cənnət-cəhənnəm

cənnət-cəhənnəm
cənnət
cənnətquşu
OBASTAN VİKİ
Cənnət və Cəhənnəm çuxurları
Cənnət və Cəhənnəm çuxurları (türk. Cennet ve Cehennem Çökükleri və ya Cennet ve Cehennem Obruklar) — Mersin ilinin Narlıkuyu kəndi yaxınlığında karst prosesi nəticəsində meydana gələn mağaraların tavalarının çökməsi nəticəsəində formalaşan çuxurlar. == Ümumi məlumat == Mersinin Aralıq dənizi sahillərinə yaxın hissəsində, Narlıkuyu kəndinin 3 km-də, əhəng daşı süxurlarından təşkil olunmuş bir yayla da meydana gələn çüxurlar mənşə baxımdan karst mağaraları hesab olunur. Bir-birindən 80 metr məsafədə yerləşən çuxurların divarları çox dikdir. Vaxtilə tavan çökmüş və hal-hazırdada ərazidə çökmüş tavanın qalıqları qalmaqdadır. Hər iki çuxurun ağız hissəsi ellipsis formasındadır. Mağaralar tarixi, mifoloji və turizm baxımdan əhəmiyyətlidirlər. == Cənnət çuxuru == Ölçüləri 250 m və 110 m olan bu çuxurun dərinliyi 70 metrdir. Çüxurun cənub ucunda uzunluğu 200 m, maksimium dərinliyi 135 metr olan mağara girişi mövcuddur. Girişdə V əsrə aid olunan kiçik Məryəm Ana kilsəsi mövcuddur.
Cəhənnəm
Cəhənnəm (yəhudicə gehinnom – "Hinnom vadisi") — "dərin quyu" Bunun ərəbcə “bədbəxtlik, uğursuzluq” mənasını verən bir söz olduğunu iddia edən İslam alimləri olsa da, dil alimləri bu məsələdə tərəddüd etmişlər. Yunan dilində geenna və latınca gehenna kimi istifadə olunan söz, ehtimal ki, ibranicə gé-Hinnom (Hinnom vadisi) sözündəndir. Əksər dini təlimlərə görə əbədi əzaba düçar edilmiş günahkarların ruhlarının məskəni. İslam dininə görə 7 təbəqədən ibarət cəhənnəm üzərindən qıldan nazik Sirat körpüsü çəkilmişdir. Günahkarlar körpüdən yıxılıb cəhənnəmə vasil olurlar. == İslamda cəhənnəm == Quranın yetmiş yeddi ayəsindəki cəhənnəm sözünün ərəbcə olduğunu deyənlər cəhənnəm sözünün ərəbcə “Cəhnəm” sözündən götürüldüyünü, cəhnəmin isə “cəhm”dən törədiyini bildiriblər.Cehm; galiz, murdar, istenmeyen deməkdir.Cəhənnəm günahkar bəndələrin və kafirlərin axirətdə gedəcəkləri əzab yeridir.Yaxud bu, Allahın əzaba layiq olanları onunla cəzalandıracağı və ölümdən sonra əbədi əzab yurdu olan odun adıdır. Qurani-Kərimdə cəhənnəmin müxtəlif adları qeyd olunmaqdadır. == Cəhənnəmin təbəqələri == "Qurani-Kərim"də cəhənnəmin 7 qapısının olduğu qeyd olunur: (Cəhənnəmin) yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər. Cəhənnəm — Ümumiyyətlə, axirətdə bütün əzab yerinin adıdır.
Cənnət
Cənnət və ya behişt – əksər dini təlimlərə (xristianlıq, islam, iudaizm, buddizm) görə möminlərin ruhlarının əbədi xoşbəxt yaşayacağı yer. Cənnət İslamda, İslam dininə inananların əbədi olaraq qalacaqları bir axirət məkanıdır. Cəhənnəmin ziddidır. İslama görə cənnətdəki həyat sonsuz olacaqdır. Ayrıca Cənnətə düşənlərə bir çox mükafatlar veriləcəkdir. İslam inancına görə kafirlər Cənnətə girə bilməz, əbədi olaraq Cəhənnəmdə qalırlar. Müsəlman olub günah işləyənlərinsə, Allah günahlarını bağışlamasa, bir müddət Cəhənnəmdə günahlarının cəzasını çəkəcək daha sonra da Cənnətə girəcəklərinə inanılır. == Cənnətin təbəqələri == İbn Abbasdan (r.a.) rəvayət olunur ki Cənnətin 7 təbəqəsi var. Bu təbəqələrin hər birində möminlərin yaxşı işləri müqabilində onlar üçün yerlər vardır. Bunlar: 1-Nəim cənnəti: "Məni Nəim cənnətinin varislərindən elə…" (Şuəra surəsi, 85) (Həmçinin bax: Maidə surəsi,65; Tövbə surəsi, 21; Yunus surəsi, 9) 2-Ədn cənnəti : "Şübhəsiz ki, iman gətirənlər və gözəl əməl edənlər məxluqatın ən xeyirlisidirlər.
Cəhənnəm qapıları
Cəhənnəm qapıları (türkm. Derveze) — Türkmənistanda yerləşən qaz krateridir. Ərbənt aulundan 90 km məsafədə yerləşir. Kraterin diametri 60 metr, dərinliyi təxminən 20 metrdir. == Tarixi == 1971-ci ildə sovet geoloqları Türkmənistanın Darvaza kəndinin yaxınlığında yeraltı qazların toplaşdığı yer aşkar etmişdilər. Qazma işləri nəticəsində qeoloqlar yeraltı boşluqla qarşılaşmışlar və nəticədə yer qatı ucaraq qaza dolu böyük çuxur əmələ gəlmişdir. Qazma qurğuları və nəqiyyat vasitələri çuxura düşmüş, buna baxmayaq insan tələfatı qeydə alınmamışdır. İnsan səhhəti üçün təhlükəli olan qazın ətrafa yayılmaması üçün, alimlər həmin qazları yandırmağı qərara alırlar. Geoloqlar hesab edirdilər ki, yanğın bir neçə günə sönəcək, lakin olnar səhv etmişdilər.1971-ci ildən indiyə qədər kratedən çıxan qazlar gecə-gündüz fasiləsiz olaraq yanmağa davam edir. 2004-cü ildə Darvaza kəndi ləğv edilmişdir.
Cəhənnəm vampiri
Vampyroteuthis infernalis (lat. Vampyroteuthis infernalis) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinin vampyromorphida dəstəsinin vampyroteuthidae fəsiləsinin vampyroteuthis cinsinə aid heyvan növü.
Xristianlıqda cəhənnəm
Cəhənnəm: Xristian teologiyasına görə cəhənnəm Allahdan ayrı düşən insan bədəninin, canının və ruhunun əbədi olaraq iztirab çəkməsi vəziyyətidir. İncildə bildirilir ki, cəhənnəm əhli "atəş gölü içində əbədi iztirab çəkəcəklər". Müqəddəs Kitaba görə, Allahın Xilas Planına iman etməyən — Müqəddəs Ruha küfr edən, İsanın çarmıxdakı "doğruluq əbasını" geyinməyənlər əbədi iztiraba, yəni cəhənnəmə məhkumdurlar. Çünki İsanın da dediyi kimi Tək Yol var. O da İsadır. Bu göyün altında bizə verilmiş başqa heç bir ad bizi xilas etməyə qadir deyil. İncil cəhənnəmdəkilərin vəziyyətini və hisslərini bu şəkildə ifadə edir: "Ora qaranlıq çöldür, orada ağlaşma, iztirab və diş qıcırtısı olacaq". Dəyərli dostlar, gəlin Allahın bizə tərəf uzanan xilas əlindən tutaq. Bu əl İsadır! Yehova şahidləri Cəhənnəmə gedən adamın dirilmədiyini deyir, və ölən adamın istirab çəkməyib, öldüyü andan dirildilinə qədər yuxuda olduğunu deyir.
İslamda cəhənnəm
İslamda cəhənnəm (ərəb. جهنم‎‎)- bir çox dinlərdə göstərilən insanın axirət dünyasındakı əzabıdır. İslamda Cəhənnəm isə Allahı inkar edib, Rəsuluna baş qaldıran Kafirlər (inancda bir və daha çox şeyi inkar edənlər), şirklər (Allahın birliyinə qarşı çıxanlar), munafiqlər (iman gətirməsinə baxmayaraq, İslam inanclarına inanmayan şəxslər), günahkarlar və zalımlar üçün hazırlanmışdır. Onlar pillədən-pilləyə yüksələn cəhənnəmdə sonsuza qədər qalıb, əzab çəkəcəklər. Peyğəmbər : "Veyl cəhənnəmdə bir vadidir.Kafir orada qırx il batar, lakin dibinə çatmaz". Peyğəmbər : "Sizə cəhənnəm əhlindən xəbər verimmi?" Səhabələr: "Bəli, ey Allahın Rəsulu" dedilər. Peyğəmbər "Bunlar simic,paxıl,təkəbbürlü kimsələrdir" deyə buyurdu. Rəsulullah sədid suyu haqqında buyurdu: "O, ağıza yaxınlaşdırılacaq və onu cəhənnəmdə əzab çəkən heyvanın suyu içdiyi kimi içər. Su onun sifətinə yaxınlaşanda onu yandıracaq və içənin başının dərisi qopacaq.O suyu içəndə onun bağırsaqları parça-parça olub arxa dəlikdən çıxacaqdır". Əbu Səid əl Xudri (r.a) deyir: "Bu su yağın çöküntüsünə oxşayır və onu üzə yaxınlaşdırdıqda başın dərisi onun üsdünə düşər".
Cənnət Səlimova
Cənnət Səlimova (tam adı: Cənnət və ya Canetta Səlimova Əlibəyovna; 20 yanvar 1940, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycanın Respublikasının xalq artisti (1998), Mədəniyyət və İncəsənət Universetinin professoru, Azərbaycanda Kamera Teatrının yaradıcısı. == Həyatı == 20 yanvar 1940-cı ildə Bakı şəhərində anadan olub. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin "filologiya", 1962–1967-ci illərdə Leninqrad Dövlət Teatr Musiqi və Kinematoqrafiya İnstitutunun "dram rejissoru" fakultələrində təhsil alıb. Əvvəllər S.Vurğun adına Rus Dram Teatrı və Musiqili Komediya Teatrlarında rejissor kimi fəaliyyət göstərmişdir.Bakı Kamera Teatrının yaradıcısı və bədii rəhbəri olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 2009-cu il aprel ayının 8-dən 2012-ci il sentyabr ayının 1-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda teatrda quruluşçu rejissor vəzifəsini icra edir. Tanınmış teatr xadimi Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru Qəzənfər Topçuyevin həyat yoldaşıdır. Dünyaca tanınmış azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi,Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin xalası qızıdır. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 10 yanvar 1978 "Şərəf nişanı" ordeni "Azərbaycan Respublikası xalq artisti" fəxri adı — 24 may 1998 "Şöhrət" ordeni — 17 yanvar 2000 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003 "Şərəf" ordeni — 17 yanvar 2020 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 == Quruluş verdiyi əsas tamaşalar == Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı: "Aydın" — (C.Cabbarlı) "Şeyx Sənan" — (H.Cavid) "Hekayəti xırs quldurbasan" — (M.F.Axundzadə) (2009) "Məkkəyə gedən yol" — (C.Məmmədquluzadə) "Cəsur qurbağa balası" — (L.Ustinov) "Axırıncı qatar, yaxud itlər" — (O.Kazımi, İ.Fəhmi) "Ezop" — (G.Fiqeyredo) "Sərgüzəşti vəziri Xani Lənkəran" — (M.F.Axundzadə) "Mənim ağ göyərçinim" — (T.Vəliyeva) "Göyçək Fatma" — (Azərbaycan Xalq nağılı) "Mən səni sevirəm –M.S.S" — (Ə.Əmirli) "Romeo və Cülyetta" — (U.Şekspir) "Buzovna kəndinin əhvalatları" — (Elçin) "Don Rafaello Tranbomçu" — (F.Peppino) "Müsyo Jordan və Dərviş Məstəli şah" — (M.F.Axundzadə) "Əlincə qalası" — (Dilsuz) "İtalyansayağı xoşbəxtlik" — (D.Fo, P.Filippo) "III Riçard" — (U.Şekspir) "Mehmanxana sahibəsi" — (K.Qaldoni) "Dəli Yığıncağı" — (C.Məmmədquluzadə) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı: "Fərhad və Şirin" — (S.Vurğun) Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı: "Söyüdlər ağlamaz" — (Ə.Bədəlbəyli) "Sevil" — (F.Əmirov) "Traviata" — (C.Verdi) "Məsxərəçilər" — (C.Leonkovallo) "Bohema" — (C.Puççini) Azərbaycan Dövlət Musiqili Komediya Teatrı: "Silva" — (İ.Kalman) "Bayadera" — (İ.Kalman) "Maritsa" — (İ.Kalman) "İddialı qaraçı" — (İ.Kalman) "Şən dul qadın" — (F.Leqar) "O olmasın, bu olsun" (Ü.Hacıbəyov) "Baladadaşın toy hamamı" — (Elçin) "Balaca şahzadə" — (A.S.Ekzüperi) "Utancaq qız" — (F.Dostoyevski) Azərbaycan Dövlət Rus Dram Teatrı: "Vanya dayı" — (A.P.Çexov) "İdiot" — (F.M.Dostoyevski) "Kuraj ana və onun uşaqları" — (B.Brext) "İvanov" — (A.P.Çexov) "Mehmanxana sahibəsi" — (K.Qaldoni) "Beluginin evlənməsi" — (A.Ostrovski) Bakı Kamera Teatrı: "Qodo həsrətində" — (S.Bekket) "Ezop" — (G.Fiqeyredo) "İtlər" — O.Kazımi, İ.Fəhmi) "Hekayəti- xırs quldurbasan" — (M.F.Axundov) == Filmoqrafiya == Zəlimxan dastanı (film, 2007) Dünən qəfildən gəldi (film, 2009) Allahın Lütfü (film, 2019) == İstinadlar == == Mənbə == "Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)".
Cənnət balığı
Macropodus opercularis(Cənnət balığı) – Xanıkimilər dəstəsindən balıq növü. Böcəklər, onurğasız heyvanlar və bala balıqları yeyirlər. Həbidə idi və ana vətəni: Şərqi Asiyada Çin, Koreya, Tayvan bölgələri Bəslənmə forması: Heyvanlar ilə bəslənən və bitkilər ilə bəslənən Davranış forması: Təcavüzkar olmayan . Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan. Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Üzmə Səviyyəsi: Orta – Səth Cinsiyyət Ayrı-seçkiliyi: Kişilər daha rənglidir və quyruqları daha uzundur. Artım: Su səthində köpük yuva edərlər. Çıxarılması asandır. Hazır bir cüt ayrı bir akvariuma alınar, su səviyyəsi aşağı tutular, istilik 28 dərəcə edilər.
Cənnət quşları
Cənnət quşları (lat. Paradisaeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Böyük Coğrafi Kəşflər dövründə Avropa səyyahları bu quşlara çox maraq göstərirdilər. Belə hesab olunurdu ki, bu quşlar yerə enmir və həyatlarının havada keçirirlər. Odur ki, tacirlər bu əfsanələrdən gəlir almaq üçün bu quşların qıçlarını qoparırdılar. Cənnət quşları Yeni Qvineyada və Avstraliyada yaşayırlar. Cənnət quşu Papua Yeni Qvineyanın milli simvoludur və ölkənin bayrağı üzərində yerləşir.
Cənnət quşu
Cənnət quşları (lat. Paradisaeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Böyük Coğrafi Kəşflər dövründə Avropa səyyahları bu quşlara çox maraq göstərirdilər. Belə hesab olunurdu ki, bu quşlar yerə enmir və həyatlarının havada keçirirlər. Odur ki, tacirlər bu əfsanələrdən gəlir almaq üçün bu quşların qıçlarını qoparırdılar. Cənnət quşları Yeni Qvineyada və Avstraliyada yaşayırlar. Cənnət quşu Papua Yeni Qvineyanın milli simvoludur və ölkənin bayrağı üzərində yerləşir.
Cənnət Əliyev
Cənnət Salman oğlu Əliyev (17 aprel 1954, Şahbuz rayonu – 30 oktyabr 2014, Bakı) — SSRİ-nin ilk rəsmi milyonçusu (1987), "Təbriz" kooperativinin sədri (1987-2001), Kalmıkiya Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə sabiq səfiri (1994–2000), Ural xalq cəbhəsinin qurucularından biri (1987), bəstəkar. == Həyatı == === Erkən illəri === Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olmuşdur. 9 yaşında atasını itirmiş və ondan sonra Ordubadda, Araz çayının sahilində yerləşən M.Füzuli adına Ordubad İnternat Məktəbində böyümüşdür.Özü bu məsələ ilə bağlı söhbət açılarkən bunları deyərdi:"İnternatda ondan da artıq aclıq keçirtdim. Mənim burada ən böyük arzum doyunca yemək olub.Bəzən pəncərədən düşüb çörək oğurladığıma görə dəfələrlə döyülmüşəm." Ali təhsil almaq üçün əvvəlcə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. Daha sonra Xalq Təsərrüfatı İnstitutunda təhsil almış, oranı bitirdikdən sonra Sverdlovski Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur.Daha sonra Naxçıvandan müxtəlif bitki otları gətirməyə başlayır. Bakıda kiçik asfalt zavodlarına nə lazım idisə, Ukraynadan, Rusiyadan gətirməyə başlayır. Artıq 1989-cu ilin axırlarında Sverdlovskinin "Smena” qəzetində "Sovet milyonçuları ilə müsahibə” rubrikasında milyonçu kimi müsahibə verir, sonra AZTV-nin "Dalğa” verilişinə dəvət alır. 1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovski və.s əyalətlərdə Polis orqanlarında işləmiş, bir müddət sonra isə orqandan xaric edilmişdir. 1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində, uzaq Uralda "Təbriz" kooperativini qurmuş və SSRİ -nin ilk rəsmi milyonçusu kimi məşhurlaşmışdır. 1990-cı il 20 Yanvar faciəsində güllə-borana düşmüş, bu hadisədən ciddi psixoloji zədələr almışdır.
Qaytarılmış cənnət
"Qaytarılmış cənnət" (ing. Paradise Regained) — Con Miltonun ilk dəfə 1671-ci ildə nəşr olunan poeması. Bu poema sonrakı dövrlərdə "İtirilmiş cənnət" poemasına yazılmış bir son söz kimi qarşılanmışdır. "Qaytarılmış cənnət" poeması 4 nəğmə və iki min misradan ibarət idi. "Qaytarılmış cənnət" poemasında İblisin İsanı aldada bilməməsi haqqındakı xristian əfsanəsi nəzmə çəkilmişdir. Miltonun il poemasına xas olan üsyankarlıq ruhu, "nüfuza qarşı üsyanın təntənəsi" burada yoxdur. Adəm və Həvva aldanıb yoldan çıxırsa, günah edirsə, onların varisi olan İsa mərdanəliyi və dəyanəti ilə İblisə qalib gəlir, bəşəriyyəti cəhənnəm əzablarından qurtarır. Qaytarılmış cənnət Qutenberq layihəsində.
İslamda cənnət
İslamda cənnət (ərəb. جنة‎‎)- bir çox dinlərdə göstərilən insanın axirət dünyasında sonra köçəcəyi müqəddəs dünyadır. Cənnət əbədi nemətlər yurdudur. Allah oranı iman edilməsi fərz olan şeylərə iman edən, Allah və rəsuluna itaət edən, bunu da Allaha ixlas ilə və Rəsuluna tabe olaraq gerçəkləşdirən təqva sahibi olan möminlər üçün hazırlamışdır. Peyğəmbər : "Allah cənnəti yaratdığı zaman Cəbrailə buyurdu: "Get ora bir bax". O da gedib cənnətə baxdı və "Ey Rəbbim, sənin izzətinə and olsun ki, onu eşidib və ora girməyən qalmayacaqdır. Hər kəs ora girəcəkdir" dedi. Allah cənnətin ətrafını məkruhlarla nəfsin xoşlanmadığı şeylərlə bəzədi və "İndi get ora bax" deyə buyurdu. Cəbrail gedib ora bir də baxdı və "Qorxuram ki, ora heç kimsə girməsin" dedi. Allah cəhənnəmi yaradib Cəbrailə "Get ora bir bax" deyə buyurdu.
İtirilmiş cənnət
"İtirilmiş cənnət" (ing. Paradise Lost) — Con Miltonun ilk dəfə 1667-ci ildə nəşr edilmiş epik poeması. 1674-cü il nəşrində poema on iki nəğmə və bu nəğmələri təşkil edən on bir min misradan ibarət idi. 1658–1667-ci illərdə yaradılan bu əsərin ideyası puritan dini incəsənəti ilə bağlı idi. Şeirdə ilk insan Adəmin hekayəsi boş beytlə təsvir edilmişdir. Milton həmçinin, əsərini davamını "Qaytarılmış cənnət" poeması ilə gətirmişdir. Hər iki poema həm bibliya tarixini, həm də XVII əsrdə İngiltərədəki təlatümlü siyasi həyatı və müəllifin şəxsi taleyini əks etdirdiyi güman edilir. Poemanı 1640-cı illərin inqilabi hadisələri ilə qismən paraleldir. Şair bibliya əfsanələri vasitəsilə böyük ümumiləşdirmələr aparır, bəşəriyyətin çətin, əzablı yollarla inkişafa, tərəqqiyə doğru getdiyini təsdiq edir. Poema allaha qarşı üsyan etmiş mələklərin məğlu-biyyətinin təsviri ilə bağlayır.
Cənnət buğası
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Cənnət Nağıyeva
Cənnət Mir Mustafa qızı Nağıyeva (2 oktyabr 1927, Salyan, Salyan qəzası – 7 oktyabr 2010) — filologiya elmləri doktoru, professor. == Həyatı == Cənnət Nağıyeva 1927-ci il oktyabr ayının 2-də Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. 1945-ci ildə Bakı şəhəri 132 nömrəli tam orta məktəbin rus bölməsini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil almışdır (1945–1950). Cənnət xanım Nağıyeva 2010-cu il də oktyabrın 7-də vəfat etmişdir. == Ailəsi == İki qızı var. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi Arxivlərin Tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın anasıdır. == Elmi fəaliyyətinin əsas göstəriciləri == AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsində (indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) laborant vəzifəsi ilə əmək fəaliyyətinə başlamışdır (1950), baş laborant (1951-1956), elmi işçi (1956-1974), "Heyran xanımın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1968), Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda baş elmi işçi (1974-1977), Əlyazmaların elmi təsviri, Biblioqrafiyası və kataloqlaşdırılması şöbəsinin müdiri (1978), "Nəvai və Azərbaycan ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır (1986). Filologiya elmləri doktoru, professordur (2009). == Təltifləri == Əməkdar Mədəniyyət İşçisi == Kitabları == Süleyman Sani Axundovun arxivinin təsviri.
Cəhənnəm (film, 2016)
Cəhənnəm (İng: Inferno) — rejissoru Ron Hovard olan və Den Braunun 2013-cü ildə yazılmış eyniadlı romanının David Koepp tərəfindən ekran uyğunlaşdırılması olan 2016-cı ildə çəkilmiş Amerika triller filmidir. Film Mələklər və iblislər filminin davamıdır. Çəkilişlər 27 aprel 2015-ci ildə İtaliyanın Venesiya şəhərində başlayıb və 21 iyul 2015-ci ildə Budapeştdə başa çatıb. Film 3D və 2D formatlarında ABŞ-də 2016-cı il oktyabrın 14-də, Da Vinçi Şifrəsinin nümayişindən on il sonra nümayiş etdirilmişdir. Film tənqidçilərdən ümumiyyətlə mənfi rəylər almışdır, lakin 75 milyon dollarlıq istehsal büdcəsinə qarşı 220 milyon dollar gəlir əldə etmişdir.
Cəhənnəm Atəşi Klubu
Cəhənnəm Atəşi Klubu (ing. Hellfire Club) və ya Uikomblu Müqəddəs Frensis Ordeni (ing. Order of the Friars of St. Francis of Wycombe) – XVII əsrdə Böyük Britaniyada yaradılmış gizli cəmiyyət. Cəmiyyət özündə yüksək mənsəb sahiblərini, varlı əyanları, iş adamlarını birləşdirirdi. Klub toplantılarında pis hərəkətlər qəti olaraq cəzalandırılırdı. == Tarixi == Klubun qurucusu Frensis Deşvud idi. O, qəribə şəxsiyyətə sahib bir insan idi. Bir sıra Avropa ölkələrinə səyahət edir və qayıtdıqdan sonra klub qurmaq qərarına gəlir. 1733-cü ildə qurduğu kluba Dilettanti Cəmiyyəti adını verdi və üzvlük üçün 40 nəfərə dəvət göndərir.
Cəhənnəm qapıları (Roden)
Cəhənnəm qapıları (fr. La Porte de l'Enfer) – fransız heykəltaraş Ogüst Rodenin italyan şair Dante Aligyerinin poeması "İlahi Komediya"nın ilk hissəsi olan "Cəhənnəm"dən bir səhnəni təsvir edən monumental əsəri. Heykəlin hündürlüyü 6, eni 4, dərinliyi isə 1 metrdir. Əsərin üzərində 180 fiqur var. Fiqurların tutduğu sahə 15 santimetrdən 1 metrə qədər dəyişir. Onların bir neçəsi Roden tərəfindən qəlibləşdirilib. == Tarixi == 1880-ci ildə Roden özünün başlıca sifarişini – məşhur "Cəhənnəm qapıları"nı yaratmaq tapşırığını aldı. Bu həlledici an idi – sifariş sübut edirdi ki, fransız rəsmi dairələri heykəltaraşlıqdakı yaradıcı cəhdlərə o qədər də düşmən deyildir. Bu özünü həmçinin rəssamlıqda da dəfələrlə göstərmişdi. Ona verilən tapşırıq Dantenin "İlahi komediyası" mövzusunda dekorativ həllin dizaynını vermək idi.
Xortdanın cəhənnəm məktubları
"Xortdanın cəhənnəm məktubları" povesti — Ə. Haqverdiyevin ən iri həcmli nəsr əsəridir. Əsər 1906-cı ildə Molla Nəsrəddin jurnalında çap olunsa da, 1930-cu il- də "Odabaşının hekayəsi" ona əlavə olunaraq ayrıca kitab halında çap olunmuşdur. Bu povestdə əsas ideya xalqın tərəqqisinə mane olan ictimai təbəqələrin, habelə o dövrdə Azərbaycandakı mühafizəkar qüvvələri tənqid etməkdir. Lakin yazıçı yeri gəldikdə başqa ciddi siyasi-ictimai mətləblərə də toxunmuşdur. Yazıçı "Xortdanın cəhənnəm məktubları" povestində həyatda görüb müşahidə etdiyi mənfi tipləri "cəhənnəm" adlanan məkanda cəmləşdirərək ideya və mövzu baxımından zəngin bir əsər yaratmışdır. "Xortdanın cəhənnəm məktubları" povestinin mövzusu yazıçının özünün dediyi kimi, "mənfi tiplər cəmiyyəti" ilə əlaqədardır. Povestdə həm bu dünyanın, həm də cəhənnəmin təsvirində üç əsas mövzu diqqəti cəlb edir. Bunlardan birincisi, fırıldaqçı din xadimlərinin ifşasıdır. Bu mövzu müqəddimə hissəsindən başlayaraq bütün əsər boyu davam edir. İkinci mövzu burjua-mülkədar cəmiyyətinin ifşası məsələsidir.
Cəhənnəm (Den Braun)
Cəhənnəm (ing. Inferno) — ABŞ yazıçısı Den Braun tərəfindən 2013-cü ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi və İtirilmiş simvol romanlarından sonra dördüncü romandır. Əsər ilk dəfə 14 may 2013-cü ildə "Doubleday" nəşriyyatı tərəfindən yayımlanmışdır. Yayımlanmasından sonra ilk on bir həftə ərzində New York Times Best Seller siyahısına rəhbərlik edən əsər ilk on yeddi həftə ərzində də elektron kitablar siyahısına rəhbərlik etmişdir. == Məzmunu == Harvard Universitetinin simvolistika üzrə professoru Robert Lenqdon oyanarkən başından yara aldığını və son günlərdə nə baş verdiyini xatırlamadığını görür. O, sonuncu dəfə Harvard Universitetində olduğunu xatırlasa da, tezliklə Florensiyada olduğunu anlayır. Ona xidmət edən həkimlərdən biri olan Sienna Bruks bildirir ki, professor xəstəxanaya gətirilərkən huşu özündə olmayıb və başından güllə yarası almış olub. Bu zaman Roberti təqib edən qadın qatil Vayenta xəstəxanaya girərək onu öldürməyə cəhd edir, lakin həkim Sienna Bruksun köməkliyi ilə Robert Lenqdon xəstəxanadan qaça bilir. Siennanın xəstəxanada baş verənləri söyləməsindən sonra Robert pencəyinin gizli cibində üzərində biotəhlükə işarəsi olan naməlum silindr tapır və ABŞ konsulluğuna zəng etmək qərarına gəlir.
Cənnət Məhəlləsi (teleserial)
Cənnət məhəlləsi — 11 iyun 2004–9 iyun 2007-ci illər arasında Show TV-də yayımlanan komediya növündə Türkiyə serialı.
Cənnət Quşu (bürc)
Cənnət Quşu (lat. Apus) — göyün cənub yarımkürəsində bürc.
Pandemonium (İtirilmiş cənnət)
Pandemonium (ing. Pandæmonium) — Con Miltonun "İtirilmiş cənnət" epik poemasında cəhənnəmin paytaxtı. "Pandemonium" yunan dilində "hamısı" və ya "hər biri" mənasını verən "παν" və "kiçik mələk" və ya "kiçik ruh" demək olan "δαιμόνιον" sözlərindən gəlir. Xristianlar ikinci sözü "kiçik cin", daha sonra isə "demon" kimi təfsir etmişdir.. Beləliklə, bu söz "Bütün demonlar" kimi tərcümə olunur, lakin "Παν-δαιμον-ειον", yəni "pandemoneyos" sözü "bütün iblislər yeri" kimi də şərh edilir. Con Milton cəhənnəmin paytaxtının adını"İtirilmiş cənnət" əsərində birinci nəğmənin (1667) sonunda yaratmışdır. Burada Mamonanın təklifi ilə "Şeytanın və onun tərəfdaşlarının uca paytaxtı" tikilmişdir. Əvvəl cənnətdə sarayların dizayneri olmuş memar Mulsiber tərəfindən hazırlanmışdır. Roma dövründə Mulsiber tanrı Vulkanın başqa adı idi.