Cinayət

ölkənin ictimai quruluşuna, siyasi və iqtisadi sisteminə, mülkiyyətə, şəxsiyyətə, vətəndaşların siyasi, əmək, əmlak, başqa hüquq və azadlıqlarına, habelə hüquqi qaydalarına qəsd edən və cinayət qanununda nəzərdə tutulan ictimai təhlükəli əməl hesab olunur.
Cızıqlı Çek
Cirinq
OBASTAN VİKİ
Oğurluq (cinayət)
Zorakı cinayət
Zorakı cinayət və ya zorakılıq cinayətləri — cinayətkarın cinayətin qurbanına qarşı güc tətbiq etməsi və ya güc tətbiq etməklə hədələməsi ilə müşayiət olunan cinayət. Bu qrupa həm zorakılığın cinayəti başa çatdırmaq üçün bir vasitə kimi istifadə olunduğu, həm də zorakılığın cinayətin obyektiv cəhətini təşkil etdiyi cinayətlər, məsələn, qəsdən adamöldürmə və ya zorlama kimi cinayətlər daxildir. Zorakı cinayətlər silahla və ya silahsız törədilə bilər. Zorakı cinayətlərə, əsasən, hava gəmisini qaçırma, bank soyğunçuluğu, soyğunçuluq, ev oğurluğu, terrorizm, avtomobil oğurluğu, zorlama, adam oğurluğu, işgəncə, qəsdən adamöldürmə, banditizm, narkokartel və başqaları daxildir. Dövlətlər arasında zorakı cinayətlərin statistikasının müqayisəsi adətən problemli olur, çünki dövlətlər cinayətlərin fərqli təsnifatını aparırlar. Müqayisənin etibarlı olması üçün müxtəlif yurisdiksiyalardakı oxşar hüquq pozuntularının müqayisəsi aparılmalıdır. Lakin çox zaman bu, mümkün olmur. Yurisdiksiyadan asılı olaraq zorakı cinayətlərə aşağıdakılar aid ola bilər: adamöldürmə, qəsdən adamöldürmə, zorlama, adam oğurlama. Dövlətlər həmçinin cinayətlərin qeydə alınmasında da fərqli sistemlərdən istifadə edirlər. Avstraliyada cinayət qurbanları ilə bağlı ilk milli sorğu 2008-09-cu illərdə keçirilmişdir.
Viliskada baltalı cinayət
Viliskada baltalı cinayət və ya Viliskada kütləvi qətl hadisəsi (ing. Villisca axe murders) - 1912-ci ilin 10 iyun tarixində Amerika Birləşmiş Ştatlarının Ayova ştatının Viliska şəhərində yaşayan Mur ailəsinin bütün fərdlərinin qətlə yetirilməsi ilə nəticələnmiş cinayət hadisəsi. Cinayətin 10 iyun axşamı və 11 iyun səhərinə yaxın törədildiyi və cinayət aləti kimi baltadan istifadə edildiyi müəyyənləşdirilmişdir. Hadisə nəticəsində ailə fərdlərindən olan dörd uşaq olmaqla, ümumilikdə səkkiz nəfər qətlə yetirilmişdir və qurbanların xüsusən başlarında olmaqla kəskin balta yaraları təyin olunmuşdur. Uzun müddət davam edən istintaq və araşdırmalara baxmayaraq Viliska baltalı cinayətinin əsil təşkilatçıları heç bir zaman tapılmamışdır. Bir necə nəfər məhkəmə önünə çıxarılsa da, yetərli sübut olmadığı üçün təqsirləndirilən şəxslərin hər birinə bəraət verilmişdir. Mur ailəsi, ailə başçısı Coş (43 yaş), Sara (39 yaş) və Herman Montqomeri (11) Meri Katerina (10) Artur Bodi (7) və Paul Vernon (5) adlı dörd uşaqdan ibarət idi. Maddi baxımından təminatlı olan ailə Viliska şəhərində yaxşı adla tanınırdılar. 1912-ci ilin 10 iyun tarixində ailənin fərdi Meri Katerina səkkiz yaşlı İna Mey və 12 yaşlı Lena Stillingeri gecəni onlarda keçirmək üçün öz evlərinə dəvət etmişdir. Hadisə axşamı Sara Mur öz övladları və evə qonaq çağırılan qızlarla birlikdə yerli şəhər kilsəsindəki Uşaqlar Günü Proqramında iştirak etmişdilər.
Ruanda Beynəlxalq Cinayət Tribunalı
Ruanda Beynəlxalq Cinayət Tribunalı (RBCT) (ing. International Criminal Tribunal for Rwanda (ICTR); fr. Tribunal pénal international pour le Rwanda) — 1994-cü il yanvarın 1-dən dekabrın 31-dək Ruandada törədilmiş və ya qonşu dövlətlərdə Ruanda vətəndaşları tərəfindən törədilmiş Ruanda soyqırımı və beynəlxalq hüququn digər ciddi pozuntularını mühakimə etmək məqsədilə 1994-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi ilə yaradılmış beynəlxalq məhkəmə. Məhkəmə sonda 61 nəfəri məhkum etmiş, 14 nəfərə isə bəraət vermişdir. Tribunal 977 saylı qətnaməyə əsasən 1995-ci ildə Tanzaniyanın Aruşa şəhərində təşkil edilmişdi. 2006-cı ildən Aruşada həm də İnsan və xalqların hüquqları üzrə Afrika Məhkəməsi yerləşirdi. 1998-ci ildə 1165 saylı qətnamə ilə tribunalın fəaliyyəti genişləndirildi. Sonralar Təhlükəsizlik Şurası daha bir neçə qətnamə ilə tribunalı 2004-cü ilin sonuna qədər araşdırmalarını, 2008-ci ilin sonuna qədər bütün məhkəmə işlərini, 2012-ci ildə isə ümumilikdə bütün fəaliyyətini başa çatdırmağa çağırmışdı. Tribunal genosid, insanlıq əleyhinə cinayətlər, Cenevrə konvensiyaları üçün ümumi olan 3-cü maddənin və II Əlavə protokolun (daxili münaqişəyə dair) pozuntuları ilə bağlı yurisdiksiyaya malik idi. İlk məhkəmə işi Jan Pol Akayesu ilə əlaqədar olub 1997-ci ildə başlamışdı.
Türkiyədə miqrantlar və cinayət
Türkiyədə qaçqınlar və cinayət — Suriya vətəndaş müharibəsi ilə başlayan miqrant böhranından sonra qaçqın olaraq Türkiyəyə daxil olan, çoxu suriyalı və əfqan olan 6–8 milyon insanın sosial cinayət nisbətlərinə və qaçqınların törətdikləri cinayətlər nəticəsində yaranan vətəndaş itaətsizliyi. Mütəxəssislərin mövqeyinə görə, Türkiyə xalqının miqrantların cinayət nisbətini, onlar arasında işsizlik səviyyəsi və onların ölkədəki sabitliyi pozmalarına dair narahatlıqları və bu narahatlıqlara görə atılan addımlar günü-gündən artır. Miqrant böhranı başladığı gündən ölkəni idarə edən Ədalət və İnkişaf Partiyası (AKP) hökuməti miqrant böhranı nəticəsində cinayət nisbətinin və işsizliyin artması kimi səbəblərlə gündən-günə populyarlığını itirir. Suriyalı miqrantların hüquqlarının müdafiəçisi Taha Elqazi bu nifrətin əsassız olduğunu və AKP hökuməti tərəfindən buraxılan səhvlərə görə məsuliyyətin sığınacaq axtaranlarda olmadığını və cinayət dərəcəsinə suriyalıların yüksək təsir göstərmədiyini bildirmişdir. Bir çox platformalar, o cümlədən miqrant hüquqlarının müdafiəçiləri və Elqazi kimi fəallar cinayət nisbətlərində xüsusi artım olmadığı barədə fikirləri bölüşürlər. Dövlət qurumları tərəfindən yayımlanan statistikaya görə, 2014-cü ildən 2022-ci ilə qədər qaçqınlar arasında cinayət nisbətinin 1,32% olduğu bildirilmişdir, lakin hökumətin miqrant siyasəti və rəsmi statistikanın səkkiz ildir dəyişdirilməməsi səbəbindən bu rəqəmlərin reallığı əks etdirməməsi irəli sürülmüşdür. "Sözcü"nün məlumatına görə, suriyalılar tərəfindən törədilən cinayət nisbəti 2016-cı ildə təkcə Kilisdə 30%-i təşkil etmişdir.
Cinayət
Cinayətin klassik formal tərifi Fransanın 1791-ci ildə və az sonra 1810-cu ildə qəbul edilən cinayət məcəllələrində verilmişdir. Bu tərif az dəyişiklə bu gün də cinayət qanununda saxlanılır. Varislik prinsipinin tələblərini qoruyaraq Fransanın 1992-ci il Cinayət Məcəlləsində də sosial təhlükəlilik dərəcəsinə görə və əməlin yetirdiyi ziyanın ağırlıq dərəcəsindən asılı olaraq cinayətlərin kriminal əməl, kriminal xəta və kriminal pozuntu kimi növləri fərqləndirilir. Kriminal əməl, barəsində rüsvayedici cəzalar tətbiq edilən əməl kimi, kriminal xəta barəsində islahedici cəza tətbiq edilən davranış kimi, kriminal pozuntu isə törədilməsinə görə cəza tətbiq edilən əməl kimi xarakterizə edilir. Belə tərif məhkəmə hakimiyyətinin fəaliyyətini qanuni çərçivəyə yönəltsə də cinayətin sosial tələbini açmadığına görə formal xarakterə malikdir. Çezare Bekkariya hələ 1764-cü ildə özünün "Cinayətlər və cəzalar" adlı məşhur əsərində yazırdı: "Cinayətlərin həqiqi ölçüsünü onun cəmiyyətə yetirdiyi ziyan müəyyən edir". Ç. Bekkariya əməlin ictimai təhlükəliliyinə hakim mövqedən qiymət verilməsini tənqid edirdi. Onun fikrincə silki (sinfi) mənsubiyyətə görə oğurluğa və qətlə görə təqiblərin müxtəlifliyi və tətbiq edilən cəzaların qeyri-bərabərliyi ədalətlilik və borc haqqında olan anlayışları dağıdır, əvəzində təsəvvürlərində hakim və məhkum təbəqə üçün eyni dərəcədə təhlükəli olan əməllər ətrafında belə "güclünün hüququ" kimi baxış yaradır. Beləliklə, cinayətin maddi tərifinin verilməsinə ilk cəhd Çezari Bekkariya tərəfindən edilmişdir. İnqilabdan sonra rus kriminalistləri arasında cinayətin qanunda veriləcək anlayışı ətrafında qızğın mübahisə olunmuşdur.
Cinayət filmi
Cinayət filmləri — cinayət təşkil edən hadisələrdən və ya cinayətkarların həyatlarından bəhs edən filmlərdir. Bu filmlərdə həm gerçək cinayətlərdən, həm də tamamilə yazıçı beyninin məhsulu olan cinayətlərdən söhbət gedə bilər. Bu filmlər çox vaxt döyüş filmləri və detektiv janrları ilə kəsişir.
Cinayət hüququ
Cinayət hüququ — müstəqil hüquq sahəsi. O, hüququn ən geniş və fundamental sahələrindən biridir. Cinayət hüququnun iki əsas və başlıca anlayışı vardır: cinayət cəza Cinayət hüququnun toxunduğu bütün məsələlər də məhz bu iki anlayışla sıx surətdə və bilavastə əlaqədardır. Belə ki, ölkənin ictimai həyatı üçün təhlükəli olan əməllərin cinayət olması və cinayətə görə cəzanın verilməsi ilə bağlı münasibətlər yaranır. Bu münasibətlərin bir tərəfində cinayət törətmiş şəxs , digər tərəfində isə həmin şəxsi cəzalandırmağa səlahiyyətli olan dövlət durur. Göstərilən münasibətlər hüquq normaları ilə tənzimlənir. Bu normaların məcmusu cinayət hüququ adlanır. Cinayət hüququ dedikdə, cinayət və cəza ilə bağlı olaraq cinayət törətmiş şəxslə dövlət arasında yaranan münasibətlərin tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Cinayət hüququnun ibarət olduğu hüquq normaları müəyyən edir. hansı əməllərin cinayət sayılmasını və əməllərin cəzalandırılması; cinayət məsulliyyətinin əsaslarını; cinayət məsuliyyətinin prinsiplərini; cəzanın növlərini və həddini; cəzanın tətbiq olunma qaydası və şərtləri; cinayət məsuliyyətindən azad etmənin şərtlərini; cəzadan azad etmənin şərtlərini; Hər bir sahə kimi cinayət hüququnun da üzərinə müəyyən vəzifələr düşür.
Cinayət prosesi
Cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusu. Hər bir dövlətin qanunvericiliyində cinayət prosesinin tənzimlənməsi fərqlənsə də, əsasən, ittihamın irəli sürülməsi ilə başlayır və cavabdeh barədə ittiham və ya bəraət hökmünün verilməsi ilə başa çatır.
Texasda cinayət
Bu məqalə ABŞ-də yerləşən ən böyük ştat olan Texasdaki cinayətkarlıqların vəziyyətini təsvir edir. 1,184-ü cinayət və 8,236-ı təcavüz olmaqla 2014-cü ildə Texasda 923.348 cinayət hadisəsi qeydə alınıb. 2008-ci ildə Texas 1913 dövlət və yerli hüquq-mühafizə orqanlarına malik idi. Bu orqanlarda ümumilikdə 96,116 işçi işləmişdir. Ümumi heyətin 59.219 nəfəri vəzifəli şəxslərdir (ümumi həbs qüvvələri olanlar kimi təyin olunur). 2008-ci ildə Texasda hər 100 min sakinə 244 polis əməkdaşı düşmüşdü. Federal ölüm cəzası nadir hallarda istifadə edilə bilər.
Yunanıstanda cinayət
Yunanıstanda cinayətlə mübarizə Yunanıstan Polisi və digər qurumlar tərəfindən aparılır. 20-ci əsrin çox hissəsi üçün təhlükəsizlik qüvvələri, əsl cinayətə diqqət etmək əvəzinə, solçu siyasi baxışları olan insanları təqib etmək üçün vaxtlarını sərf etdikləri üçün tənqid olunurdu. Yunanıstanda cinayət nisbəti tarixən Qərbi Avropada ən aşağı səviyyədə olmuş və davam etməkdədir. 1980-ci ildə, Yunanıstan Polis Rəisi Nikon Arkoudeas (Νίκων Αρκουδέας), mütəşəkkil cinayətkarlığa qarşı ciddi bir uğura imza atdı. 1990-cı illərin əvvəlindən etibarən bir çox qeyri-qanuni immiqrantlar Mərkəzi və Şərqi Avropa ölkələrindən, Asiya və Yaxın Şərqdən Yunanıstana gəldi. Onların qəfil axını 1990-cı və 2000-ci illər ərzində cinayət işlərinin artmasına səbəb olmuşdur. Yunanıstan Polisi bir neçə zəfər qazanmışdır. Belə ki, mafiya təşkilatlarını parçalamış, 17 noyabr terrorçu qrupunu həbs etmiş, 2004-cü il Olimpiya Oyunları üçün təhlükəsizliyi uğurla təşkil etmiş və 2016-cı ildə ölkədə 2000-dən çox soyğunçu olan böyük cinayət təşkilatı məsuliyyətə cəlb etmişdi. 2002-ci ildə Yunanıstan polisi tərəfindən həyata keçirilən cinayətkarlığa qarşı mübarizə əməliyyatı nəticəsində "İnqilabçı Təşkilat" ın sol qolu terrorçu qrupunun fəaliyyətini dayandırmağa müvəffəq oldu. 2011-ci ildə Yunanıstanda cəmi 184 cinayət törədilmişdi.
Cinayət tərkibi
Cinayət tərkibi cinayət hüququnda təsbit edilmiş obyektiv və subyektiv əlamətlər məcmusu olub bu və ya digər ictimai təhlükəli əməli cinayət kimi müəyyən edir. Cinayət tərkibinin əlamətləri cinayət hüququnun ümumi və xüsusi hissələrinin normalarında təsbit edilmişdir. Onları dörd alt sistemə bölmək olar: obyekt və subyekt əlamətləri, cinayətin obyektiv və subyektiv tərəfi. Hər hansısa bir əməldə cinayət tərkibinin bütün əlamətlərinin olması onun cinayət kimi tanınması və onu törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır; cinayət tərkibi əlamətlərindən ən azı birinin olmaması isə əməlin cinayət olmadığını bildirir. == Cinayət tərkibinin əlamətləri və elementləri == Cinayət tərkibi əlamətlərdən və elementlərdən ibarətdir. Cinayətin elementi, əməlin cinayət kimi tanınması üçün zəruri olan minimal konkret hüquqi əhəmiyyətli əmlakdır. Əgər əməldə cinayət tərkibinin ən azı bir zəruri elementi yoxdursa, əməl bütövlükdə cinayət sayılmır. Tərkib əlamətinin şifahi təsviri cinayət hüququ normasının dispozisiyasında öz əksini tapmışdır. Cinayətin əlamətləri Cinayət Qanununun həm Ümumi, həm də Xüsusi hissələrinin normalarında təsbit edilə bilər: Ümumi hissədə bütün cinayətlərə xas olan əlamətlər, Xüsusi hissədə isə konkret cinayətlərə xas olan əlamətlər (əsasən bunlar obyektin əlamətləri və cinayətin obyektiv tərəfi). Kompozisiya elementi aşağıdakı tələblərə cavab verməlidir: o, digər əlamətlərlə birlikdə əməli ictimai təhlükəli və qanunsuz kimi xarakterizə etməli, onu digər oxşar cinayətlərdən fərqləndirməli, qanunda bilavasitə göstərilməli və ya hüquq normalarının mətnindən birbaşa irəli gəlməlidir.
Azərbaycan cinayət hüququ
Azərbaycanın cinayət hüququ — Azərbaycanda cinayət və cinayət məsuliyyətinin əsaslarını, cinayət hüququ sistemini, eyni zamanda cinayət məsuliyyətindən azad olunmanın qayda və şərtlərini müəyyən edən hüquq normalarının məcmusunu əks etdirir. Onun əsas vəzifəsi ictimai münasibətlərin müdafiəsi və cinayətlərin qarşısının alınmasıdır. Lakin Azərbaycanın cinayət qanunvericiliyi eyni zamanda bəzi spesifik xüsusiyyətlərə malik idi. Hələ Sovet dövründə mövcud olan bir sıra cinayət tərkibləri patriarxal və feodal adətlərin qalığı idi. Məsələn, 1927-ci ildə erkən yaşda nikaha daxil olmağa; qadınların məktəbə, kluba və digər mədəni-maarif müəssələrinə getmələrinə mane olmağa görə cinayət məsuliyyəti müəyyən olunmuşdu. 1929-cu ildə gəlinə görə başlıq pulunun alınıb–verilməsinə və boşanmış ər-arvadın yenidən nikaha daxil olmalarına mane olmağa görə məsuliyyət müəyyən olunmuşdu. Digər ittifaq respublikalarında olduğu kimi, 60-cı illərdə Azərbaycanın da hüquq sistemində ikinci məcəllələşdirmə aparılır. Bu islahat nəticəsində RSFSR-in müvafiq məcəllələrindən fərqlənməyən yeni CM, CPM, MM, MPM və bəzi digər məcəllələr qəbul olundu. Bu məcəllələr demək olar ki, bir sıra əlavə və dəyişikliklərlə müstəqil Azərbaycanda yeni məcəllələşmiş aktlar qəbul olunana qədər qüvvədə idi. 1960-cı il Azərbaycan SSR-nin CM-də cinayət –cinayət qanunu ilə nəzərdə tutulan, həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilən ictimai təhlükəli əməl kimi nəzərdə tutulurdu.
Beynəlxalq Cinayət Məhkəməsi
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) — Hollandiyanın Haaqa şəhərində yerləşən hökumətlərarası təşkilat və beynəlxalq tribunal. BCM beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımlar, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir.
Cinayət təfərrüatlardadır (kitab)
Cinayət təfərrüatlardadır ― Artur Konan Doyl tərəfindən yazılmış kitab. "Qadının intuisiyası bəzən ən məntiqli nəticədən belə daha dəyərli ola bilər. Onların mürəkkəb beyinləri ilə düzüldüyü ssenariləri nəzərə aldığınızdan əmin olun. Bunlar heç ağlınıza belə gətirmədiyiniz nəticələrə səbəb olanda haqlı olduğumu biləcəksiniz." Dünyaca məşhur detektiv Şerlok Holms bənzərsiz xarakteri və fərqli macəraları ilə illərdir oxucuları heyran etməyə davam edir. 56 heyrətamiz hekayədən ibarət seriyanın ilk kitabı "Ağıl oyunlarının kölgəsi"ndən sonra seriyanın ikinci kitabı "Cinayət təfərrüatlardadır"ın bitməsini istəməyəcəksiniz. "Yaxşı bir müşahidəçi tək bir ipucu əldə etdikdə o, nəinki baş verdiyini, həm də bundan sonra nələrin baş verə biləcəyini görməlidir." Şerlok Holms Suç Detayda Saklıdır [1] Suç Detayda Saklıdır [2] "Ali və Nino".
Cinayət və cəza
Cinayət və cəza (rus. Преступленiе и наказанiе; Преступление и наказание) — Fyodor Mixayloviç Dostoyevskinin romanı. O, birinci dəfə 1866 və 1867 illərində 12 ay ərzində aylıq Rus Xəbərçi (rus. Русский вестник) ədəbi jurnalında hissələrlə nəşr olunurdu. Bu Dostoyevskinin Sibir sürgündən sonra yazdığı ikinci romandır. Cinayət və cəza onun "yetkin" dövrün birinci romanı sayılır. Fyodor Mixayloviç Dostoyevskinin XIX əsrin 60-cı illərində (1866) meydana gələn "Cinayət və cəza" romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi?
Azərbaycan Cinayət Məcəlləsi
Azərbaycanın cinayət hüququ — Azərbaycanda cinayət və cinayət məsuliyyətinin əsaslarını, cinayət hüququ sistemini, eyni zamanda cinayət məsuliyyətindən azad olunmanın qayda və şərtlərini müəyyən edən hüquq normalarının məcmusunu əks etdirir. Onun əsas vəzifəsi ictimai münasibətlərin müdafiəsi və cinayətlərin qarşısının alınmasıdır. Lakin Azərbaycanın cinayət qanunvericiliyi eyni zamanda bəzi spesifik xüsusiyyətlərə malik idi. Hələ Sovet dövründə mövcud olan bir sıra cinayət tərkibləri patriarxal və feodal adətlərin qalığı idi. Məsələn, 1927-ci ildə erkən yaşda nikaha daxil olmağa; qadınların məktəbə, kluba və digər mədəni-maarif müəssələrinə getmələrinə mane olmağa görə cinayət məsuliyyəti müəyyən olunmuşdu. 1929-cu ildə gəlinə görə başlıq pulunun alınıb–verilməsinə və boşanmış ər-arvadın yenidən nikaha daxil olmalarına mane olmağa görə məsuliyyət müəyyən olunmuşdu. Digər ittifaq respublikalarında olduğu kimi, 60-cı illərdə Azərbaycanın da hüquq sistemində ikinci məcəllələşdirmə aparılır. Bu islahat nəticəsində RSFSR-in müvafiq məcəllələrindən fərqlənməyən yeni CM, CPM, MM, MPM və bəzi digər məcəllələr qəbul olundu. Bu məcəllələr demək olar ki, bir sıra əlavə və dəyişikliklərlə müstəqil Azərbaycanda yeni məcəllələşmiş aktlar qəbul olunana qədər qüvvədə idi. 1960-cı il Azərbaycan SSR-nin CM-də cinayət –cinayət qanunu ilə nəzərdə tutulan, həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilən ictimai təhlükəli əməl kimi nəzərdə tutulurdu.
İnsanlıq əleyhinə cinayət
İnsanlıq əleyhinə cinayətlər — qəsdən öldürmə, qəsdən xəsarət yetirmə, işgəncə, əzab və ya əsarət, şəxs azadlığından məhrum etmə, elmi təcrübələrə məruz qalma, cinsi təcavüz, uşaqlara qarşı cinsi istismar, məcburi hamiləlik, məcburi fahişəlik. Bu, cəmiyyətin bir hissəsinə qarşı bir plana uyğun olaraq siyasi, fəlsəfi, irqi və ya dini motivlərin sistematik şəkildə işlənməsidir. Bu konsepsiya İkinci Dünya Müharibəsindən sonra geniş istifadə olunur. Bu termin ilk olaraq 28 may 1915-ci ildə İngiltərə, Fransa və Rusiyanın, Türkiyədəki ermənilərin qətl edildikləri iddiasıyla nəşr etdikləri bəyannamədə yer almışdır. İkinci Dünya Müharibəsindən sonra qəbul edilən Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsinin yurisdiksiyasında (səlahiyyətində) bəşəriyyətə (insanlığa) qarşı cinayətlər də sayılmışdır. Tərifi və əhatə dairəsi mübahisəli olmasına baxmayaraq, həm beynəlxalq, həm də milli şəkildə cəzalandırılması üçün qaydalar qəbul edilmişdir. İnsanlıq əleyhinə olan cinayətlər quruluş baxımından motivasiya və intensivlik meyarları ilə adi cinayətlərdən fərqlənir, həm də prosedur baxımından fasilələrə məruz qalmırlar. Roma Statusu 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının konfransında beynəlxalq səviyyədə kollektiv şəkildə törədilən insanlığa qarşı cinayətləri mühakimə etmək və cəzalandırmaq məqsədilə qəbul edilmiş və Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci il iyulun 1-dən vəzifəsinə başlamışdır. Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsi, nasistlərin sovet əsirlərinə qarşı etdikləri cinayətlərin insanlığa qarşı cinayətlərə örnək olmasına dair qərar çıxarıb.
Açehdə müsəlman cinayət hüququ
Müsəlman cinayət hüququnun müddəalarının tətbiq olunduğu yeganə İndoneziya əyaləti Açehdir. Açehdə müsəlman cinayət hüququ qısaca cinayət adlanır. Müvafiq qanunvericilik isə "İslam cinayət məcəlləsi" mənasını verən Qanun Cinayət və ya Hüküm Cinayət kimi adlandırılır. İndoneziyanın əsas dünyəvi qanunlarının Açehdə tətbiq olunmasına baxmayaraq, İndoneziya əyalətlərə regional tənzimləmələr (perda) tətbiq etmək səlahiyyəti və İslam qanunvericiliyini həyata keçirmək üçün Açehə xüsusi muxtariyyət verdikdən sonra, Açeh əyalət hökuməti İslam cinayət hüququndan irəli gələn bəzi əlavə qaydalar qəbul etdi. Qanunvericiliklə qadağan edilmiş cinayətlərə alkoqollu içkilərin istehlakı, istehsalı və dövriyyəsi, qumar, zina, zorlama, nikahdankənar yaxınlıq və müəyyən homoseksual hərəkətlər daxildir. Cəzalar qırmanclama, cərimə və azadlıqdan məhrumetmədən ibarətdir. Daşlama ilə bağlı müddəa nəzərdə tutulmamışdır: 2009-cu ildə həmin cəzanın qanunvericiliyə daxil edilməsi ilə bağlı təklifə qubernator İrvandi Yusuf tərəfindən veto verilmişdir. 2016-cı ildə Açehdə müsəlman cinayət hüququnun tətbiq olunduğu 324 birinci instansiya məkəmə işinə baxılmış və ən az 100 iş üzrə qırmanclama cəzası verilmişdir. Müsəlman cinayət hüququnun tərəfdarları müvafiq hüququn tətbiq olunmasının qanuniliyini Açehə verilmiş xüsusi muxtariyyətlə izah edir və Açeh əhalisinin din azadlığı hüququ ilə əhatə olunduğunu bildirirlər. Amnesty International da daxil olmaqla bir çox tənqidçilər qırmanclamanın cəza kimi tətbiqinə, eləcə də nikahdankənar yaxınlığın kriminallaşdırılmasına etiraz edirlər.
Cinayət və cəza (roman)
Cinayət və cəza (rus. Преступленiе и наказанiе; Преступление и наказание) — Fyodor Mixayloviç Dostoyevskinin romanı. O, birinci dəfə 1866 və 1867 illərində 12 ay ərzində aylıq Rus Xəbərçi (rus. Русский вестник) ədəbi jurnalında hissələrlə nəşr olunurdu. Bu Dostoyevskinin Sibir sürgündən sonra yazdığı ikinci romandır. Cinayət və cəza onun "yetkin" dövrün birinci romanı sayılır. Fyodor Mixayloviç Dostoyevskinin XIX əsrin 60-cı illərində (1866) meydana gələn "Cinayət və cəza" romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi?
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi (ing. Rome Statute of the International Criminal Court) — 15 iyun 1998 – 17 iyul 1998 tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statusdur. Beynəlxalq müqavilələrə tez-tez status deyilir və bu sənəd gündəlik istifadədə Roma Əsasnaməsi adlanır. Sazişin qəbuluna 160 səs verilmişdi; 120 lehinə, 21 bitərəf, 7 əleyhinə olmaqla səs çoxluğu ilə qəbul edilmişdir. 2016-cı ilin mart ayından etibarən 139 dövlət müqaviləni imzaladı, lakin 124 dövlət bu müqaviləni təsdiqlədi. Rusiya əsasnaməni 13 sentyabr 2000-ci ildə imzalamışdı, lakin 2016-cı ilə qədər təsdiqləməmişdir. 16 noyabr 2016-cı ildə prezident Vladimir Putin, Rusiyanın Roma Statutunda iştirakdan imtina edən sərəncam imzaladı. Dmitri Peskov, BCM-nin yurisdiksiyasından çıxmağın "dəqiq milli maraqlar" tərəfindən əmr olunduğunu və "Krımın işğalı" barədə məhkəmə prokurorluğunun bir gün əvvəl yayımladığı hesabatla "heç bir şəkildə əlaqəli olmadığını" söylədi. Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur.
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi

Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı
Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı (KYBCT) (ing. International Tribunal for the Prosecution of Persons Responsible for Serious Violations of International Humanitarian Law Committed in the Territory of the Former Yugoslavia since 1991 (ICTY)) — Yuqoslaviya müharibələri zamanı törədilmiş hərbi cinayətləri təqib etmək və təqsirkarları mühakimə etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 827 saylı qətnaməsi ilə yaradılmış beynəlxalq məhkəmə. Tribunal Niderlandın Haaqa şəhərində yerləşən ad hoc məhkəmə idi. KYBCT Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 25 may 1993-cü ildə qəbul edilmiş 827 saylı qətnaməsi əsasında yaradılmışdır. Tribunal 1991-ci ildən bəri keçmiş Yuqoslaviya ərazisində törədilmiş cinayətlərin dörd qrupu üzrə yurisdiksiyaya malik idi: Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə qanunlarının və ya adətlərinin pozulması, soyqırım və insanlıq əleyhinə cinayətlər. Tribunalın verə biləcəyi ən ağır cəza ömürlük azadlıqdan məhrumetmə idi. Müxtəlif dövlətlər azadlıqdan məhrumetmə cəzasının icrası məqsədilə Birləşmiş Millətlər Təşkilatı ilə müqavilələr imzalamışdır. Tribunalın fəaliyyəti ərzində ümumilikdə 161 nəfərə qarşı ittiham irəli sürülmüşdür; yekun ittiham aktları 2004-cü ilin dekabrında verilmiş, sonuncusu isə 2005-ci ilin yazında təsdiqlənmişdir. Qoran Haciç cinayət təqibindən yayınan ən axırıncı şəxs kimi 20 iyul 2011-ci ildə ələ keçirilmişdir. Sonuncu hökm 29 noyabr 2017-ci ildə çıxarılmış və qurum 31 dekabr 2017-ci ildə rəsmi olaraq fəaliyyətini dayandırmışdır.
Dekan Shillingsworth cinayəti
Din Şillinqsvortun (ing. Dean James Shillingsworth; 25 fevral 2005 — 11 oktyabr 2007) cəsədi [1] 17 oktyabr 2007-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatının Ambarvale şəhərindəki Mandurama qoruğundakı gölməçədə uşaqlar tərəfindən tapıldı. Körpənin cəsədi tartan çamadanın içərisində iki plastik torbaya bükülmüşdü. Körpənin suda qaldığı müddətə görə bədəni parçalanıb. Yerli polis, NSW Polis Ədliyyə Xidmətləri Qrupu tərəfindən araşdırılan cinayət yeri qurdu. [2] Araşdırma və təhqiqatın sübutları oğlanın anasına gətirib çıxardı. Daha sonra polis onun yaxınlıqdakı Rosemeadow şəhərində yaşayan anası Reyçel Pfitzneri həbs edib. O, Dekanı öldürməkdə ittiham olunurdu. [1] [3] O, zaminə buraxılması üçün müraciət etməyib və barəsində həbs qətimkan tədbiri seçilib. [4] Pfitznerin ayrılmış atasının dediyinə görə, onun hər birinin fərqli atası olan üç övladı var idi.
Doğan Öz cinayəti
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) - türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Dövlət-korporasiya cinayəti
Dövlət-korporasiya cinayəti — Kramer və Michalowski tərəfindən 1990-cı ildə kriminologiya elminə bəxş edilmiş termin. Kramer və Michalowski-ə görə, dövlət və korporasiyaların birgə törətdikləri cəmiyyətə zərərli və qeyri-qanuni əməllər, habelə, dövlətin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsindən bəhrələnən korporasiyaların törətdikləri cinayətlər dövlət-korporasiya yaxud dövlət-şirkət cinayətləri adlanır. Tənqidi kriminologiyanın bir hissəsi olan bu mövzu olduqca yeni olduğundan bu sahədə çoxsaylı genişmiqyaslı tədqiqatlara ehtiyac var, amma ki, Kramer və Michalowski-nin nəzəriyyəsi yarandığı gündən etibarən bir çox böyük miqyaslı cinayətlərə yeni baxış prizmaları ortaya çıxmaqdadır.
Emil Hüseynov cinayəti
Emil Hüseynov cinayəti - Rusiya Federasiyasının Yekaterinburq şəhərində etnik zəmində baş vermiş cinayət hadisəsi. Cinayət nəticəsində sabiq Azərbaycanlı futbolçu Emil Hüseynov Tiqran və Andranik Çiçakyan qardaşları tərəfindən qətlə yetirilmişdir. Emil Hüseynov 1988-ci ildə Bakı şəhərində anadan olub. Futbolçu karyerası ərzində Neftçi və fəaliyyətini dayandırmış Karvan və Abşeron kulbarında çıxış edib. Futbol ilə bağlı olan karyerasını başa vurduqdan sonra Emil sahibkarlıq ilə məşğul olmaq üçün Rusiyaya yollanır. Hadisə də 2015-ci ilin 20 aprel tarixində Emil Hüseynovun yaşadığı Yekaterinburq şəhərinin Alpinistov küçəsində yerləşən Azərbaycan mətbəxi restoranının qarşısında baş verib. Emil Hüseynov dostları ilə birlikdə kafedə əyləşib. Dostlar Azərbaycan musiqisi sifariş ediblər. Kafedə Azərbaycan musiqisi çalındıqdan sonra qonşu stolda oturan ermənilərdən biri Emil Hüseynova bayıra çağırır. Bu zaman hər iki tərəfdən şəxslər çölə çıxaraq mübahisə ediblər.
Fərxundə Məlikzadə cinayəti
Fərxundə Məlikzadə - 27 yaşlı əfqan qadın Fərxundənin Əfqanıstanın paytaxtı Kabul şəhərində linç edilərək öldürülməsi ilə nəticələnmiş cinayət hadisəsi. Hadisə 2015-ci ilin 19 mart tarixində baş vermişdir. 27 yaşlı qadın İslamın müqəddəs kitabı olan Quranı yandırmaqda və təhqir etməkdə günahlandırılır. Polis tərəfindən aparılan ilkin araşdırmlardan sonra qadın tərəfindən heç bir kitabın yandırılmadığı müəyyənləşmişdir. Fərxundə Məlikzadə cinayətinə görə Kabul şəhərində 49 nəfər məsuliyyətə cəlb olunub. Baş verən cinayət hadisəsi Əfqanıstanda qadın hüquqları məsələsini yenidən gündəmə gətirmiş və ölkə miqyasında Fərxundə Məlikzadə üçün mitinqlər təşkil edilmişdir. 2015-ci ilin may yayında Əfqanıstanda keçirilən məhkəmə prosesi nəticəsində Fərxundənin cinayətində günahlandırılan 4 nəfər edam edilmiş, 8 nəfər isə həbsxanaya göndərilmişdir. Cəzalandırılan şəxslərin hamısı kişidir. İlk öncə, Fərxundə dini müəllim işlədiyi Şahdu-Şəmşəyra məscidinin qarşısında məsciddə zinət əşyaları satan bir molla ilə bu barədə mübahisə etmiş və mübahisə zəminində molla onu “Qurani-Kərim” i yandırmaqda ittiham edərək izdihamı ətrafına toplamışdır. Gənc qadın onun yalan danışdığını sübut etmək üçün tez-tələsik Qurandan ayələr gətirərək müsəlman olduğunu sübuta yetirməyə çalışsa da, qaragüruh vəhşicəsinə onu damdan aşağı atmış, maşınla vurmuş, dəyənəklərlə döymüş və az deyilmiş kimi, məscid ətrafındakı daşlarla daş-qalaq etmişdir.
Hacı Məmmədov (cinayətkar)
Hacı Teymur oğlu Məmmədov (1951 – 3 dekabr 2017, Xəzər rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı və kriminal dəstə başçısı. Hacı Məmmədov Daxili İşlər Nazirliyi sistemində 1977-ci ildən işləməyə başlayıb. O, 1995-ci ildə DİN-də Baş Cinayət Axtarış İdarəsində əmlak cinayətkarlığına qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili, sonradan isə baş əməliyyat müvəkkili təyin edilib. O, Qusarda yerləşən "Qarabulaq" istirahət mərkəzinin qeyri-rəsmi sahibi olub. Hacı Məmmədovun özünə dəstə yaradaraq müxtəlif vəzifəli adamları oğurlayıb onlardan külli-miqdarda pul tələb edilməsi, onlarla adamın qətlə yetirilməsində ittiham olunur. O, Azərbaycan Respublikasının ilk hərbi prokuroru Rövşən Əliyevin və "Qara Polkovnik" kimi tanınan Fətulla Hüseynovun qətlində ittiham olunur. Onun dəstəsi 2005-ci ildə Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanı getdiyi qadın salonundan çıxarkən oğurlayıb. Məhz bu hadisədən sonra Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi "Qara Kəmər" əməliyyatı ilə həbs edilmişdir. Məhkəmə ifadəsində Hacı Məmmədov ona qarşı irəli sürülən ittihamların bəzilərini qəbul etmişdi. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adam oğurluğu və qətllərdə təqsirləndirilmış Hacı Məmmədova qarşı ümumilikdə 80-ə qədər maddə ilə ittiham irəli sürülüb və onun barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılmışdı.
Hinterkayfek cinayəti
Hinterkayfek cinayəti (alm. Hinterkaifeck‎) – Almaniyanın Bavariya əyalətinin İnqolştadt və Şkorbenhauzen şəhərləri arasında yerləşən Qruber ailəsinə məxsus fermada gerçəkləşdirilmiş cinayət hadisəsi. Hinterkayfek ferması Münhen şəhərinin şimalında, təxminən 70 km məsafədə yerləşir. Cinayət 1922-ci ilin 31 mart axşamı mülk sahibi Qruberlər evdə olarkən baş vermiş və ailənin altı üzvü balta ilə qətlə yetirilmişdir. Bu günə qədər hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Hadisə nəticəsində ferma sahibi 63 yaşlı Andres Qruber və onun 72 yaşlı həyat yoldaşı Kazilla; dul qızları 35 yaşlı Viktoriya Qabriel; Viktoriyanın övladları, 7 yaşlı Kazilla, 2 yaşlı Yozef və ailənin xidmətçisi 44 yaşlı Maria Baumqartner öldürülmüşdür. Hadisəyə qədər Bavariya əyalətində Hinterkayfek yer mövcud olmamışdır. Kayfek adı isə fermadan bir kilometr məsafədə yerləşən kənddən götürülmüşdür. Cinayətdən bir neçə gün öncə ferma sahibi Andres Qruber qar üzərində meşə tərəfindən evinə doğru gələn ayaq izlərinin olduğunu qonşularına bildirmişdi. Fermerin aşkarladığı izlər geri qayıtmamışdı.
Hərbi cinayətlər
Müharibə cinayəti — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir. Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir. Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir: Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: qəsdən adamöldürmə; işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; girov götürülməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri: mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi; şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi; qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması; Beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik; Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi; şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq; müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi; dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; ictimai və ya xüsusi əmlakın talan edilməsi; Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; kollektiv cəzalandırma; girov götürülmə; terror aktları; şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik; hərbi soyğunçuluq; məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi; silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
Müharibə cinayətləri

Münəvvər Qarabulud cinayəti
Münəvvər Qarabulud cinayəti — Lisey şagirdi Münəvvər Qarabuludun 3 mart 2009-cu il tarixində Cem Qəriboğlu tərəfindən öldürülməsi. Cinayət eşidildikdən sonra Türkiyə ictimaiyyətdə diqqət çəkmiş və böyük reaksiya meydana gəlmişdir. Qatil şübhəlisi Cem Qəriboğlu cinayətdən 197 gün sonra təslim olmuşdur. Mühakimə etmə müddəti 18 noyabr 2011 tarixində məhkumiyyət qərarının verilməsiylə sona çatmışdır. Münəvvər Qarabulud, İstanbulda 7 mart 1991 tarixində, əslən Bolu Məngənli bir ailənin ilk uşağı olaraq doğuldu. Atası Sürəyya Qarabulud aşpaz, anası Nagihan Qarabulud ev xanımı idi. Beşiktaş Bingül Ərdəm Liseyi son sinif şagirdi olan Qarabulud, eyni zamanda universitet hazırlıq dərsxanasına da gedirdi. Dərsxana dövründə Cem Garipoğlu ilə tanış oldu və yoldaşlıqları başladı. 3 mart 2009 axşamı Münəvvər Karabulutun cansız bədəni zibil yığıcı bir adam tərəfindən zibil konteynerində parçalanmış halda tapıldı. Ədli tibb araşdırması nəticəsində başı gövdəsindən ayrılmadan əvvəl bıçaq zərbələriylə yaralandığı daha sonra öldüyü təsbit edildi.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (ing. Organized Crime and Corruption Reporting Project) (OCCRP) — 2006-cı ildə qurulan və Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media və jurnalistlərin konsorsiumudur. Azərbaycanda blok olunub.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsi
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (ing. Organized Crime and Corruption Reporting Project) (OCCRP) — 2006-cı ildə qurulan və Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media və jurnalistlərin konsorsiumudur. Azərbaycanda blok olunub.
Nərmin Quliyeva cinayəti
Nərmin Quliyeva cinayəti — Tovuz rayonunun Dondar Quşçu kəndi sakini 2009 təvəllüdlü Nərmin Quliyevanın öldürülməsi hadisəsi. Nərmin Quliyeva 21 noyabr 2019 tarixində qaçırılmış, 45 gün sonra yanvarın 6-da ölü bədəni yandırılmış şəkildə tapılmışdır. Quliyeva Nərmin Şərif qızı 2009 təvəllüdlü Tovuz rayonunun inzibati ərazisində yerləşən Dondar Quşçu kəndinin sakini idi. Noyabrın 22-də bir sıra xəbər saytları Nərmin Quliyevanın 21 noyabr günorta saatlarında itkin düşdüyü xəbərini yayımladı. İlkin ifadələrə görə, Nərmin ailəsi ilə qatıldığı toy mərasimində atası tərəfindən gödəkçə gətirmək üçün babasıgilə göndərilib, lakin qayıtmayıb. Noyabrın 27-də Nərminin anası, nənəsi, atası və əmisi "Səni axtarıram" televiziya verilişinə Nərminin qaçırılması faktı ilə bağlı qonaq oldular. Nərminin cəsədi yanvarın 6-da axşam saatlarında Dondar Quşcu kəndində boş ərazidə yandırılmış şəkildə tapılması xəbəri yayıldı. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən Nərminin cansız bədəni yandırılmazdan 5 gün əvvəl öldürüldüyü və başında xəsarət izləri olduğu bildirilib. Kəndin bələdiyyə sədri Elmar Mürşüdovun ifadəsinə görə cinayət qurbanının meyidi qonşulardan biri tərəfindən təsadüfən tapılıb. Yanvarın 10-da 1973 təvəllüdlü kənd sakini İlkin Süleymanov hadisənin təqsirkarı olmaqda şübhəli bilinərək saxlanılıb.
Samuel Pati cinayəti
Sa mere la pute à ce bouffon Je lui baise sa mere Qətlin səbəbi Patinin söz azadlığı dərsində şagirdlərinə "Charlie Hebdo"nun İslam peyğəmbəri Məhəmmədin, birində çılpaq şəkildə olmaqla təsvir olunduğu karikaturalarını göstərməsi idi. Fransa Prezidenti Emmanüel Makron hadisənin "tipik İslamçı terror hücumu" olduğunu və "soydaşımızın uşaqlara söz azadlığını öyrətdiyinə görə öldürüldüyünü" söylədi. Cinayət son illərdə Fransada baş vermiş bir neçə islami terrorizm hadisəsindən biri idi və Fransa cəmiyyətində və siyasətində mübahisələrə səbəb oldu. Samuel Pati 1973-cü ildə anadan olub. O, Parisin mərkəzindən 30 kilometr şimal-qərbindəki Konflan-Sen-Onorin kommunasında yerləşən "Bois-d'Aulne" adlı orta məktəbdə tarix, coğrafiya və vətəndaş təhsili müəllimi idi. Məktəbdən on dəqiqə məsafədə olan kiçik Eranyi qəsəbəsində yaşayırdı. Evli idi və beş yaşında oğlu vardı. Pati Fransa milli tədris proqramına uyğun olaraq, ifadə azadlığı mövzusunda 2020-ci ilin oktyabr ayının əvvəlində əxlaqi və vətəndaş təhsili kursu tədris edirdi. Dərs əsnasında bəzi yeniyetmə tələbələrinə söz azadlığı ilə bağlı sinif müzakirəsi zamanı satirik jurnal olan "Charlie Hebdo"dan Məhəmmədin karikaturasını göstərdi. Pati karikaturanı göstərmədən əvvəl müsəlman şagirdlərinə əgər istəsələr sinifdən çıxmağa dəvət etdi.
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya — 9 dekabr 1948-ci ildə Parisdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 260 (III) saylı qətnamə ilə qəbul edildi. Konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir. İnsanlıq əleyhinə ən ağır cinayət kimi "soyqırım" konsepsiyasının beynəlxalq hüquqi statusunu müəyyənləşdirir və hüquqi tərifini verir. Polşalı yəhudi əsilli vəkil Rafael Lemkinin etnik qrupların məhvinə görə hüquqi məsuliyyət müəyyənləşdirmək və soyqırımı beynəlxalq cəmiyyət tərəfindən insanlığa qarşı cinayət kimi tanıması uzun illər davam edən mübarizənin zirvəsidir. Bütün iştirakçı ölkələrin müharibə və sülh dövründə soyqırım aktlarının qarşısının alınması və cəzalandırılması üçün tədbirlər görmələri tələb olunur. Konvensiyanı təsdiqləyən ölkələrin sayı 2011-ci ilin sentyabr ayı etibarilə 141-ə çatır. Maddə II soyqırımı aşağıdakı kimi müəyyənləşdirir: Maddə III cəzalandırılan əməlləri müəyyənləşdirir: Konvensiya, II Dünya Müharibəsi zamanı Üçüncü Reyxin törətdiyi Holokosta bənzər hərəkətlərin qarşısını almaq üçün qəbul edildi. Konvensiyanın ilk nəşrində siyasi qətllər də yer alırdı, lakin SSRİ və bir sıra digər ölkələr siyasi və ya sosial zəmində müəyyən edilmiş qruplara qarşı yönəlmiş hərəkətləri soyqırım kimi qəbul etməkdən imtina etdilər . Siyasi və diplomatik uzlaşma nəticəsində bu meyarlar istisna edildi. Soyqırımın subyektiv tərəfi "bu kimi qrupu ...
Suzanna Bombardye cinayəti
Suzanna A. Bombardye (ing. Suzanne A. "Suzie" Bombardier; 14 mart 1966–22 iyun 1980) — 22 iyun 1980-ci ildə qaçırılan, təcavüzə uğrayan və bıçaqlanan qız. Onun cəsədi 27 iyun San-Fransiskonun 60 mil şərqində, Antiok körpüsünün yaxınlığında, Antiokun şərqindəki San-Hoakin çayında üzən bir balıqçı tərəfindən tapıldı. 11 dekabr 2017-ci il əsaslı DNT analizindən sonra məhkum edilmiş seksual cinayətkar 63 yaşlı Mitçell Linn Bekom əsas şübhəli olaraq həbs edildi. O, ölümcül silahdan istifadə etməklə qətl, təcavüz, adam oğurluğunda ittiham edilmişdir. Bu, Antiokda üstü açılmayan ən qədim cinayət idi. Suzannanın cinayəti zamanı Bekom onun ailəsini tanıyırdı. Suzanna təcavüzə uğradı, sinəsindən bıçaqlandı və onun ürəyi deşildi. O, bacısının uşağına baxarkən Antiokda bacısının yaşadığı qəsəbədən oğurlandı. Suzannanın bacısı Stefani Mallen onu axtararkən saat 4-də evə çatdı.
Təhrif edilən cinayətkar (film, 1967)
Təhrif edilən cinayətkar (yap. 変態魔, ing. Perverted Criminal və ya ing. Abnormal Criminal) – 1967-ci ildə istehsal olunmuş Yaponiyanın erotik filmidir. Film baş qəhrəmanları cinayətkar və nekrofiliya olan qadındır. "Təhrif edilən cinayətkar" filmi dünya ölkələrində 3D formatında çəkilmiş ilk seks filmidir. Təhrif edilən cinayətkar — Internet Movie Database saytında.
Yuvenal cinayətkarlıq
Yuvenal cinayətkarlıq (lat. juvenis – gənc, cavan) — yetkinlik yaşına çatmayanların (qanunla müəyyən edilmiş yaş həddinə çatmayanlar) cinayətin törədilməsində iştirak etməsi. Əksər hüquq sistemləri yetkinlik yaşına çatmayanlarla əlaqədar xüsusi prosessual normalar müəyyən edir; məsələn, tərbiyə müəssisələri və yuvenal məhkəmə kimi. ABŞ-da yuvenal cinayətkarlar dedikdə adətən yaşı 18-dən aşağı olan və hüquq pozuntusu törədən şəxslər nəzərdə tutulur, hansı ki həmin yaş həddində müvafiq pozuntunu törədəcəkləri halda əməl cinayət kimi tövsif ediləcəkdi. Corciya, Nyu-York, Miçiqan, Missuri, Şimali Karolina, Nyu-Hempşir, Texas və Viskonsin ştatlarında isə 17 yaşadək olan şəxslər nəzərdə tutulur. Törədilən hüquq pozuntusunun növündən və ictimai təhlükəliliyindən asılı olaraq, 18 yaşınadək şəxslərin yetkinlik yaşına çatmış şəxslər kimi ittiham edilməsi mümkündür. 2016-cı ildə verilmiş informasiyaya görə əvvəlki dövrlərlə müqayisədə gənclərin daha böyük bir qismi hələ 20-li yaşlarının əvvəllərində tutulurlar. Baxmayaraq ki, bəzi alimlər belə nəticəyə gəlirlər ki, bu statistika gənclərin davranışındakı dəyişikliklərdən daha çox sərt cinayət mühakiməsi və sıfır tolerantlıq siyasətlərinin nəticəsini özündə əks etdirir. Yuvenal hüquq pozuntularına daha çox inzibati xətalar, mülkiyyət əleyhinə cinayətlər və zorakı cinayətlər daxildir. ABŞ hökumətinin rəsmi statistikasına görə 1993-cü ildə gənclərin şiddətə meylli hərəkətləri 12%-ə qədər azalmışdı: bu isə əksər yuvenal hüquq pozuntularının qeyri-zorakı olduğunu göstərirdi.
İnsanlıq əleyhinə cinayətlər
İnsanlıq əleyhinə cinayətlər — qəsdən öldürmə, qəsdən xəsarət yetirmə, işgəncə, əzab və ya əsarət, şəxs azadlığından məhrum etmə, elmi təcrübələrə məruz qalma, cinsi təcavüz, uşaqlara qarşı cinsi istismar, məcburi hamiləlik, məcburi fahişəlik. Bu, cəmiyyətin bir hissəsinə qarşı bir plana uyğun olaraq siyasi, fəlsəfi, irqi və ya dini motivlərin sistematik şəkildə işlənməsidir. Bu konsepsiya İkinci Dünya Müharibəsindən sonra geniş istifadə olunur. Bu termin ilk olaraq 28 may 1915-ci ildə İngiltərə, Fransa və Rusiyanın, Türkiyədəki ermənilərin qətl edildikləri iddiasıyla nəşr etdikləri bəyannamədə yer almışdır. İkinci Dünya Müharibəsindən sonra qəbul edilən Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsinin yurisdiksiyasında (səlahiyyətində) bəşəriyyətə (insanlığa) qarşı cinayətlər də sayılmışdır. Tərifi və əhatə dairəsi mübahisəli olmasına baxmayaraq, həm beynəlxalq, həm də milli şəkildə cəzalandırılması üçün qaydalar qəbul edilmişdir. İnsanlıq əleyhinə olan cinayətlər quruluş baxımından motivasiya və intensivlik meyarları ilə adi cinayətlərdən fərqlənir, həm də prosedur baxımından fasilələrə məruz qalmırlar. Roma Statusu 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının konfransında beynəlxalq səviyyədə kollektiv şəkildə törədilən insanlığa qarşı cinayətləri mühakimə etmək və cəzalandırmaq məqsədilə qəbul edilmiş və Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci il iyulun 1-dən vəzifəsinə başlamışdır. Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsi, nasistlərin sovet əsirlərinə qarşı etdikləri cinayətlərin insanlığa qarşı cinayətlərə örnək olmasına dair qərar çıxarıb.
İnsanlığa qarşı cinayətlər

Cinayət zamanı M yığın (film, 1952)
Cinayət zamanı M yığın (ing. Dial M for Murder) — 1954-cü ildə kinematoqraf Alfred Hitchcock tərəfindən çəkilmiş detektiv filmidir. Frederik Nottun məşhur “Telefon zəngi” pyesinin çox dəqiq uyğunlaşdırılmasıdır. Film IMDb-yə görə 250 ən yaxşı film siyahısına və Amerika Film İnstitutuna görə detektiv janrında olan ilk on filmə daxil edilmişdir.

Digər lüğətlərdə