cənazə
cənnət
OBASTAN VİKİ
Keçəgünbəd (Cəng Almaz)
Keçəgünbəd (fars. كچه گنبد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 168 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Yengikand (Cəng Almaz)
Yengikənd (fars. ینگی‌کند‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 222 nəfər yaşayır (41 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Mirzə Məhəmməd xan Səfdər Cəng
Əbulmənsur Mirzə Məhəmməd xan Səfdər Cəng Baranlı və ya daha çox tanındığı adı ilə Səfdər Cəng (15 dekabr, 1708 - 5 oktyabr, 1754) — Aud nəvvabı. Səfdər Cəng Böyük Moğol imperiyasının zəiflədiyi dövrdə saraydakı əsas şəxslərdən biri olmuşdur. O, Audun ikinci nəvvabı olmuş və bu vəzifədə həm dayısı, həm də qayınatası olan Səadət Əli xanı əvəz etmişdir. Ondan sonrakı bütün Aud nəvvabları Səfdər Cəngin soyundan gələn şəxslər olmuşdurlar. O, Azərbaycan hakimləri Qaraqoyunlu sülaləsinin soyundan gəlirdi. == Həyatı == 1739-cu ildə o, həm dayısı, həm də qayınatası olan I Bürhan-ül-Mülk Səadət Əli xanı devirərək Aud taxtına oturdu və oranı 19 mart 1739-cu ildən 5 oktyabr 1754-cü ilə qədər idarə etdi. Böyük Moğol imperatoru olan Məhəmməd şah ona Səfdər Cəng titulunu vermişdir. Bacarıqlı hakim olan Səfdər Cəng nəinki Auddakı sabitliyi qoruyub saxlaya bilmiş, eyni zamanda artıq hakimiyyəti zəifləmiş Məhəmməd şaha da yüksək səviyyədə dəstək göstərmişdir. Bundan qısa müddət sonra ona Kəşmirin də hakimliyi verilmiş və Dehli sarayında əsas fiqurlardan birinə çevrilmişdir. O, Məhəmməd şahın hakimiyyətinin son illərdə bütün imperiya üzərində hakim mövqeyə sahiblənmişdi.
Odlu cəng arabaları (film, 1981)
"Odlu cəng arabaları" (ing. Chariots of Fire) — rejissor Hyu Hadson tərəfindən 1981-ci ildə çəkilmiş Britaniya tarixi dramı. Bu film Parisdə keçirilmiş 1924 Yay Olimpiya Oyunlarında iştirak etmiş iki idmançının: tanrı yolunda çalışan dindar şotland sprinteri Erik Liddel, digəri isə İngiltərə yəhudisi Harold Abrahams haqqındadır. Bu film Kann kinofestivalında (1981) 2 mükafat, 4 nominasiyada Oskar mükafatı (Ən yaxşı film, 1982), 3 BAFTA mükafatı (1982) və digər mükafatlar qazanmışdır. Film, həmçinin məşhur yunan bəstəkarı Vangelisin sonradan dünya hit-paradında birinci yerləri bölüşəcək instrumental musiqisi ilə də yaddaşlarda qalmışdır. Filmin başlığı ingilis şairi Uilyam Bleykin "Yerusəlim" himnindəki "Mənə odlu cəng arabalarını gətirin" sətrindən ilhamlanaraq verilmişdir. Həmin himni filmin sonlarında eşidə bilərik. Həqiqətdə isə "odlu cəng arabaları" ifadəsi İncilin Çarlıqların dördüncü kitabından (2:11 və 6:17) götürülmüşdür. == Süjeti == 1919-cu ildə Kembric Universitetinə daxil olan Harold Abrahams (Ben Kross) oxuduğu təhsil müəssisəsində antisemitizmlə qarşılaşsa da, lakin Qilbert və Sallivan klubunda iştirak etməkdən zövq alırdı. O, Kembricdə Triniti Böyük Kortunu saat əqrəbinin düz 12:00-u vurması ilə qaçaraq finişi vaxtında keçən yeganə şəxsə çevrilir.
Cəfərabad (Cəng Almaz)
Cəfərabad (fars. جعفر آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Əmir Bahaduri-Cəng
Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu Bahadurlu (1855-1917) — İran şahı Məhəmmədəli şahın saray vəziri. == Həyatı == Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu 1855-ci ildə Qaradağ vilayətinin Şərqi Dizmar mahalının Mərdannaqim kəndində anadan olmuşdu. Tanınmış Bahadurlular nəslindəndir. Bu soy Rusiya-İran müharibəsi zamanı Qarabağdan mühacirət edib. Hüseynpaşa xan mükəmməl təhsil almışdı. Təbrizə yollanıb vəliəhd Müzəffərəddin mirzəyə xidmət etmişdi. 1884-cü ildə yüzbaşı, 1886-cı ildə qullarağasıbaşı, 1891-ci ildə acudanbaşı rütbəsinə, 1892-ci ildə Əmir Bahaduri-Cəng ləqəbinə layiq görülmüşdü. Müzəffərəddin şah 1896-cı ildə Nizamüssəltənə Abdulla xan Qacar keşikçibaşının yerinə təyin etdi. Şah qvardiyasının rəisi oldu. Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1903-cü ildə sərdar rütbəsinə layiq görüldü.
Cehel Amiran (Cəng Almaz)
Cehel Amiran (fars. ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 120 nəfər yaşayır (27 ailə). Əhalisini kürdlər təşkil edir.
Cəng-i Sər (Salmas)
Cəng-i Sər (fars. جنگ سر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (45 ailə).
Cəng-i Sər (Xoy)
Cəng-i Sər (fars. جنگسر‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (41 ailə).
Kale cəngəlliyi
Kale cəngəlliyi (fr. Jungle de Calais) — Fransanın Kale şəhərində yerləşən qaçqın düşərgəsi. 2015-ci ildə Avropa miqrant böhranı zamanı düşərgə qlobal diqqət çəkmişdir. 2016-cı ilin may ayında düşərgədə 5 min qaçqın yaşayırdı.
Malta cəngavərləri
Malta Suveren Hərbi Ordeni və ya Malta cəngavərləri (lat. : Cavalieri Ospitalieri ) ― XI əsrdə yaranmış dini və hərbi orden. Qospital Cəngavərləri vəya St. Jean Cəngavərləri təriqəti (Latınca: Cavalieri Ospitalieri / Xəstəxana Cəngavərləri) 1070-ci illərdə qurulan bir cəngavər təriqətidir. Sonralar Rodos Cəngavərləri, daha sonra Malta Cəngavərləri kimi tanınmışdır. İlk başçısı təxminən 1100-cü illərdə seçilmiş olan Peter Gerard idi. Qüds krallığı qurulduqdan sonra Godfroi de Bouillon təriqətə torpaq bağışlayır. 1113-cü ildə Papa II. Paschal onları təriqət kimi tanıyır. 1120-ci illərdə silahlanmağa başlayan təriqətin ilk hərbi fəaliyyətləri 1136-cı ildə həyata keçirilmişdir. Katolik kömək dərnəyi kimi bu günə qədər gəlib çıxan bu təriqət tarixdə bəzi dönəmlərdə müstəqil dövlət kimi güclü bir donanmaya sahib olmuş, Avropa, İslam və Osmanlı tarixində böyük izlər qoymuşdur.
Məbəd cəngavərləri
Tampliyerlər (fr. templiers — "məbədçilər"; fr. temple sözündən), Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri (lat. Pauperes commilitones Christi Templique Salomonici) — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş cəngavər ordenlərindən biri. Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir. Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilmişdir. Tampliyerlərə vurulan son zərbə, 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olmuşdur. Orden XII–XIII əsrlərdə çox varlı olmuşdur.
Pələng dərili cəngavər
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. == Tarixçə == Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. == İdeya və məzmunu == Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Pələng dərili cəngavər (dəqiqləşdirmə)
Pələng dərili cəngavər - Şota Rustavelinin XII əsrdə tatar-bulqar yazılı eposunun (IX əsr) əsasında yazdığı epik poema. Pələng dərili cəngavər (balet) - Aleksi Maçavarianinin eyniadlı əsər əsasında yazdığı balet.
Qala-i Cəngi
Qala-i Cəngi (Dəricə/Puştuca: قلعهِ جنگی‎, İngiliscə: Qala-i-Jangi‎) — Əfqanıstanda Məzari-Şərifin şimalında yerləşən XIX yüzilliyə aid divarları palçıqdan hörülmüş qala. == Hərbi qərargah dövrü == ABŞ-nin Əfqanıstana hücumundan sonra qala Rəşid Dostumun başçılıq etdiyi Şimal İttifaqının hərbi qərargahına çevrildi. Hərbi qərargahın bir hissəsi isə ABŞ MKİ-nin əməkdaşlarının məhkumları sorğulaması üçün ayrıldı. == Qala-i Cəngi döyüşü == Qala daha çox 2001-ci ilin 25 noyabr tarixindən 1 dekabr tarixinə kimi davam edən «Qala-i Cəngi döyüşü» adlı üsyanla tanınır. Həmin vaxtı hərbi qərargah kimi istifadə edilən Qala-i Cəngiyə yerləşdirən təslim olmuş 470 nəfərlik çoxu ərəb, çeçen, özbək, pakistanlı döyüşçülərdən ibarət olan və aralarında bir nəfər Azərbaycan vətəndaşının da olduğu əsasən xarici ölkə vətəndaşlarından ibarət dəstə üzvləri ilə nəzarətçilər arasında çıxan qarşıdurmada 1 MKİ əməkdaşı və 300-dən çox məhbus həlak olmuşdur. Həlak olan məhbusların çoxusunun əlləri-qolları bağlı vəziyyətdə olub. Sağ qalan 86 nəfərin sağ qalmasına səbəb isə onların tikililərdən birinin zirzəmisində gizlənməsi və beləliklə də bombardman və gülləbarandan canlarını qurtarmaları olmuşdur. Sağ qalanlar arasında Azərbaycan vətəndaşı Polad Siracov da var idi. Bu hadisənin xarici döyüşçülərin birdəfəlik təmizlənməsi üçün təşkil edilməsi kimi versiyalar var. Sağ qalan xarici döyüşçülər sonradan əsasən Quantanamo həbs düşərgəsinə yerləşdirildi.
Qara Cəngavər
Qara cəngavər (ing. The Dark Knight) — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen başlayır" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir. Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellouin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir. Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. Film, 22 yanvar 2008-ci ildə — çəkilişlərin başa çatmasından bir neçə ay sonra, yayımlanmasından altı ay əvvəl bir neçə dərmanı eyni anda qəbul etməsi səbəbilə zəhərlənərək ölən (bu hadisə mətbuat tərəfindən böyük diqqət görmüşdür) Hit Ledcerə həsr olunmuşdur.
Qara Cəngavərlər
Qara Cəngavərlər — Sinqapur Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün F-16 təyyarələri istifadə olunur. Təyyarələr Sinqapur bayrağının rənglərinə boyanmışdır. == Tarixi == Eksadron Sinqapur dövlətinin yaranmasınan 8 il, Sinqapur Hərbi Hava Qüvvələrinin yaranmasında 5 il sonra 1973-cü ildə yaradılmışdır. Əvvəlcə komanda Osprey Red adlanırdı. 1974-cü ildən etibarən Qara Cəngavərlər adlanmağa başladı. Komandanın ilk şou təyyarəsi Hawker Hunter olmuşdur. 2000-ci ildən etibarən komanda 6 ədəd F-16 təyyarəsi ilə aviaşoular həyata keçirir. 2014-cü ildən təyyarlərə ağ-qırmızı dizayn saxlanılmaqla ay və 5 ulduz əlavə olunmuşdur.
Qara cəngavər (film, 2008)
Qara cəngavər (ing. The Dark Knight) — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen başlayır" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir. Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellouin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir. Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. Film, 22 yanvar 2008-ci ildə — çəkilişlərin başa çatmasından bir neçə ay sonra, yayımlanmasından altı ay əvvəl bir neçə dərmanı eyni anda qəbul etməsi səbəbilə zəhərlənərək ölən (bu hadisə mətbuat tərəfindən böyük diqqət görmüşdür) Hit Ledcerə həsr olunmuşdur.
Qara cəngavər (film musiqisi)
“The Dark Knight: Original Motion Picture Soundtrack” Kristofer Nolanın 2005-ci ildə çıxarılmış “Betmen:Başlanğıc” filminin sikveli olan 2008-ci ildə çıxarılmış eyni adlı filmin musiqi albomudur. Film musiqisi 15 iyul 2008-ci ildə üç fərqli nəşrdə təqdim edilmişdir: CD, limitli CD dijipak və dijital yükləmə. 2CD-li Xüsusi buraxılış 9 dekabr 2008-ci ildə DVD ilə bir yerdə çıxarılmışdır. 180-gramvinil LP verisyası 12 avqust 2008-ci ildə çıxarılmışdır. Film musiqisi “Betmen:Başlanğıc” filminin musiqisini yazmış Hans Zimmer və Ceyms Nyuton Hovard tərəfindən bəstələnmiş və 2008-ci ilin aprelində lentə alınmışdır. == Yazılması == Zimmer qeyd edir ki, Betmen mövzusu “Betmen:Başlanğıc” filminin sonunda təqdim edilir və sonradan personajın inkişafı ilə mövzu da inkişaf etdirilir. Zimmer və Hovard belə hesab edirdilər ki, sırf qəhrəman mövzusunun yaradılması personajın mürəkkəbliyi və qaranlıqlığın rədd edə bilər. Zimmer Betmen mövzusunu (iki dəfə filmin əvvəlində, bir dəfə sona yaxın, bir dəfə isə bağlanış titrləri zamanı səsləndirilir) “qırmızı siyənək” adlandırır və violonçel ilə ifa edilən musiqi öncədən işarə edilmə kimi təqdim edir. Doqquz dəqiqəlik Coker süitası ("Why So Serious") elektrik violonçel, solo skripka, gitara və simli bölmə ilə ifa edilən iki not ətrafında qurulmuşdur. Zimmer onun stilini özünün də mənşəcə bağlı olduğu Almaniyanın “Kraftwerk” qrupunun və “The Damned” kimi qupların musiqi stili ilə müqayisə edir.
Qara cəngavər filminin qazandığı mükafatların siyahısı
Qara cəngavər (ing. The Dark Knight) — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen: Başlanğıc" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir. Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellovin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir. Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. Film, 22 yanvar 2008-ci ildə — çəkilişlərin başa çatmasından bir neçə ay sonra, yayımlanmasından altı ay əvvəl bir neçə dərmanı eyni anda qəbul etməsi səbəbilə zəhərlənərək ölən (bu hadisə mətbuat tərəfindən böyük diqqət görmüşdür) Hit Ledcerə həsr olunmuşdur.
Qara cəngavər peyki
Qara cəngavər peyki (ing. Black Knight satellite) – sui-qəsd nəzəriyyəçiləri tərəfindən Yer kürəsi ətrafında 13.000 ildir ki, döndüyü iddia edilən, haradan gəldiyi məlum olmayan cisim. == Tarixi == Qara cəngavər ilə əlaqələndirilən ilk şəxs Nikola Tesladır. 1899-cu ildə Tesla bir konfransda daim təkrarlanan radio siqnalları aldığını və kosmosdan gəldiyini bildirmişdir. 1928-ci illərdə həvəskar bir qrup da eyni siqnalları qeydə almışdır. Daha sonra 1928-ci ildə Oslodan kosmosa qısa radio dalğaları göndərən alimlər də cavab siqnalları almağa başladılar. Nəhayət, 1954-cü ildə bəzi qəzetlər ("St. Louis Post Dispatch" və "San Fransisco Examiner") ABŞ Hərbi Hava Qüvvələrinin bir xəbərini yayımladıqdan sonra vəziyyət məlum oldu. Xəbərdə Yerin ətrafında iki peykin fırlandığı deyilirdi. 1960-cı ildə həm ABŞ-nin, həm SSRİ-nin orbitdə peykləri vardı.
Qara gölün cəngavərləri (film, 1984)
== Məzmun == Bakı. 1905-ci il. Neftçilərin fəhlə qəsəbəsi. Dözülməz əmək şəraiti nəticəsində fəhlələr tətil edirlər. Macəra filminin qəhrəmanları hələ kiçik yaşlarından həyatın acısını dadan, çətinliklərlə üzləşən, ağır zəhmətə qatılaşmalı olan uşaqlardır. Onlar da böyüklərlə birlikdə istismarçılara qarşı mübarizədə iştirak edirlər. Film avtobioqrafik xarakter daşıyır. == Film haqqında == Film yazıçı Süleyman Vəliyevin "Şor Cüllütü" povestinin motivləri əsasında çəkilmişdir. Film 1-c kateqoriyaya layiq görülmüşdür. == Festivallar və mükafatlar == 1)1985-ci ildə Minskdə XVIII Ümumittifaq kinofestivalı Filmə Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin Diplom və Prizi verilmişdir.
Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığı
Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığı — Qobustan-Cəngiçay alçaq dağlıq vadisində yaradılan yasaqlıq. 2010-cu ilin dekabr ayında Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin yaxınlığından yasaqlığa ilk ceyran sürüsü buraxılmışdır. Qobustan-Cəngiçay ərazisi ceyranların yaşaması üçün zəngin bitki örtüyünə malikdir. Ərazidə tarixən böyük ceyran populyasiyası mövcud olmuşdur. Qobustan-Cəngiçay ərazisi ceyranların tarixi areallarından biri sayılır.
Rus Cəngavərləri
Rus Cəngavərləri (rus. Русские витязи) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Eskadron 1991-ci il 5 aprel tarixində yaradılmışdır. Tək və qrup halında pilotaj fiqurları yerinə yetmək üçün çoxməqsədli yüksək manevr qabiliyyətinə malik Su-27 təyyarələrindən istifadə olunurdu. 2016-cı ildə komanda Su-30 təyyarələri əldə etdi. 2019–2020-ci illərdə Su-35 təyyarlərləri komandanın ixtiyarına verildi. Hal-hazırda komanda hər 3 model təyyarəyə sahibdir. == Tarixi == 1991-ci ilin əvvəllərində 6 təyyarədən ibarət komanda formalaşdı və həmin il aprelin 5-də "Rus Cəngavərləri" aerobatika komandası quruldu. Uçuşlar üçün istifadə olunan təyyarələr Rusiyanın dövlət bayrağının rənglərinə boyanıb. == Faktlar == Əvvəlcə aviasiya qrupu "Mavi Şimşəklər" adlanırdı, lakin sonradan məlum oldu ki, Yaponiya Hərbi Hava Qüvvələrinin aerobatika komandası "Mavi İmpuls" adlanır.
Seylon cəngəllik toyuğu
Seylon cəngəllik toyuğu (lat. Gallus lafayettii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Transformers: Son Cəngavər
Transformerlər: Sonuncu cəngavər – rejissoru Maykl Bey olan, ssenarisi isə Art Merkum, Mett Hollouey və Ken Nolanın tərəfindən yazılan 2017-ci il Amerika-İngilis istehsalı elmi fantastika filmi. Bu film Transformers seryasının beşinci filmidir və baş rollarda Mark Uohlberq ilə Antoni Hopkinz oynamışdır. == Mövzu == Son Cəngavər, Transformers seryasının mahiyyətindəki əfsanələri paramparça edir və qəhrəman olmağın mənasını yeninden tanımlayır. İnsanlar və Transformerlər döyüşdə, Optimus Praymla görüşə gedir. Gələcəyimizi xilas etməyin açarı keçmişin sirlərində və Transformerlərin dünyadakı gizli keçmişində gizlənib. Dünyamızı qurtarmaq Cade Yeager (Mark Wahlberg), Bumblebee, bir İngilis lordu (Sör Anthony Hopkins) və bir Oxford professorundan (Laura Haddock) yaranan gözlənilməz bir ittifaqa həvalə edilir. Hər kəsin öz hayatında fərq yaratmağı istənilən bir an gəlir. Transformers 5: Son Cəngavərdə ovlananlar qəhrəman olacaqlar. Qəhrəmanlar pislər olacaqlar. Yalnız bir dünya ayağda qalacaq: ya onlarınki ya da bizimki… == Aktyorlar və personajlar == === İnsanlar === Mark Wahlberg rolu Cade Yeager.
Yaşıl cəngəllik toyuğu
Yaşıl cəngəllik toyuğu (lat. Gallus varius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Yeni cəngavər qadınların qəbiləsi (roman)
Yeni cəngavər qadınların qəbiləsi — Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == Tanınmış iş adamı Paşkov köhnə Yeni ili keçirmək məqsədilə şəhərdən kənar bağ evində qonaqlarını yığır – demək olar ki, yalnız yaxın adamlarını. Amma ziyafət başlanmamışdan əvvəl onu öz otağında bıçaqla qətlə yetirilmiş vəziyyətdə tapırlar. Ən əlverişlisi təsadüfi qətldən şübhələnməkdir – içəri girən oğruya maneə törədən Paşkov onun tərəfindən bıçaqlanır və cani qaçıb gedir. Lakin bu işin araşdırılması məşhur mütəxəssis Dronqoya həvalə olunur və o aydınlaşdırır ki, həmin gecə bağ evində yığışan “qatı dostlar” kimi adlandığımız insanlar olub –sən demə onları bir-birilərindən olduqca çox köhnə ədavətlər ayırırmış.
Zena: Cəngavər Şahzadəsi
Zena: Cəngavər Şahzadəsi (ing. Xena: Warrior Princess) — 1995-2001-ci illərdə istehsal olunmuş Bədii Televiziya Teleserialıdır. İlk dəfə Azərbaycan efirində Azərbaycan Televiziyasında göstərilmişdir. == Məzmun == Keçmişdə Zena qəddar qatil idi. Onun ordusu yollarına düşən hər şeyi məhv etmişdir. Ordusuna xidmət edən adamlar kəndliləri qarət edir və ya öldürürdü. Amma bu artıq keçmişdə qalmışdır. İndi Zena şərin tərəfindən dönüb xeyirin tərəfinə keçmişdir. Zena zəif insanların tərəfini saxlayır və onlara pis tərəflərlə mübarizə etməkdə kömək edir...
Zena: Cəngavər Şahzadəsi (teleserial)
Zena: Cəngavər Şahzadəsi (ing. Xena: Warrior Princess) — 1995-2001-ci illərdə istehsal olunmuş Bədii Televiziya Teleserialıdır. İlk dəfə Azərbaycan efirində Azərbaycan Televiziyasında göstərilmişdir. == Məzmun == Keçmişdə Zena qəddar qatil idi. Onun ordusu yollarına düşən hər şeyi məhv etmişdir. Ordusuna xidmət edən adamlar kəndliləri qarət edir və ya öldürürdü. Amma bu artıq keçmişdə qalmışdır. İndi Zena şərin tərəfindən dönüb xeyirin tərəfinə keçmişdir. Zena zəif insanların tərəfini saxlayır və onlara pis tərəflərlə mübarizə etməkdə kömək edir...

Digər lüğətlərdə