Blank Krediti, Etimad Krediti

təminatsız kredit. Blank kreditində kreditor borc alandan heç bir təminat, yəni qiymətli kağız, əmlak, dövlət zəmanəti və s. tələb etmədən kredit təqdim edir.
Blank İndossamenti
Blank-Vauçer
OBASTAN VİKİ
Blank krediti
Aksept krediti
Bank krediti
Bank krediti — bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. == Mənbə == ↑ "BANKLAR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU" (PDF). 2011-01-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-01-18.
Dövlət krediti
Dövlət krediti — Dövlət tərəfindən verilir və bir qayda olaraq məqsədli səciyyə daşıyır (müəyyən növ məhsulun istehsalının təşkilinə, konkret iqtisadi inkişaf məqsədləri üçün). Özəl bank kreditləri ilə müqayisədə dövlət kreditləri güzəştli olur, uzun müddətə, ayrı-ayrı hallarda, hətta faizsiz də verilə bilər. Dövlət krediti özəl kreditdən bir az fərqlidir. Çünki kreditin müddət sonunda borc ödənməzsə təzyiq və ya icbar etmə kimi vasitələr bir az zəifdir. Dövlət krediti o zaman meydana gəlir ki, kreditor və yaxud borcalan sifətində dövlətin özü (mərkəzi hökumət və yerli hakimiyyət) çıxış edir. Borcalan kimi çıxış etdikdə dövlət büdcə xərclərinin təmin edilməsindən ötrü borc kapitallar bazarında öz borc öhdəliklərini yerləşdirməklə büdcəyə əlavə vəsait cəlb edir. Dünya təcrübəsinin göstərdiyi kimi daxili borclar dövlət xərclərinin maliyyələşdirilməsinin vergilərdən sonra ikinci mənbəyidir. Eyni zamanda büdcə kəsrinin örtülməsi məqsədi ilə borc vəsaitlərindən istifadə olunmanın miqyasları resursların səmərəli və qənaətli istifadəsi nöqteyi-nəzərdən məhdudlaşdırılır. Çünki borcu müəyyən vaxtdan sonra qaytarmaq gərəkdir. Dövlət krediti maliyyə sistemində xüsusi yer tutur.
İpoteka krediti
İpoteka krediti – qədimdə borc verən borclunun torpağına, üzərində bu əmlakın, torpağın borc öhdəliyi olduğunu bildirən yazı olan sütun bərkidirdi. Bu sütun ipoteka adlanırdı. İpoteka və daşınmaz əmlakın girovu, demək olar ki, sinonim kimi götürülür və eyni məna kəsb edir. Dəqiq desək "ipoteka" termini daşınmaz əmlakın girovu, "ipoteka krediti" isə bu növ girovun təminatı ilə verilən borcdur. İpoteka kreditinin atributları dedikdə kredit müqaviləsi, girov müqaviləsi və girovnamə başa düşülür İpoteka krediti bazarında dörd subyekt fəaliyyət göstərir. Bunlardan hər biri müəyyən funksiyanı yerinə yetirir: 1. borcalan; 2.-kreditor-bank; 3. Investor 4. kommersiya banklarından ipoteka kreditinin alıcısı funksiyasını yerinə yetirən struktur. İpoteka kreditləri sərfəli kredit formasıdır.
Blank
Blank – [fr. blanc – ağ]: == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s. == Xarici keçidlər == Blank nədir?
Blank adaları
Blank adaları (ing. Blank Islands) — ABŞ-nin Alyaska ştatının Ketçikan şəhəri sahillərində yerləşən adalar. == Morfometriya == Mütləq hündürlüyü 12 m, sahəsi 24 hektardır. Çəkilmə zamanı adalar bir-birinə bağlanır. == Relyef == Blank adalarına Böyük ada və Kiçik ada daxildir. Böyük ada tamamilə sıx iynəyarpaqlı meşə ilə örtülmüşdür. Adanın mərkəzində kiçik bataqlıq və gölməçə (bataqlıq sahəsi - 1,5 hektar; gölməçə sahəsi - 0,3 hektar) vardır. Dadan ibarət olan təpəliyə sahibdir. Təpələrin hündürlüyü qırx metrə qədərdir. Adada maral və canavar vardır.
Leandro Blank
Leandro Blank (2 may 1993) — Argentinalı boksçu. Leandro Blank Argentinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Leandro Blank birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 49 kq çəkidə, 1/16 final mərhələsində Meksikanın nümayəndəsi Xoselito Velazkez ilə üz-üzə gəldi. Həmin görüşdə Leandro Blank rəqibinə 0:3 hesabı ilə uduzdu.
Mel Blank
Mel Blank (ing. Mel Blanc; 30 may 1908[…], San-Fransisko, Kaliforniya – 10 iyul 1989[…], Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya) — "Min səsin insanı" kimi tanınan amerikalı səs aktyoru. Mel Blank Warner Bros. cizgi filmlərinin bir çox qəhrəmanlarını və o cümlədən Bugs Bunny'ni və daha çox səsin sahibidir. Günlərin bir günü o avtomobil qəzasına düşür və kəllə sümüyünü sındıraraq 3 həftəlik komada olur. Komada Blanka dəfələrlə müraciət edilməsinə baxmayaraq o reaksiya vermirdi, lakin haçan ki, həkim ondan: "Necəsən, Bugs Bunny?", soruşur, aktyor dərhal dovşan səsi ilə cavab verir. Blankın məzarında bir çox cizgi filmlərinin sonluğunda donuz balası personajı Porki Piqin səsləndirdiyi məşhur "That's All Folks" yəni, Azərbaycan dilində: "Hamısı Bu Qədər Uşaqlar!" frazası yazılmışdır.
Point Blank
Point Blank — Cənubi Koreyanın oyun şirkəti Zepetto tərfindən yaradılan onlayn birinci şəxs atıcı oyundur. Oyun 2008-ci ildə yayımlanmışdır. Oyun CT-Force və Free Rebels arasındakı müharibə haqqındadır. Oyunda rütbə sistemi vardır. "Hərbi şagird" rütbəsi ilə başlanır və ən yüksək rütbə "Baş General"dır. Oyun keçirdikcə təcrübə xalı və oyun xalı qazanılır. Oyunda bəzi özəl əşyaları və silahları da almaq üçün əsl pul ilə ala biləcəyimiz oyun pulu da istifadə olunur. Oyunda 7 fərqli format və bir çox xəritə var. CT Force polis qrupu Free Rebels üsyançılarına qarşı ölkəni müdafiə edirlər. Qrupda 3 qadın, 2 kişi obraz var.
Renod Blank
Renod Blank (3 yanvar 1991) — İsveçrəli peşəkar kişi BMX velosipedçisi. Renod Blank İsveçrəni beynəlxalq yarışlarda təmsil edir. Renod Blank 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.265 saniyəlik nəticəsi ilə 26-cı yeri tutdu.
Etimad Başkeçid
Muradov Etimad Murtuz oğlu (Etimad Başkeçid; 14 iyul 1966, İpnari, Dmanisi rayonu) — azərbaycanlı şair, yazıçı, jurnalist, tərcüməçi. Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın SSR-in Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. 1973-1983-cü illərdə Kirovisi orta məktəbində təhsil alıb. 1988-1993-cü illərdə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin (2007-2008) və "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiri (2011), "Tərcümə problemləri" elmi tədqiqat laboratoriyasının elmi işçisi (2004-2005), universitetin "Tələbə dünyası" qəzetinin baş redaktoru (2005-2007), Jurnalistika kafedrasının müəllimi və Folklor araşdırması ETL-in aparıcı elmi işçisi (2009-2010), Folklor araşdırmaları ETL-in böyük elmi işçisi və Jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının müəllimi (2011-2012) olub. Hazırda Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşıdır. 2009-cu ildən AMEA Folklor İnstitutunun dissertantıdır. "Məhsəti türklərinin sürgün folkloru" mövzusunda elmi iş üzərində işləyir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, eləcə də birliyin Gənclər şurasının üzvüdür. AYB-nin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü, "Mütərcim" jurnalının redaktoru, Prezident təqaüdçüsü (2008-2009) olmuşdur.
Etimad Əsədov
Etimad Əsədov (1963–2018) — Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillər Cəmiyyətinin və "Qarabağ qaziləri" ictimai birliyinin sədri. Əsədov Ehtimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970–1980-ci illərdə həmin kənd orta məktəbini bitirib. 1982–1984–cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. Ailəli idi. İki övladı yadigar qalıb 1991–ci ildə Erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.
Etimad telefonu
Etimad telefonu (rus. Телефон Доверия) — Azərbaycan filmi. Filmdə gender probleminə toxunulmuşdur. Filmin qəhrəmanı Rəna (Fatimə İbrahimbəyova) gənckən zorlama qurbanı olur. Bu travma onun ömürlük faciəsinə çevrilir. İllər keçəndən sonra onun başına bu oyunu gətirən adamla (Fəxrəddin Manafov) rastlaşdıqda Rəna başına gələn hadisələri yalnız etimad telefonuna danışa bilir. Film YUNESKO-nun sifarişi ilə çəkilmişdir. Filmin büdcəsi 12000 dollardır.
Etimad İsmayılov
Etimad İsmayılov (azərb. Etimad İlyas oğlu İsmayılov‎) — Azərbaycanlı iş adamı, ictimai xadim. Azərbaycan Respublikasının ədliyyə naziri olmuş İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı. Etimad İsmayılov Rusiya Federasiyasının müxtəlif şəhərlərində biznes fəaliyyəti ilə məşğul olub və atası tərəfindən 1992-ci ildə təsis edilmiş Ədalət Partiyasının fəallarından biri olub. Uzun müddət Ədalət Partiyasının xarici əlaqələr şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. 2011-ci ildə jurnalist Sevil Nuriyeva ilə ailə həyatı qurduqdan sonra Türkiyənin İstanbul şəhərinə köçüb və biznes fəaliyyətlərini buradan idarə edib. İş adamı 2018-ci ilin 9 sentyabr tarixində Türkiyənin İstanbul şəhərinin Florya səmtində yerləşən ofisində 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi kimi çalışmış, sabiq polkovnik Gözəl Dəmirov tərəfindən qətlə yetirilib. Hadisənin iki şəxs arasındakı biznes maraqları üzərində yaranmış anlaşılmazlığa görə baş verdiyi ehtimal olunub. == Həyatı == Etimad İsmayılov 1969-cu ilin 22 iyun tarixində Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtı Bakı şəhərində anadan olub. Orta təhsilin Bakıda tamamladıqdan sorna təhsil almaq üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə yollanıb.
Etimad Telefonu (2001)
Etimad telefonu (rus. Телефон Доверия) — Azərbaycan filmi. Filmdə gender probleminə toxunulmuşdur. Filmin qəhrəmanı Rəna (Fatimə İbrahimbəyova) gənckən zorlama qurbanı olur. Bu travma onun ömürlük faciəsinə çevrilir. İllər keçəndən sonra onun başına bu oyunu gətirən adamla (Fəxrəddin Manafov) rastlaşdıqda Rəna başına gələn hadisələri yalnız etimad telefonuna danışa bilir. Film YUNESKO-nun sifarişi ilə çəkilmişdir. Filmin büdcəsi 12000 dollardır.
Mir Mehdi Etimad
Mir Mehdi Etimad (1900, Təbriz – 1981, Tehran) ― Azərbaycanlı şair, yazıçı. Azərbaycan Milli Hökumətinin himninin sözlərininin müəllifi. Təbrizdə yeni üsullu "Etimad mədrəsəsi"ni açıb. Orada 15 il dərs deyib. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Təbrizdə qurulmuş Şairlər məclisinin sədri olub, bu illərdə Təbrizdə çap olunan Vətən Yolunda, "Azərbaycan", "Sitareyi-Azərbaycan", "Xavəri-no", "Azad millət", "Urmiyyə", "Cövdət", "Fədai", "Demokrat", "Azərbaycan ulduzu" kimi qəzet və jurnallarda şeir və məqalələrlə çıxış edib. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra həbs edilib, iki il həbsdə qaldıqdan sonra azad edilib. Azərbaycanda yaşamağına icazə verilmədiyi üçün Tehrana sürgün edilib. Mir Mehdi Məhəmməd oğlu Etimad 1900-cü ildə Təbrizdə anadan olub. Əvvəlcə Molla Yusifin məktəbində dini təhsil alıb. Burada ərəb və fars dillərini də öyrəndikdən sonra Mirzə Əbülqasım Xanın üsuli-cədid məktəbini oxuyub.
Yüksək Etimad (1975)
İstehlakçı etimad İndeksi
İstehlakçı etimad İndeksi (ing. Consumer Confidence Index, CCI) — əhalinin istehlak və yığımları ilə ifadə etdiyi iqtisadiyyatın vəziyyətinə dair nikbinlik dərəcəsi olaraq təyin olunan istehlakçı güvənini ölçmək üçün hazırlanmış bir göstərici. ABŞ-də İstehlakçı Güvən İndeksi, qeyri-hökumət təşkilatı Konfrans Şurası tərəfindən hər ay dərc olunur və 5.000 ailənin nümunəsinə əsaslanır. Hədəf faiz dərəcəsi seçilərkən Federal Ehtiyat Sistemi tərəfindən istifadə olunur və eyni zamanda səhm qiymətlərinə təsir göstərir. İstehlakçı güvən indeksi 1967-ci ildə ölçülməyə başladı və 1985-ci il səviyyəsi 100-ə bərabərdir. İndeksin 40% -i iqtisadiyyatın mövcud vəziyyəti haqqında fikirlər, qalan 60% -i isə gələcək şərtlərin gözləntilərinə cavab verir. İstehlakçı güvən indeksi respondentlərin yaşına, gəlirinə və bölgəsinə görə mövcuddur. İstehlakçı güvənini ölçən digər tanınmış bir göstərici, 1940-cı illərdən bəri Michigan Universiteti tərəfindən nəşr olunan İstehlakçı Hissləri İndeksidir. Hər iki indeks eyni uzunmüddətli trayektoriyanı izləyir, lakin ayrı aylarda əks siqnalları verə bilər. Hesablama metodologiyasına görə istehlakçı hissləri indeksi istehlakçı güvən indeksinə bənzəyir.
Azərbaycanda Etimad Referendumu (1993)
Azərbaycanda Etimad Referendumu- 29 Avqust 1993-cü ildə Sürət Hüseynovun çevrilişindən sonra keçirilən prezident Əbülfəz Elçibəyə etimad referendumu. 1993-cü il avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi olmuşdur. Referendumda "Siz Azərbaycan Respublikasının Prezidentinə etimad edirsiniz mi?" sualı verilmiş, seçici siyahılarına salınmış 4.097.367 vətəndaşın 3.767.928 nəfəri seçkilərdə iştirak etmiş, 92,02 faizi Ə.Elçibəyə etimad göstərilməsi əleyhinə səs vermiş, yalnız 77.730 nəfəri, yaxud 2,1 faizi ona etimad göstərmişdir. Seçici fəallığı 91,6% olmuşdur.
Etimad telefonu (film, 2001)
Etimad telefonu (rus. Телефон Доверия) — Azərbaycan filmi. Filmdə gender probleminə toxunulmuşdur. Filmin qəhrəmanı Rəna (Fatimə İbrahimbəyova) gənckən zorlama qurbanı olur. Bu travma onun ömürlük faciəsinə çevrilir. İllər keçəndən sonra onun başına bu oyunu gətirən adamla (Fəxrəddin Manafov) rastlaşdıqda Rəna başına gələn hadisələri yalnız etimad telefonuna danışa bilir. Film YUNESKO-nun sifarişi ilə çəkilmişdir. Filmin büdcəsi 12000 dollardır.
Yüksək etimad (film, 1975)
Film-portret Keşlə Maşınqayırma Zavodunun frezerçisi, SSRİ Ali Sovetinin deputatı Oqtay Bağırova həsr olunmuşdur. Filmdə beşillik planı üç ildə yerinə yetirən fəhlənin əmək fəaliyyətindən bəhs olunur. 1)1975-ci ildə Bakıda sovet xalqının Böyük Vətən müharibəsində Qələbəsinin 30 illiyinə həsr olunmuş XII Respublika özfəaliyyət incəsənət müsabiqəsi Film Azərbaycan Kinematoqrafçılar İttifaqı, AHİŞ və Azərbaycan Mədəniyyət Nazirliyinin I dərəcəli Diplomuna və Mükafatına layiq görülmüşdür. 2)1975-ci ildə Moskvada Film fəhlə sinfi haqqında ən yaxşı film kimi keçmiş SSRİ XTNS-nin Fəxri Fərmanına və qiymətli Hədiyyəyə layiq görülmüşdür.
İmam Hüseyn bəlağəti (Etimad)
İmam Hüseyn bəlağəti və ya əsil adı ilə Bəlağətul-Huseyn (ərəb. البلاغة حسين‎) — Ayətullah Seyid Mustafa Musəvi Ali Etimadın İmam Hüseynin (ə) xütbələri, məktubları və hikmətli sözlərindən ibarət kitabı. Əsərdə döyüşlərdəki igidliyi və rəşadəti ilə seçilən İmam Hüseynin eyni zamanda gözəl bəlağət və fəsahətə malik olduğu bir daha təsbit edilir. Məzmun və tərtib etibarilə “Nəhcül-Bəlağə”yə bənzəyən “İmam Hüseyn Bəlağəti” kitabı döyüşlərdəki igidliyi və rəşadəti ilə seçilən İmam Hüseynin (ə) eyni zamanda gözəl bəlağət və fəsahətə malik olduğunu göstərən dəyərli əsərdir. Kitabın orijinallığı da o həzrəti (ə) biz oxuculara məhz bu yöndən tanımağa imkan verməsində özünü büruzə verir. Kitabın tərcümə olunmasında məqsəd mömin bacı və qardaşlarımızı İmam Hüseynin (ə) şəxsiyyəti ilə daha yaxından tanış etməkdir. Kitab 2018-ci ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 160 səhifədə 57x86 ölçüsündə çap edilib. Əsər 2018-ci ildə həm də Aslan Həbibov tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, "Bəlağətül-Hüseyn" adı ilə Bakıda Nurlar nəşriyyatında çap edilib. Bu tərcümə 2019-cu ildə KainatFilm Studiyasında Elşən Rüstəmov və Rauf Ağakişiyev tərəfindən səsləndirilmiş, Hüseyn Həsənov və Camal İbadovun səs rejissorluğu ilə, Süleyman Fərzəliyev, Xeyrulla Zeynalov və Ziya Məlikov tərəfindən kitabın səsli (audio) variantı hazırlanıb. Nəhcül-Bəlağə "İmam Hüseyn Bəlağəti" ( (az.)).
BMT-nin etimad ərazisi
BMT-nin etimad ərazisi — Millətlər Cəmiyyəti mandatlarının xələfidir. Etimad əraziləri Millətlər Cəmiyyəti 1946-cı ildə ləğv olduqdan sonra yaranmışdır. Bütün etimad ərazilərinə Birləşmiş Millətlər Təşkilatının Qəyyumluq Şurası nəzarət edir.
Sakit Okean Adaları Etimad Ərazisi
Sakit Okean Adaları Qəyyum Ərazisi (SOAQƏ) (ing. Trust Territory of the Pacific Islands (TTPI)) — 1947—1994-cü illərdə ABŞ tərəfindən idarə edilən Mikroneziyada yerləşən BMT-nin qəyyum ərazisi. Yaponiya imperiyasının Cənubi Sakit okean mandatı Sakit okean müharibəsində ABŞ tərəfindən tutulmuşdu, çünki Yaponiya Millətlər Cəmiyyətinin I Dünya müharibəsindən sonra Yaponiyaya ərazi üzərində səlahiyyət verməsindən bəri bu ərazini idarə edirdi. Lakin Yaponiya 1930-cu illərdə Millətlər Cəmiyyətindən ayrıldı və ardınca əlavə ərazilər işğal etdi. II Dünya müharibəsində adaların hərbi nəzarəti mübahisəli məsələ idi, lakin müharibənin sonunda adaların Müttəfiqlərin nəzarəti altında idi. Sakit Okean Qəyyum Ərazisi BMT-nin himayədarlığında idi, adalar isə ABŞ-nin bir hissəsi kimi idarə etmək məqsədi ilə yaradıldı. Ərazidəki ada qruplarının çoxu ABŞ ilə əlaqələri davam etdirərək müstəqil dövlətlərə çevrildi. Belə ki, Mikroneziya Federativ Ştatları, Marşall adaları və Palau hazırda ABŞ ilə Azad birlik sazişi (COFA) daxilində müstəqil dövlətdir. Lakin Şimali Marian adaları isə qeyri-korporativ ərazi və birlik kimi ABŞ-nin yurisdiksiyasında qalır.