbul edərkən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbərlik etdiyi ətraf mühitin qiymətləndirilməsi missiyasının Dağlıq Qarabağ regionunda və onun ətrafında yanğından zərər çəkmiş ərazilərə dair hesabatını və münaqişənin Cənubi Qafqaz ölkələrinin humanitar vəziyyəti və inkişafı üçün mənfi nəticələrini nəzərə almışdır. Baş Məclisin digər qətnamələri kimi bu qətnamə də tövsiyə xarakterlidir. Belə ki, BMT Nizamnaməsinin 10-cu və 14-cü maddələri Baş Məclisin qətnamələrinə "tövsiyələr" kimi istinad edir. Qətnamələrin tövsiyə xarakterli olması Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də digər işlər üzrə dəfələrlə vurğulanıb. Bununla belə, Baş Məclisdə qəbul edilən istənilən sənəd BMT-nin mövqeyini ifadə edir. Bu baxımdan "heç bir dövlətin Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində yaranan vəziyyəti qanuni vəziyyət kimi tanımamalı və bu vəziyyətin qorunmasına yardımçı və ya kömək etməməli olduğu"nun məhz belə tərzdə ifadə edilməsi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən istənilən fəaliyyətin hər hansı dövlət tərəfindən dəstəklənməsinin BMT tərəfindən pislənilməsi mənasına gəlir.
BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının Altıgünlük müharibədən sonra qəbul etdiyi qərar. 22 noyabr, 1967-ci ildə qəbul edilmişdir. == Arxa fon == 16 noyabrda İngiltərə ərəb dövlətləri ilə danışıqlar apardıqdan sonra, nəhayət ki, öz layihəsini irəli sürdü. İngiltərənin layihəsi üçlü layihənin giriş hissəsində düzəlişlər aparılmış forması idi. Üçlü layihəni hazırlayan dövlətlər, bundan sonra öz layihələrini İngiltərənin layihəsinin lehinə geri çəkdilər. Beləliklə, İngiltərənin hazırladığı layihə 242 saylı qərar adı ilə qəbul edildi. == Qərarın mahiyyəti == Qərarın əvvəlində müharibə yolu ilə torpaq qazanılmasının qəbul edilməyəcəyi və bölgədəki hər dövlətin təhlükəsizlik içində yaşaya biləcəyi, ədalətli və davamlı sülh ehtiyacı bildirildikdən sonra, I paraqrafda belə bir sülhün bu iki təmələ əsaslanmasının lazım olduğu deyilirdi, 1) İsrailin son müharibədə tutduğu torpaqlardan hərbi qüvvələrini geri çəkməsi, 2) müharibə vəziyyətinə son verilməsi.Bölgədəki hər dövlətin suverenlik, ərazi bütövlüyü və siyasi müstəqilliyi ilə, güc təhdidindən və gün tədbiqindən uzaq olaraq, təhlükəsiz və tanınmış sərhədlər içində, sülh şəraitində yaşama haqqının tanınması. Qərarın ikinci paraqrafında beynəlxalq su yollarında sərbəst üzmə haqqının təmin edilməsi, qaçqınlar probleminin ədalətli şəkildə həll edilməsi, bölgədəki hər bir dövlətin tanınmış sərhədləri daxilinə çəkilməsi ehtiyacı vurğulanırdı. == Mübahisələr == Qanuniliyini bu gün belə saxlayan bu qərar müxtəlif şərhlərə məruz qalmışdır. Qərarı şərh edərkən SSRİ nümayəndəsi qərarın tədbiq edilməsi üçün İsrailin işğal etdiyi torpaqları boşaltmasının əsas şərt olmasını bildirdi.
BMT Təhlükəsizlik Şurasının 757 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 757 saylı qətnaməsi 30 may 1992-ci il tarixində qəbul olunmuşdur. 713 (1991), 721 (1991), 724 (1991), 727 (1992), 740 (1992) 743 (1992), 749 (1992) və 752 (1992) saylı qərarları təsdiqlədikdən sonra, Şura Yuqoslaviya Federativ Respublikasının (Serbiya və Monteneqro) 752 saylı Qərarın uğursuz tətbiq etdiyinə görə qınadı. Xorvatiya Ordusundan 752 saylı Qərarın 4-cü maddəsinə hörmət etməsini tələb etdikdən sonra, Şura bildirdi ki, 752 saylı qətnamə yerinə yetirilənə qədər bütün dövlətlər aşağıdakı qaydalara riayət etməlidirlər. Bütün üzv dövlətlərin aşağdakıları etməsini tələb edildi: (a) Yuqoslaviyadan bütün məhsulların və malların idxalının və ya vətəndaşların bu cür ixracatı təşviq etmək istəyən hər hansı fəaliyyətin qarşısını almaq;(b) Humanitar ehtiyaclar istisna olmaqla, Yuqoslaviyaya bütün məhsul və malların satışının qarşısını almaq;(c) Yuqoslaviyaya hər hansı kommersiya, sənaye və ya ictimai fond və ya maliyyə resursları verməmək;(ç) Əgər təyyarə Yuqoslaviyanın ərazisinə endiyi və və ya Yuqoslaviyadan gəldiyi təqdirdə, təyyarələrə qalxma, enmə və ya ölkələrin üzərində uçuş icazəsi verməmək, humanitar mülahizələr istisna olmaqla;(d) Yuqoslaviya ərazisində və ya bu ölkənin istismar etdiyi təyyarələrin texniki xidməti və layihələşdirməni qadağan etmək(e) Yuqoslaviyadakı diplomatik və konsulluq işçiləri sayını azaltmaq;(ə) Ölkədə keçirilən idman tədbirlərində iştirakı məhdudlaşdırmaq;(f) Elmi, texniki və mədəni mübadilə və səfərləri dayandırmaq.Şura daha sonra sanksiyaların Birləşmiş Millətlər Təşkilatının Müdafiə Qüvvələrinə, Yuqoslaviya Konfransına və ya Avropa Cəmiyyətinin İzləmə Missiyasına şamil edilməməsinə qərar verdi. Ayrıca Sarayevoda və şəhərin hava limanında təhlükəsizlik zonası yaradılmasını təklif etdi və 724 saylı qətnaməyə əsasən yaradılan Təhlükəsizlik Şurası Komitəsini silah embarqosunun qüvvədə olmasını izləməyə və bütövlükdə Şuranı vəziyyəti nəzarətdə saxlamağa çağırdı. 757 saylı qətnamə 13 səslə qəbul olundu, iki ölkə Çin və Zimbabve isə bitərəf mövqeyisini saxladılar. == İdman sanksiyaları == Yuqoslaviya milli futbol komandası iyun ayında keçirilməsi nəzərdə tutulan Avro 1992 turnirinin final mərhələsində iştirak etmək üçün seçmə mərhələsinin 4-cü qrupunu lider kimi başa vurdu; 4-cü qrupda ikinci yeri tutan Danimarka komandası final mərhələsində Yuqoslaviyanı əvəzlədi və turnirin qalibi oldu. Qətnamə 1992 Yay Olimpiya Oyunlarının başlamazdan bir az əvvəl qəbul edildi və Beynəlxalq Olimpiya Komitəsi Yuqoslaviya Olimpiya Komitəsinin oyunlara dəvət edilməməsi şərti ilə Yuqoslaviya idmançılarına Müstəqil Olimpiya İştirakçıları və 1992 Yay Paralimpiya Oyunlarında Müstəqil Paralimpiya İştirakçıları adı altında yarışmağa icazə almaqla BMT ilə kompromisə gəldi.
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi — 30 aprel 1993-cü ildə yekdilliklə qəbul edilmiş BMT qətnaməsi. Ermənistanla Azərbaycan arasındakı əlaqələrin pisləşməsinə və döyüşlərin daha da artmasına və bölgədəki humanitar vəziyyətin pisləşməsinə narahatlıq göstərdikdən sonra, şura Dağlıq Qarabağın yaxınlığında Kəlbəcər rayonundakı erməni işğalçı qüvvələrinin təcili olaraq hərbi əməliyyatları dayandırmasını tələb edib. == Zəmin == Qarabağ müharibəsi 1980-ci ilin sonlarından 1994-cü ilin mayına qədər, Azərbaycanın cənub-qərbindəki Dağlıq Qarabağın bölgəsində, Ermənistan və Azərbaycan arasında baş vermiş etnik-ərazi münaqişəsidir. Müharibə irəlilədikcə, keçmiş sovet respublikaları olan Ermənistan və Azərbaycan Qarabağın dağlıq yüksəkliklərində uzun müddət davam edən, elan edilməmiş bir müharibəyə girib, Dağlıq Qarabağdakı separatçı hərəkatı ləğv etməyə çalışdı.1992-ci ilə qədər bu iki ölkə arasında tam miqyaslı bir müharibə vəziyyəti vardı. Qış yaxınlaşdıqca, hər iki tərəf əsasən qaz və elektrik kimi resursların yerli istifadəyə qorunması üçün genişmiqyaslı hücumların başlamasından çəkinməmişdir. Qarabağda yaşayan sakinlər üçün iqtisadi yolun açılmasına baxmayaraq, həm Ermənistan, həm də Azərbaycan tərəfindən qoyulan iqtisadi blokadalar səbəbindən yol böyük zərər gördü. 1992-1993-cü ilin qış ayları xüsusilə soyuq keçdi, çünki Ermənistan və Qarabağda bir çox ailələr istilik və isti su olmadan yaşamaq məcburiyyətində qaldılar.1993-cü ilin yazında erməni qüvvələri əvvəlki illərdən etibarən azərbaycanlıların tutduğu Qarabağın şimalında yerləşən kəndlərə yönəlmiş yeni hücumlara başladılar. Bu hərbi məğlubiyyətlər Azərbaycanın daxili cəbhəsində məyusluqlar yaratdı. Ermənistan isə siyasi tərəddüd və prezident Levon Ter-Petrosyana qarşı artan etirazlarla üz-üzə qaldı.
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi — Şuranın 822 saylı qətnaməsini təsdiq edildikdən sonra, 29 iyul 1993-cü ildə yekdilliklə qəbul edilmiş qətnamə. Şuranın Ermənistan və Azərbaycan arasındakı pisləşən münasibətlərə dair narahatlıqlarını ifadə etmiş və Ağdam və Azərbaycanın digər ərazilərinin ələ keçirilməsini pisləyərək, ərazilərdən tamamilə çıxarılmasını tələb etmişdir.Qətnamə atəşin dərhal dayandırılması və hərbi əməliyyatların dayandırılması tələbi ilə başlamışdır. Xüsusilə də vətəndaşlara qarşı hücumlar və məskunlaşan ərazilərin bombardmanı, regionda beynəlxalq humanitar yardım səylərinə maneəsiz girişi təmin etmək çağırışı olmuşdur. Həm də enerji, nəqliyyatın və iqtisadi əlaqələrin bu prosesin bir hissəsi kimi bərpa edilməsi və Baş katib Butros Butros-Ghali və digər beynəlxalq təşkilatlara köçürülmüş şəxslərə kömək göstərməyə çağırır. Münaqişənin sona çatması üçün səylər göstərilməsinə baxmayaraq, Şura ATƏT-in Minsk qrupunun Yan Eliasson rəhbərliyi altında fəaliyyətini təqdir edib, lakin münaqişənin öz işinə təsir etdiyini narahatlıqlarını ifadə etdi. Bu baxımdan, münaqişənin sülh yolu ilə həllinə maneə törədir və Minsk qrupu çərçivəsində danışıqlar aparmaq üçün tədbirlərdən çəkinməyə çağırır. Şura Ermənistan hökumətinə Dağlıq Qarabağ bölgəsinin ermənilərinin 822 saylı qətnamə, Minsk Qrupunun hazırkı qətnaməsi və təklifləri ilə uyğunluğuna nail olmaq üçün öz təsirini göstərməsini xahiş etdi. Həmçinin, dövlətlərin münaqişənin intensivləşməsinə gətirib çıxara biləcək hər hansı bir silah və müharibə təmin etməkdən çəkinməyə çağırıb.
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi — 1993-cü il oktyabrın 14-də 822 (1993) və 853 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə ciddi narahatlığın ifadə olunduğu, Moskvada keçirilən görüşlərin sülhə töhfə verəcəyinə dair ümidlərin əks edildiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3292-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. 874 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin üçüncüsüdür. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur. Qətnamədə işğal edilmiş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilsə də, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 874 saylı qətnamə də Ermənistan tərəfindən icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır. == Zəmin == 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Münaqişə tərəfləri arasında zaman-zaman qısamüddətli danışıqlar aparılmasına baxmayaraq, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli və Qubadlı rayonları bir-birinin ardınca erməni silahlı qüvvələri tərəfindən işğal edilir. 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun Parisdə keçirilən iclasında "Təxirəsalınmaz addımların yenilənmiş cədvəli" hazırlanır və tərəflərə təqdim edilir. Cədvəlin əleyhinə olan Azərbaycan sənədin BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə zidd olduğunu bildirir. Belə ki, qətnamədə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş rayonlarından qeyd-şərtsiz çıxarılması qeyd edilsə də, cədvəldə həmin qüvvələrin çıxarılması üçün şərtlər müəyyən olunur və torpaqların necə boşaldılacağı göstərilmirdi.Dağlıq Qarabağ münaqişəsinin genişlənməsi və Azərbaycanın, eləcə də ATƏM-in Minsk qrupunun sədrinin BMT Təhlükəsizlik Şurasına 1 oktyabr tarixli müraciətini nəzərə alaraq, Təhlükəsizlik Şurası vəziyyəti qiymətləndirir və oktyabrın 14-də 874 saylı qətnamə qəbul edir.
Babiy Yar qətliamı
Babiy Yar qətliamı — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukraynada törədilən soyqırımı.
Ballıqaya qətliamı
Ballıqaya qətliamı — Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 28 avqust 1992-ci il tarixdə dinc əhaliyə qarşı soyqırımı. == Hadisə öncəsi == 1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşdılar. Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi köçkün kimi məskunlaşdı. 1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan, Azərbaycanın fərqli bölgələrində məskunlaşan, yaxın qohumluq münasibətləri olan bu ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan məsləhətləşmələr apardıqdan sonra heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisində alaçıqda (çadırda) məskunlaşdılar. == Hadisə günü == Məskunlaşdıqdan üç gün sonra 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid oldu. Qətliamın canlı şahidlərindən olan Züleyxa Abdullayevanın Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyinin arxivində saxlanılan şahid ifadəsində deyilir: Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun üzvləri heç kəsin sağ qalmadığını zənn etsələrdə təsadüf nəticəsində ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr almışdılar. 5 nəfər ağır yaralandı, 4 nəfər isə yüngül xəsarətlər aldı. Hadisə zamanı hər iki valideynini itirən 3 az yaşlı uşaq xəsarət almışdır. == Soyqırım qurbanları == == Cinayət işinin açılması == Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü - soyqırım, 107-ci - əhalini deportasiya etmə və ya məcburi köçürmə, 113-cü - işgəncə, 115-ci - müharibə qanunlarını və adətlərini pozma, 116-cı - silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaq, 120-ci - qəsdən adam öldürmə, 214-cü - terrorçuluq və digər müxtəlif maddələrlə müvafiq şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə göndərilmişdir.
Ballıqaya qətliamı (1992)
Ballıqaya qətliamı — Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 28 avqust 1992-ci il tarixdə dinc əhaliyə qarşı soyqırımı. == Hadisə öncəsi == 1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşdılar. Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi köçkün kimi məskunlaşdı. 1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan, Azərbaycanın fərqli bölgələrində məskunlaşan, yaxın qohumluq münasibətləri olan bu ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan məsləhətləşmələr apardıqdan sonra heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisində alaçıqda (çadırda) məskunlaşdılar. == Hadisə günü == Məskunlaşdıqdan üç gün sonra 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid oldu. Qətliamın canlı şahidlərindən olan Züleyxa Abdullayevanın Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyinin arxivində saxlanılan şahid ifadəsində deyilir: Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun üzvləri heç kəsin sağ qalmadığını zənn etsələrdə təsadüf nəticəsində ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr almışdılar. 5 nəfər ağır yaralandı, 4 nəfər isə yüngül xəsarətlər aldı. Hadisə zamanı hər iki valideynini itirən 3 az yaşlı uşaq xəsarət almışdır. == Soyqırım qurbanları == == Cinayət işinin açılması == Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü - soyqırım, 107-ci - əhalini deportasiya etmə və ya məcburi köçürmə, 113-cü - işgəncə, 115-ci - müharibə qanunlarını və adətlərini pozma, 116-cı - silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaq, 120-ci - qəsdən adam öldürmə, 214-cü - terrorçuluq və digər müxtəlif maddələrlə müvafiq şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə göndərilmişdir.
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (film, 2006)
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (ing. Texas Chainsaw Massacre: The Beginning) — 2006-cı ildə çəkilmiş ABŞ sleşer filmi. Filmin rejissoru Conatan Libesman filmi Şeldon Turner və David Şounun ssenarisi əsasında çəkib. Filmdə baş rolları gənc aktyorlar Cordana Brewster, Mett Bomer, Diora Baird, Taylor Handley oynayıb. R. Lee Ermey, Andrew Bryniarski, Marietta Maric, Terrence Evans və Cathy Lamkin isə, Hyuitt ailəsinin üzvlərini canlandırıblar. Film dünya üzrə 51,7 milyon dollar gəlir əldə edib. New Line Cinema, Dimension Films filmi satın alarkən franşiza hüquqlarını saxlamaq üçün 3,1 milyon dollar ödəməli olmuşdu. Filmin işçi adı "Benzin mişarı ilə Texas qətliamı: Mənşə" idi. Filmin çəkilişləri birinci hissədə olduğu kimi Texasda aparılıb. Filmdəki hadisələr 1969-cu ildə baş verir, Hyuit ailəsinin və "Dəri üz" ləqəbli manyakın ilk qurbanı olan iki qardaş və onların qız yoldaşlarından bəhs edir.
Benzin mişarı ilə Texas qətliamı (film, 2003)
Benzin mişarı ilə Texas qətliamı (ing. The Texas Chainsaw Massacre) — 2003-cü ildə Tob Hooperin klassik filminin remeyki olan amerikan sleşer filmi. Filmin rejissoru Markus Nispel, ssenari müəllifi Skott Kosar, prodüseri Maykl Bey, Kim Hankel və Tobe Hooperdir. Bu film, Aminvil Dəhşətini, 13-cü Cümə kimi filmləri nümayiş etdirən Platin Dunes tərəfindən istehsal olunan klassik qorxu filmlərinin remeyeki olan serialların birincisidir. Film tənqidçilər tərəfindən mənfi qarşılansa da, dünya kassalarında 9.5 milyon dollarlıq büdcədən 107 milyon dollar gəlir əldə edərək bütün franşizada ən çox qazanan kassa uğuruna çevrildi. Şəkil "R" reytinqi ilə qiymətləndirilib: 17 yaşdan kiçik uşaqlara yalnız valideynlərinin iştirakı ilə baxılmasına icazə verilir.
Benzin mişarı ilə Texas qətliamı (film, 2022)
Benzin mişarı ilə Texas qətliamı (ing. Texas Chainsaw Massacre) — rejissor Devid Blu Qarsiya tərəfindən çəkilmiş amerikan sleşer qorxu filmi. Film 1974-cü ildə çəkilmiş orijinal filmin birbaşa davamıdır və bu seriyadan olan doqquzuncu filmidir. Premyera 18 fevral 2022-ci ildə Netflix servisində baş tutdu (daha əvvəl filmin kinoteatrlarda yayımı planlaşdırılmışdı). Film tənqidçilərdən mənfi rəylər aldı: onlar onu qeyri-orijinal adlandıraraq 2018-ci ildəki Helluin filmi ilə müqayisə etdilər, həmçinin yaradıcıları nostaljidən pul qazanmağa çalışmaqda ittiham etdilər. == Məzmun == Dəri üzlü qatilin 1973-cü ildəki cinayətlərindən təxminən 50 il sonra gənc sahibkarlar Melodi və Dante, Melodinin bacısı Layla və Dantenin sevgilisi Rut köhnə daşınmaz əmlakı hərraca çıxarmaq üçün Tesla Model S ilə Texasın tərk edilmiş Harlou şəhərinə gedirlər. Uğursuz vəziyyətdə olan uşaq evinin ətrafına nəzər salan qrup Cinni adlı yaşlı qadının hələ də orada yaşadığını aşkar edir. O, mülkün hələ də ona məxsus olduğunu sübut edən sənədlərə malik olduğunu iddia etdikdə mübahisə başlayır və mübahisəni ən üst mərtəbədən səssiz və uzun boylu bir kişi qısa müddətə kəsir. Daha sonra Cinni infarktdan yıxılır və Ruth və bir kişinin müşayiəti ilə şerif və onun bir köməkçisi tərəfindən xəstəxanaya çatdırılır. İnvestor Ketrin bir qrup potensial alıcı ilə birlikdə Melodi və Dantenin diqqətini yayındıraraq böyük avtobusda Harlouya gəlir.

Digər lüğətlərdə

а что́ же воздыма́ться всхо́жий гля́нцево жилова́тость пода́рок подтопи́ться рукоположи́ть софо́ра стелли́товый бе́ленький диахрони́ческий догматизи́роваться облюбо́вывать форелево́дческий aerodynamics chiefdom fill-up iniquitous short list spiflicate дротик заворковать лицемерить хитро