buynuz

is. corne f ; bois m, ramure f (maralda)

◊ öküzü ~undan tutmaq prendre le taureau par les cornes

butulka
buynuzabənzər
OBASTAN VİKİ
Buynuz
Buynuz — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qalacıq turizm zonasında, İsmayıllı-Qəbələ şosesinin 20-ci km-dən 4 km sağ tərəfdə Göyçay çayının sol tərəfində yerləşir. Əhalisi 594 nəfərdir. Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kənddə yalnız yay mövsümündə fəaliyyət göstərən yeməkxana vardır. Kənddən Göyçay çayı boyunca istisu, Çayqovşan və Qalacıq kəndlərinə piyada və ya atla getmək üçün yol (cığır) vardır. == Əhalisi == Şair Musa Yaqub bu kənddəndir. Əhalisi 619 nəfərdir ki onunda 310 nəfəri kişi, 309 nəfəri qadındır. == İnfrastruktur == 2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir.
Buynuz ağacı
Buynuzcuqlu seratoniya (lat. Ceratonia siliqua) - seratoniya cinsinə aid bitki növü. İngilis dilində "carob" deyilsə də, ümumiyyətlə "St.Johns Bread" kimi tanınır. Alman dilində "johannisbrot" deyilir. Hər iki dildə də "Yaqub Peyğəmbərin çörəyi" mənasına gəlir. Yaqub peyğəmbərin səhrada çörək yerinə istifadə etdiyi bir meyvədir. Təqribən 5000 ildir ki, tanınır. Bir neçə yüz il bundan əvvələ kimi şəkər əvəzinə və ya hazırlanan şirniyyatlarda istifadə olunurdu. Dövrümüzdə ağ şəkər istehsalının başlaması ilə bu mədəni və sağlam qida yox olmuşdur. Keçibuynuzu ağacı ilk 15 il heç meyvə verməyən bir ağacdır.
Buynuz xalçaları
"Buynuz" xalçaları — Qarabağ tipinin Qarabağ qrupuna daxil olan Azərbaycan xovlu xalçalarıdır. == Ümumi məlumat == "Buynuz" xalçaları Qarabağ tipinə daxildir. Onlar Qarabağın müxtəlif xalçaçılıq məntəqələrində hazırlanırdı. Əsas istehsal mərkəzləri Horadiz və Füzuli rayonunun digər xalçaçılıq məntəqələri idi. XIX əsrdə Gəncənin xalçaçılıq müəssisələrinə daxil olan "Buynuz" xalçaları yerli xalçaların texniki xüsusiyyətlərini ehtiva edərək onlarla assimlyasiyaya uğramışdır. Gəncədə inkişaf edərək "Buynuz" xalçaları "Tapança", "Gəncə" və s. adlarını daşımışdır. == Bədii analiz == Qədim zamanlarda Mərkəzi Asiyada, Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda buynuzlu heyvanlar müqəddəs hesab edilirdi. Əvvəlcə, təsərrüfatla, məhsul yığımı ilə, daha sonralar totemçiliklə, lap sonralar isə astronomik anlayışlarla əlaqədar olaraq, buynuzlu heyvanlar müxtəlif təsəvvür və rəmzlərə malik olmuşlar. Hələ qədim zamanlardan buynuz kişilik, mərdlik və qoçaqlıq rəmzi hesab edilir.
Buynuz xalçası
"Buynuz" xalçaları — Qarabağ tipinin Qarabağ qrupuna daxil olan Azərbaycan xovlu xalçalarıdır. == Ümumi məlumat == "Buynuz" xalçaları Qarabağ tipinə daxildir. Onlar Qarabağın müxtəlif xalçaçılıq məntəqələrində hazırlanırdı. Əsas istehsal mərkəzləri Horadiz və Füzuli rayonunun digər xalçaçılıq məntəqələri idi. XIX əsrdə Gəncənin xalçaçılıq müəssisələrinə daxil olan "Buynuz" xalçaları yerli xalçaların texniki xüsusiyyətlərini ehtiva edərək onlarla assimlyasiyaya uğramışdır. Gəncədə inkişaf edərək "Buynuz" xalçaları "Tapança", "Gəncə" və s. adlarını daşımışdır. == Bədii analiz == Qədim zamanlarda Mərkəzi Asiyada, Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda buynuzlu heyvanlar müqəddəs hesab edilirdi. Əvvəlcə, təsərrüfatla, məhsul yığımı ilə, daha sonralar totemçiliklə, lap sonralar isə astronomik anlayışlarla əlaqədar olaraq, buynuzlu heyvanlar müxtəlif təsəvvür və rəmzlərə malik olmuşlar. Hələ qədim zamanlardan buynuz kişilik, mərdlik və qoçaqlıq rəmzi hesab edilir.
Afrika buynuzu
Somalí və ya Afrika Buynuzu — Afrika materikinin şərqində yarımada. Şimaldan Ədən körfəzi, şərqdən Hind okeanının suları yuyulur. Şimal-şərq qutaracağında Qvardafuy burnu yerləşir. Yarımadanın ərazisinin böyük qismi Somalinin, az hissəsi isə Efiopiyanın tərkibinə daxildir. Sahəsi 750 000 km² yaxındır. == Coğafiyası və iqlimi == Yarımada həm Ekvatordan həm də Şimal Tropik xətdindən eyni məsafədə yerləşir. Ərazidə ən hündür dağ Efiopiyanın şimal-qərbində Simiem dağıdır. Nə zamansa Simiem və Beyl dağlarının zirvəsi buzla örtülü olur. Dağlar Qırmızı dəniz istiqamətində birdən-birə enir. Hind okeanına doğru isə hündürlük tədricən enir.
Buynuzabənzər qığırdaq
Buynuzabənzər qığırdaq (lat. cartilagines corniculata) == Mənbələr == Prof.
Buynuzcuqlu buynuzlalə
Buynuzcuqlu buynuzlalə (lat. Glaucium corniculatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin buynuzlalə cinsinə aid bitki növü. == Morfoloji təsviri == Birillik, bəzən ikiillik, göyümtül, qıvrım tüklü bitkidir. Gövdəsi düz, küncvari şırımlı, budaqlanan, (5) 10-40 sm hündürlükdədir. Yarpaqları dərin lələkvari yarılmış, uzunsov qeyri-bərabər dişli hissələrlə, gövdə yarpaqları oturaq, gövdəni yarım bürüyəndir. Ləçəkləri tərsyumurtavari və ya dairəvi, çox vaxt şərab-qırmızı, çəhrayı və ya sarı, 1-3 sm uzunluğunda olur. Yumurtalıq sıx ağ tüklüdür. Meyvə saplağı düz, yoğunlaşmış qısa, 5 sm uzunluğundadır. Buynuzmeyvə düz və ya azacıq əyilmiş, düzduran, 25 sm uzunluğunda, 3-4 mm qalınlıqda, cavan buynuzmeyvələr sıx yarım sıxılmış nazik ağ tüklərlə örtülmüşdür, yetişmişlər az tüklü olur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Buynuzcuqlu seratoniya
Buynuzcuqlu seratoniya (lat. Ceratonia siliqua) - seratoniya cinsinə aid bitki növü. İngilis dilində "carob" deyilsə də, ümumiyyətlə "St.Johns Bread" kimi tanınır. Alman dilində "johannisbrot" deyilir. Hər iki dildə də "Yaqub Peyğəmbərin çörəyi" mənasına gəlir. Yaqub peyğəmbərin səhrada çörək yerinə istifadə etdiyi bir meyvədir. Təqribən 5000 ildir ki, tanınır. Bir neçə yüz il bundan əvvələ kimi şəkər əvəzinə və ya hazırlanan şirniyyatlarda istifadə olunurdu. Dövrümüzdə ağ şəkər istehsalının başlaması ilə bu mədəni və sağlam qida yox olmuşdur. Keçibuynuzu ağacı ilk 15 il heç meyvə verməyən bir ağacdır.
Buynuzdimdiklər
Buynuzdimdiklər (lat. Eurylaimidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Buynuzlalə
Buynuzlalə (lat. Glaucium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi.
Buynuzlu gürzə
Buynuzlu gürzə (lat. Cerastes cerastes) — Buynuzlu gürzələr cinsinə daxil olan növ. Yarımnövlərə ayrılmır. == Təsviri == Uzunluğu 60–80 sm-dir. Rəngi əsasən sarı qum rəngində olur. Hər pulcuq cərgəsində 29–33 pulcuq olur. == Yayılması == Geniş yayılmış bir növder. Əsasən Şimali Afrika (Mərakeş istisna) və Ərəbistan yarımadası ərazisində yayılmışdır. == Ekologiya == 10–20 arası yumurta qoyur. Yumurtalar 28–29 °C temperaturda 48 gün ərzində laktasiya dövrü keçir.
Buynuzlu gürzələr
Buynuzlu gürzələr (lat. Cerastes) — Gürzəkimilər dəstəsinə daxil olan ilan cinsi. Bu cinsə daxil olan növlər əsasən Şimali Afrika və Yaxın Şərq regionunda yayılmışdır.
Buynuzlu torağay
Buynuzlu torağay (lat. Eremophila alpestris) — Sərçəkimilər dəstəsinə, Torağaylar fəsiləsinə aid olan quş növü. == Təsviri == Bədənlərinin uzunluğu 16–17 sm arasında dəyişir. Bədənin yuxarı hissəsi gümüşü çəhrayı, aşağı hissəsi isə ağımtıldır. Üzündəki xarakterik bir maska var, başın arxasında isə buynuzlara bənzəyən uzun qara tükləri olur. == Yayılması == Yayılma arealı olduqca böyükdür. Yuvalama bölgəsi Atlas dağlarından Şimali və cənubi Amerikaya qədər uzanır. Qış ayları Mərkəzi Avropanın ənənəvi qonağıdır Птица — регулярный зимний гость на побережье Центральной Европы.. Bu növə daxil quşlar əsasən meşəsiz lanşaft zonalarını daha üstün bilir. Meşə ətrafı ərazilərdə, tundranın şibyəli sahələrində yayılır.
Buynuzlu yapalaqca
Buynuzlu yapalaqca (lat. Lophostrix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Buynuzyarpaq
Buynuzyarpaq (lat. Ceratophyllum) - ceratophyllaceae fəsiləsinə aid bitki cinsi. == Növləri == Ceratophyllum demersum L. (Rigid Hornwort or Common Hornwort) Ceratophyllum echinatum A.Gray (Spineless Hornwort) Ceratophyllum muricatum Cham. (Prickly Hornwort) Ceratophyllum platyacanthum Cham.
Böyük buynuzlu maral
Böyük buynuzlu maral və ya İrlandiya maralı (lat. Megaloceros giganteus) — Nəhəng maral cinsinə aid nəslikəsilmiş məməli növü. Nəhəng ölçüyə malikliyi və iri buynuza sahibliyi ilə seçilir (5,2 m). Buynuzları bel formasına (əmək aləti) malik olub üstəlik əlavə budaqlara malik idi. Dişlərinin quruluşu onu deməyə əsas verirki, bu canlılar meşəliklərdə yaşamamışlar. Səbəb isə onların nəhəng buynuzları ilə sadəcə meşədə hərəkət mümkünsüz olardı. Buynuzlarını atdıqdan sonra meşəyə girmələrinə imkan yarana bilərdi. Alimlərin fikirincə bu canlıların məhvinin əsas səbəbi meşə sahələrinin getdikcə gemişlənməsi idi. Onlar iri canlıların nəsli kəsilərkən tükənmişlər. Onların əsas yayılma əraziləri Avropa, Asiya və Şimali Afrika olmuşdur.
Sarı buynuzlalə
Sarı buynuzlalə (lat. Glaucium flavum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin buynuzlalə cinsinə aid bitki növü. İkiillik ot bitkisi olub, hündürlüyü 50sm-ə qədər olur. Gövdəsi düz, dəyirmi olub, budaqlanandır. İnkişafının birinci ilində çətiri böyük liraşəkilli-lələkvari yarılmış, yarpaqları sıxtükcüklü olmaqla, uzunluğu 35 sm-ə qədərdir. Gövdəyəbənzər yarpaqları çoxsaylı, şişkin, göyümtül, oturaq, yuxarı hissəsi qısa, oval, demək olar ki, kənarları bütövdür. Çiçəkləri tək, iri, diametri 1,5-3sm, ləçəkləri 4, böyük tərsyumurtaşəkilli və ya dairəvi, uzunluğu 3,5 sm, parlaq-sarı və ya tünd-sarıdır. Toxumları böyrəkşəkilli, qəhvəyi və ya qaradır. Bitkinin bütün hissələri şirəli soka malik olub, şirəsi çıxarıla bilir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr ayında isə meyvələri yetişir.
Suyabatmış buynuzyarpaq
Suyabatmış buynuzyarpaq (lat. Ceratophyllum demersum) — buynuzyarpaq cinsinə aid bitki növü. Ceratophyllum aquaticum H.C.Watson Ceratophyllum asperum Lam. [Illegitimate] Ceratophyllum cornutum Rich. Ceratophyllum cornutum Rich. ex S.F. Gray Ceratophyllum demersum var. demersum Ceratophyllum demersum var. inflatum R.E.Fr. Ceratophyllum demersum var. oxyacanthum (Cham.) K.Schum.
İri Buynuzlu koronavirus
İri Buynuzlu koronavirus (BCV və ya BCoV) — Koronaviruslar ailəsinə məxsus virus. Bükülmüş, qapalı və RNT virusları ilə əhatələnmiş səthi var. İnfeksiya dana enteritinə və buzovlarda enzootik sətəlcəm kompleksinə səbəb olur. Yetkin İri Buynuzlularda qış dizenteriyasına da səbəb olur. Virusun transmissiyası tənəffüs yolları vasitəsilə üfüq edir. Transmissiya üfüqi ötürməylə və ya nəcisli oral yoluna daxil olaraq tənəffüs yollarını yoluxdurur. İnfeksiya normal olaraq bir həftədən üç aya qədər olan buzovlarda baş verir. Klinik əlamətlərə diareya, susuzluq, depressiya, çəkinin azalması və anoreksiya daxildir. Dana burnunda tənəffüs yoluxucu burun axıntısında seroz çıxara bilər. Klinik əlamətləri orta bakteriya infeksiyası ilə daha da pisləşə bilər.
Şeytan buynuzu
Şeytan buynuzları (ing: Devil horns) - Heavy Metal musiqisini dinləyənlərin istifadə etdiyi işarədir. Şəhadət barmağı və kiçik barmaq açıq, orta, üzük və baş barmaq bağlı olmalıdır ki, bu işarə tutulsun. İnternetdəki işarəsi \m/ olaraq göstərilir. Ronnie James Dio, bu işarəni metal mühitə gətirmişdir və onu “Şərin gözü” adlandırmışdır. Onun mənası Roma sivilizasiyasına söykənir. Dio nənəsinin bu işarəni tapması üçün ona əsl ilham mənbəyi olduğunu bildirmişdir. İtalyan mənşəli olan ailəsi inanclarına çox bağlı idi və nənəsinin küçədə gedərkən bu nişanı insanlara göstərdiyini görür. Onlar bunu pisliklərdən qorunma və şeytanı qovmaq niyyəti ilə edirlər. Dio, sənədli bir filmdə (Metal: A Headbanger's Journey) “Bunu mənim tapdığımı söyləmək olmaz, amma onu mən təkmilləşdirib ona məna verdim” demişdir.
Maral buynuzu
Maral buynuz — hər il maralın başında böyüyən və yıxılaraq yenidən başına çıxan sümüklü buynuzdur. Bu buynuzlar maral ailəsinin üzvlərinin kəllə sümüyü boyunca tapılır. Rezervuarlar sümük, qığırdaq, birləşdirici toxuma, dəri, periferik sinir və qan damarı quruluşuna malikdir . Şimal maralı və karibu istisna olmaqla, onlar adətən kişilərdə olur. Buynuzlar hər il əridilir və onların əsas funksiyası cinsi cazibə və hərəmi idarə etmək üçün döyüşən kişilərin buynuzlarıdır . Tökülmədən fərqli olaraq, keçi, qoyun, bizon və mal-qara kimi pronghornlarda və mal-qaranın buynuzları adətən tökülməyən ikitərəfli quruluşlardır. Sümük buynuzunun içərisində keratindən (zülal) (insan dırnaqları ilə eyni material) hazırlanmış xarici örtük var.

Digər lüğətlərdə