böyütmək
bradilaliya
OBASTAN VİKİ
Bra-d'Ass
Bra-d'Ass (fr. Bras-d'Asse, oks. Brasc d'Assa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04031. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 286 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 193 nəfər iqtisadi fəal, 93 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 67.5%, 1999-cu ildə 64.7%). Fəal olan 193 nəfərdən 176 nəfər (87 kişi və 89 qadın), 17 nəfər işsiz (8 kişi və 9 qadın) idi.
Elephantulus brachyrhynchus
Qısaburun atlanqaç (lat. Elephantulus brachyrhynchus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Elifalet Braun Cunior
Elifalet Braun Cunior (ing. Eliphalet Brown Jr.; 1816, Nyuberiport[d], Massaçusets – 23 yanvar 1886, Nyu-York, Nyu-York ştatı) – ABŞ fotoqrafı, dagerotipisti, litoqrafı və rəssamı. Yaponiyaya göndərilmiş Perri ekspedisiyasının rəsmi fotoqrafı olmuşdur. Yaponiyada çəkilmiş ilk fotoların müəllifidir. == Həyatı == === Yaponiya səyahəti === Elifalet Braun 1816-cı ildə ABŞ-də doğulmuşdur. 1846–48-ci illərdə Nyu-York şəhərində dagerotipist qardaşı Ceyms Sidni Braunla işləmişdir. 1848-ci ildə litoqraf Çarlz Severinə qoşulmuşdur. "Currier and Ives" şirkəti üçün işləyərkən 1852-ci ildə Perri ekspedisiyasının fotoqrafı seçilmişdir. O, ekspedisiya boyunca rəssam Vilhelm Heyne və teleqrafdan məsul olan Vilyam Dreyperlə əməkdaşlıq etmişdir. Metyü Perri 1853-cü ilin avqustunda Makaoda yazdığı jurnal qeydlərində Braundan bəhs etmiş və onun kalotipiya təcrübələri apardığını qeyd etmişdir.
Eria bractescens
Pinalia bractescens (lat. Pinalia bractescens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin pinaliya cinsinə aid bitki növü.
Erigeron brachyspermus
Erigeron brachyspermus (lat. Erigeron brachyspermus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erix Brandenberger
Erix Brandenberger (15 iyul 1892 - 21 iyun 1955) İkinci dünya müharibəsi zamanı Üçüncü Reyxin tərkibində vuruşan alman general. Müharibə ərzində 8-ci Tank diviziyası və daha sonra Qərb cəbhəsində 29-cu Ordu Korpusuna komandan təyin olunmuşdur. Arden əməliyyatı zamanı Qərb cəbhəsində dislokasiya olunmuş 7-ci Orduya komandan təyin olunmuşdur. O, 6 may 1945-ci ildə amerikanlar tərəfindən əsir götürülmüş və 1948-ci ildə sərbəst buraxılmışdır.
Erlinq Braut Haland
Erlinq Holann (21 iyul 2000, Lids, Birləşmiş Krallıq) — Premyer Liqada çıxış edən "Mançester Siti" və Norveç milli komandasında hücumçu kimi oynayan norveçli peşəkar futbolçu. Dünyanın ən yaxşı oyunçularından biri hesab edilən Holann sürəti, gücü, mövqe tutması və cərimə meydançasında finişi ilə tanınır. Holann Premyer Liqada debüt etdiyi mövsümdə 36 qol ataraq bir oyunçunun bir mövsümdə vurduğu ən çox qol rekordunu qırıb. Holann karyerasına Norveçin "Brune" və "Molde" klubları ilə başlayıb. O, 2019-cu ilin yanvarında Avstriyaya köçərək "Red Bull Salzburg" klubuna qoşulub. Bu klubdakı çıxışları ona Bundesliqada çıxış edən "Borussia Dortmund" klubuna keçid qazandırıb. 2022-ci ilin yayında o, 60 milyon avro (£51,2 milyon) qarşılığında "Mançester Siti" klubuna tranfer edilib. O, həmin il bütün yarışlarda atmış olduğu 52 qol ilə ən çox qol vuran Premyer Liqa oyunçusu olmuşdur. Holan həmçinin Liqanın "gənc oyunçusu" və "mövsümün oyunçusu" seçilib və eyni ildə hər iki mükafatı qazanan ilk oyunçu olub. Holann karyerası boyu bir neçə fərdi mükafat qazanıb və müxtəlif rekordlar qırıb.
Euphorbia brachyphylla
Euphorbia brachyphylla (lat. Euphorbia brachyphylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Euphorbia heterophylla var. brasiliensis
Euphorbia heterophylla (lat. Euphorbia heterophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Agaloma angustifolia Raf. Cyathophora ciliata Raf. Cyathophora heterophyla (L.) Raf. Cyathophora picta Raf. Euphorbia calyciflora Sessé & Moc. Euphorbia elliptica Lam. Euphorbia epilobiifolia W.T.Wang Euphorbia frangulaefolia Kunth Euphorbia frangulifolia Kunth Euphorbia geniculata Ortega Euphorbia havanensis Willd. ex Boiss.
Eurydochus bracteatus
Euseius brazilli
Euseius brazilli (lat. Euseius brazilli) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Eva Braun
Eva Braun (tam adı – Eva Anna Paula Braun; 6 fevral 1912[…], Münxen – 30 aprel 1945[…], Fürerbunker) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı.
Glaucium corniculatum var. braunianum
Sarı buynuzlalə (lat. Glaucium flavum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin buynuzlalə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 50sm-ə qədər olur. Gövdəsi düz, dəyirmi olub, budaqlanandır. İnkişafının birinci ilində çətiri böyük liraşəkilli-lələkvari yarılmış, yarpaqları sıxtükcüklü olmaqla, uzunluğu 35 sm-ə qədərdir. Gövdəyəbənzər yarpaqları çoxsaylı, şişkin, göyümtül, oturaq, yuxarı hissəsi qısa, oval, demək olar ki, kənarları bütövdür. Çiçəkləri tək, iri, diametri 1,5-3sm, ləçəkləri 4, böyük tərsyumurtaşəkilli və ya dairəvi, uzunluğu 3,5 sm, parlaq-sarı və ya tünd-sarıdır. Toxumları böyrəkşəkilli, qəhvəyi və ya qaradır. Bitkinin bütün hissələri şirəli soka malik olub, şirəsi çıxarıla bilir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr ayında isə meyvələri yetişir.
Glycyrrhiza brachycarpa
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin biyan cinsinə aid bitki növü. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır. Biyanı qiymətli edən də məhz bu kök və kökümsovlardakı müxtəlif mənşəli maddələrdir.
Henniq Brand
Henniq Brand (alm. Hennig Brand‎ — Alman əlkimyaçısı. Məhz onun 1669-cu ildə ilk dəfə fosforu kəşf etdiyi güman olunur. Otuzillik müharibə vaxtı sıravi əsgər kimi xidmət göstərən Brand sonradan bu sənətin onun üçün təhlükəli olduğunu hesab etmiş və həkim olmaq qərarına gəlmişdi. Bir sıra əlkimyaçılar ətrafında dolanaraq bu sahənin sirrlərinə dərindən bələd olsa da, varlı himayədarı olmadığından bu işi də atıb ticarətlə məşğul olmağa başlayır. Qısa zaman ərzində kifayət qədər uğurlu tacirə çevrilən Brand qazandığı vəsait hesabına elmi təcrübələr üçün lazımı avadanlıqlar alaraq yenidən əlkimya sahəsinə qayıdır. Bu sahədə onun qarşına qoyduğu əsas hədəf, dövrün bir çox əlkimyaçılarının da arzusu olan fəlsəfə daşı (metaldan qızıl düzəltmək üçün lazımı olan reaktiv) hazırlamaqdı. Məhz bu sahədə təcrübələr apararkən Brand təsadüfən fosfor elementini kəşf edir. Brand metalı qızıla çevirmək üçün lazım olan ilkin maddənin insan sidiyində olduğuna inanırdı. Belə ki, təcrübələrindən birində kazarmadan bir neçə çəllək insan sidiyi əldə edən Brand onu iki dəfə distillə etmiş və nəticədə yaranan siropa bənzər mayeyə ölü baş adını vermişdi.
Herbert Braun
Herbert Braun(ing. Herbert Charles Brown; 22 may 1912[…], London[…] – 19 dekabr 2004[…], West Lafayette[d], İndiana) —amerika kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1979). == Həyatı == Amerika kimyaçısı Herbert Çarlz Braun 1912-ci ilin mayın 22-də Londonda anadan olmuşdur. 1938-ci ildə Çikaqo universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1943-cü ilə qədər orada, 1943–1947-ci illərdə Uens universitetində (Detroytda) işləmişdir. 1947-ci ildən İndiana ştatında Pradyu universitetində professor işləmişdir. Əsas tədqiqat sahəsi bor kimyası olmuşdur. Herbert Braun Diboranın sintezinin sadə üsullarını işləyib hazırlamışdır. 1959-cu ildə doymamış üzvi birləşmələrin hidroborlaşması reaksiyasını kəşf etmişdir. Bu reaksiya kompleks borhidridlərin və ya diboranın B-H əlaqəsinin qırılması ilə ikiqat əlaqə yerindən (C=C, C=O, C≡C, C=N, C≡N) birləşməsindən ibarətdir.
Hyalmar Brantinq
Yalmar Brantinq (isv. Hjalmar Branting; 23 noyabr 1860[…] – 24 fevral 1925[…]) — İsveçli dövlət xadimi və sosial demokratiyanın öncüllərindəndir. 1921-ci ildэ Norveçli diplomat Kristian Lanqe ilə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Üç dəfə İsveçin Baş naziri olmuşdur. = Həyatı = Stokholm və Uppsalada təhsil aldıqdan sonra, 1883-cü ildə radikal Tiden qəzetində işə başlamışdır. 1886-ci ildə Sosial demokratiyada yazmağa başlamışdır. 1889-ci ildə İsveç Sosial Demokrat Partiyası qurulduğunda, partiyanın əhəmiyyətli qurucuları arasında yer almışdır. Fəal Axel Daniyelssonun ölümündən sonra Sosial Demokrat Partiyanın spikeri olmuşdur. 1896-ci ildə parlamentin alt qanadına (Riksdag) seçilmiş və 1902-ci ilə qədər də burada tək Sosial Demokrat Partiya üzvü olaraq qalmışdır. 1907-ci ildə partiya lideri olmuş və 1917-ci ildə Liberal-Sosialist koalisiya hökumətində İqtisadiyyat naziri vəzifəsini yerinə yetirmişdir.
I Alfonso (Braqanza hersoqu)
I Alfonso (isp. Alfonso I de Braganza) (10 avqust 1377, Eştremoş[d], Portuqaliya krallığı – 15 dekabr 1461, Şaviş[d]) — ilk Braqanza hersoqu və Portuqaliyanın monarx ailələrindən Braqanza sülaləsinin banisi. == Həyatı == Don Alfonso 1377-ci ildə Portuqaliya kralı I Conun İnes Peresdən olan nigahdan kənar övladı olaraq doğulmuşdur. Bəzi mənbələrdə anasının yəhudi əsilli bir ayaqqabı təmirçisinin qızı olduğu qeyd olunur. Don Alfonso 10 yaşında ikən atası Lankasterli Filipa ilə rəsmi şəkildə evləndi. Ancaq yeni kraliçanın saraya gəlişi olduqca səs-küylü oldu. Belə ki, o saraya gələndə kralın uzun müddətdir münasibət saxladığı İnes Peres dərhal saraydan qovuldu və daha sonra Filipanın əmriylə monastrda rahibə olaraq yaşamağa məcbur edildi. Don Alfonso və 5 yaşlı bacısı Beatris isə kraliçanın himayəsinə alındı. Nigahdan kənar doğulmasına baxmayaraq, atası tərəfindən çox sevilən Don Alfonso, kralın yaxın dostu və mühüm komandir Nuno Alvares Pereranın qızı Beatris Perera ilə evləndirildi. Bu evliliklə Portuqaliyanın aristokrat təbəqəsinə daxil olan Don Alfonso, qaynatasının ardından Barselos qraflığına yüksəldi.
I Fridrix Vilhelm (Brandenburq kürfürstü)
I Fridrix Vilhelm (alm. Friedrich Wilhelm von Brandenburg‎; 16 fevral 1620[…], Berlin Şəhər Sarayı – 29 aprel 1688, Potsdam Şəhər Sarayı[d], Potsdam) — Brandenburq kürfürstü, Prussiya hersoqu. == Fəaliyyəti == Böyük kürfürüst (alm. Großer Kurfürst‎) adlanan Fridrix Vilhelm (1640–1688) Hollandiyada mükəmməl siyasət dərsi, tarix dərsi, hərb dərslər almışdı. O, 30 illik müharibədən sonra ölkənin düşdüyü ağır vəziyyəti nəzərə alaraq, yalnız Brandenburqun qorunub saxlanması istiqamətində siyasət yeridirdi. "Membra unis kapitis" adlanan siyasət yeritdi. Mahiyyət etibarilə ittifaqın üzvü hissəsi mənasını verir. Dövlətin ayrı-ayrı hissələri özlərinin vahid bir siyasi sistemin üzvləri kimi qəbul etməyə başladı. Ayrı-ayrı şəhərlərin və zadəgan mülklərinin imtiyazları azaldılırdı. Sərt idarəetmə sistemi yaradılırdı.
I Pedru (Braziliya imperatoru)
I Pedru (port. Pedro I; 12 oktyabr 1798 – 24 sentyabr 1834) — Cənubi Amerikada "Liberator" ləqəbi ilə tanınmış, Braziliya imperiyasının qurucusu və ilk hökmdarı. 1822-ci ildə Portuqaliya parlamenti ilk koloniya statusuna geri dönmək istəyəndə, Braziliyalılar, Don Pedro Jose Boni Faciə deAndrada Silvanın liderliyində müstəqillik hərəkətlərini başlatdılar və 7 sentyabr 1822-ci ildə müstəqilliklərini elan edib, 1824-cü ildə liberal bir konstitusiya qəbul etdilər. Nizamsız döyüşlərdən sonra Portuqaliyalılar Braziliyanın müstəqilliyini qəbul etmək məcburiyyətində qaldılar. Braziliya 1889-cu ilə qədər krallıqla idarə edildi. Latın Amerikasında ən uzun müddət krallıqla idarə edilən tək ölkə Braziliya idi. 1831-ci ildə Don Pedro, oğlu İkinci Don Pedroya taxtı tərk etməyi tələb etdiı. İkinci Don Pedro zamanında müasir Braziliyanın təməlləri atıldı. 1888-ci ildə 800.000 kəndliyə azadlıq verildi. 1889-cu ildə qansız bir zərbə ilə krallıq idarəsi yıxılaraq respublika idarəsi quruldu.
Imagine Branded Entertainment
Imagine Entertainment (əvvəllər Imagine Films Entertainment, həmçinin Imagine) — ABŞ kino şirkəti. Şirkət 1986-cı ildə Brayan Qreyzer və Ron Hovard tərəfindən birgə "Su pərisi" (1984) filminin uğurundan sonra əsası qoyulmuşdur. Şirkət digərləri ilə yanaşı, blokbaster filmləri olan "Apollo 13" (1995), "Ağıl oyunları" (2001) və "Da Vinçi şifrəsi" (2005) filmlərini istehsal etmişdir. "Imagine" şirkətinin "Imagine Features", "Imagine Television Studios", "Imagine Documentaries" və "Imagine Kids+Family" kimi törəmə şirkətləri var. Onun həmçinin, "Jax Media", "Jigsaw Productions" və "Marginal Mediaworks kimi törəmə şirkətləri var.
Inga bracteifera
Inga bracteifera (lat. Inga bracteifera) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Jurinea brachypappa
Jurinea brachypappa (lat. Jurinea brachypappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Jurinea bracteata
Jurinea bracteata (lat. Jurinea bracteata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Justicia brandegeeana
Justicia brandegeeana (lat. Justicia brandegeeana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinin justicia cinsinə aid bitki növü.
Kabu-Branku burnu
Kabu-Branku burnu (port. Cabo Branco — «ağ burun») — Braziliya ərazisində, Juan-Pesoa şəhərindən şimal-şərqində yerləşən burun. Burun ilk dəfə 1500-ci ildə Dieqo Lepo tərəfindən kəşf edilmiş və Müqəddəs Avqustinin şərəfinə adlandırılmışdır. . Cənubi Amerika materikinin ucqsr şərq nöqtəsini təşkil edir. Burunda yerləşən mayakda onun qitənin ən ucqar şərq nöqtəsi olması barədə məlumat lövhəsi vardır. Ancaq Seyşas burnunun Cənubi Amerika materikinin ucqar şərq nöqtəsi olması rəsmən təstiqlənmişdir.

Digər lüğətlərdə