Beynəlxalq Ticarət Razılaşması

ayrı-ayrı xammal məhsullarının dünya bazar tənzimlənməsi üzrə beynəlxalq müqavilədir.
Beynəlxalq Ticarət Palatası
Beynəlxalq Ticarət Sertifikatı
OBASTAN VİKİ
Beynəlxalq ticarət
Beynəlxalq ticarət — dünya ölkələrinin xarici ticarətinin cəmi olan əmtəə-pul münasibətləri sistemi. Xarici ticarət dövriyyəsi bu və ya digər ölkənin ixracının və idxalının dəyərlərinin cəmidir. Xarici ticarətin dəyər həcmi müəyyən dövr üçün cari valyuta məzənnələrindən istifadə etməklə cari qiymətlərdə hesablanır. Xarici ticarətin fiziki həcmi daimi qiymətlərdə hesablanır və zəruri müqayisələri aparmağa və xarici ticarətin real dinamikasını müəyyən etməyə imkan verir. Dünya əmtəə dövriyyəsi bütün dünya dövlətlərinin ancaq ixraclarının həcmini toplamaqla müəyyən edilir və adətən ABŞ dollarında əks olunur. İxrac əməliyyatları özündə əmtəənin gəminin göyərtəsinə çatdırılması və yüklənmə limanında malın gəminin tutacağından göyərtəsinə keçirilməsi ilə əlaqədar xərcləri əks etdirən FOB (free on board – franko göyərtədə) qiymətləri əsasında hesablanır. İdxal əməliyyatlarının hesablanması özündə FOB şərtləri ilə yanaşı yükün sığortalanması ilə bağlı xərcləri əks etdirən CIF (cost, insurance, freight – dəyər, sığorta, fraxt) qiymətləri əsasında əks etdirilir. FOB və CIF "İnkoterms 2000" adlanan və kommersiya əməliyyatlarında istifadə edilən terminlərdən ikisidir. "İnkoterms 2000" haqqında bir qədər sonra daha geniş məlumat veriləcəkdir. Dünya ixracının həcmi dünya idxalının həcminə bərabər olmalıdır ki, çünki, bir ölkə tərəfindən ixrac edilən əmtəə digər ölkə tərəfindən idxal edilir.
Beynəlxalq Ticarət Mərkəzi
Beynəlxalq Ticarət Mərkəzi (ITC) (Centre du commerce international (CCI)) — ticarət və inkişaf üzrə Birləşmiş Millətlər Konfransının və Dünya Ticarət Təşkilatının texniki əməkdaşlıq agentliyi . Aşağıdakı ITC bəyanatı mərkəzin veb saytından götürülüb və BTK-nın öz funksiyalarına rəsmi baxışını əks etdirir: ITC, tərəfdaşları ilə özəl sektorun inkişafı, ticarətə dəstək qurumları və siyasətçilər üçün ticarət həlləri təqdim edərək inkişaf etməkdə olan ölkələrdə kiçik sahibkarlıq ixracatı uğurunu təmin edir. ITC altı sahədə fəaliyyət göstərir: Məhsul və bazarın inkişafı Satışa dəstək xidmətinin inkişafı Ticarət məlumatları İşçi qüvvəsinin inkişafı Beynəlxalq alqı-satqı və idarəetmə Ehtiyacların qiymətləndirilməsi, ticarətin təşviqi üçün proqram dizaynı ITC-nin texniki yardımı, milli potensialın artırılmasına ehtiyacın ən vacib olduğunu düşündüyü üç məsələyə yönəlmişdir: firmaların ÜTT qaydalarını başa düşməsinə kömək etmək; müəssisənin rəqabət qabiliyyətinin gücləndirilməsi; və yeni ticarət təşviq strategiyalarının hazırlanması. == Bazar analitik xidmətləri və alətləri == Marketplace (MCL) Beynəlxalq Ticarət Mərkəzi (ITC) UNCTAD / ÜTT Məhsul və Bazar İnkişaf Proqramının bir hissəsidir. MCL xidmətləri vasitəsi ilə ITC, onlayn alətlər təqdim edir, bazar araşdırmaları və ticarət analizlərini yayır və inkişaf etməkdə olan ölkələrdə ticarətə dəstək qurumları və müəssisələri üçün bazar təhlili təlim proqramları aparır. Ticarət Xəritəsi — Beynəlxalq Ticarətin İnkişafına dair Ticarət Statistikaları Marketə Giriş Xəritəsi — Mövcud tarif məlumatları üçün UN ITC veb saytı İnvestisiya Xəritəsi — Xarici şirkətlər, beynəlxalq ticarət və tariflərlə yanaşı birbaşa xarici investisiyaların statistikası Xüsusi araşdırmalar — Ticarətlə əlaqəli, Xüsusi bazar araşdırmaları və təhlili Potensialın artırılması — Uğurlu İxrac Strategiyaları üçün vəsait təmin etmək Müəssisənin rəqabət qabiliyyəti Rəqabətlilik (Competitiveness) ITC (EC), yüksək keyfiyyətli ticarət inkişaf xidmətləri davamlılığını artıran potensial qurma proqramları təqdim edərək özəl sektorun inkişafı üzrə ixtisaslaşmışdır. AK müdaxilələri, yüksək ixrac potensialına sahib olan və yoxsullara uyğun gəlir əldə etmək üçün imkanları müəyyən edilmiş prioritet sahələrə yönəlmişdir. EC məhsuldarlığı, yeniliyi və beynəlxalq rəqabət qabiliyyətini artırmaq üçün KOB-lərə texniki yardım göstərmək üçün strateji tərəfdaş şəbəkəsini gücləndirir. EC fəaliyyətləri bazarı dəstəkləyən aktyorların, yəni Biznes İnkişaf Xidməti Təminatçılarının (BDSP) ehtiyaclarını ödəməyə yönəlmişdir; və ixrac yardımları həlləri və KOB-lərə birbaşa texniki yardım. İxracat biliklərinin inkişafı və keyfiyyət bacarıqlarının ötürülməsi AK-nın işinin ayrılmaz hissəsidir və təxminən üç praktika sahəsi aydın şəkildə ifadə edilmişdir: İxrac rəhbərliyinin inkişafı.
Faizlər razılaşması
Faizlər razılaşması — dördüncü Moskva konfransı zamanı əldə olunan, İkinci dünya müharibəsindən sonra cənub-şərqi Avropa regionunun hansı nüfuz dairələrinə bölünəcəyini müəyyən edən Çörçill-Stalin razılaşmasıdır. Bu razılaşma ictimaiyyətə Çörçill tərəfindən açıqlanmışdı. Ruzvelti konfransda təmsil edən ABŞ səfiri Averel Herriman bu xüsusi müzakirələrdən kənarda saxlanılmışdı. 1944-cü il oktyabrın 9-da Moskva konfransında görüşən Çörçill və Stalin Avropanın nüfuz dairələrinə bölünməsini müzakirə edirlər. Burada Vinston Çörçill təklif edir ki, Rumıniyanın 90%-i və Bolqarıstanın 75%-i SSRİ-yə, Yunanıstanın 90%-i Böyük Britaniyaya verilsin, Yuqoslaviya ilə Macarıstan isə yarı-yarıya bölüşdürülsün. Təklif Stalinə tərcümə olunarkən, Çörçill bir kağıza bölüşdürmə faizlərini qeyd edir və kağızı Stalinə ötürür. Təklif tərcümə olunduqdan sonra Çörçill: "Milyonların taleyini müəyyən edəcək olan bu cür məsələləri belə ayaqüstü həll etməyimiz gələcəkdə mənfi qarşılana bilər, kağızı yandıraq" - deyir, lakin Stalin "Yox, səndə qalsın" - deyə cavab verir. Çörçill bu sənədi naughty document-yaramaz sənəd adlandırırdı. İki ölkənin xarici işlər nazirləri 10, 11 oktyabr tarixlərində bölüşdürmə barəsində qərara gəlirlər. Sonda Sovet İttifaqının Bolqarıstan və Macarıstandakı payı 80% olaraq dəyişdirilir, digər faizlərə toxunulmur.
Nant razılaşması
Nant razılaşması (fr. Édit de Nantes) — Fransa kralı IV Henri tərəfindən 1598-ci ildə imzalanan dini məzmunlu razılaşma. 1598-ci ildə Fransa əhalisinin 80% katolik idi. Nant razılaşmasına əsasən Kalvinizm və Protestantlıq məhzəbinin sahiblərinə geniş hüquqlar verilmişdir. Bununla ölkədə dini balansın formalaşması yolunda böyük bir addım atıldı. IV Henrinin bir başa dəstəyi ilə hazırlanan razılaşma Fransada din sahəsində həyata keçirilən ən böyük islahatlardan hesab olunurdu. Razılaşmadan sonra Fransada XVI əsrə qədər davam edən dini qarşıdurmalara son qoyuldu. Nant razılaşmasında Fransada yaşayan digər din sahiblərinə qarşı, diqqətli davranmaq tələb edilirdi. Lakin müsəlmanlar qarşı bu dövrdə dini yöndə İspaniyada aparılan rekonkista hərəkatına qarşı heç bir fikir bildirilmirdi. Nant razılaşması 1685-ci ildə kral XIV Luis tərəfindən ləğv edilmişdir.
Oslo razılaşması
Poti razılaşması
Poti razılaşması — Gürcüstanla Almaniya arasında imzalanmış razılaşma. 1918-ci il mayın 14-də Zaqafqaziya seyminin gürcü fraksiyası seymdəki digər fraksiyaların xəbəri olmadan Almaniyanın regiondakı təmsilçisi Fon Lossov ilə gizli-separat damşıqlara getmək qərarına gəldi. Batum konfransı zamanı Cənubi Qafqaz sülh nümayəndə heyətinin gürcü təmsilçisi konfransda məşvərətçi səs hüququ ilə iştirak edən Fon Lossova bəyanat təqdim etdi. Bəyanatda deyilirdi ki, Gürcü Milli Şurası Gürcüstanın beynəlxalq məsələlərdə hərtərəfli müdafiə olunmasını Almaniyadan xahiş edir. Almaniya ilə damşıqları sürətləndirmək üçün Gürcü Milli Şurasının sədri Noy Jordaniya başda olmaqla nümayəndə heyəti Batuma gəldi. Burada Jordaniya ilə Fon Lossov arasında aparılan danışıqda əldə olunan razılığa əsasən, Gürcüstan tezliklə Zaqafqaziya Federasiyasının tərkibindən çıxaraq, müstəqilliyini elan etməli idi. Almaniya tərəfi isə, Gürcüstanla müqavilə bağlamaqla, onun hökumətini de-fakto tanımağı öhdəsinə götürdü. 1918-ci il mayın 25-də Fon Lossovun rəhbərliyi ilə alman nümayəndə heyəti Batumdan gəmi ilə Potiyə gəldi. Mayın 28-də burada Almaniya ilə Gürcüstan arasında bir sıra məsələləri əhatə edən 5 maddədən (İlkin razılaşma; hər iki tərəfdən olan hərbi əsirlərin tezliklə dəyişdirilməsi haqqında; qarşılıqlı valyuta əlaqələrinin ilkin nizamlanması haqqında; Gürcüstanın tabeliyində olan bütün gəmilərin Almaniyanın sərəncamına verilməsi haqqında; birinci və ikinci razılaşmaya əlavə olaraq, Gürcüstan və Almaniya arasında əlaqələrin öncədən nizamlanması haqqında) ibarət razılaşma imzalandı. Potidə başlayan alman-gürcü danışıqları Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanmasını sürətləndirdi, eyni zamanda, Osmanlı hökumətini Cənubi və Şimali Qafqazda yaşayan müsəlman-türk xalqlarının müstəqilliyi məsələsinə yeni mövqedən yanaşmağa məcbur etdi.
Şengen razılaşması
Şengen razılaşması — gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir. Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunmuş və Şengen vizası almış turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir. İnsanların azad hərəkət prinsipi hələ 1957-ci il Roma müqaviləsində nəzərdə tutulmuşdur. Bununla belə, üzv dövlətlər tərəfindən həmin dövlətin vətəndaşlarının sərhəd keçid məntəqəsində pasport və gömrük yoxlamalarında nəzarət qalmaqda davam edirdi. Üzv dövlətlər arasında belə yoxlamalar barəsində mübahisə yarandıqdan sonra 14 iyun 1985-ci ildə Avropa İqtisadi Birliyinin beş üzv dövləti — Belçika, Niderland, Lüksemburq, Fransa, AFR müvafiq sazişi imzaladılar. Şengen razılaşması Saarbücken müqaviləsinə əsaslanır. Belə ki, Almaniya-Fransa sərhədindəki nəzarət məntəqələrini keçərkən yük maşını sürücülərinin 1984-cü ildə həyata keçirdikləri etiraz nümayişlərindən sonra 13 iyul 1984-cü ildə Qərbi Almaniya kansleri Helmut Kol ilə Fransa prezidenti Fransua Mitteran iki ölkənin ortaq sərhədlərində səyahət edənlərə tətbiq olunan nəzarətin, yoxlamaların mərhələli olaraq aradan qaldırılması ilə əlaqədar Saarbücken müqaviləsini imzalamışdılar. Daha sonra Benilüks ölkələrinin də iştirakı ilə Lüksemburqun Şengen ərazisində bugünkü müqavilənin əsasını təşkil edən və 33 maddədən ibarət Şengen Sazişi imzalandı və ortaq sərhədlərdəki yoxlamaların azaldılması razılaşdırıldı. Qeyd etmək lazımdır ki, bəzi ölkələr, o cümlədən, Böyük Britaniya milli sərhədlərinin təhlükəsizliyini qorumaq məqsədilə müqaviləyə qoşulmamışdı.
Yeniköy razılaşması
Yeniköy razılaşması — 1912–1914-cü illər arasında Avropa dövlətləri tərəfindən hazırlanmış və Osmanlı imperiyası ərazisində ermənilər üçün iki vilayətin yaradılması, onların ermənilər ilə bağlı məsələlərə müdaxilə edərək iki avropalı baş müfəttişin nəzarəti altında olması haqqında islahat planı. Baş müfəttişlər erməni əhalisinin əsas hissəsinin məskunlaşdığı altı şərq vilayətində ən yüksək vəzifə tutacaq, Ərzurum və Vandakı müvafiq postlarında məskunlaşacaqdılar. İslahat paketi 8 fevral 1914-cü ildə imzalanmışdır. Buna baxmayaraq, razılaşma Osmanlı imperiyası Birinci Dünya müharibəsinə daxil olduqdan bir neçə həftə sonra, 16 dekabr 1914-cü ildə ləğv edilmişdir. Balkan müharibələri Osmanlı ermənilərinin şəraitini yaxşılaşdırmaq üçün yeni planların ortaya çıxarılmasına imkan yaratmışdı. Rusiya hökuməti bütün ermənilərin katolikosunu Qafqaz canişini vasitəsilə ermənilərin məskunlaşdığı Osmanlı vilayətlərində islahatlar üçün Osmanlı hökumətinə müraciət etməyə təşviq etmişdi. İslahat layihəsi Rusiyanın İstanbuldakı səfirliyinin draqomanı Andre Mandelştam və Ermənistan Milli Assambleyasının nümayəndələri tərəfindən tərtib edilmişdir. Bu, Konstantinopolda Fransa, Britaniya və İtaliya səfirlərinin görüşündə təqdim edilmişdir. İslahat paketi 8 fevral 1914-cü ildə vəzir Səid Halim Paşa tərəfindən təmsil olunan Osmanlı imperiyası ilə Rusiya arasında imzalanmışdır. İlk iki müfəttiş kimi Niderland Ost-Hindinin administratoru Lui Konstan Vestenek və Norveç Ordusunun mayoru Nikolay Hoff seçilmişdir.
Battonvud razılaşması
Battonvud razılaşması — indiki Nyu-York Fond Birjasının təsis sənədi, ABŞ tarixində ən mühüm maliyyə sənədlərindən biri. Müqavilə Nyu-Yorkda qiymətli kağızların ticarətini təşkil etmiş və 17 may 1792-ci ildə Uoll-Strit xaricində 24 birja brokeri arasında imzalanmışdır. Rəvayətə görə, imzalama onların ilk əməliyyatlarının baş verdiyi bir qərb çinarı altında baş vermişdir ki, "Battonvud" adı da buradan gəlir. Nyu-York Fond Birjası bu müqavilənin imzalanmasını 17 may 1792-ci ildə təsisçisi kimi qeyd etmişdir.
Ömər razılaşması
Ömər razılaşması, həmçinin Ömər əhdi, Ömərin paktı, Ömərin müqaviləsi və ya Ömər qanunları (ərəb. شروط عمر‎ or عهد عمر or عقد عمر) — Levant (Suriya və Livan), Mesopotamiya (İraq) və ya Qüdsün müsəlmanları ilə qeyri-müsəlman sakinləri arasında bağlanmış müqavilə və sonradan islam hüquqşünaslığında kanonik status. Bu, zimmilər və ya "kitab əhli" üçün hüquq və məhdudiyyətləri, yəni islam tərəfindən tanınan və qorunan qeyri-müsəlman xalqlar təbəqəsi – yəhudilər, xristianlar, zərdüştilər və islam hakimiyyəti altında yaşayan bir sıra digər tanınmış dinləri əhatə edir. Razılaşmanın həm strukturu, həm də şərtləri ilə fərqlənən bir neçə variantı var. Razılaşmanın ənənəvi olaraq ikinci Raşidi xəlifəsi Ömər ibn Xəttaba aid edilməsinə baxmayaraq, digər hüquqşünaslar və şərqşünaslar bu aidiyyəti şübhə altına alırlar. Müqavilə bunun əvəzinə IX əsrin müctəhidlərinə (islam alimləri) və ya Əməvi xəlifəsi II Ömərə aid edilir. Bu müqavilə Ömərin Eliya xalqına təhlükəsizlik zəmanətindən (ərəb. العهدة العمرية‎) fərqlidir. Ümumiyyətlə, razılaşma qeyri-müsəlmanlar (zimmilər) üçün hüquq və məhdudiyyətlərin siyahısını özündə əks etdirir. Onlara riayət etməklə qeyri-müsəlmanlar öz canlarının, ailələrinin və mallarının təhlükəsizliyinə nail olurlar.
Ticarət
Ticarət iqtisadiyyatın bir sahəsidir. Alqı-satqı və xidmət sahələri ilə müşayiət olunan sahibkarlıq fəaliyyəti. Ticarət topdan və pərakəndə ticarətə bölünür. Ölkələr arasında ticarət istiqamətinə görə import və eksport adlanır. Əliyev F. M. XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine / Red. H. B. Abdullayev, Ə. Ə. Rəhmani ; Azərbaycan SSR EA Tarix İnstitutu. — Bakı : Azərb. SSR EA, 1964. — 122 s.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (abr. BDTL; ing. Port of Baku) — 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır. == Tarixi == 1998-ci ildə Bakı şəhərində qədim ticarət marşrutunu yenidən bərpa etmək və cəlb olunan ölkələr ilə gələcək əməkdaşlıq imkanlarının əsaslarını qoymaq üçün "Qədim İpək Yolu" adlı beynəlxalq konfransı keçirilmişdir. Qədim İpək Yolundan istifadə edən tacirlərin Avropa ilə Asiya arasında səyahəti aylar və bəzən illər boyu davam edirdi və Mərkəzi Avrasiya mərkəzləri kritik regional logistika və paylama mərkəzləri rolunu oynayırdı. Bunların hər birində tacirlərin mal və fikirləri mübadilə etdikləri, müxtəlif mədəniyyətdən olan insanların görüşmək imkanı qazandıqları bir neçə karvansara olurdu. Bu cür ticarət mərkəzləri Avrasiya və Yaxın Şərqdən keçən geniş ticarət dəhlizləri şəbəkəsi vasitəsilə digər regional qovşaq və böyük şəhərlərlə əlaqəli idi. 1994-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilmişdir. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələdirmə prinsipləri əsasında fəaliyyət göstərir.
Şəhər Merlərinin Razılaşması
Şəhər Merlərinin Razılaşması — Avropa İttifaqı tərəfindən başladılmış kütləvi təşəbbüs olub, nəzarət etdikləri ərazidə enerji səmərəliliyinin və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması üçün könüllü öhdəlik götürmüş yerli və regional hakimiyyət orqanlarını ətrafında birləşdirir Qəbul edilmiş öhdəliklərə əsasən, Razılaşmanı İmzalayanlar 2020-ci ilədək CO2 emissiyalarını azı 20% azaltmağa çalışacaq, bununla da iqtisadiyyatın ətraf mühitə zərər vermədən inkişaf etməsinə və həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcəklər. Şəhər Merlərinin Razılaşması Avropa Komissiyası tərəfindən 2008-ci ildə ilk olaraq yerli hakimiyyət orqanları tərəfindən Aİ iqlim və enerji məqsədlərinin formalaşdırılmasına və icrasına yönəlmiş cəhdləri dəstəkləmək və təsdiq etmək məqsədilə başladıldı. Daha sonra, hətta Argentina və ya Yeni Zelandiya kimi uzaq ölkələrin qoşulması ilə Razılaşmanın yanaşma və metodları Aİ sərhədlərindən kənarda da əks-səda doğurdu. Yerli, regional və milli subyektləri enerji və iqlim məqsədlərinin yerinə yetirilməsi ətrafında birləşdirən yeganə belə hərəkat olan Şəhər Merlərinin Razılaşması öz unikal xüsusiyyətlərinə görə Avropa İttifaqı institutları tərəfindən müstəsna çoxpilləli idarəçilik modeli kimi təsvir edilir. Ölçüsündən asılı olmayaraq — kiçik kəndlərdən tutmuş Kiyev, London, Paris və ya Tbilisi kimi iri şəhər aqlomerasiyalarına qədər — bütün yerli hakimiyyət orqanları Şəhər Merlərinin Razılaşmasını imzalaya bilərlər. Enerji istehlakının və CO2 emissiyalarının 80%-nin şəhər fəaliyyəti ilə bağlı olduğunu nəzərə alsaq, yerli özünü idarəetmə orqanları iqlim dəyişikliyinin nəticələrinin yüngülləşdirilməsində həlledici rol oynayırlar. Mərkəzi hakimiyyət tərəfindən dəstəkləndikləri halda, yerli hakimiyyət orqanları həmçinin vətəndaşların davranışlarının dəyişdirilməsi, eləcə də iqlim və enerji məsələlərinin ətraflı şəkildə ələ alınması, xüsusən də dövlət və özəl sektor maraqlarının uzlaşdırılması, davamlı enerji məsələlərinin ümumi yerli inkişaf məqsədlərinə daxil edilməsi baxımından ideal mövqedə dayanırlar. Şəhər Merlərinin Razılaşmasına qoşulmaq yerli hakimiyyət orqanlarına öz vətəndaşları üçün ekoloji, sosial və iqtisadi baxımdan sabit mühit təmin etmək, əraziləri daxilində CO2 emissiyalarının azaldılmasına yönəlmiş cəhdləri möhkəmləndirmək, Avropanın və dünyanın dəstəyindən və qabaqcıl təcrübələrindən yararlanmaq və tanınmaqimkanı verir. Şəhər Merlərinin Razılaşması adi niyyət bəyannaməsi deyil. Əslində, Razılaşmanı İmzalayanlar müəyyən etdikləri iddialı enerji və CO2 emissiyalarının azaldılması hədəflərinə nail olmaq məqsədilə bir sıra addımların atılması üçün öhdəlik götürür, hesabat verməyə və fəaliyyətlərinin izlənməsinə razılıq verirlər.
Beynəlxalq Ticarət Məlumat və Əməkdaşlıq Agentliyi
Beynəlxalq Ticarət Məlumat və Əməkdaşlıq Agentliyi, qıs. BTMƏA (ing. Agency for international trade information and cooperation — AITIC) — məqsədi daha az üstünlük verilən ölkələrə texniki ticarət qaydalarını və ÜTT razılaşmalarını daha yaxşı başa düşmək üçün daha fəal ticarət diplomatiyası aparmaqda kömək etmək olan Cenevrədə yerləşən hökumətlərarası təşkilat. BTMƏA, yaxşı iqtisadi idarəetmə və ticarət və iqtisadi böyüməni təşviq etmək üçün ölkələrinin qloballaşmanın faydalarını qazanmasına imkan vermək üçün ÜTT ölkələrinin çoxtərəfli ticarət sistemindəki mövqeyinin yaxşılaşdırılmasına kömək edir. IBE ölkələri ənənəvi olaraq çoxtərəfli ticarət sistemində fəal iştirak etməmiş və beynəlxalq ticarət məsələləri ilə əlaqəli struktur və institusional məhdudiyyətlərlə qarşılaşmışlar. Bu ölkələrin əksəriyyətinin Cenevrədəki beynəlxalq ticarət təşkilatlarının işini izləmək üçün kiçik missiyaları və qeyri-kafi mənbələri vardır. Bəziləri o qədər kasıb və ya kiçikdirlər ki, Cenevrədə daimi nümayəndəliyi belə yoxdur. Bu səbəbdən AMTIS ticarət danışıqlarında iştiraklarını və performanslarını yaxşılaşdırmaq üçün çalışır. BTMƏA "Qeyri-rezidentlər bölməsi" (OHA) sayəsində Cenevrədə olmayan ÜTT üzvlərinə və müşahidəçilərə ticarət hadisələri, Doha danışıqları, habelə maddi-texniki və digər maddi dəstəklə bağlı davamlı məlumat verir. BTMƏA, ÜTT-də Cenevrə həftələrində müntəzəm sessiyalar təşkil edir.
Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası
Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (BİTMK) — İslam dünyasında iqtisadi inkişafı təmin etmək və insanların həyat səviyyəsini daha da yaxınlaşdırmaq üçün İslam Əməkdaçlıq Təşkilatıına (İƏT) üzv ölkələr arasında ticarətin inkişafına yardım edir. İslam İnkişaf Bankı (İİB) Qrupu tərkibində muxtar müəssisə kimi fəaliyyət göstərən Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası İİB Qrupu çərçivəsində müxtəlif tədbirlər həyata keçirərək ticarətin maliyyələşdirilməsinə və biznesin inkişafına güclü zəmin yaratmışdır. == Fəaliyyətinin prinsipləri == Bu qurum İslam şəriətinə uyğun ticarət və maliyyə lideri olaraq, İƏT-ə üzv ölkələrin hökumətləri və biznes subyektləri üçün öz təcrübə və vəsaitlərini təqdim edir. BİTMK öz fəaliyyətində əsas diqqəti üzv ölkələr arasında ticarəti stimullaşdırmaq və daha da inkişaf etdirmək, ticarətdə İslam maliyyəsinin diversifikasiyasını aktivləşdirmək kimi məsələlərin həllinə yönəldir. Bununla yanaşı BİTMK İslam İnkişaf Bankı Qrupunun üzvü olaraq, ticarətin inkişafında təsirli nəticələr əldə etmək üçün özəl və dövlət resurslarının səfərbərliyində bir vasitəзi kimi üzv dövlətlərin hökumətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir. Bu da BİTMK-ya İƏT-ə daxil olan ölkələrdə biznes subyektlərinin maliyyə və ticarət əməliyyatlarına daha yaxşı daxil olmaları və qlobal bazarda upurla rəqabət aparmaları üçün zəruri təhsil və təlim verməyə kömək edir. BİTMK bu işləri görən zaman özünün ticarət sahəsindəki bilik və bacarıqlarını bölüşməklə tətbiqinə çalışmaq, insanları əməkdaşlığa cəlb etməklə onları yaxınlaşdırmaq, iqtisadiyyatları, cəmiyyətləri və fərdləri zənginləşdirmək kimi amallarına doğru hərəkət edir. Təşkilat həmçinin, öz fəaliyyətində beynəlxalq standartları tətbiq edərək iki əsas sektorda "maliyyə və ticarət" və "ticarət və reklam"-da İİB qrupunun inkişaf məqsədlərinə nail olmağa yardım edir. Yəni, ticarətin genişlənməsini həyat səviyyəsinin yüksəldilməsinin başlıca rəhni kimi təbliğ edir. == Mənbə == Ruslan Atakişiyev.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (abr. BDTL; ing. Port of Baku) — 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır. 1998-ci ildə Bakı şəhərində qədim ticarət marşrutunu yenidən bərpa etmək və cəlb olunan ölkələr ilə gələcək əməkdaşlıq imkanlarının əsaslarını qoymaq üçün "Qədim İpək Yolu" adlı beynəlxalq konfransı keçirilmişdir. Qədim İpək Yolundan istifadə edən tacirlərin Avropa ilə Asiya arasında səyahəti aylar və bəzən illər boyu davam edirdi və Mərkəzi Avrasiya mərkəzləri kritik regional logistika və paylama mərkəzləri rolunu oynayırdı. Bunların hər birində tacirlərin mal və fikirləri mübadilə etdikləri, müxtəlif mədəniyyətdən olan insanların görüşmək imkanı qazandıqları bir neçə karvansara olurdu. Bu cür ticarət mərkəzləri Avrasiya və Yaxın Şərqdən keçən geniş ticarət dəhlizləri şəbəkəsi vasitəsilə digər regional qovşaq və böyük şəhərlərlə əlaqəli idi. 1994-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilmişdir. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələdirmə prinsipləri əsasında fəaliyyət göstərir.
E-ticarət
Elektron ticarət və ya elektron kommersiya — onlayn xidmətlər və ya internet vasitəsilə məhsulların elektron şəkildə alınması və ya satışı fəaliyyəti. Elektron ticarət mobil ticarət, elektron pul köçürmələri, təchizat zəncirinin idarə edilməsi, internet marketinqi, onlayn əməliyyatların işlənməsi, elektron məlumat mübadiləsi (EDI), inventar idarəetmə sistemləri və avtomatlaşdırılmış verilənlərin toplanması sistemləri kimi texnologiyalardan istifadə edir. Elektron ticarət elektronika sənayesinin ən böyük sektorudur və öz növbəsində yarımkeçirici sənayenin texnoloji inkişafı ilə idarə olunur. Müasir elektron ticarəti iki kateqoriyaya bölmək olar. Birinci kateqoriya satılan malların növlərinə əsaslanan biznesdir. Bu, dərhal onlayn istehlak üçün "rəqəmsal" məzmun sifarişindən tutmuş ənənəvi məhsul və xidmətlərin sifarişinə, elektron ticarətin digər növlərini asanlaşdırmaq üçün "meta" xidmətlərə qədər hər şeyi əhatə edir. İkinci kateqoriya iştirakçının xarakterinə əsaslanır. İnstitusional səviyyədə böyük korporasiyalar və maliyyə institutları lokal və beynəlxalq biznesi asanlaşdırmaq üçün maliyyə məlumatlarını mübadilə etmək üçün internetdən istifadə edirlər. Məlumatların bütövlüyü və təhlükəsizliyi elektron ticarət üçün aktual məsələlərdir. Ənənəvi elektron ticarətdən başqa, mobil ticarət və televiziya ticarət terminləri də istifadə edilmişdir.
Elektron ticarət
Elektron ticarət və ya elektron kommersiya — onlayn xidmətlər və ya internet vasitəsilə məhsulların elektron şəkildə alınması və ya satışı fəaliyyəti. Elektron ticarət mobil ticarət, elektron pul köçürmələri, təchizat zəncirinin idarə edilməsi, internet marketinqi, onlayn əməliyyatların işlənməsi, elektron məlumat mübadiləsi (EDI), inventar idarəetmə sistemləri və avtomatlaşdırılmış verilənlərin toplanması sistemləri kimi texnologiyalardan istifadə edir. Elektron ticarət elektronika sənayesinin ən böyük sektorudur və öz növbəsində yarımkeçirici sənayenin texnoloji inkişafı ilə idarə olunur. Müasir elektron ticarəti iki kateqoriyaya bölmək olar. Birinci kateqoriya satılan malların növlərinə əsaslanan biznesdir. Bu, dərhal onlayn istehlak üçün "rəqəmsal" məzmun sifarişindən tutmuş ənənəvi məhsul və xidmətlərin sifarişinə, elektron ticarətin digər növlərini asanlaşdırmaq üçün "meta" xidmətlərə qədər hər şeyi əhatə edir. İkinci kateqoriya iştirakçının xarakterinə əsaslanır. İnstitusional səviyyədə böyük korporasiyalar və maliyyə institutları lokal və beynəlxalq biznesi asanlaşdırmaq üçün maliyyə məlumatlarını mübadilə etmək üçün internetdən istifadə edirlər. Məlumatların bütövlüyü və təhlükəsizliyi elektron ticarət üçün aktual məsələlərdir. Ənənəvi elektron ticarətdən başqa, mobil ticarət və televiziya ticarət terminləri də istifadə edilmişdir.
M-ticarət
M-ticarət — mobil rabitə vasitələrinin köməyilə alqı-satqı. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Marjinal ticarət
Marjinal ticarət (ing. margin trading) — razılaşdırılmış məbləğ - marja təhlükəsizliyinə qarşı tacirə kreditlə verilən pul və / və ya maldan istifadə edərək spekulyativ ticarət əməliyyatlarının aparılması. Marjinal, sadə bir borcdan fərqlənir ki, alınan pul məbləği (və ya alınan malların dəyəri) girov məbləğindən (marji) bir qayda olaraq bir neçə dəfə çoxdur. Məsələn, ABŞ dollarına 100 min avro alqı-satqı müqaviləsi bağlamaq hüququnun verilməsi üçün broker ümumiyyətlə 2 min dollardan çox girov tələb edir. Belə borc vermək mümkündür, çünki marjinal ticarətində əməliyyatların məqsədi həmişə yalnız bir müddət sonra eyni məhsulun qiymətlərindəki fərqi əldə etməkdir və alınanları istehlak etmək deyil. Eyni zamanda, treyderə malların çatdırılması heç vaxt baş vermir, bu da malların zədələnməsi və ya itirilməsi riskini aradan qaldırır. Marjinal əməliyyatları mütləq "sövdələşməni bağlamaq" deməkdir, yəni "açılış" sövdələşməsinə münasibətdə bir cüt əks əməliyyat aparmaq - əgər birincisi məhsulun rubla alınmasıdırsa, o zaman bir müddət sonra eyni məhsul rubla satılacaq və özgəninkiləşdirilməyəcək və ya fərqli bir şəkildə istifadə olunmayacaq. Bu marjinal krediti verərkən bir treyder üçün mövcud olan vəsaitin bir əməliyyatdan yarana biləcək zərərin qaytarılması zəmanəti kimi izah edilməsinə imkan verir, yəni qiymətin özü deyil, mümkün zərərin miqdarı nəzərə alınır. Marjinal ticarəti treyderə eyni kapitalla əməliyyat həcmini artırmağa imkan verir. Əlavə olaraq, marjinal ticarəti zamanı, oxşar məhsulun sonrakı gözlənilən alınması ilə borc verilmiş bir məhsul satmağa və krediti natura (əmtəə) qaytarmağa icazə verilir.
Ticarət balansı
Ticarət balansı (ing. Trade balance) ― Tədiyyə balansında bir ölkənin mal alqı-satqısının, başqa sözlə idxal-ixracının balansı. İxracat miqdarı, xaricə satılan malların dəyərlərinin toplamına, İdxal miqdarı isə xaricdən ölkəyə girən malların dəyərləri toplamına bərabərdir. Buna əsaslanaraq, Ticarət balansı (Xarici ticarət balansı) ixrac ilə idxal arasındakı münasibətdir. Ölkənin ixracı, idxalından böyükdürsə, təmiz (net) ixracat 0-dan böyük olar və bu halda ölkənin xarici ticarət balansı artmış olar (müsbət balans). Bir sözlə Ticarət balansı müsbət olar. Əks halda isə, ölkə ixracı, idxaldan kiçik olarsa, təmiz (net) ixrac 0-dan kiçik olar. Bu halda ölkənin xarici ticarət açığı olar. Yəni ticarət balansi mənfi olar. Müsbət ticari balans ölkənin istehsal etdiyi məhsulların dunya bazarında tələbinin yüksək olmasının göstəricisidir.
Ticarət bloku
Ticarət bloku — blok üzvləri üçün ticarət maneələrini endirən və ya aradan qaldıran bir qrup ölkə. Ticarət bloku yaratmaq üçün ölkələr beynəlxalq müqavilələr bağlayırlar. İqtisadi inteqrasiyanın müxtəlif dərəcələrindəki ticarət blokları mövcuddur: Azad ticarət sahəsi Gömrük İttifaqı Ümumi bazar Bir sıra ölkələr iki və ya daha çox fərqli ticarət blokuna aiddir. Ticarət bloklarının təsnifatında təkrarlanmamaq üçün bu ölkələr ən aktiv ticarət bloklarından yalnız birinə həvalə edilmişdir. Blokların "fəaliyyəti" aşağıdakı üç meyara görə qiymətləndirilir: Əhəmiyyətli praktik nailiyyətlərin olması (yalnız blok üzvlərinin real hərəkətləri ilə dəstəklənməyən bəyannamələr deyil) Son (və ya müntəzəm) fəaliyyətlər (iclaslar, yeni müqavilələr, daxili prosedurlar) Gələcək iqtisadi inteqrasiya üçün iddialı planların olması və onun icrası üçün dəqiq bir son tarix. Xəritədəki müəyyən rənglər müxtəlif bloklar üçün dəfələrlə istifadə olunur. Tünd rəng tam bir penis deməkdir; açıq rəngli- assosiativ üzv, müşahidəçi, gələcək iştirakçı, namizəd və ya oxşar status.
Ticarət mərkəzi
Ticarət mərkəzi - müxtəlif məhsulların satışı mövzusunda ümumiyyətlə bir firma tərkibində bəzən də kooperativ olaraq fəaliyyət göstərən böyük satış mağazası. Mağaza, böyüklüyünə görə reyonlardan meydana gələ biləcəyi kimi bir mağazalar birliyi şəklində də ola bilər. Ən böyük alver mərkəzi 1986dan bu yana fəaliyyətdə olan və dünyanın ən böyük ticarət mərkəzi olaraq Ginnesin Rekordlar Kitabına girən Kanada Edmonton, Albertadakı "West Edmonton Mall"dır. Son illərdə insanlarda inkişaf edən ticarət mədəniyyəti fərqlilik göstərərək küçə mağazalarından şəhər ticarət mərkəzlərinə maraq artmışdır. Ticarət mərkəzləri insanlara ticarətin yanında əyləncə, kino, fəaliyyət və müxtəliflik kimi imkanlar da təqdim etdiyi üçün insanların mərkəz nöqtəsi halına gəlmişdir. Və böyük bir sürətlə bütün dünyada yeni ticarət mərkəzləri açılmaqdadır.
Transsəhra ticarət
Transsəhra ticarət yolu — Qərbi və Şimali Afrikanın böyük hissəsini əhatə edən ticarət əməliyyatları şəbəkəsi. Ticarət XX əsrin ortalarına qədər karvan yolları ilə aparılırdı. Sülh dövründə Böyük Səhranı keçmək və geri qayıtmaq təxminən 18 ay çəkirdi. Böyük Səhranı cənubdan şimala keçən iki əsas yol boyunca döyüş arabalarının təsvirləri aşkar edilmişdir. Bundan tədqiqatçılar belə nəticəyə gəlmişdilər ki, ticarət yolları qədim zamanlarda Böyük Səhradan keçmişdir. Artıq VIII əsrin ortalarında ərəblər Mərakeşin cənubundakı Sicilmasa ilə Mavritaniyadakı Audaqost arasında karvan yolu yaratmışdılar Böyük Səhranın qızılın gətirildiyi cənub kənarında Aralıq dənizi tacirləri məskunlaşmışdılar. Orada ərəb və bərbərlərin dəvə karvanları ilə şimaldan gətirilən məhsullar cənubdan vanqaralar tərəfindən idarə olunan eşşək karvanlarına yenidən yüklənirdi.
Pərakəndə ticarət
Pərakəndə ticarət, pərakəndə, riteyl və ya reteyl — şəxsi və ya ailə istifadəsi üçün nəzərdə tutulmuş mal və xidmətlərin (yəni iş fəaliyyəti ilə əlaqəli olmayan) birbaşa son istehlakçıya satılması. Pərakəndə satışların pərakəndə satış sahəsinin saxlanılmasını tələb edən pərakəndə satıcılar vasitəsilə həyata keçirilməsinə əsaslanaraq, geniş işçi heyəti, salonda və anbardakı çoxlu mallar, malların qiymətini artırır. Xərcləri ödəmək və mənfəət əldə etmək üçün ticarət marjası (marja) tətbiq olunur. Marjın miqdarı bazarın ümumi vəziyyəti və ya qiymətlərin dövlət tənzimlənməsi (bəzi mal və xidmətlər kateqoriyası üçün) ilə tənzimlənir. Dövlət tərəfindən tənzimlənməyən mallar (xidmətlər) üçün marj 30% -dən 200% -ə və ya daha çox ola bilər. Çox vaxt kassa aparatı, 2 qəbz çap edən pərakəndə satış məntəqələrində alış-veriş faktını təsdiq etmək üçün istifadə olunur (kassadan istifadə mümkün olmadıqda və ya avtomat vasitəsilə satılarkən). Biri alıcıya verilir, ikincisi isə satıcıda saxlanılır. Kassa qəbzlərində aşağıdakılar olmalıdır: ticarət adı malların (xidmətlərin) dəyəri vergi dərəcəsini göstərən əlavə dəyər vergisinin məbləği satış tarixi və vaxtı Bundan əlavə, satış qəbzində satın alınan malların siyahısı ola bilər. Çekdə heç bir alış siyahısı yoxdursa, satın alınan malları göstərən faktura müşayiət oluna bilər. Pərakəndə satış tarixi uzaq keçmişə gedib çıxır.