Beynəlxalq iqtisadiyyat
Beynəlxalq iqtisadiyyat — müxtəlif malların, xidmətlərin, işçi qüvvəsinin, kapitalın və digər istehsal amillərinin beynəlxalq mübadiləsi sahəsində müxtəlif dövlətlərin təsərrüfat subyektləri arasında qarşılıqlı təsir qanunauyğunluqlarını öyrənən bir fəndir.
Beynəlxalq iqtisadi münasibətlər (BİM) – maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir. BİM ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir.
BİM iqtisadiyyatların müxtəlif səviyyələrində təzahür edə bilər ki, onun da subyektləri aşağıdakılardır:
Mikrosəviyyə — burada BİM-in subyektləri kimi bu və ya digər xarici iqtisadi əməliyyatları həyata keçirən ayrı-ayrı fiziki şəxslər, orta və kiçik müəssisələr və firmalar çıxış edir;
Makrosəviyyə — bu səviyyənin əsas subyektləri kimi milli dövlətləri, onların subyektlərini, beynəlxalq iqtisadi inteqrasiya qruplaşmalarını, transmilli və qlobal şirkətləri göstərmək olar;
Üstmilli səviyyə — bu səviyyədə beynəlxalq təşkilatlar və üstmilli institutlar fəaliyyət göstərir.
BİM-in məzmununun arşdırılmasında onun obyekt və subyektlərinin böyük əhəmiyyəti vardır.BİM-in obyektləri onun ayrı-ayrı formalarıının əsasını təşkil edən əmtəələr və xidmət növləri,kapital,texnologiya və bu kimi yüzlərlə iqtisadi məzmuna malik anlayışlardan ibarətdir.BİM-in subyektləri mikroiqtisadi səviyyədə firmalardan, beynəlxalq şirkətlərdən,sahibkarlar ittifaqlarından ibarətdir.Makroiqtisadi səviyyədə BİM-in subyektləri milli hökümətlər vədövlət orqanlarından ibarətdir.
== Beynəlxalq iqtisadiyyatın məqsədi ==
Beynəlxalq iqtisadiyyatın tədqiqat obyekti dünya və ya dünya iqtisadiyyatıdır.
Dünya iqtisadiyyatı — beynəlxalq əmək bölgüsündə iştirak edən və beynəlxalq iqtisadi münasibətlər sistemi ilə əlaqələndirilən ayrı-ayrı ölkələrin məcmusudur.
Beynəlxalq iqtisadiyyatın obyektləri, eyni zamanda bu gün həcmi 9 trilyon ABŞ dolları olan beynəlxalq ticarətdə dövriyyədə olan mal və xidmətlərdir. Beynəlxalq iqtisadiyyatda mal və xidmət mübadiləsi böyük həcmlər, çeşidlərin genişliyi, keyfiyyət fərqliliyi ilə xarakterizə olunur.
== Beynəlxalq iqtisadiyyat kursu quruluşu ==
Beynəlxalq iqtisadiyyat nəzəriyyəsi kursu 2 hissədən ibarətdir:
Beynəlxalq mikroiqtisadiyyat dünya bazar iştirakçılarının maraqları və imkanları ilə müəyyən edilmiş davranış qaydalarını öyrənir.