Oruro (Boliviya)
Oruro və ya Uru Uru — Boliviyada 264.683 əhalisi olan bir şəhərdir (2012), Altiplanoda La Pas və Sukrenin təxminən ortasında , dəniz səviyyəsindənn təqribən 3.709 metrə (12.169 ft) yüksəklikdə yerləşir. Santa Kruz de la Sierra, El Alto, La Pazls ve Koçabambadan sonra Boliviyanın əhalisinə görə ən böyük beşinci şəhəridir. Oruro Departmanının paytaxtı və Oruro Roma Katolik Yepiskopluğunun mərkəzidir . Oruro, başta qalay , volfram , gümüş olmaqla mədən sənayesinə olan asılılığı səbəbiylə iqtisadiyyatında eniş və çıxışlar olmuşdur
Şəhə, 1 noyabr 1606-da Don Manuel Castro de Padilla tərəfindən Urus bölgəsində bir gümüş mədəni mərkəzi olaraq quruldu.Bu əsnəda İspaniya hökümdarı III. Philip-dən sonra Real Villa de San Felipe de Austria adını aldı . Bir müddət başarılı oldu, ancaq sonunda gümüş mədənləri tükənəndə tərk edildi.
Oruro, on doqquzuncu əsrin sonlarında Avropalı Boliviyalılar tərəfindən bir qalay mədənçiliyi mərkəzi olaraq yenidən quruldu. Adını yerli qəbilə Uru-Urudan almışdır . Bir müddət üçün, La Salvadora qalay mədəni dünyadakı ən önəmli qalay qaynağıydı. Yavaş-yavaş, bu qaynaq daha az bol hala gəldikcə, Oruro yenidən düşüşə keçdi. İqtisadiyyatı hələ də mədən sənayesinə dayanmaqdadır.