aşağıtezlikli

aşağıtezlikli
aşağımolekulyar 2021
aşağıtəzyiqli
OBASTAN VİKİ
Ultrasəs aşağıtezlikli disperqator
Ultrasəs aşağıtezlikli disperqator — motor yağlarıının özlülük stabilliyinin təyini üçündür. Motor yağlarıının özlülük stabilliyinin təyini üsulu — Yağın istismarı zamanı tərkibində olan polimer aşqarların mexaniki parçalanması (destruksiyası) səbəbindən özlülüyün nisbi aşağı düşməsini ultrasəs aşağıtezlikli disperqator qurğusunda səslənmədən sonra ГОСТ 6794–75 (bənd 3.6) üsulu ilə təyinidir. Ultrasəs aşağıtezlikli disperqator disperqatorunun komplektinə ultrasəsləndirici generator, 22 kHz və 44 kHz tezlikli eksponensial qatılaşdırıcı olan maqnit şüalandırıcıları, ştativ və reaksiya qabı daxildir. Reaksiya qabı Б-70 markalı benzinlə, toluol və ya aseton ilə yuyulur və qurudulur. Sonra Ultrasəs aşağıtezlikli disperqator – 2T generatoru işə salınır, şüalandırıcı köynəyə su verilir, 1 dəq. az olmayaraq lampaların qızması gözlənilir. Reaksiya qabına 15 sm3 yağ tökülür və ştativə bərkidilir, sonra termostat işə salınır, generatorda 22 kHz tezliyi qeyd edilir. "Müntəzəm tezlik" və "maqnitləşdirmə" variatorları ilə sınaq yağının maksimal kavitasiya səsinin rezonansına uyğun sistem quraşdırılır. Yağ 15 dəqiqə müddətində ultrasəs qurğusunda səsləndirilir. Səsləndirmə qurtardıqdan sonra yağın kinematik özlülüyü 1000 C-də ГОСТ-33–82-yə görə təyin edilir.