bədii-sənədli
bədii-tarixi
OBASTAN VİKİ
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir."Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir.
Bədii detal
Bədii detal, bədii təfərrüat — bədii yaradıcılıqda istifadə olunan real ifadə və təsvir vasitəsi. Təkcə təsviri xarakter daşımır, həm də bədii obrazın ideya və məzmununun açılmasına xidmət edir. Mənzərə və portret yaradılmasında, hadisə, hərəkət və nitqin təqdimində əsas ünsürdür. Yerinə görə bədii ümumiləşdirmə, tamamlama, dolğunlaşdırma, aşkarlama mahiyyəti daşıya bilir. Bəzən bədii detalın həddən artıq şişirdilməsi onun mövzu və məzmunla əlaqəsini zəiflədir. Mövzunun bədii həlli bədii detalın seçilməsindən və işlədilməsindən, ifadə sərrastlığından, təfərrüatların dəqiqliyindən və tutumluluğundan çox asılıdır. Realist bədii nəsrdə bədii detal xüsusi əhəmiyyət kəsb edir. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev, Cəfər Cabbarlı və başqalarının əsərlərində orijinal bədii detallar çoxdur. Məsələn, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəyin burnunun əyriliyinin təsviri portret səciyyəli bədii detaldır. == Ədəbiyyat == Vəliyev K. Sözün sehri.
Bədii dil
Bədii dil — ədəbi əsərlərin (şeir, nəsr, dramaturgiya və s.) obrazlı və emosional təsvirinin dil vasitələri ilə ifadə forması. Bədii dil digər nitq növlərindən (rəsmi kargüzarlıq, mətbuat, elmi, adi danışıq dili və s.) özünəməxsus cəhətləri ilə seçilir. Söz sənətinin yenicə meydana gəldiyi ilk dövrlərdə gündəlik danışıq dilinə qarşı qoyulan bədii dil normaları hər şeydən əvvəl yüksək pafosu və təmtəraqlı ifadə üslubu, ritmik quruluşu, intonasiya tərzi, səs təkrarlarından (alliterasiya, assonans və s.) geniş istifadəsi ilə fərqlənirdi. Şifahi xalq ədəbiyyatında, xüsusilə ilk dövrlərdə, fərdi yaradıcılıq təşəbbüsləri məhdud olduğundan, sonrakı nəsillər istər ideya və məzmun, istərsə də bədii və sənətkarlıq baxımından, əsasən, öz sələflərinin sənət əsərlərinə arxalanmış, yaradıcılıq prosesində onları davam və inkişaf etdirmişdir. Orta əsrlər yazılı ədəbiyyatı da, əsasən, normativ xarakter daşıyırdı. Sadə dildə yazmaq, adi danışıq sözləri işlətmək, bədii əsərlərdə gündəlik həyat məsələlərindən bəhs etmək o zamankı dövrün söz sənətinə yüksək münasibət ilə bir araya sığmırdı. Ədəbiyyata, sənətə belə münasibət əsərin “ciddi” məzmunu ilə yanaşı, hər bir sözün ənənəvi poetika qayda-qanunları əsasında dəqiq seçilib, yerli-yerində işlədilməsini də nəzərdə tuturdu. Orta əsrlər yazılı poeziyasında yüksək forma kamilliyi tələb edən normativ qanunlar həmin dövr şeirində yüksək, romantik səciyyəli xüsusi poetik dilin yaranmasına səbəb olmuşdu. Yalnız XIX əsrdə bədii nəsrin xüsusi bir janr kimi formalaşmasından və həyatla daha yaxından bağlı olan realist poeziyanın güclənməsindən sonra aydın oldu ki, poetik məqsədlər üçün “xüsusi” nitq üslubundan istifadə etmək heç də məcburi deyildir, geniş ümumxalq dilinin başqa üslub növlərindən və leksik qatlarından istifadə etməklə də yüksək sənət əsərləri yaratmaq mümkündür. Ədəbi dilin spesifik üslublarından sayılan bədii dilin başqa nitq növlərindən fərqi, ilk növbədə sənətkarlıq baxımından işlənib cilalanmasında , yazıçının xüsusi məqsədlərinə tabe edilməsində və deməli, yaradıcılıq məhsulu kimi təzahür etməsindədir.
Bədii film
Bədii film - kino sənəti növü. Bədii film ədəbi ssenari əsasında çəkilir. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir. Bədii filmin müxtəlif janrları var: komediya, nifrət filmi və s. Çəkilmiş bədii film kinoteatrlarda göstərilir. Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Azərbaycanda ilk bədii filmlər arasında - "Neft və Milyonlar Səltənətində" 1916-cı ildə, ilk Amerika bədii filmi "Oliver Tvist" 1912-ci ildə çəkilmişdir.
Bədii gimnastika
Bədii gimnastika — gimnastika və rəqs hərəkətlərinin musiqi müşayiəti ilə alətsiz və alətlərlə (ip, halqa, top, gürzlər, lent) icra olunduğu bir idman növüdür. İsveçdə yaranan idman növüdür. Aktyorluq, balet, musiqi və Pantomim ilə birlikdə edilir. Bədii gimnastika turnirlərində yalnız qadın idmançılar iştirak edirlər. 1984-cü il Yay Olimpiya Oyunlarıda Olimpiya Oyunlarına daxil edilən bədii gimnastikanın özünə xas qaydaları və qiymətləndirmə sistemi var. Bütün çıxışlar ölçüsü 13x13 m olan gimnastika xalçası üzərində yerinə yetirilir. Musiqi kompoziyasının seçimi gimnast və məşqçinin istəyindən asılıdır. Fərdi proqramda hər bir çıxış bir dəqiqə yarımdan, qrup hərəkətlərində isə iki dəqiqə otuz saniyədən artıq olmamalıdır. Klassik çoxnövçülük (fərdi proqramda 4, qrup hərəkətləri proqramında 2 çıxış) – Olimpiya proqramına daxildir. Çoxnövçülükdən əlavə fərdi birincilikdə və qrup hərəkətləri komandalarının tərkibində çıxış edən gimnastlar ənənəvi olaraq ayrı-ayrı alətlər üzrə final yarışlarında da medallar uğrunda mübarizə aparırlar (Olimpiya Oyunlarından başqa).
Bədii metod
Bədii metod — yaradıcılıq metodu. Ədəbiyyat və incəsənətdə gerçəkliyin ideya-estetik inikasının, tipikləşdirilməsinin əsas prinsiplərinin məcmusu. Bədii metod anlayışının estetik kateqoriya səviyyəsində təsbiti antik dövrdən məlumdur. Aristotel poeziyanı təqlid sənəti kimi səciyyələndirərək, təbiəti təqlidin müxtəlif imkanlarından danışarkən, əslində bədii təsvirin müxtəlif metodlarını nəzərdə tuturdu. Sənətkarlar bir-birinə təkcə əsərlərinin ideya istiqaməti və ruhu ilə deyil, həm də gerçəkliyi estetik təcəssümünün ümumi mahiyyətli xüsusiyyətləri və prinsipləri ilə də yaxın olurlar. Belə yaxınlıq ədəbiyyat və incəsənətdə bədii metod və ya yaradıcılıq metodu kateqoriyasını yaratmışdır. Bədii metod müəyyən sənətkarlara məxsus və bilavasitə onların yaradıcılığında əsas götürülən ideya-estetik prinsiplərin ümumiliyi və ardıcıl surətdə həyata keçirilən, tətbiq edilən inikas üsuludur. Bədii metod hər bir dövrün bədii yaradıcılığında gerçəkliyin müəyyən ideya-estetik, ictimai ideal movqelərindən obrazlı-emosional təcəsümü nəticəsində formalaşır. Sənətkarlar hər hansı bədii metoda, onu hazır şəkildə mənimsəməklə və ya modelini öyrənməklə yox, konkret həyat materialını, gerçəkliyin sosial-ictimai, mənəvi, fəlsəfi, etik, psixoloji, siyasi görüşlərini, tərbiyəsini öyrənmək, tədqiq, təhlil etmək və bunları müəyyən dünyagörüşü işığında, həyatın konkret ideya-estetik tələblərinə uyğun şəkildə yaradıcılıqlarında təcəssüm etdirməklə nail olurlar. Bədii metod sənətkarın yaradıcılığının yekunu, xülasəsi kimi başa düşülməlidir.
Bədii obraz
Bədii obraz — gerçəkliyin yalnız incəsənətə məxsus spesifik inikas və idrak üsulunu səciyyələndirən estetik kateqoriya. Bədii əsərdə yaradıcılıqla təcəssüm etdirilən hər şey (insan surətləri, xalq, müharibə, təbiət obrazları və s.) bədii obraz adlandırılır. Bədiiliyin əsas meyarlarından biri, gerçəkliyi estetik ideal mövqeyindən əks etdirməyin forması olan bədii obraz bədii ümumiləşdirmənin nəticəsi kimi meydana çıxır. Bədii obraz fərdi, keçici, təsadüfi hallarda dəyişməz və əbədi mövcud olan ümumi mahiyyətin təzahürünü əks etdirən obrazlı təfəkkürün əsasında dayanır. Ədəbiyyat və incəsənətdə bədii obraz ümumiliyin fərdi, həm də konkret təzahür forması kimi reallaşır. Onun üçün fərdiləşdirmə, tipikləşdirmə mühüm şərtdir. Bədii obraz sənətin idraki funksiyası ilə bağlı olub, gerçəkliklə sənətkar arasında özünəməxsus dialoqdur, sənətkar fantaziyası, duyum, ilham və s. subyektiv amillərlə də bilavasitə əlaqədardır. Bədii obraz yaradılması üç mərhələni (sənətkar — əsər -oxucu; musiqidə dinləyici, teatrda və təsviri sənətdə tamaşaçı və s.) birləşdirir. Bədii obraz təcəssümün formasından asılı olaraq, təsviri, əyani və s.
Bədii tərcümə
Bədii Tərcümə– ədəbi yaradıcılıq növü, bir dildə olan əsərin başqa dildə təcəssümü. B.t. tərcümə olunan əsərin obrazlar düzümünü başqa dilin ifadə vasitələri ilə ekvivalent ifadə etmək kimi mürəkkəb yaradıcılıq prosesidir. O, orijinal yaradıcılıqdan tərcümə obyektindən asılı olması ilə fərqlənir.B.t. sahəsində qədimdən bir-birinə zidd iki baxış hökm sürür: orijinalın mətninə yaxınlıq; oxucuların bədii qavrayışına yaxınlıq. Hər iki təmayülün dialektik vəhdəti daha səmərəli olur. Tərcümə olunan əsərin dilini bütün incəlikləri ilə, həmçinin ədəbi ana dilini dərindən bilmək, əsərdə haqqın da bəhs olunan ölkənin, xalqın həyatına, tarixinə və ədəbiyyatına, milli psixologiyasına və mənəviyyatına, tərcümə olunan müəllifin bütövlükdə yaradıcılığına bələd olmaq B.t.-nin əsas şərtlərindəndir.Azərbaycanda Bədii tərcümənin tarixi qədimdir.Orta əsrlərdə bir sıra əsərlər fars dilindən Azərbaycan dilinə (15 əsrdə Əhmədi təxəllüslü şair-tərcüməçi F. Əttarın “Əsrarnamə”, Şeyx Əlvan Şirazi Mahmud Şəbüstərinin “Gülşəni-raz”, M. Füzuli Ə. Caminin “Hədisi-ərbəin” əsərini) tərcümə olunmuşdur. Orta əsrlər də bir sıra nəsr əsərləri də Azərb. dilinə tərcümə edilmişdir:Məhəmməd ibn Hüseyn Nişatinin “Rövzət üş-şühəda” (Vaiz Kaşifi, “Şəhidlərbağı”) əsərinin “Şühədanamə” adı ilə tərcüməsi, eləcədə onun “Şeyx Səfi təzkirəsi” adlı tərcümə əsəri. 19 əsrin əvvəllərin də Əvəz Əli ibn Səfiqulu “Kəlilə və Dimnə”ni Azərb.
Bədii təxəyyül
Bədii təxəyyül – yaşanmış duyğu, hiss və qavrayışların, təsəvvür və təəssüratların xəyalda canlandırılması və yenidən yaşanması əsasında bədii obrazlar yaratmaq prosesi və onun nəticəsi. B.t. yaradıcılıq prosesinin bütün mərhələləri (gerçəkliyin qavranılması, mövzu və ideya, məzmun və forma, xarakter və obrazlar, əsər üzərində iş və s.) üçün səciyyəvidir. B.t. sənətkarın fərdi-psixoloji tipindən, estetik zövqündən, şəxsi və ictimai təcrübəsindən, dünyagörüşü və yaradıcılıq metodundan, bilik və intuisiyasından asılıdır. Belə ki, romantik sənətkarla realist sənətkarın B.t-ü bir-birindən fərqlənir: M.Ə. Sabir və C. Məmmədquluzadənin B.t.-ü H. Cavid və M.Hadi təxəyülündən seçilir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011.
Bədii şüşə
Bədii şüşə — dekorativ əşyaların, vitrajların interyerdə öz əksini tapmasıdır. Təsviri sənətin qədim nümunələri arasında Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri - dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.
Bədii şərtilik
Bədii şərtilik — Ədəbiyyat və incəsənətdə həyatı obrazlı əksetdirmə üsulu. Bədii təsvir prinsipi olmaqla, obrazın təsvir edilən obyektlə bütünlüklə eyni olmamasıdır. Bədii şərtilik anlayışı tarixən dəyişkəndir; məsələn, Homerin mifoloji obrazları öz dövrünə görə həyati olduqları halda, klassisizm ədəbiyyatında sırf şərtidir. Bədii ədəbiyyatda şərtilik, əsasən, bədii təsvir vasitələrinə, obraza və zamana münasibətdə təzahür edir. Dünya ədəbiyyatında İohann Volfqanq Hötenin "Faust", Frans Kafkanın "Çevrilmə", rus ədəbiyyatında Nikolay Vasilyeviç Qoqolun "Burun", Mixail Afanasyeviç Bulqakovun "Usta və Marqarita" əsərləri, Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin "İblis", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" pyesləri, Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı", Yusif Səmədoğlunun "Qətl günü", Elçinin "Ağ dəvə", Mövlud Süleymanlının "Köç" romanları və s. bədii şərtilik prinsipləri əsasında yazılmışdır. Azərbaycan təsviri sənətində də bədii şərtilik ünsürlərinə təsadüf edilir (Rasim Babayev, Mircavad Mircavadov, Cahid Camal və başqalarının yaradıcılığı). Bədii şərtiliyə təmsil, elmi fantastika və s. janrlar daha çox meyil edir. Ədəbiyyat və incəsənətdə bədii şərtiliyin üslub səviyyəsinə qalxması mifologiya və folklordan geniş istifadə olunması ilə bağlıdır.
Bədii ədəbiyyat
Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Ədəbiyyat iki yolla yaranıb, inkişaf edir: şifahi və yazılı. Yazılı ədəbiyyat ilə şifahi ədəbiyyat arasındakı fərqlər: Şifahi ədəbiyyat şifahi şəkildə, yazılı ədəbiyyat isə yazılı şəkildə yaranıb, yayılır. Şifahi ədəbiyyat yazılı ədəbiyyata nisbətən daha qədimdir. Şifahi ədəbiyyatın konkret müəllifi olmur, anonim ədəbiyyatdır, ümumxalq yaradıcılığının məhsuludur. Yazılı ədəbiyyat isə müəllifli ədəbiyyatdır. Şifahi ədəbiyyatın bəzi nümunələri çoxvariantlıdır, yazılı ədəbiyyat isə təkvariantlıdır. Şifahi ədəbiyyat yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlamır. Yazılı ədəbiyyat isə saxlayır.Həm yazılı həm də şifahi ədəbiyyat üç ədəbi növə bölünür: Lirik növ Epik növ Dramatik növBu bölgünü ilk dəfə verən, nəzəri cəhətdən əsaslandıraraq təsnif edən antik dövrün ən böyük filosofu və nəzəriyyəçisi Aristotel (384–322) olmuşdur. === Lirik növ === Lirik növ əsasən nəzmlə verilir.
Bədii çoxvariantlılıq
Variantlılıq — şifahi ədəbiyyatda hər hansı əsərin (məsələn bayatının, nağılın, dastanın və ya aşıq şeirinin) ayrı-ayrı şəxslər tərəfindən söylənirkən mətnindəki müxtəliflik. Çoxvariantlılıq şifahi xalq ədəbiyyatını yazılı ədəbiyyatdan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Məsələn, Aşıq Ələsgərin "Düşdü" rədifli qoşmasında möhürbənd iki variantda mövcuddur. Ələsgərəm, hər elmidən halıyam, Gözəl, sən dərdlisən, mən yaralıyam Ələsgər, hər elmidən halıyam, Dedim, sən təbibsən, mən yaralıyam. Variantlılığa yazılı ədəbiyyatda da rast gəlinir. Məsələn, Süleyman Rəhimov "Şamo" romanının çox yığcam I varinatını 1931 ci ildə çap etdirib. Sonralar bu əsəri yenidən işləyib, 5 cildlik variantını hazırlamışdır. Epopeyanın I cildi 1952 və 1955- ci illərdə, II cildi 1953 və 1956- cı illərdə , III cildi 1964-cü ildə, IV cildi 1977- ci ildə, nəhayət V cildi isə 1978-ci ildə çap olunmuşdur. Səməd Vurğun "Vaqif" dramının ilk variantını Vaqifin toyu ilə başlayır. Müxtəlif variantlar tərcümə işində də olur.
Siyasi elm
Politologiya və ya Siyasi elm — Politologiya siyasətin elmi tədqiqidir. Bu, idarəetmə və güc sistemləri, siyasi fəaliyyətlərin, siyasi düşüncələrin, siyasi davranışların və əlaqəli konstitusiyaların və qanunların təhlili ilə məşğul olan sosial elmdir.Siyasi elm sosial elmlər içərisində nisbətən yeni olsa da, öz başlanğıcını tarix, siyasi fəlsəfə, siyasi iqtisad kimi elmlərdən götürmüşdür. Elmin yeni olmasına baxmayaraq, bir çoxları onun banisi kimi Aristoteli qəbul edirlər. Siyasi elmin kökündə duran fikirlərə hələ qədim Çin və Hindistanda, Aristotel və Platonun əsərlərində rast gəlinsə də bir elm kimi onun formalaşmağı XIX əsrin 60-cı illərinə təsadüf edir. 1903-cü ildə Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının 1906-cı ildə isə Amerika Siyasi Elm Jurnalının əsasının qoyulması ilə bu sahədə tədqiqatlar daha da genişlənmişdir. 1950–1960-cı illərdə elm aləmində baş vermiş Biheviorist inqilab nəticəsində Siyasi elm daha da təkmilləşərək insanların fərd və qrup halında davranışına doğru istiqamətlənmişdir. Müasir politologiyanı ümumiyyətlə müqayisəli siyasət, beynəlxalq münasibətlər və siyasi nəzəriyyə kimi üç alt fənnə bölmək olar. Digər alt fənlər dövlət siyasəti və idarəetmə, daxili siyasət və hökumət (çox vaxt müqayisəli siyasət çərçivəsində öyrənilir), siyasi iqtisadiyyat və siyasi metodologiyadır. Bundan əlavə, iqtisadiyyat, hüquq, sosiologiya, tarix, fəlsəfə, coğrafiya, jurnalistika, antropologiya, psixologiya və sosial siyasət. Bugün siyasi elm qərarların qəbulu prosesini, hakimiyyətin dövredilməsini, siyasi idarəetmə sistemlərini, eləcə də siyasi davranışı öyrənir.
Siyasi fəlsəfə
Siyasi fəlsəfə - Fəlsəfə və siyasi elmin qovşağında yerləşən, siyasətə, siyasi dəyərlərə, siyasi gerçəkliyin mahiyyətinə və siyasi analizin ilkin intellektual şərtlərinə dair fikirləri öyrənən elm sahəsidir. Siyasi fəlsəfənin tədqiq etdiyi mövzulara siyasət, azadlıq, ədalət, mülkiyyət, hüquqlar, qanunlar və səlahiyyət sahibləri tərəfindən hüquqi bazanın gücləndirilməsi aiddir. Onlar nədirlər, onlara nəyə görə (bəzən ümumiyyətlə) ehtiyac var, siyasi gücü legitim edən nədir və o hansı hüquqlar və azadlıqları qorumalıdır və niyə, bu hansı formada olmaldıır və niyə, qanunla nədir, əgər varsa, vətəndaşların legitim hökumət qarşısında öhdəlikləri nədir və əgər mümkünsə, bu öhdəliklərdən nə zaman imtina etmək olar. Sadə dillə desək, "siyasi fəlsəfə" termini dedikdə fəlsəfənin texniki fənlərinə aid olması hökmən olmayan, siyasət haqqında ümumi baxışlara və ya spesifik etikaya, siyasi inanca və ya yanaşmaya istinad edilir.Başqa sözlə, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onların qarşılıqlı təsirini araşdırır. Onun predmetinə siyasət ilə hakimiyyətin qarşılıqlı əlaqələri, onun maddi və ideal formaları – dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər məsələlər daxildir. Yuxarıda qeyd edildiyi kimi bu elm fəlsəfə ilə siyasi elmin qovşağında yaranan sahədir. O, siyasət dünyasının mənəvi və dünyagörüşü səpkilərini öyrənir. Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ xarakterli dəyərlərinin formalaşdığı fəaliyyət sahəsi olduğundan siyasi fəlsəfə də cəmiyyətin siyasi sistemi və təşkilinin prinsiplərini təhlil edir. Siyasət fəlsəfəsinin tədqiqat sahəsi – siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar və institutlardır. Sosial – siyasi fikir fəlsəfənin tərkib hissəsi kimi uzun müddət ərzində əsasən hüquq və dövlət haqqındakı ideya və nəzəriyyələr çərçivəsində öyrənilirdi.
Siyasi hakimiyyət
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
Siyasi inteqrasiya
Siyasi inteqrasiya (ing. Political Integration) — qarşılıqlı əməkdaşlığa yönəlmiş iki və ya daha çox siyasi quruluşun daha dar mənada yaxınlaşma prosesi, dövlətlərarası səviyyədə müəyyən bir ayrılmaz siyasi sistem kompleksinin meydana gəlməsidir . Bu cür inteqrasiyanın xarakterik nəticələrindən biri də bu strukturların birləşdirilməsidir. Eyni zamanda, hər hansı bir məsələnin ortaq şəkildə həlli üçün həm rəsmi, həm də qeyri-rəsmi qurumların olması lazımdır. İnteqrasiya olunmuş cəmiyyətdə inteqrasiya iştirakçıları arasındakı əməliyyat səviyyəsinin artdığı və maraqlar və dəyərlər birliyinin artdığı güman edilir. == Nəzəriyyə == Karl Doyç inteqrasiyada dövlətlərin qarşılıqlı gözləntiləri sabit olduğu təqdirdə dövlətlər arasındakı ziddiyyətlərin sülh yolu ilə həll ediləcəyini görür. Beləliklə, inteqrasiyanı həm dövlət, həm də bir proses olaraq görür. Dövlət olaraq inteqrasiyaya ən yaxşı şəkildə siyasi bir toplum kimi baxılır. İnteqrasiya prosesi, iştirak edən bütün təşkilatlar üçün minimum xərclərlə maksimum qarşılıqlı fayda əldə etməyə imkan verir. Buna baxmayaraq, inteqrasiya bütün aktyorların bu proses üçün əhəmiyyətli dərəcədə hazırlaşmasını və idarəetmələrinin yaxşı keyfiyyətini tələb edir.
Siyasi iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi iqtisadiyyat
Siyasi iqtisadiyyat — insan cəmiyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi komissar
Siyasi komissar (rus. политический руководитель) — siyasi təhsil və təşkilatlanma üçün məsul olan nəzarətçi siyasi zabitdir və hərbin sivil nəzarətini həyata keçirirdi. Tarixdə the commissaire politique (siyasi komissarlıq) ilk dəfə Fransa inqilabı (1789-99) zamanı meydana gəlmiş, əks-inqilabi fikrə və fəaliyyətə qarşı mübarizə aparmış və beləliklə respublikaçıların qələbəsini təmin etmişdir. == Qızıl Ordu == Fransız respublikaçı mənşəyinə rəğmən, siyasi komissar adətən 1917-ci ilin Rusiya müvəqqəti hökumətinin onları hökumətin siyasi nəzarətini təmin etmək üçün hərbi qüvvələrə tanıtdığı SSRİ (1917-91) ilə əlaqədar idi. Oktyabr inqilabı ilə kommunist rejimində yaranan siyasi komissar, Qızıl Orduda 1942-ci ilə qədər qaldı. Qızıl Orduda və Sovet ordusunda siyasi komissar, 1918-24, 1937-40 və 1941-42 dövrləri ərzində mövcud olmuşdur, lakin hər Qızıl Ordu siyasi zabiti komissar deyildi. Siyasi komissar, bölük komandiri hərbi rütbəsinə bərabər mövqeyə malik idi, eləcə də komissarın bölük komandirinin əmrlərini ləğv etməyə səlahiyyəti çatırdı. Qızıl Ordunun tarixi ərzində, siyasi zabitlər bölük komandirlərinə tabe ediləndə siyasi komissar vəzifəsi mövcud deyildi. Rus hərbinin siyasi nəzarəti, hər bölüyə və hissəyə, donanma daxil olmaqla, rotadan diviziya səviyyəsinə qədər siyasi komissar tərəfindən aparılırdı. İnqilabi hərbi şuralar orduda, cəbhədə, donanmada ən azı 3 üzv – komandir və 2 siyasi işçi daxil olmaqla, yaradılmışdı.
Siyasi kommentator
Siyasi şərhçi və ya siyasi kommentator — öz siyasi fikirlərini ictimai səsləndirən şəxs, siyasi tənqidçi. == Qərb == Siyasi şərhçilər uzun müddətdir ki, mövcud idi, ancaq 1950-ci illərdə ABŞ-də politologiya dalğası başlamışdır. Politologiya və siyasi şərhçilik iki fərqli anlayış olsa da, siyasət özü "elm" kimi qəbul edilir.
Siyasi korrupsiya
Siyasi korrupsiya — gəlir əldə etmək üçün hökumət rəsmiləri və ya onların şəbəkə əlaqələrindən qeyri-qanuni şəxslərin səlahiyyətlərinin istifadəsi. Korrupsiyanın müxtəlif forması var: rüşvət, qəsb, nepotizm, parokializm, qəyyumluq və mənimsəmə.
Siyasi mədəniyyət
Siyasi mədəniyyət — mənəvi mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyət politologiya elminin mühüm anlayışlarından biridir. Siyasi mədəniyyət anlayışı iki mənada işlənir. Geniş mənada siyasi mədəniyyət bəşər cəmiyyətinin yaratmış olduğu ümumi mədəniyyətin bir hissəsi kimi işlənir. Yəni bu halda iqtisadi mədəniyyət, dini mədəniyyət, əxlaqi mədəniyyət və s. kimi hər bir cəmiyyətdə siyasi mədəniyyət də mövcuddur. Onlar bir-biri ilə sıx bağlıdır. Dar mənada siyasi mədəniyyət hər bir fərdin, sosial qrupun, sinfin və ya millətin siyasi davranış və fəaliyyət qaydalarının, onların siyasətdə, siyasi hakimiyyətə münasibətlərinin ifadəsi kimi başa düşülür. «Siyasi mədəniyyət» anlayışını politologiya elminə ilk dəfə Amerika politoloqları Q.Almond və S.Verba gətirmiş və onu politologiya elminin mühüm kateqoriyalarından biri kimi şərh etmişlər. Q.Almond və S.Verba «Vətəndaş mədəniyyəti» əsərində siyasi mədəniyyətin cəmiyyətin siyasi sistemində, siyasi rejimlərdəki rolunu yüksək qiymətləndirərək belə bir ümumi nəticəyə gəlmişlər ki, demokratiyanın inkişafı və demokratik rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl, yüksək siyasi mədəniyyət tələb edir və onun sayəsində mümkündür. Siyasi mədəniyyət bütövlükdə siyasi davranış siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir.
Siyasi məhbus
Siyasi məhbus — şəxsi azadlığını özünün başlıca hüquqlarından məhrum olaraq itirmiş insan. Həmin hüquqlar Avropa İnsan Haqları Konvensiyasında və digər sənədlərdə qeyd edilən hüquqlardır. Bu sıraya söz, ifadə, vicdan, din və sərbəst toplaşmaq azadlıqları daxildir. Əgər bir şəxsin azadlıqdan məhrum edilməsinin tam olaraq siyasi səbəblərdən baş verdiyi aşkardırsa, bu halda da həmin şəxs siyasi məhbus adı daşıyır.
Siyasi partiya
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. == Quruluş == Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir.