Mir Mehdi Etimad
Mir Mehdi Etimad (1900, Təbriz – 1981, Tehran) ― Azərbaycanlı şair, yazıçı. Azərbaycan Milli Hökumətinin himninin sözlərininin müəllifi.
Təbrizdə yeni üsullu "Etimad mədrəsəsi"ni açıb. Orada 15 il dərs deyib.
Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Təbrizdə qurulmuş Şairlər məclisinin sədri olub, bu illərdə Təbrizdə çap olunan Vətən Yolunda, "Azərbaycan", "Sitareyi-Azərbaycan", "Xavəri-no", "Azad millət", "Urmiyyə", "Cövdət", "Fədai", "Demokrat", "Azərbaycan ulduzu" kimi qəzet və jurnallarda şeir və məqalələrlə çıxış edib.
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra həbs edilib, iki il həbsdə qaldıqdan sonra azad edilib. Azərbaycanda yaşamağına icazə verilmədiyi üçün Tehrana sürgün edilib.
Mir Mehdi Məhəmməd oğlu Etimad 1900-cü ildə Təbrizdə anadan olub. Əvvəlcə Molla Yusifin məktəbində dini təhsil alıb. Burada ərəb və fars dillərini də öyrəndikdən sonra Mirzə Əbülqasım Xanın üsuli-cədid məktəbini oxuyub.