Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bra-d'Ass
Bra-d'Ass (fr. Bras-d'Asse, oks. Brasc d'Assa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04031. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 286 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 193 nəfər iqtisadi fəal, 93 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 67.5%, 1999-cu ildə 64.7%). Fəal olan 193 nəfərdən 176 nəfər (87 kişi və 89 qadın), 17 nəfər işsiz (8 kişi və 9 qadın) idi.
Abramis brama
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ. == Yayılması == Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir. == Morfoloji əlamətləri == Şərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur.
Acalypha brachiata
Acalypha brachiata (lat. Acalypha brachiata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Accipiter brachyurus
Accipiter brachyurus (lat. Accipiter brachyurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Achillea brachyphylla
Achillea brachyphylla (lat. Achillea brachyphylla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Addison Braun
Addison Braun (ing. Addison Brown; 21 fevral 1830, Qərbi Nyubari[d], Massaçusets – 9 aprel 1913, Nyu-York, Nyu-York ştatı) — ABŞ botaniki. == Əsərləri == An illustrated flora of the northern United States: Canada and the British possessions from Newfoundland to the parallel of the southern boundary of Virginia, and from the Atlantic ocean westward to the 102d meridian, three volumes. 1896—1898, yeni nəşr. — 1913. The Elgin Botanical Garden and its Relation to Columbia College and the New Hampshire Grants. 1908. == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Addison Brown (ing.) Britton, Nathaniel; Addison Brown. An illustrated flora of the northern United States, Canada and the British Possessions From Newfoundland to the Parallel of the Southern Boundary of Virginia, and from the Atlantic Ocean Westward to the 102d Meridian. Volume III, Apocynacea to Compositae; Dogbane to Thistle.
Adelopetalum bracteatum
Bulbophyllum bracteatum (lat. Bulbophyllum bracteatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum bracteatum növü Kvinslenddan Yeni Cənubi Uelsə qədər yayılmışdır. == Sinonim == Adelopetalum bracteatum Fitzg.
Aechmea brachystachya
Aechmea bracteata
Aechmea bracteata (lat. Aechmea bracteata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aechmea brassicoides
Aechmea brassicoides (lat. Aechmea brassicoides) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aegilops brachyathera
Aegilops geniculata (lat. Aegilops geniculata) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü. == Sinonim == == Arealı == Aegilops geniculata növü Kanar adaları, eləcə də Aralıq dənizi sahilləri-dan Əfqanıstana qədər yayılmışdır.
Aegilops geniculata var. brachyathera
Aegilops geniculata (lat. Aegilops geniculata) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü. == Sinonim == == Arealı == Aegilops geniculata növü Kanar adaları, eləcə də Aralıq dənizi sahilləri-dan Əfqanıstana qədər yayılmışdır.
Aegilops ovata subsp. brachyathera
Aegilops geniculata (lat. Aegilops geniculata) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü. == Sinonim == == Arealı == Aegilops geniculata növü Kanar adaları, eləcə də Aralıq dənizi sahilləri-dan Əfqanıstana qədər yayılmışdır.
Aegilops ovata var. brachyathera
Aegilops geniculata (lat. Aegilops geniculata) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü. == Sinonim == == Arealı == Aegilops geniculata növü Kanar adaları, eləcə də Aralıq dənizi sahilləri-dan Əfqanıstana qədər yayılmışdır.
Ageratina luciae-brauniae
Ageratina luciae-brauniae (lat. Ageratina luciae-brauniae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aglaia brassii
Aglaia brassii (lat. Aglaia brassii) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Aleksandr Braun
Aleksandr Karl Henrix Braun (alm. Alexander Carl Heinrich Braun‎; alm. Alexander Karl Heinrich Braun‎; alm. Alexander Braun‎, 10 may 1805 — 29 mart 1877) — Alman bioloqu,, botaniki, mikoloqu və paleontoloqu. == Elmi əsərləri == 1831: Untersuchung über die Ordnung der Schuppen an den Tannenzapfen. 1842: Nachträgliche Mitteilungen über die Gattungen Marsilia und Pilularia. 1850: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1851: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1852: Über die Richtungsverhältnisse der Saftströme in den Zellen der Characeen. 1853: Das Individuum der Pflanze in seinem Verhältnis zur Spezies etc.
Alopecurus brachyglossus
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. == Sinonim == Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
Alosa braschnikowi
Dolgin siyənəyi (lat. Alosa braschnikowi) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Orta və Cənubi Xəzərdə yayılıb. Buzaçi yarıçıxışının ətrafında və Prorva-Çilov dili adaları ətrafında da rast gəlinir. == Morfoloji əlamətləri == Digər siyənəklərlə müqayisədə iri olub uzunluğu 45-47 sm-ə çatır. Böyük ağzı vardır. Yuxarı çənə şaquli istiqamətdə gözün kənarlarına kimi uzanır. Dişləri yaxşı inkişaf edib. Belində 15-19 şüa üzgəci (ilk 3-4 şüa şaxəsizdir), anal 19-23 (ilk 3-4 şüa şaxəsizdir), yan xətt pulcuqlarının sayı 51-54-dür. Bədəni üstdən yaşıl rəngə çalır.
Alqirdas Brazauskas
Alqirdas Brazauskas (22 sentyabr 1932[…], Rokişkis – 26 iyun 2010[…], Vilnüs) — Litva Respublikasının 5-ci Prezidenti (25 fevral 1993 — 25 fevral 1998) olub. == Həyatı == Alqirdas Brazauskas 1932-ci il sentyabrın 22-də Rokişkisdə anadan olub. Gələcək prezidentin əmək fəaliyyəti tikinti sahəsində başlayıb. Sonradan o, Litva Kommunist Partiyasının nüfuzlu üzvlərindən biri olub və onun SSRİ Kommunist Partiyasından ayrılması təşəbbüsü ilə çıxış edib. Brazauskas əvvəlcə Litva Kommunist Partiyasının birinci katibi seçilib, sonra isə Litva Demokrat Əmək Partiyasının lideri olub. SSRİ-nin dağılması və Litvanın müstəqillik əldə etməsindən sonra Brazauskas siyasi fəaliyyətini davam etdirib və 1992-ci ildə Seymin sədri seçilib. 1993-cü ildə isə ölkə prezidenti olub. Brazauskas 1998-ci il seçkilərində namizədliyini ikinci dəfə irəli sürməyib. 2001-ci ildə baş nazir postuna təsdiq olunub və 2006-cı ilə qədər bu vəzifədə qalıb. O, uzun sürən xəstəlikdən sonra 26 iyun 2010-cu ildə 78 yaşında Vilnüsdəki evində keçinib.
Amanoa bracteosa
Amanoa bracteosa (lat. Amanoa bracteosa) — fillantkimilər fəsiləsinin amanoa cinsinə aid bitki növü.
Anthemis brachycarpa
Anthemis brachycarpa (lat. Anthemis brachycarpa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Anthemis brachycentra
Anthemis brachycentra (lat. Anthemis brachycentra) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Anthemis brachystephana
Anthemis brachystephana (lat. Anthemis brachystephana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Anthemis galilaea var. brachyota
Anthemis bornmuelleri (lat. Anthemis bornmuelleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Acmella lanceolata Link ex Spreng. Amellus carolinianus Walter Anthemis abyssinica J.Gay ex A.Rich. Anthemis abyssinica var. abyssinica abyssinica Anthemis cotula Blanco [Illegitimate] Anthemis cotula var. hierosolymitana Eig Anthemis cotula subsp. lithuanica (DC.) Tzvelev Anthemis cotula-foetida Crantz Anthemis cotuloides Raf. ex DC. Anthemis galilaea var. brachyota Eig Anthemis galilaea var.
Argentina-Braziliya müharibəsi
Argentina və Braziliya müharibəsi (isp. Guerra Argentino). 10 dekabr 1825- 27 avqust 1828 ci ildə baş verir. Birləşmiş Rio-de-la Platanın Braziliyanın nəzarətində olan Sisplatanıno (Uruqvay) ələ keçirmək ucbatından başlayır.Bu ərazilərin Braziliyanın nəzarətinə keçməsi Argentina İstiqlal müharibəsi dönəmində başlanmışdı.Müharibə Montevideo anlaşmasının imzalanması ilə başa catır. == Müharibə == Argentina Braziliyanın nəzarətində olan Sisplatino ərazisi əvvəl Rio-de-la-Plata vice krallığına aid olmasını əsas gətirərək bu torpağı öz ərazisi hesab edirdi.Birləşmiş Pio-de-la-Plata provensiyası bütün siyasi vastələrə əl ataraq Uruqvayın yerli hakimiyyət rəhbəri Xuan Antonio Lavalexi özünə çəkərək Braziliyaya qarşı cıxmasına səbəb olur.Həmcinin Braziliyaya siyasi və maddi yardımdan imtina edirdi.Bu zaman iki dövlətlə əlaqələrin kəsilməsi bu ərazidə ticarətlə məşqul olan Böyük Britaniyanın etirazına səbəb olur.Belə ki dövlətlərin siyası elitasına təsir imkanı olan Britaniya müharibənin gedişatına və nəticəsinə təsir edirdi.Britaniyanın xariçi işlər naziri Corc Kanning maliyə itgisi səbəbindən hər iki tərəfi hərbi məhkəməyə verir. Braziliyaya qarşı separatcılıqla məşqul olan partizanlara Fruktuoso Rivero və Xuan Antonio başçılıq edirdi.1825-ci ildə Florida da Konqres cağrılır burada Sisplatinonun ( Uruuqvayın ) Braziliyadan ayrilmasını (Portuqaliyanın müstəmləkəsi olmaqdadan cıxır) nəzərdə tuturdu. 1 yanvar 1826-cı ildə Argentina Braziliyaya müharibə elan edir.Buna qarşılıq Braziliya donanması La-Plata çayı hövzəsi,Buenos-Ayresı və Montevideonu mühasirəyə alır.Argentina cənuba Ensena limanına çəkilməyə məcbur olur.Sonradan Karmen-de-Pataqonesə çəkilir.Braziliya bu ərazini tutmağa cədh göstərir.Argentinanın bütün ticari əlaqələrini kəsməyə calışılır.Ehtiyat qüvvə catışmamazlığı və yerli müdafiəçilərin təziqi nəticəsində irrələmə mümkün olmur.Argentina ordusu başda Karlos Moriya de Alvear La-Platanı keçərək Durasnada düşərgə salır Braziliya ordusu Vikontom di Borbasen başda olmaqla əks hücuma keçir və İtusuinqo adlı yerdə döyüş olur.Döyüşün nəticəsi məlum olmur.I Pedru yeni quru əməliyyatları aparılması ücün 1826-cı ildə ölkənin cənubuna yeni qüvvələr yığılır.Bu qüvvələr əsasən könüllərdən və avropalı muzdlulardan ibarət idi.Əraziyə ardıcıl yeni qüvvələr göndərmək mümkün olmurdu.Üstəlik olkənin ozündə üsyanlar baş qaldırırdı ki bu da braziliyalıların əsgərı cəhətdən axsamasına səbəb olurdu.Paytaxt Rio-de-Janeyro da üsyan qalxır.Müharibə artıq kiçik toqquşmalar xarakteri alır .Əsas döyüşlər quruda Larandi və dənizdə Monte Santiyaqo nisbətən seçilirdi.1828-ci ildə Fruktuoso Riberi əks hücuma keçərək provensiyanın böyük hissəsini tutur.Britaniya Braziliyaya təziqi artırması sülh danışıqlarına başlamasına səbəb olur.27 avqust 1828-ci ildə Montevideo sülh müqaviləsi imzalanır. == Nəticə == Nəticədə hər iki ölkə böyük maddi itgiyə məruz qalır.Dünyanın böyük iqtisadi bölgəsində ticari əlaqələr kəsilir.Sonrada Rio-de-Janeyroda bu iqtisadi bölgə bərpa edilir.Burada düyanın nəhəng dövlətlərinin təziqi nəticəsində Birləşmiş Rio-de la Plata provensiyası və Braziliya İmperiyası ilə müqavilə imzalanır.Bu müqaviləyə görə şərq sahil ərazisində müstəqil Uruqvay dövləti,qərbi isə Braziliyaya verilir.Argentinanın Sisplatanı ələ keçirmək cəthi bir nəticə vermədi.Braziliyanın ərazi itgisi və müharibəyə sərf olunan vəsait ölkədə üsyanlara səbəb olur.I Pedru hakimiyyətdən 1831-ci ildə getməli olur.Böyük Britaniya isə müharibədən öz xeyrinə La-Plata bölgəsində azad ticarət hüququ əldə edir.
Bora-Bora
Bora-Bora adası - Sakit Okeanda Fransanın xarici ümumiliyində adadır. Ada təxminən 230 kilometr şimal-qərbi, laqun ilə və maneəli mərcan rifinin əhatə edilir. Adanın mərkəzində iki pikə, Pahia iki Dayağına və Otemanu-ya, 727 metrdə ən yüksək nöqtəyə qalxan nəsli kəsilmiş vulkanın qalıqlarıdır. Taiti dildə adanın orijinal adı Pora Pora kimi daha yaxşı verilə bilər, "Əvvəl Apardı" bildirərək ; erkən transkripsiya 18-cidə tapdı və 19-cu əsr hesabları, Bolabolla-dır və ya Bollabolla-dır. Əsas tənzimləmə , Vaitape adanın qərbi tərəfindədirlər, əsas kanalın qarşısında laquna. Adanın məhsulları əsasən məhdudlaşdırılır, nə tarixən olan kopra üçün iqtisadi əhəmiyyətdən dənizdən və hindqozu ağaclardan əldə edilə bilər. 2007 avqust siyahıyaalması ərzində, adada əhali təxminən 8 880 əhali var idi.
Abra
BNA
Bakı Nəqliyyat Agentliyi — publik hüquqi şəxs statusunda Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin edən dövlət şirkəti. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmışdır. Azərbaycan Prezidentinin 7 fevral 2022 tarixli fərmanına əsasən Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdir. Azərbaycan Prezidentinin 19 aprel 2023-cü il tarixli fərmanı ilə ləğv olunaraq əmlakı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilmişdir. == Tarixi == Bakı şəhərində nəqliyyat sahəsində idarəetməni tənzimləmək üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmışdır. Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə "İcra hakimiyyəti orqanı" hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxs statusu verilmişdir.Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanına əsasən Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq olunmuşdur. == Məqsədi == Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. == Fəaliyyət istiqamətləri == Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: sərnişindaşıma sahəsində nəzarəti və tənzimləməni həyata keçirir; yol hərəkətinin təşkilində iştirak edir; nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasında iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin edir; nəqliyyatı intellektual idarəetmə sistemini tətbiq edir; sərnişindaşıma sahəsinin inkişafını təmin edir.
Bar
Bar — müştərilərə əsasən alkoqollu içkilər (çox vaxt kokteyl şəklində) təqdim edilən, içində içki vermək üçün hündür stola və stullara malik guşə olan istirahət yeridir. Bar sözü ingilis mənşəli olub, baryer sözündən əmələ gəlmişdir. Burada içkilər saxlanılan şkaflar nəzərdə tutulur. Məqsəd Amerikanın məskunlaşmadırılması zamanı içkiləri qorumaq idi. Barların əksəriyyəti axşam və ya kecə açıqdır. Aralıq dənizi hövzəsinin ölkələrdində bar bir az baş məna daşıyır. Məsələn, İtaliyada bu kafeyə oxşayan kiçik qastronomiya şəklində fəaliyyət göstərir və onlara hər küçədə rast gəlmək olur. Belə espresso barlara artıq başqa ölkələrdə rast gəlinir.
Bia
Biansa Miquela Landrau (ing. Bianca Miquela Landrau; 16 avqust 1990, Medford[d], Massaçusets) — əsasən Bia ləqəbi ilə tanınan ABŞ musiqiçisi. == Həyatı == Bia 16 avqust 1991-ci ildə Massaçusets ştatının Medford şəhərində anadan olmuşdur. Əslən Porto-Rikalı və italyandır. Qısa müddət kollecdə oxusa da, buranı tərk edib musiqi karyerasına addım atmışdır. 2017-ci ildə Los-Ancelesə köçdü.
Boa
Boa-yatağanlar fəsiləsindən ilan. Uzunluğu təqribən 4 m-dək olur. Metal parıltılı pulcuqlarının rəngi çox gözəl və dəyişkəndir. Boa tropik Amerikada yayılmışdır. Meşədə,ağaclarda və yerdə yaşayır. Əsasən gecələr ovladığı kiçik heyvan və quşlarla qidalanır. Bütün yatağanlar kimi Boa da ovuna sarılaraq onu boğur.
Bora
Bora – dəniz sahilboyunda yerləşən alçaq sıra dağların yamacından aşağıya – dənizə doğru əsən və qışda xeyli soyuqluq yaradan güclü küləkdir. Yuqoslaviyanın Adriatik sahilboyunda, Novorossiyskidə, Baykalın sahillərində və sair yerlərdə müşahidə olunur..
Bua
Bua və ya Buinsk (tatar. Буа; rus. Буинск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Era
Era (lat. aera): Era – [lat. aera – an, ləhzə] 1)hər hansı əlamətdar və ya əfsanəvi hadisə ilə bağlı olan tarix hesabının başlanğıc anı (vaxtın ardıcıl hesabı bu andan başlayır); tarix hesabı sistemi. Təqvimin başlandığı hadisənin xarakterindən asılı olaraq era üç yerə bölünür. Astronomik, siyasi, dini era; 2)tarixi geologiyada geoxronoloji şkalanın ən böyük zaman ölçü vahidi; 3)il hesabının başlandığı zaman, tarix başlanğıcı. Məsələn, yeni era (isanın doğulduğu zənn edilən gündən başlanan tarix); 4)böyük tarixi əhəmiyyəti olan dövr; 5)yer tarixinin ən böyük xronoloji bölgüsü. Zamanda — vaxt ölçüsünün ilkin başalnğıcı. Məsələn: bizim era, xristian erası, islam erası, yeni era (danışıqda). Böyük zaman ölçüsü, dövr, epoxa Geoloji era — geoloji prosesdə zaman kəsiyi. Məsələn, paleozoy erası, mezozoy erası və s.
Ura
Ura, 20-ci əsrin ortalarından bəri Birləşmiş Ştatların Dəniz Qoşunlarında geniş yayılmış bir döyüş harayıdır . Bu Amerika Birləşmiş Ştatları Ordusundakı Hooah və Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrində, ABŞ Hərbi Dəniz Qüvvələrində və ABŞ Sahil Mühafizəsindəki Hooyahla müqayisə edilə bilər. == Mənşəyi == "Ura" sözünün yarandığı bir neçə potensial qaynaq var. Türkcə / Monqolca: Termin Osmanlı türkcəsinin "vur" kimi tərcümə olunan "vur ha" ifadəsindən və ya "irəli" mənasını verən monqolca "urax" sözündən götürülmüş ola bilər. Osmanlı İmperiyası ordusunun döyüş fəryadı olaraq istifadə edilirdi və Rus döyüş fəryadı "ura" olaraq uyğunlaşdırılmışdır Jan Paul Rou görə "Hurray" sözü orta əsrlərə qədər işlədilən Qədim türkcədən gəlir. Türklərin Tarixi kitabında yazır: "Məsələn, düşmənlərinə hücum edərkən (Türklər)" Gəl, vur! "Mənasını verən" Ur Ah! "Qışqırırdılar (müasir türk dilində" Vur Hadi! ") ) Sonra bu nida Qərbdə "Hurray!" - a çevrilmişdir. Fərq türk dilindəki fonologiyada diaxronik dəyişikliyi və şifahi istifadəni göstərir.
Ara
Ara (lat. Ara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin tutuquşular fəsiləsinə aid heyvan cinsi. Əlvan rəngli, pilləvarı quyruqlu, iri bədənli (uz. 100 sm-ədək, çəkisi 1600 q-a -dək) və iri dimdikli quşlardır. Çoxunun başının yanlarında tüksüz hissələr var. Rəngində cinsi dimorfizm yoxdur. 6 cinsi və 17 növü məlumdur. Əsl aranın 8 növü var. Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayır; bəzi növlərinin arealı çox məhduddur. Meyvə və toxumlarla, həmçinin bitkilərin vegetativ hissələri ilə qidalanır.
Dra-dra göycəqarğa
Dra-dra göycəqarğa (lat. Coracias garrulus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin əsl rakşilər fəsiləsinin göycəqarğa cinsinə aid heyvan növü. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında fəsilənin tək növüdür. == Qısa təsviri == Sığırçından iridir. Ümumi rəngi yaşıl-göydür. Bel tərəfi qəhvəyi gil rənginə çalır. Quyruğu və qanadları üzərində tünd göy rənglər var. Boğazı ağdır. Adi səsi kəskin cırıltıdır "rak-rak", lakin reproduksiya dövrünün əvvəlində tez-tez "kra-kra-kra-kra" edir. Qarğa kimi ləng uçur.
Ara (içki)
Ara, və ya Arag- Butanda istifadə olunan ənənəvi spirtli içki.Ara düyü, qarğıdalı, darı və ya buğdadan hazırlanır və ya fermentləşdirilmiş və ya möhkəm ola bilər. İçki, adətən, şəffaf, yaxud ağ rəngdədir. == İstehsalat == Ara daha çox fərdi yaşayış evi və ya fermer təsərrüfatlarında düyü və ya qarğıdalıdan hazırlanır.Ara və ya fermentləşdirilmiş və ya möhkəm ola bilər və Butanda qanuni özəl istehsal və istehlak olunur.Ara istehsalı hər iki metod və keyfiyyətinə görə tənzimlənir və onun Butanda satışı qadağandır.Əvvəllər fiziki şəxslərə icazə verilmədiyinə baxmayaraq, dükançılar vasitəsilə ara satılıb və hökumətin sərt repressiyaları ilə üzləşiblər.Ancaq, bir halda ki, (çünki,) ara böyük gəlir gətirir, nə qədər qarğıdalıdan başqa məhsullardan istifadə edilir, fermerlər onun istehsalını və satışını leqallaşdırmağı tələb etməyə başladılar.Hökumət, bu arada , alkoqol istehlak spirtli içkilər və onların satışının tənzimlənməsi üçün vergilərin artırılması vasitəsilə mane olurdu. Правительство, тем временем, намерено препятствует чрезмерному потреблению алкоголя посредством увеличения налогов на спиртные напитки и регулирования их продажи.Ara həmçinin dini hədəflərdə , xüsusilə şərq Butanında, Allahlara hədiyyə edilir.Uşaqlar aranı şüşə butulkalrda tez-tez daşıyırlar, çünki Butanda hesab edirlər ki, bu içkinin qoxusu ilanları qaçıracaq. == İstifadə == Aranı, bir qayda olaraq, ilıq içirlər. Onu yüngül qəlyanaltılarla (paşot yumurtası, kərə yağı, ) qarışıqsız verirlər.
Ara Gülər
Ara Gülər (16 avqust 1928[…], Bəyoğlu, Konstantinopol – 17 oktyabr 2018, İstanbul) Türkiyə ermənilərindən olan fotoqraf, foto müxbiri və yazıçı. == Həyatı == 1928-ci ildə Bəyoğluda, İstanbulda anadan olmuşdur. Uşaqkən kinodan çox təsirlənmişdir. 1951-ci ildə Getronagan Erməni Liseyindən məzun olmuşdur. Liseydə ikən film studiyalarında kinonun hər sahəsində çalışmışdır. Muhsin Ərtoğrulun yanında teatr və aktyorluq təhsili almağa başlamışdır. Məqsədi rejissor və ya oyun yazarı olmaq idi. 1950-ci ildə Yeni İstanbul qəzetində jurnalistliyə başladı. Bu illərdə Erməni qəzet və ədəbiyyat jurnallarında hekayələri nəşr olundu. Eyni zamanda İstanbul Universitetində İqtisadiyyat Fakültəsinə davam edirdi.
Ara beyin
Ara beyin - lat. diencephalon iki hissəyə bölünür: Arxa hissə - görmə beyin ya görmə qabarları nahiyəsi - lat. thalamencephalon; Ventral hissə - görmə qabaraltı - lat. hypothalamus, əslində görmə qabaraltının dal-qoxu hissəsi (məməciyəbənzər cisimlər - lat. corpora mamillaria və xüsusi görmə qabaraltı nahiyə - lat. regio subthalamica).Görmə beyin filogenez cəhətcə yeni törəmədir və afferent (hissi) yolların ara mərkəzidir; görmə qabaraltı isə qədim törəmədir və vəzifəsinə görə ali vegetativ mərkəzdir. Ara beyin boşluğunun qalığını üçüncü mədəcik - lat. ventriculus tertius təşkil edir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Ara dağı
Qarnıyarıq dağı və ya Ara dağı (erm. Արա լեռ, translit. Ara ler) — Ermənistan ərazisində yerləşən sönmüş vulkan. Zirvə hazırda Ara olaraq adlandırılır. İnzibati baxımından Araqacotn mərzi ərazisində, Kotayk mərzi ilə sərhəddə yerləşir. Zirvə Zəngiçay və Abaransuçay arasında qərarlaşır. Vulkanik zirvənin hündürlüyü 2577 metrə bərabərdir. Vulkan halqaya bənzər kraterə malik olub, düz olmayan konusludur. Dağda faydalı qazıntılardan adnezitobazalt və andezit mövcuddur. == Flora == Qarnıyarıq dağını yerləşdiyi ərazi yarımsəhra iqliminə malikdir.
Ara oyunu
Azərbaycanda o cümlədən Naxçıvanda oynanılan oyunlardan biri. Ciddi tamaşanın arasında tamaşaçıların gülüb əylənməsi məqsədilə oynanılan qısa, məzəli oyun (bəzən haşiyə oyunu da deyirlər) və ya ayrı-ayrı oyunçular ifa etdikləri zarafatyana deyişməyə verilən ad və ümumiyyətlə el içində “meydan küçə oyunu” anlamında işlənən deyimlərdən biri.Bəzən aralda da deyirlər. == Ədəbiyyat == Elçin Aslanov. El-oba oyunu xalq tamaşası. Bakı, İşıq, 1984, 275 s.
Ara sözlər
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, çən salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. == İfadə forması == === Söz şəklində === Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. === Söz birləşməsi şəklində === Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
Bar (Monteneqro)
Bar (mont. Бар/Bar, it. Antivari, alb. Tivari, yun. Θηβάριον, Thivárion) — Monteneqroya aid Adriatik dənizi sahilində şəhər. Eyni adlı bələdiyyənin inzibati mərkəzidir. Bələdiyyənin sahəsi 67 km²-dir. Ölkənin əsas dəniz limanıdır. == Coğrafiya == Şəhər Monteneqronun cənub hissəsində, Adriatik dənizi və Şkoder gölü arasında, 42 ° 6 'enlik və 19 ° 6' uzunluqdadır. Barda il ərzində 270-dən çox günəşli gün müşahidə edilir.
Bar (dəqiqləşdirmə)
Bar
Bar (relyef)
Bar (relyef) — qumdan ibarət olan su altı say olaraq çayların mənsəbində yerləşir. Dəniz və çay axınlarının birləşdiri yerdə əmələ gəlir. Çayın gətirdiyi çöküntünün və dəniz axınlarının sahilə çıxartdığı qumların bir yerə toplanması ilə əlaqədardır.
Bar (şəhər)
Bar— İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7000 nəfərdən ibarət idi.
Bar Pali
Bar Pali (ivr. ‏בר פאלי‏‎; doğum adı: Varvara Aleksandrovna Paley, rus. Варвара Александровна Палей; 29 aprel 1982, Nijniy Taqil, RSFSR, SSRİ) — İsrail-Amerikalı aktrisa və model. == Həyatı == Pali 29 aprel 1982-ci ildə SSRİ-nin tərkibinə daxil olan Rusiya SSR-in Nijni Tagil şəhərində Olqa (qızlıq soyadı Drob) və Aleksander Paleyin ailəsində anadan olmuşdur. Uşaqlıqdan musiqiyə havəsi olan Pali 4 yaşından pianoda ifa edirdi. Doqquz yaşında ailəsi İsrailə köçdü və o, İsrailin Təl-Əviv şəhərində böyüdü. Babaları II Dünya Müharibəsi illərində Qızıl Orduda xidmət etmişdir. Məktəb illərində aktrisalığa olan marağının nəticəsində Təl-Əvivdə yerləşən Alef İncəsənət Məktəbinə yazıldı və burada Vilyam Şekspir və Bertolt Brextin Atiqona kimi əsərlərinin taşamasında iştirak etdi. == Karyerası == === Model === Pali modellik karyerasına 17 yaşında başlamışdır. O, Maxim, Rolling Stone və GQ kimi jurnalların üz qapığında yer almışdır.
Bar Rafaeli
Bar Rafaeli (ivr. ‏בר רפאלי‏‎; 4 iyun 1985) — israilli model, aktrisa və aparıcı. 2019 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub. İsrail və ABŞ-də Pilpel, Castro və Victoria's Secret kimi məşhur markaların kataloqlarında model kimi yer almışdır. Məşhur aktyor Leonardo DiKaprio ilə olan əlaqələri ilə gündəmə gəlmişdir. 2009-cu ildə Sports Illustrated Swimsuit Issue-də baş səhifədə yer almışdır. == Həyatı == Rafaeli, 4 iyun 1985-ci ildə israilli yəhudi ailə olan Rafael və Tzipi cütlüyünün uşağı olaraq dünyaya gəldi. Bar Rafaelinin üç qardaşı var. Anası Tzipi Levini 1970-ci illərdə İsraildə olduqca məşhur model idi. Bar Rafaeli modellik karoyerasına ilk olaraq hələ səkkiz aylıq uşaq olanda reklam kampaniyaları ilə başladı.