cami-cəm 2021

cami-cəm
camışsız
camlı
OBASTAN VİKİ
Cəm
Cəm (lat. summa) — iki ədədi toplayanda alınan ədəd bu ədədlərin cəmi adlanır.
Cami
Məscid (ərəb. مسجد‎ — "səcdə yeri") — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi. Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər. Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur.
Cəm (jurnal)
Cəm — siyasi və ədəbi-yumoristik həftəlik jurnal. == Tarixi == 28 noyabr 1910 - 6 oktyabr 1912 illərdə 43 nömrəsi, 10 dekabr 1927 - 2 may 1929 illərdə isə 49 nömrəsi (cəmi 92 nömrə) çıxmışdır. 77 nömrəsi ərəb əlifbası ilə, 15 nömrəsi isə latın əlifbası ilə çap olunmuşdur. Əvvəllər türk və fransız dillərində, 1927-ci ildən təkcə türk dilində nəşr edilmişdir. Sahibi və məsul müdiri Cəmil (Cəm), baş redaktoru isə Rafıq Xalid (Karay) olmuşdur. 16 səhifəlik idi. Dövrün ictimai nöqsanlarını kəskin tənqid edən jurnalda əsasən yumoristik şeirlər, hekayələr, felyetonlar və karikaturalar dərc olunurdu. == Həmçinin bax == Məzəli (jurnal) == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.74.
Cəm (şəhər)
Cəm — İranın Buşehr ostanının şəhərlərindən və Cəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,809 nəfər və 2,734 ailədən ibarət idi.
Cəm evi
Cəm evi — Ələvilik inancının əsas ibadət məkanı. Cəm evindən zikr edilməsi və müxtəlif dini ibadətlərin icra edilməsi üçün istifadə edilməkdədir. Cəm evinə daxil olmaq üçün müəyyən şərtlər vardır. Qul haqqı yeyən, haqq sahibi ilə halallaşmayan şəxs ibadətxanaya daxil ola bilməz. İbadətlər Allah-Məhəmməd-Əli və 12 imam ətrafında sıxlaşdırılmışdır.
Cəm temperatur
Aqrometeorologiyada ərazinin istilik potensialını və kənd təsərrüfatı bitkilərinin istiliyə olan təlabatını ifadə etmək üçün cəm temperaturlardan istifadə edilir. İlk dəfə olaraq Reomyur 1734-cü ildə bitkilərin istiliyə olan təlabatını cəm temperaturlar göstəricisi ilə vermişdir. == Fəal temperatur == Keçmiş SSRİ- də iqlimin termik ehtiyatlarını kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirərkən Q. T. Selyaninov ilk dəfə 100C- dən yuxarı temperatur cəmlərindən istifadə etmiş və belə temperaturları fəal temperaturlar adlandırmışdır. Onlar kənd təsərrüfatı bitkilərinin fəal vegetasiya dövründə istiliklə təminat göstəricisidir. Müəyyən hədlərdən yuxarı fəal temperatur cəmləri histoqram üsulu ilə hesablanır. == Effektiv temperatur == Bitkilərin istiliyə olan təlabatı effektiv temperaturlar cəmi vasitəsilə də ifadə olunur. Belə temperaturlar cəmi orta sutkalıq temperaturdan hər bir bitkinin bioloji minimumuna uyğun temperaturun çıxılaraq toplanması ilə alınır. Respublikamızda bir çox bitkilər üçün belə temperaturlar cəmi bütövlükdə vegetasiya dövrü və onun ayrı- ayrı hissələri üçün Ə. C. Əyyubov tərəfindən hesablanmışdır. Belə temperaturlar cəmi də orta aylıq temperaturun illik gedişi qrafikinə əsasən hesablanır.
Cəm şəhristanı
Cəm şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Cəm şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 37 999 nəfər və 8 412 ailədən ibarət idi.
Firudin Cəm
Firudin Cəm (1914, Tehran – 13 oktyabr 2000, London; farsca: فريدون جم) — İranın keçmiş yüksək rütbəli hərbçisi (General) və keçmiş baş nazir Mahmud Cəmin oğlu. == Həyatı == 1914-cü ildə Təbrizdə Mahmud Cəmin ailəsində anadan olmuşdur. Atası Mahmud Cəm 1935-ci ildən 1939-cu ilə qədər İranın baş naziri olmuşdur. Anasının adı Məleykə Zaman olmuşdur. 1937-ci ildə Rza şah Pəhləvinin böyük qızı Şəms Pəhləvi ilə evlənmişdir. Rza şahın ölümündən sonra Firudin Cəm Şəms Pəhləvi ilə boşanmışdır. == Təhsili == Tehranda və Saint-Cyrda hərbi təhsil almışdır. Daha sonra Birləşmiş Krallıqda hərbi akademiyanı bitirmişdir. == Karyerası == 1969–1971-ci illərdə İran İmperial Ordu Korpusunun komandanı vəzifəsində xidmət etmişdir. Məhəmmədrza şah Pəhləvi ilə konfliktlərə görə 1973-cü ildə ordudan ayrılmışdır.
Mahmud Cəm
Mahmud Cəm (1884–1969, farsca: محمود جم) — İranın 1935–1939-cu illərdə baş naziri olmuşdur. == Həyatı == Mahmud Cəm, Təbrizdə dünyaya gəlibdir. Atası Məhəmmədsadıq Kirmani, Kirmandan Təbrizə mühacirət etmişdir. Cəm Təbrizdə fransız bir şəxsdən fransız dilini öyrəndikdən sonra Təbrizdəki fransız səfirliyində tərcüməçi olaraq çalışmağa başlamışdır. Oğlu Firudin Cəm İranın məşhur hərbçilərindən olmuşdur. == Karyerası == Fransız səfirliyində tərcüməçi kimi işləməyə başlayan Cəm, Kirman və Xorasan da qubernator vəzifəsində çalışmışdır. 1933-cü ilin sentyabr ayında daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Rza şahın rəhbərliyi altında maliyyə naziri vəzifəsində çalışmışdır.1935-ci ilin dekabr ayından 1939-cu ilin oktyabr ayına qədər baş nazir vəzifəsində çalışmışdır. Transiran koridoru onun baş nazirliyi dövründə açılmışdır. Bundan sonra o Misirə səfir təyin edilmişdir.
İsmayıl Cəm
İsmayıl Cəm (15 fevral 1940, İstanbul, Türkiyə – 24 yanvar 2007, İstanbul) — Türkiyənin siyasi və ictimai xadimi, 1997–2003-cü illərdə Türkiyə Respublikasının Xarici İşlər naziri vəzifəsində işləmişdir. Türkiyə-Yunanıstan münasibətlərinin yaxşılaşmasında mühüm rolu olmuşdur. İsmayıl Cəm 1940-cı ildə doğulub. 2007-ci ildə vəfat edib.
Cəm (dəqiqləşdirmə)
Cəm
Cami Baykut
Əbdülqədir Cami Baykurt (1 yanvar 1877, Konstantinopol – 5 noyabr 1949 və ya 4 noyabr 1949, Ankara) — türk əsgəri və siyasətçisi. 1-ci çağırış parlament deputatı olan və Mustafa Kamal Paşanın rəhbərlik etdiyi İcraiyyə Komitəsinin I. müavinlərinin ilk iki ayında Daxili İşlər üzrə vəkillik etmiş bir siyasətçidir. Bu mənada Türkiyənin ilk daxili işlər naziridir. İslami sosializm ilə bağlı fikirləri ilə tanınmışdır. Cümhuriyyətdən əvvəl, Osmanlı İmperatorluğunun Tripoli vilayətində əsgər kimi xidmət etmiş və orada xatirələrini yazaraq Osmanlı Afrikası mövzusunda əhəmiyyətli bir əsər buraxmışdır. Beşiktaş Gimnastika Klubunun qurucu üzvüdür. == Həyatı == 1876-cı ildə anadan olub. Onun doğulduğu yer müxtəlif mənbələrdə İstanbul kimi göstərilir, ancaq TBMM-nin arxivindəki bir sənəddə Bağdad kimi göstərilir. Atası Hacı Mehmet Münir Paşa, anası Ayşe Hanımdır. Ailəsinin verdiyi ad "Əbdülqadir" idi.
Müfti Cami
Müfti Cami — Feodosiya (Krım) şəhərində yerləşən cümə məscidi. Şəhər və onun ətrafında saxlanmış yeganə tarixi dini müsəlman binası. 18-ci əsrin sonundan 20-ci əsrin əvvəllərinə qədər Erməni Katolik Kilsəsi idi. Binanın inşası 1623-1630-cu illərdə Feodosiya türkləri tərəfindən İstanbul orta əsr məscidləri üslubunda aparılmışdır. Binanın qarşısında dövrümüzə qədər çatmayan türbə var idi. Krımın Rusiya İmperiyasına birləşdirilməsindən sonra bina katolik ermənilərin ixtiyarına verildi. 1975-ci ildə bərpa işləri aparıldı, bu müddət ərzində görməli yerlər ilkin görünüşünə qaytarıldı (minarənin itirilmiş hissəsi bərpa edildi, çatlar düzəldildi, pəncərələr, qapılar, döşəmə, dam örtüyü və daxili suvaq dəyişdirildi). Sovet dövrünün sonu ilə məscid müsəlman icmasına verildi və 1998-ci ildən bəri orada cümə namazı qılınmağa başlandı. Məscidin əsas hissəsi kötürdaş və kərpic hörgüsündən ibarət kub formasındadır. Binanın başında on iki tərəfli günbəz yerləşir.
Orta Cami
Orta-Cami (krımtat. Orta Cami) — Ukraynanın Krım yarımadası, Baxçasaray şəhərinin tarixi hissəsində, Krım xan sarayı yaxınlığında yerləşən məscid. Orta Cami haqqında ilkin mənbələr 1674-ci ilə aiddir (1085 hicri). Krım xanlığının əsas cümə məscidlərindən biri hesab edilir. Məscidin tam inşa edilib təhvil verilməsi, 1737 və 1743 illərdə iki qardaş II Məngli Gəray və II Səlamət Gərayın dəstəyi ilə baş tutmuşdur. Onlar Krım xanı Hacı Səlim Gərayın oğulları olmuşlar. Məscidin dəqiq inşa tarixi bilinmir. Amma 1674, 1701 və ya 1710-cu illərdə inşa olunması fərz edilir. 1881-ci ildə məscid təmir olunmuşdur. 1927-cu ildə isə o ziyarətə bağlanmışdır.
Qurşun Cami
Qurşun Cami (tərcümədə "qurğuşun məscidi" mənasını verir) — XIV əsrə aid olunan krım tatarlarının keçmiş məscidi. Starıy Krım şəhərində yerləşir. Hal hazırda xarabalıqlar qalıb. Rusiyanın mədəni irsi statusuna malikdir. Məscidin qalıqları rəssam İvan Ayvazovskinin keçmiş mülki ərazisində yerləşir. "Qurğuşun məscidi" adı ola bilsin onunla bağlıdır ki, məscidin inşası zamanı üzlük daşları qurğuşun səddləri ilə bitişdirilmişdir və ya günbəzin qurğuşun örtüyü səbəbindən belə adlandırılmışdır. Övliya Çələbinin məlumatlarına görə, məscid 1396-cı ildə Timur Qutluq xanın qız nəvəsi Bay Buqla Hatunun göstərişi ilə tikilmişdir və öncəki illərdə təkyə (dərvişlərin iqamətgahı) hesab olunurdu. 1398-ci ildə məhəllə məscidinə çevrildi. Tikilinin plan quruluşu düzbucaqlıdır (12.5 × 17.5 m). İnşa zamanı əhəngli məhlul əsasında yırtıq (qaba) daş və kvadrat kərpicdən istifadə edilmişdir.
Şahzadə cami
Şahzadə külliyəsi və ya Şahzadəbaşı külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı Qanuni Sultan Süleyman tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, imarət, sübyan məktəbi və karvansaraydan ibarətdir. Osmanlı sultanı Qanuni Sultan Süleymanın Manisa sancaqbəyi ikən vəfat edən oğlu Şahzadə Mehmedin adına inşa etdirdiyi Şahzadə külliyəsi memar Sənan tərəfindən hazırlanmışdır. İnşasına 1543-cü ilin iyununda başlanmış, ilk olaraq Şahzadə Mehmedin dəfn olunduğu türbə tamamlanmışdır. Ardından 23 may 1544-cü ildə təməli atılan məscid 1548-ci ilin avqustunda ibadətə açılmışdır. Bu müddət ərzində külliyəyə aid olan mədrəsə, imarət, sübyan məktəbi və karvansarayın inşası tamamlandı. Külliyədən nisbətən aralı yerləşən imarət və sübyan məktəbi isə Dədəəfəndi küçəsində yerləşir. 1613 və 1633-cü illərdə baş verən güclü yanğının ardından zədələnən külliyə binaları IV Murad tərəfindən təmir edilmiş, bu əsnada şadırvan gümbəzi də yenilənmişdir. 1718 cə 1782-ci illərdəki yanğınlarda isə minarənin bütün taxta konstruksiyası yanmış, 1916 və 1953-cü illərdə bəzi türbələrdə və məsciddə qismən restavrasiya işləri görülmüş, 1994–1999 illəri arasında külliyədə əsaslı təmir işləri aparılmışdır. Memar Sənanın baş memar ünvanıyla inşa etdirdiyi ilk əsər olan bu məscid bir-biriylə simmetrik olan 2 bərabər hissədən – məscidin ana binası (harim) və avlu (meydança) ibarətdir.
Şəhzadə cami
Şahzadə külliyəsi və ya Şahzadəbaşı külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı Qanuni Sultan Süleyman tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, imarət, sübyan məktəbi və karvansaraydan ibarətdir. Osmanlı sultanı Qanuni Sultan Süleymanın Manisa sancaqbəyi ikən vəfat edən oğlu Şahzadə Mehmedin adına inşa etdirdiyi Şahzadə külliyəsi memar Sənan tərəfindən hazırlanmışdır. İnşasına 1543-cü ilin iyununda başlanmış, ilk olaraq Şahzadə Mehmedin dəfn olunduğu türbə tamamlanmışdır. Ardından 23 may 1544-cü ildə təməli atılan məscid 1548-ci ilin avqustunda ibadətə açılmışdır. Bu müddət ərzində külliyəyə aid olan mədrəsə, imarət, sübyan məktəbi və karvansarayın inşası tamamlandı. Külliyədən nisbətən aralı yerləşən imarət və sübyan məktəbi isə Dədəəfəndi küçəsində yerləşir. 1613 və 1633-cü illərdə baş verən güclü yanğının ardından zədələnən külliyə binaları IV Murad tərəfindən təmir edilmiş, bu əsnada şadırvan gümbəzi də yenilənmişdir. 1718 cə 1782-ci illərdəki yanğınlarda isə minarənin bütün taxta konstruksiyası yanmış, 1916 və 1953-cü illərdə bəzi türbələrdə və məsciddə qismən restavrasiya işləri görülmüş, 1994–1999 illəri arasında külliyədə əsaslı təmir işləri aparılmışdır. Memar Sənanın baş memar ünvanıyla inşa etdirdiyi ilk əsər olan bu məscid bir-biriylə simmetrik olan 2 bərabər hissədən – məscidin ana binası (harim) və avlu (meydança) ibarətdir.
Əbdürrəhman Cami
Əbdürrəhman Cami – tacik şairi, musiqişünası, filosof və alimi. Böyük taçik şairi, musiqişünası, filosof və alimi Əbdürrəhman Nurəddin ibn Əhməd hicri qəməri ilə 817-ci il şəban ayının 8-də, miladi ilə 1414-cü il noyabrın 7-də Cam şəhərində (Xorasan) anadan olmuşdur. Çox kiçik yaşlarından oxumağa başlamış, ilk təhsilini atasından almış, sonra isə Herat şəhərinin Xuş bazarında olan Dilgəş mədrəsəsində oxumuşdur. Burada Caminin müəllimi dövrünün məşhur sufilərindən olan ərəbist(?) mövlana Cüneydi Üsuli idi. İstedadlı və zəhmətsevən olduğundan, kitabları tez oxuyub qurtarır və bir müddərrisdən başqasına keçirdi. Cami ilə məşğul olan müəllim və müddərrislər onun hafizəsinə heyran qaldıqlarını bildirir, bunu başqalarına deməkdən çəkinmirdilər. Məsələn, dövrünün ən görkəmli müəllimi və bilikli alimlərindən hesab edilən mövlana Xacə Əlaəddin Əli Səmərqəndi demişdir ki, o ömründə Cami qədər hafizəli və istedadlı şagird görməmişdir. Bir az sonra Heratda tədris edilən bütün elmlərə kifayət qədər yiyələndikdən sonra, məlumatını artırmaq, xüsusilə də Heratda zəif tədris edilən təbiət elmlərini öyrənmək üçün Səmərqəndə getmək qərarına gəlir və orada məşhur astronom Uluqbəyin yaxın əməkdaşlarından olan Qazizadə Ruminin nücum və başqa təbiət elmləri sahəsində oxuduğu mühazirələrə qulaq asır. Səmərqənddəki müvəffəqiyyəti heç də Heratdakından az olmur. O, Səmərqənddən Herata qayıtdıqda, öz tələbkarlığı və çətin imtahan götürməsi ilə şöhrət tapmış, "Baharistan" da adı çəkilən mövlana Əli Quşçiyə həndəsə və cəbrdən imtahan verir.
Əl-Cami
Əl-Cami (ər. الجامع) — Allahın adlarından biri. "Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!" (Ali-İmran Surəsi, 9) Dağınıq şeylərin bir yerə toplanması mənasını verən 'cəm' sözü, Allahın bütün kainatdakı sistemlər üzərində hakimiyyətini göstərən sifətini ifadə edir. Kainatı və içindəkiləri yaradan Allah, canlı və cansız bütün varlıqlara dilədiyini etdirmə, istədiyi yerdə və istədiyi şəkildə toplama qüdrətinə malikdir. Quranda Allah dünyada möminləri bir yerə yığacağını belə vəd etmişdir: "Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!" (Bəqərə Surəsi, 148) Ancaq həqiqi toplanma günü qiyamətlə reallaşacaq.
Cami (şair)
Əbdürrəhman Cami – tacik şairi, musiqişünası, filosof və alimi. == Həyatı == Böyük taçik şairi, musiqişünası, filosof və alimi Əbdürrəhman Nurəddin ibn Əhməd hicri qəməri ilə 817-ci il şəban ayının 8-də, miladi ilə 1414-cü il noyabrın 7-də Cam şəhərində (Xorasan) anadan olmuşdur. Çox kiçik yaşlarından oxumağa başlamış, ilk təhsilini atasından almış, sonra isə Herat şəhərinin Xuş bazarında olan Dilgəş mədrəsəsində oxumuşdur. Burada Caminin müəllimi dövrünün məşhur sufilərindən olan ərəbist(?) mövlana Cüneydi Üsuli idi. İstedadlı və zəhmətsevən olduğundan, kitabları tez oxuyub qurtarır və bir müddərrisdən başqasına keçirdi. Cami ilə məşğul olan müəllim və müddərrislər onun hafizəsinə heyran qaldıqlarını bildirir, bunu başqalarına deməkdən çəkinmirdilər. Məsələn, dövrünün ən görkəmli müəllimi və bilikli alimlərindən hesab edilən mövlana Xacə Əlaəddin Əli Səmərqəndi demişdir ki, o ömründə Cami qədər hafizəli və istedadlı şagird görməmişdir. Bir az sonra Heratda tədris edilən bütün elmlərə kifayət qədər yiyələndikdən sonra, məlumatını artırmaq, xüsusilə də Heratda zəif tədris edilən təbiət elmlərini öyrənmək üçün Səmərqəndə getmək qərarına gəlir və orada məşhur astronom Uluqbəyin yaxın əməkdaşlarından olan Qazizadə Ruminin nücum və başqa təbiət elmləri sahəsində oxuduğu mühazirələrə qulaq asır. Səmərqənddəki müvəffəqiyyəti heç də Heratdakından az olmur. O, Səmərqənddən Herata qayıtdıqda, öz tələbkarlığı və çətin imtahan götürməsi ilə şöhrət tapmış, "Baharistan" da adı çəkilən mövlana Əli Quşçiyə həndəsə və cəbrdən imtahan verir.
Kebir Cami
Kebir Camí (krımtat. Kebir Cami, Кебир Джами) — Simferopol şəhərində cümə məscidi. Krımın əsas məscidi hesab edilir. Burada Müftinin rezidensiyası və Krım müsəlmanlarının dini idarəsi yerləşir. Məscid Kurçatov küçəsində yerləşir. Simferopolun ən qədim tikilolərindən biridir == Əsasının qoyulması == Kebir Cami Simferopolun ən qədim tikililərindənbiridir. Məscid 1508-ci ildə Hacı Əbdürəhim bəy tərəfindən 1508-ci ildə inşa edilişdir. O, məscidi I Məngli Gərayın ona bəxş etdiyi torpaqda inşa edilmişdir. Bunu məscidin bu günə kimi qalmış daş kitabəsi təstiqləyir. Deyilənə görə hazırda Simferopol adlandırılan Ağ məscidin adı bir məscidlə əlaqədardır.
Əl-Cəm amfiteatrı
Əl-Cəm amfiteatrı — müasir Afrikanın Roma əyalətindəki Thysdrus, Tunisin Əl-Cəm şəhərindəki oval bir amfiteatrdır. 1979-cu ildən bəri YUNESKO tərəfindən Ümumdünya irsi olaraq siyahıya alınmışdır. Amfiteatr, e.ə. 238-ci ildə, Tunisin El Djem bölgəsindəki Roma Afrika Proconsularis bölgəsində yerləşən Thysdrus'ta inşa edilmişdir. Dünyanın ən yaxşı qorunan Roma daş xarabalıqlarından biridir və Afrikada bənzərsizdir. Roma imperiyasındakı digər amfiteatrlar kimi, tamaşaçı tədbirləri üçün inşa edildi və dünyanın ən böyük amfiteatrlarından biridir. Təxmini tutumu 35.000, böyük və kiçik baltaların ölçüləri müvafiq olaraq 148 metr (486 fut) və 122 metrdir. Amfiteatr daş bloklardan tikilib, düz bir yerdə yerləşir və olduqca yaxşı qorunur.Əl Cəmin amfiteatrı eyni yerdə tikilmiş üçüncü amfiteatrdır. İnanc budur ki, Gordian III olaraq imperator olmuş yerli prokuror Gordian tərəfindən inşa edilmişdir. Orta əsrlərdə bir qala rolunu oynadı və 430-cu ildə Vandalların və 647-ci ildə Ərəblərin hücumları zamanı əhali burada sığınacaq tapdı.
Kebir Cami (Ağməscid)
Kebir Camí (krımtat. Kebir Cami, Кебир Джами) — Simferopol şəhərində cümə məscidi. Krımın əsas məscidi hesab edilir. Burada Müftinin rezidensiyası və Krım müsəlmanlarının dini idarəsi yerləşir. Məscid Kurçatov küçəsində yerləşir. Simferopolun ən qədim tikilolərindən biridir == Əsasının qoyulması == Kebir Cami Simferopolun ən qədim tikililərindənbiridir. Məscid 1508-ci ildə Hacı Əbdürəhim bəy tərəfindən 1508-ci ildə inşa edilişdir. O, məscidi I Məngli Gərayın ona bəxş etdiyi torpaqda inşa edilmişdir. Bunu məscidin bu günə kimi qalmış daş kitabəsi təstiqləyir. Deyilənə görə hazırda Simferopol adlandırılan Ağ məscidin adı bir məscidlə əlaqədardır.
Cami məscidi (Toronto)
Came məscidi – Kanadanın Toronto şəhərində yerləşən məscid. Hay-Parkın şərqində yerləşir. Şəhərin ən qədim islam mərkəzidir və "bütün Toronto məscidlərinin anası" adlandırılır. Məscid binası 1930-cu ildə presviterian kilsəsi kimi tikilmişdir. 1969-cu ildə Torontonun alban və boşnaklardan ibarət müsəlman icması binanı satın almış və burada şəhərin ilk islam mərkəzini qurmuşdur. == Tarixi == Məscidin camaatı 1961-ci ildə qurulmuşdur və ilk görüşü bir dəri mağazasında baş tutmuşdur. Məscidin yerləşdiyi tikili 1930-cu ildə Con Frensis Braun tərəfindən Hay-Park Presviterian Kilsəsi kimi tikilmişdir. 1969-cu ildə Toronto Müsəlman Cəmiyyəti Səudiyyə Ərəbistanı kralı Feysəl ibn Əbdüləziz Əl Səudun ayırdığı qrant sayəsində tikilini satın almış və Torontonun ilk daimi məscidinə çevirmişdir. İlk dövrlərdə məsciddə ibadət edənlər arasında bir çox Təbliğ camaatı üzvləri olsa da, Qucarat müsəlmanlarının Torontonun şərqinə axın etməsindən və 1981-ci ildə Mədinə məscidinin qurulmasından sonra onların sayı azalmışdır. == Mübahisələr == Məscidin imamı olmuş İbrahim Hüseyn Malabarinin 2004-cü ildə Əbdülrəhman Əl-Sudeysi Şimali Amerika İslam Cəmiyyətinin konfransına dəvət etməsi mübahisəyə səbəb olmuş, Bney-Brit bu barədə narahatlığını bildirmişdir.
Cami məscidi (Ərdəbil)
Cami məscidi' (fars. مسجد جامع اردبیل‎), Mescid-e-Jāmeh Ardabil), İranın Ərdəbil şəhərində tarixi dəyərə malik olan bir məsciddir. Elxanilər dövləti dövrünə aid olan bu məscid, Ərdəbil şəhərinin mərkəzində Taliqani 4 küçəsində yerləşib və Ərdəbil bazarının içində yer alır.

Digər lüğətlərdə