Azərbaycan dilinin etimologiya lüğəti

  • QUCAQ

    Kökü qucmaq feilidir, -aq şəkilçisi feildən isim düzəldir (sor və soraq qəlibi üzrə). Kəlmə “od, isti” mənalarında işlədilmiş köy sözü ilə bağlıdır və

    Tam oxu »
  • QUDA

    V.Radlov məşhur 8 cildlik əsərinin 2-ci cildinin 2-ci hissəsində (s.1128) yazır ki, quda sözünün mənası “kəbin” deməkdir

    Tam oxu »
  • QUDUZ

    Dilimizdə r-z əvəzlənməsi ilə bağlı gör və göz, uddur və uduz, qudur və quduz... sözləri mövcuddur. Quduz sözü qudurmaq feilindən r-z əvəzlənməsi nəti

    Tam oxu »
  • QUL

    Qılmaq feili ilə bağlıdır, “işləyən” deməkdir. “Uşaq” mənasında da işlədilib (qul­beçə deyirik). Əsl Azərbaycan sözüdür, fars dilinə Xətainin dövründə

    Tam oxu »
  • QULAC

    Əsli qol və ac sözlərindən ibarətdir. İndi də bəzən qolac kimi işlədilir. Ehtimal ki, qucaq (qucu, quculamaq) sözü də məhz qol sözü ilə qohumdur

    Tam oxu »
  • QULAQ

    Məncə, qol, qıç, qulaq sözləri eyni kökdən törəyib və “çıxıntı” deməkdir. “Ar­xın qulağını dəyiş” deyirik; cəhrədə iyin kərt yeri də qulağa (cəhrədə o

    Tam oxu »
  • QULAQ ASMAQ

    Bu ifadədəki as sözünün əsli aç feilindən ibarətdir. Göz açıb bax­maq kimi, qulaq açıb eşitmək də mövcud olub

    Tam oxu »
  • QULAQÇIN

    “Ушанка” mənasında işlədilən bu söz qulaq və çın hissələrindən iba­rət­dir. Mənası “qulağı açılıb-yığılan papaq” deməkdir

    Tam oxu »
  • QULAMƏLİ

    “Əlinin qulu, qulamə” deməkdir, ərəbcədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QULAN

    Bu sözün qulun forması da var. Oğul və oğlan sözləri göstərir ki, qul və qulan sözləri də olub, lakin indi qul müstəqil işlədilmir

    Tam oxu »
  • QULAN-QUŞQUN

    “İzahlı lüğət”də bu söz “qoşqu ləvazimatının hamısı” kimi açıqlanıb. Nə qulan-quşqun ifadəsi isə “təbii” anlamında şərh olunub

    Tam oxu »
  • QULANÇAR

    Bişirilərək yeyilən bir bitkinin adıdır. Başqa türk dillərində ona qulan­quyruğu deyirlər. Doğrudan da, atın quyruğuna bənzəyir

    Tam oxu »
  • QULDUR

    “Qolu güclü” demək olub, sonra məna dəyişib. Qol (qolçomaq) sözü ilə qohumdur, sinonimi hərami sözüdür (haram kəlməsindəndir)

    Tam oxu »
  • QULP

    Fars sözüdür, bizdə tutaq sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QULUNC

    Alınma sözdür, əsli ərəbcə olsa da, fars dilində çox işlədilir, mənası “sancı” deməkdir. Ruslar ona “колика” deyirlər

    Tam oxu »
  • QUMRAL

    Qoyunlar rənginə görə müxtəlif növlərə bölünür: qumral, ərbəş, bəröyüm, qara, boz, gərçal. Qumral “qızılı”, quba “açıq-şabalıdı rəng” deməkdir

    Tam oxu »
  • QUMRU

    Ərəbcədir, quş adıdır, cəm forması qumardır. Dialektlərdə qur-qur da deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QUMSAL

    Başqa türk dillərinin bəzilərində qumsel kimi işlədilir. –sel şəkilçisi bizdəki –lı4 şəkilçisinin sinonimi kimi özünü göstərir

    Tam oxu »
  • QUNDAQ1

    Qədim mənası “bələk” deməkdir. Dialektlərdə yığcam adama qındırğa de­yirlər. -daq hissəsi bağ kəlməsinin dəyişmiş formasıdır

    Tam oxu »
  • QURAQLIQ

    Qurumaq feili ilə bağlıdır. Sonra quru(maq) sözündəki u səsi düşüb və quru-aq kəlməsi quraq şəklində sabitləşib

    Tam oxu »
  • QURAQSIMAQ

    Qurumaq feili ilə bağlıdır, ondan quru sifəti, sonra isə quru-aq ismi, nəhayət, quruaqsı feili əmələ gəlib (ikinci u saiti ixtisara düşüb)

    Tam oxu »
  • QURBAĞA

    Su dəyirmanında üst daşı oxla birləşdirən və fırlayan dəmirə el arasında qurbağa deyirlər. Formaca qurbağaya bənzəyir

    Tam oxu »
  • QURBAN

    Qəməri təqvimlə XII ayın adıdır. Mənası “əvəz” deməkdir. Qurban bayramı ilə bağlı yaranmış sözdür, “həyatını kiməsə fəda etmək” deməkdir, bizə ərəb di

    Tam oxu »
  • QURD

    “Milçək toxumundan yaranan ayaqsız böcək” deməkdir. Qurdalamaq sözü də bununla qohumdur. Qurucuq variantı da olub

    Tam oxu »
  • QURD-QUŞ

    “Ehtiyatlı olun, qabağınıza qurd-quş çıxar” cümləsi işlədilir. Əslində, söz qurd-qıc şəklində olub: “qurd və digər yırtıcı (qıc eləyən, dişləyən) heyv

    Tam oxu »
  • QURDAĞZI

    Dan üzü ifadəsinin sinonimidir. Həmin vaxt hamı, hətta itlər də şirin yuxuya gedir və qurd ova başlayır, ağzına yem gəlir

    Tam oxu »
  • QURDALAMAQ

    Əslində, qurd aramaq formasında olub. Şoru qarışdırıb qurdunu təmizləməklə bağlı yaranıb. İndi məna xeyli dəyişib: “əl vurma, qarışdırma” və s

    Tam oxu »
  • QURDEŞƏNƏK

    El arasında qızılca mənasında işlədir, dərinin səpməsi və göz-göz olması ilə özünü göstərir. Belə səpmə qurd (böcək) yuvalarını xatırladır

    Tam oxu »
  • QURMAQ

    “Qur” sözü müxtəlif mənalara malik olub: “dartmaq, çəkmək, yaratmaq” və s. Tələ qurmaq, xana qurmaq, tapqır (əsli: dartqur), qurşaq sözlərindəki qur,

    Tam oxu »
  • QURREH

    Kənd yerində heyvanı çaya su içməyə aparır və qurreh sözü ilə müşayiət edirlər. Bu “qurt-qurt edərək iç” deməkdir

    Tam oxu »
  • QURSAQ

    Bəzi mənbələrdə cumru, cumrusaq kimi verilib. Mənası “yumru” deməkdir. Mədə ərəb sözüdür. Bizdə onun yerinə qursaq işlədilib

    Tam oxu »
  • QURŞAQ

    Qədimdə qur feili olub və “dartmaq” mənasında işlədilib (“tələ qur” deyirik). Qurşa isə “bağla” deməkdir

    Tam oxu »
  • QURŞAQLIQ

    Belin incə yerinə deyirlər. Qurşaq (toqqa) sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QURT

    Bir içim su, bir qurtum su ifadələri işlədirik. Görünür, qurt sözü həm də feil olub (yoxsa, qurt-um forması mümkün deyildir) və təqlidi söz kimi yaran

    Tam oxu »
  • QURTAR

    “Bəladan qurtardım” deyirik. Sözün əsli qutğar kimi qeydə alınıb: qut “yax­şı” deməkdir, -ğar şəkilçisi feil düzəldib: suvğar (suvarmaq), qabğar (qabl

    Tam oxu »
  • QURTULUŞ

    Bu sözün qurtarmaq kəlməsi ilə əlaqəsi yoxdur, qut kəlməsi ilə bağlıdır (azad olmaq, xoşbəxtliyə çatmaq)

    Tam oxu »
  • QURTUM

    Rus dilindəki “глаток” mənasını əks etdirir, təqlidi sözdür, su içəndə çı­xarılan qurt-qurt səsi ilə bağlıdır

    Tam oxu »
  • QURU

    Bu söz indi ad-feil omonimi kimi işlədilir, lakin qabaqlar müstəqil qur sifəti olub (turş-u qəlibi üzrə), ondan da qurumaq feili əmələ gəlib

    Tam oxu »
  • QURUD

    Süzmənin qurudulması ilə bağlıdır. Keçmək feilindən keçid sözü əmələ gəldiyi kimi, qurumaq feilindən də qurud əmələ gəlib (ya da qurumaq feilinə təsir

    Tam oxu »
  • QURUM

    Rus dilində “сажа” adlanan şeyə bizdə qurum deyirlər. Qurum –(əsli: göy­rüm) “his” deməkdir, göy (od) sözünün əsasında əmələ gəlib: “yanmış, tüstüyə,

    Tam oxu »
  • QURUMAQ

    Kepimək (təpimək) sözü ilə qohumdur. Türkmən dilində ku sözü ruscaya “сухой” kimi tərcümə olunur. (Bəşir Əhmədov

    Tam oxu »
  • QURUMSAQ

    Kök qurnaz kəlməsindəki qurla eynidir. Pis niyyətlə (təmənalı şəkildə) qadın və kişinin arasını düzəldən, onları əxlaqsızlığa çağıran adama “qurumsaq”

    Tam oxu »
  • QURUŞ

    Yüzdə bir lirəyə bir piastr deyiblər (piastr latınca “qəpik” deməkdir, quruş bir gümüş piastra deyiblər)

    Tam oxu »
  • QUSAR

    Macar dilində bu sözün mənası “20” deməkdir. Macar adətlərinə görə, hər 20 oğlandan biri atlı qoşun dəstəsində xidmət edirdi

    Tam oxu »
  • QUŞ

    Qulaq, qol, qanad, qaz sözləri ilə qohumdur. Qu, qo, qa qədim etimonları “çıxıntı” mənasını verir. Quş “yana çıxıntısı” (yəni qanadı olan) deməkdir

    Tam oxu »
  • QUŞBAZ

    Quş öz sözümüzdür, baz isə farsca baxtən (oynamaq) məsdərinin əsasıdır. Hərfi mənası “quşla oynayan” deməkdir (amma “quş sevən” kimi anla­şıl­malıdır)

    Tam oxu »
  • QUŞQONMAZ

    Elə tikanları var ki, quşu qonmağa qoymur, bitki adıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QUŞQUN

    Bu sözlə bağlı quşqunu düşük, quşqun qırmaq, quşqunu boş, quşqunsuz və s. ifadələr də işlədilir. Quşqun müxtəlif mənalara malikdir: quyruq, qasıq, sel

    Tam oxu »
  • QUŞQUNU BOŞ

    Quşqun sözünün bir mənası “tumanbağı” deməkdir. İfadə “tuma­nını əynində bərk saxlaya bilməyən, əxlaqsız” deməkdir

    Tam oxu »
  • QUŞQUNU DÜŞKÜN AT

    V.Radlov bu belə açıb: “Лощадь со слабыми задними ногами”. “Quşqun qırmaq” ifadəsi “kimisə qovmaq, izləmək” mənasını verir

    Tam oxu »