Bəhri Məmlüklər
Bəhrilər (ərəb. البحرية, Bəhriyyə) — Misir, Suriya və Hicazı əhatə edən Məmlük sultanlığını idarə edən qıpçaq-türk əsilli məmlüklərdən və onların nəsillərindən ibarət sülalə.
Sülaləyə verilən Bəhri adının mənşəyi Əyyubi sultanı Saleh Əyyubi tərəfindən Nil çayının Roda adasında qıpçaq əsilli əsgərləri qəbul etmək üçün inşa etdirilmiş hərbi düşərgədən gəlir.
Bəhrilərdən olan 24 sultandan bəziləri "Bəhriyyə" hərbi düşərgəsində yetişdirilmişdir məmlüklər, bəziləri isə nəsildən-nəsilə keçməklə taxta çıxmışlar. Bəhri hakimiyyətinin sonlarına yaxın sultanlar faktiki olaraq hakimiyyətlərini itirdilər və güclü məmlük əmirləri üçün "siyasi fiqura" çevrildilər.
Bəhri sülaləsindən olan Məmlük sultanları Qahirədəki Müqəddəm təpəsində yerləşən Qahirə qalası içərisindəki sarayda yaşayırdılar.
1382-ci ildə sultan Bərkukdan etibarən Bəhrilərin hakimiyyətinə son verildi və Məmlük sultanlığı əsasən çərkəz əsilli Bürci sülaləsi tərəfindən idarə olunmağa başlandı.
== Bəhri sultanları ==
== İstinadlar ==
== Ədəbiyyat ==
Clot, Andre (2009), L'Égypte des Mamelouks 1250-1517. L'empire des esclaves Paris:Perrin ISBN 978-2-262-03045-2. (fr.)
Tür.