Gertsel Baazov
Gertsel Baazov (gürc. გერცელ ბააზოვი; 28 oktyabr 1904, Oni (şəhər), Raça-Leçxumi və Aşağı Svaneti diyarı – 12 sentyabr 1938, Tbilisi) — yəhudi-gürcü mənşəli prozaik, dramaturq, şair və tərcüməçi.
== Həyatı ==
Gertsel Baazov 10 (23) oktyabr 1904-cü ildə Rusiya imperiyasının Kutaisi quberniyasının Oni şəhərində, yəhudi din xadiminin, sionist David Baazovun ailəsində anadan olub. Kutaisidə D. Baazov "Yəhudi səsi" qəzeti nəşr etmiş və onun səhifələrində ilk dəfə olaraq Gertsel öz əsərlərini nəşr etməyə başlamışdı.
U. Caparidze və D. Canelidze ilə birlikdə doğma şəhərdə gimnaziyadakı təhsilinə davam etmiş, ədəbi jurnal — Oni jurnalını nəşr etdirmişdir.
1928-ci ildə Tiflis universitetinin hüquq fakültəsini başa vurmuşdur. Tbilisi şəhər məhkəməsinin xalq hakimi, "Sovet hüququ", "Sovet quruculuğu" işçi jurnallarının əməkdaşı olub. Tbilisi şəhər hakiminin xalq hakimi, "Sovet hüququ", "Sovet quruculuğu" jurnallarında məqalə ilə çıxış etmişdir.
Tbilisi Universitetində Qərbi Avropa ədəbiyyatı nölməsindən aspitantura üzrə məzun olmuşdur, daha sonra Moskvada təhsil almışdır. İvriti və yəhudi tarixini öyrənmək üçün gecə məktəbinin təşkilində atasına kömək etmişdir, onların şagirdləri ivritcə səhnə almış və konsertlərdə mahnı ifa etmişdiər.