bayraqcıq
bayraqdarlıq
OBASTAN VİKİ
Bayraqdar
Bayraqdar — mənası:Bayraq tutan, bayraq daşıyan adam. Tarix boyu döyüşlərdə ordunun ön hissəsində həmin ordunun rəmzi sayılan Döyüş Bayrağını daşıyan əsgərlər mövcud olub. Müasir dövrdədə bayraqdar əsgər hərbi birləşmənin və ya qurumun Döyüş Bayrağını daşıyır. Bayraqdar əsgər fəal, çevik və cəsur əsgərlərdən təyin olunur. O, hər zaman bayrağı göz bəbəyi kimi qorumalıdır. == Bayrağın daşınma qaydası == Farağat vəziyyətində — bu zaman bayraqdar əsgər bayrağın tutacağından sol əl ilə yuxarıdan sağ əl ilə aşağıdan tutaraq bayrağı sinəsindən qolları bükülmüş qədər məsafədə aralı tutur. Səfərli kalona vəziyyətində — komanda verilən zaman müxtəlif birləşmələrin (bölük, dəstə, briqada və s.)bayraqdarları müəyyən olumuş məsafədə (bölük bayraqdarı — 4 addım, dəstə bayraqdarı — 8 addım və s.)addımlayaraq çıxır. Bu zaman bayraqdar bayrağı sağ əl ilə aşağıdan sol əl ilə yuxarıdan özünün sağ tərəfində tutaraq irəliləyir. Diqqət !!! mərkəzə vəziyyətində — zamanı isə Bayraqdar bayrağı sol əlin köməyi ilə onun tutacağını sağ qolun dirsəkdən bükülmüş vəziyyətinə uyğun önə uzadır və sol əl yana sıxılır.
Bayraqdar fəvvarəsi
Bayraqdar fəvvarəsi (alm. Vennerbrunnen‎) İsveçrənin Bern şəhərinin Rathausplats meydanında yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == Fəvvarə Köhnə şəhər Ratuşa binasının önündə yerləşir. Fəvvarənin əsas bəzək elementi sayılan zirehli Bern bayraqdarının layihəsi 1542-ci ildə Hans Ginq tərəfindən tərtib edilmişdir. Bundan öncə, XIV əsrin taxta fəvvarəsi Şvendplats meydanda yerləşirdi. Bern sakinləri arasında "Bayraqdar" çox güclü mənəvi mövqe tutur. Kapitellərin yuxarı hissəsini dörd insan üz maskası bəzəyir. 1844-cü ildə meydanın yaxınlığında Nüdeqqbrükke körpüsünün tikintisi zamanı, fəvvarə müvəqqəti olaraq tikinti ərazisindən yığışdırılmışdır. Daha sonralar, yəni 1880–1913-cü illər arasında fəvvarə kiçik Amthausqasse döngəsində yer alırdı və yalnız 1913-cü ilin sonunda onu hazırkı meydana köçürmək barədə qərar alınmışdır.
Bayraqdar əsgər
Bayraqdar — mənası:Bayraq tutan, bayraq daşıyan adam. Tarix boyu döyüşlərdə ordunun ön hissəsində həmin ordunun rəmzi sayılan Döyüş Bayrağını daşıyan əsgərlər mövcud olub. Müasir dövrdədə bayraqdar əsgər hərbi birləşmənin və ya qurumun Döyüş Bayrağını daşıyır. Bayraqdar əsgər fəal, çevik və cəsur əsgərlərdən təyin olunur. O, hər zaman bayrağı göz bəbəyi kimi qorumalıdır. == Bayrağın daşınma qaydası == Farağat vəziyyətində — bu zaman bayraqdar əsgər bayrağın tutacağından sol əl ilə yuxarıdan sağ əl ilə aşağıdan tutaraq bayrağı sinəsindən qolları bükülmüş qədər məsafədə aralı tutur. Səfərli kalona vəziyyətində — komanda verilən zaman müxtəlif birləşmələrin (bölük, dəstə, briqada və s.)bayraqdarları müəyyən olumuş məsafədə (bölük bayraqdarı — 4 addım, dəstə bayraqdarı — 8 addım və s.)addımlayaraq çıxır. Bu zaman bayraqdar bayrağı sağ əl ilə aşağıdan sol əl ilə yuxarıdan özünün sağ tərəfində tutaraq irəliləyir. Diqqət !!! mərkəzə vəziyyətində — zamanı isə Bayraqdar bayrağı sol əlin köməyi ilə onun tutacağını sağ qolun dirsəkdən bükülmüş vəziyyətinə uyğun önə uzadır və sol əl yana sıxılır.
Doğan Bayraqdar
Doğan Bayraqdar(24 aprel 1995, İstanbul) — Türk aktyoru. == Həyatı == Doğan Bayraktar 1995-ci ildə İstanbulda anadan olub. Nişantaşı Universitetində Mülki Aviasiya və Kabin Xidmətləri ixtisası üzrə təhsil alan Doğan universitetdə oxuduğu müddətdə Erkan Özermanın təşkil etdiyi 2015 Best Model of Turkey model yarışmasında iştirak edib və İkinci Yarışçı seçilib. İlk aktyorluq təcrübəsini 2017-ci ildə FOX-da yayımlanmağa başlayan Döyüşçü serialı ilə yaşadı. Daha sonra Hercai serialında rol aldı. 2021–2022-ci illər arasında BluTV-də yayımlanan Börü 2039 serialında "Korkut Buğra Orbay" obrazını canlandırıb. Son olaraq 2022-ci ildə FOX-da yayımlanan Gülümse Kaderine serialında "Ekin" rolunu canlandırıb.
Səlcuq Bayraqdar
Səlcuq Bayraqdar (7 oktyabr 1979, Sarıyer) — türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni. Əslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir və Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir. Təhsil həyatına Sarıyer ibtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olmuş, 1997-ci ildə Robert Kollecini bitirmişdir. Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlamışdır. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət nəticələnmişdir. Təcrübə müddətində təqaüd verildikdən sonra, 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamladı. Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirmişdir. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışmışdır. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparmışdır.
Bayraqdar (Qars)
Bayraqdar — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 336 nəfərdir (2022).
Bayraqdar (dəqiqləşdirmə)
Bayraqdar
Ələmdar (Bayraqdar)
Ələmdar - Ələm ərəbcə “bayraq”, dar isə farsca “-cı” deməkdir. Sözün mənası bayraqçı (bayraqdar) kimi başa düşülə bilər. Ələmdar isə təntənəli bayram günlərində ələm gəzdirirdi. 1555-ci ildə şahzadə Sultan İbrahim Mirzəni seyidlər,xadimlər,əmirlər və vəzirlər tam hörmətlə qarşıladılar.Ələmdarlar bu vaxt ələmləri qaldırdılar. Carçı-şah, vali hakim tərəfindən bir xəbəri, yaxud mətləbi küçədə, bazarda, şəhər meydanında və ya xalq arasında uca səslə elan edirdi. Əlyazmalarda hətta I Şah Təhmasibin oğlanlarından Musa Mirzənin carçı olduğu göstərilir. Mənbələrdə adı çəkilən monhinin də vəzifəsi carçıya bənzəyirdi. 1531-ci ildə monhilər (hərbi xəbərləri verən carçılar) və təvaçilər şahzadə Əlqas Mirzənin 4000 nəfərlik qoşunla köməyə gəldiyini I Şah Təhmasibə xəbər verdilər. Jean-Louis Bacque-Qrammont. Padişah ve Şah.
Azərbaycanın Olimpiya oyunlarındakı bayraqdarlarının siyahısı
Azərbaycanın Olimpiya oyunlarındakı bayraqdarlarının siyahısı — 1996-cı ildən etibarən hər dörd ildən bir keçirilən Yay və Qış Olimpiya Oyunlarının açılış mərasimlərində Azərbaycan bayrağını daşıyan idmançıların siyahısı.
Battal Bayraqdarov
Yunanıstanın Olimpiya oyunlarında bayraqdarları
Bu Yunanıstanın Olimpiya oyunlarında bayraqdarları siyahısıdır. Bayraqdar təmsil etdiyi ölkənin bayrağını olimpiya oyunlarının açılış mərasimində daşıyır. Siyahıda 1908-ci ildən sonra Yunanıstanı Yay və Qış Olimpiya oyunlarında bayraqdar kimi təmsil etmiş idmançıların adları verilmişdir.
Yunanıstanın Olimpiya oyunlarındakı bayraqdarları
Bu Yunanıstanın Olimpiya oyunlarında bayraqdarları siyahısıdır. Bayraqdar təmsil etdiyi ölkənin bayrağını olimpiya oyunlarının açılış mərasimində daşıyır. Siyahıda 1908-ci ildən sonra Yunanıstanı Yay və Qış Olimpiya oyunlarında bayraqdar kimi təmsil etmiş idmançıların adları verilmişdir.
Yunanıstanın Olimpiya oyunlarındakı bayraqdarlarının siyahısı
Bu Yunanıstanın Olimpiya oyunlarında bayraqdarları siyahısıdır. Bayraqdar təmsil etdiyi ölkənin bayrağını olimpiya oyunlarının açılış mərasimində daşıyır. Siyahıda 1908-ci ildən sonra Yunanıstanı Yay və Qış Olimpiya oyunlarında bayraqdar kimi təmsil etmiş idmançıların adları verilmişdir.

Digər lüğətlərdə