AZUQƏ

AZUQƏ (ərzaq ehtiyatı, yeyəcək ehtiyatı) İndi Həsi çaqqıldayan dəyirmanın unluğu qabağında çalışır, bəylik üçün azuqə hazırlayırdı (S.Rəhimov); ƏRZAQ Hissə irəli getdikcə, mən yük maşınında döyüşçülər üçün ərzaq daşıyır, səyyar mətbəxlərə çatdırırdım (Y.Əzimzadə); MƏKULAT (köhn.) ..Evin illik məkulatı ayrıca göndərilirdi.. (Çəmənzəminli); RİZQ (köhn.) [Cavan Bəzirgan:] Qanlı dərədə heyrətli bir quldur yolumuzu kəsdi.. Malımızı, rizqimizi aldı.. (Anar); RUZİ Sevil: İndi Allah bizim üçün bir parça ruzi yetirmişdir... (C.Cabbarlı); SURSAT (hərbi ərzaq) Bu maşınların çoxu ön xəttə hərbi sursat daşıyır (X.Hasilova); YEYİNTİ (dan.) Molla Zaman arvadına: Bir az yeyinti al gətir (Ə.Haqverdiyev).

AZMANLIQ
AZYAŞLI

Значение слова в других словарях