cümlə

is. qram. proposition f, phrase f ; baş ~ proposition principale ; budaq ~ proposition subordonnée ; sadə ~ proposition simple ; mürəkkəb ~ phrase complexe ; ara ~ incise f ; proposition incidente ; şərt budaq ~si subordonnée f de condition ; tout ; ~ cahan tout le monde ; o ~dən y compris ; sən də o cümlədən toi y compris

cümhuriyyətçı
cümlə-cümlə
OBASTAN VİKİ
Cümlə
Cümlə — bitmiş fikri ifadə edən söz və ya söz birləşməsidir. Cümlə vasitəsilə bir hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik olunur. Cümlənin qurulmasında sözlərlə yanaşı, söz birləşmələri də iştirak edir. Heç bir söz və ya söz birləşməsi bitmiş fikir ifadə etmədən cümlə şəklinə düşə bilməz. Cümlə bir sözdən də ibarət ola bilər: Səhərdir. Cümlənin əsasını mübtəda və xəbər təşkil edir ki, bu da cümlənin qrammatik əsası adlanır. Yalnız köməkçi nitq hissələrindən də ibarət cümlə ola bilər. Belə cümlələrə söz cümlə deyilir. Sən gələcəksənmi? -Bəli.
Amorf cümlə
Amorf cümlə — Cümlənin adi, kanonik (müəyyən dil üçün məqbul sayılan) üzvlərinə görə bölünə bilməməsi.
Budaq cümlə
Budaq cümlə - tabeli mürəkkəb cümlənin baş cümləyə semantik və qrammatik cəhətdən tabe olan tərkib hissəsi. Budaq cümlə baş cümləyə müxtəlif cəhətdən xidmət edir; baş cümlədə ifadə olunan hal-hərəkətin zamanını, yerini, səbəbini və digər əlamətlərini bildirir. Azərbaycan dilində budaq cümlənin aşağıdakı növləri vardır: mübtəda budaq cümləsi xəbər budaq cümləsi tamamlıq budaq cümləsi təyin budaq cümləsi zərflik budaq cümlələri şərt budaq cümləsi qarşılıq-güzəşt budaq cümləsi. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh.17. Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, 1974, Abdullayev Ə., Cəfərov N., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə, Sintaksis. Bakı, 2009.
Mürəkkəb cümlə
Mürəkkəb cümlə — iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsi nəticəsində əmələ gələn sintaktik vahiddir. Mürəkkəb cümlə quruluşuna görə sadə cümlədən fərqlənir. Sadə cümlənin bir qrammatik əsası, mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Məsələn: Göy guruldadı. Yağış yağdı, Yaz gəlir. Təbiət oyanır. Quşların səsi eşidilir -cümlələri mübtəda və xəbərdən ibarət olan sadə cümlələrdir. Həmin cümlələrin birləşməsi yolu ilə mürəkkəb cümlə yaratmaq olar. Məsələn: Göy guruldadı və yağış yağdı. Yaz gəlir, təbiət oyanır, quşların səsi eşidilir.
Nəqli cümlə
Nəqli cümlə — obyektiv gerçəkliyin, xəyali aləmin bu və ya digər faktı, hadisəsi barədə məlumat verən adi təsviri cümlələrə nəqli cümlə deyilir (nəqli sözü ərəb mənşəli "naqil" sözü ilə bir kökdən olub paylayan, ötürən mənalarındadır). Nəqli cümlələr vasitəsilə yalnız gördüyümüz, müşahidə etdiyimiz fakt və hadisələr haqqında deyil, başqasından eşitdiyimiz, oxuduğumuz, bir çox hallarda mifoloji təfəkkürlə bağlı hadisələr haqqında da başqalarına məlumat verir və ya başqalarından məlumat alırıq. Nəqli cümlələr söz sırası və intonasiyanın köməyi ilə formalaşır. Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən, nəqli cümlə vasitəsilə ifadə edirlər. Nəqli cümlələrdə adətən mübtəda "məlum olan"ı — temanı, xəbər isə "yeni"ni bildirir. Ona görə də bu cür cümlələr ədəbi dilin normal söz sırasını nümayiş etdirir. Müxtəsər nəqli cümlələrdə qayda üzrə əvvəlcə mübtəda, sonra xəbər, geniş nəqli cümlələrdə isə əvvəl mübtəda, sonra xəbər zonası işlənir. Nəqli cümlə adi tonla deyilir. Sonda əsasən nöqtə, qoşa nöqtə və ya üç nöqtə qoyulur.
Tabeli mürəkkəb cümlə
Tabeli mürəkkəb cümlə iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən tabelilik əlaqəsi əsasında birləşməsindən yaranır. Belə cümlələrin tərkib hissələrinin qrammatik cəhətdən biri əsas, digəri isə ondan asılı olur. Əsas cümlə baş, asılı olan cümlə isə budaq cümlə adlanır. Budaq cümlə həmişə baş cümləyə aid olub, onu müxtəlif cəhətdən izah edir. Bu zaman budaq cümlə ya baş cümlənin buraxılmış cümlə üzvünün yerində işlənir, ya da ümumi məzmunla bağlı olur. Ümumi məzmunla bağlı olan şərt budaq cümlələri sadə cümləyə çevrilmir. Bəzi budaq cümlələr baş cümlənin buraxılmış üzvünün sualına cavab verir: Mən bilirdim ki (nəyi?) , hər şey bizim iradəmizdən asılıdır. Bu cümlədə baş cümlə budaq cümlədən əvvəl gəlib və baş cümlədəki buraxılmış üzvü – tamamlığı əvəz edir. Budaq cümlə baş cümlədə işarə əvəzliyi ilə verilmiş cümlə üzvünün sualına cavab olur: Mən onu da (nəyi?) bilirdim ki, əvvəl - axır torpaqlarımızı geri qaytaracağıq. O, elə (necə?) danışırdı ki, heç kəs diqqətini ondan yayındırmırdı.
Cümlə üzvləri
Cümlə üzvləri – bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr. == Mahiyyəti == Sadə cümlənin əsasını bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr təşkil edir. Bu cür söz və birləşmələr sintaktik səviyyədə cümlə üzvü adlandırılır. Azərbaycan dilindəki əksər cümlələr tərkib hissələrinə ayrılır, yəni üzvlənir. Cümlə üzvlərini öyrənmək üçün: onların sintaktik vəzifəsini; ifadə vasitələrini; aralarındakı sintaktik əlaqə üsullarını; quruluşunu; sintaktik suallarını; daxili növlərini müəyyənləşdirmək vacibdir. == İfadə vasitələri == Cümlə üzvləri əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. Nitq hissələri cümlə üzvü vəzifəsində iki cür çıxış edir: öz əsas funksiyasında; əlavə funksiyalarda. Nitq hissələrinin əsas funksiyası o deməkdir ki, əsas nitq hissələrinin hər biri sanki təbiət etibarilə bu və ya digər bir cümlə üzvünə təhkim olunmuşdur və əksərən həmin vəzifədə çıxış edir. Məsələn, mübtəda üçün adlıq halda, tamamlıq üçün yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında isim və əvəzliklər səciyyəvi ifadə vasitəsidir. Xitab və ara sözlərin sintaktik vəzifəsi olsa da, cümlə üzvü ola bilmir.
Cümlə üzvü
Cümlə üzvləri – bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr. == Mahiyyəti == Sadə cümlənin əsasını bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr təşkil edir. Bu cür söz və birləşmələr sintaktik səviyyədə cümlə üzvü adlandırılır. Azərbaycan dilindəki əksər cümlələr tərkib hissələrinə ayrılır, yəni üzvlənir. Cümlə üzvlərini öyrənmək üçün: onların sintaktik vəzifəsini; ifadə vasitələrini; aralarındakı sintaktik əlaqə üsullarını; quruluşunu; sintaktik suallarını; daxili növlərini müəyyənləşdirmək vacibdir. == İfadə vasitələri == Cümlə üzvləri əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. Nitq hissələri cümlə üzvü vəzifəsində iki cür çıxış edir: öz əsas funksiyasında; əlavə funksiyalarda. Nitq hissələrinin əsas funksiyası o deməkdir ki, əsas nitq hissələrinin hər biri sanki təbiət etibarilə bu və ya digər bir cümlə üzvünə təhkim olunmuşdur və əksərən həmin vəzifədə çıxış edir. Məsələn, mübtəda üçün adlıq halda, tamamlıq üçün yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında isim və əvəzliklər səciyyəvi ifadə vasitəsidir. Xitab və ara sözlərin sintaktik vəzifəsi olsa da, cümlə üzvü ola bilmir.
Kəmiyyət budaq cümləsi
Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və əlamətin miqdarını bildirir və nə qədər? sualına cavab verir. Kəmiyyət budaq cümləsində də, əsasən, baş cümlə budaq cümlədən sonra gəlir. Kəmiyyət budaq cümləsinin baş cümləyə bağlanmasında nə qədər, nə qədər ki, hər nə qədər və s. kimi bağlayıcı sözlər iştirak edir. Bu zaman baş cümlədə o qədər, bir o qədər (də), o qədər də, bir elə və s. kimi əvəzlik-qəliblərdən biri qarşılıq söz kimi iştirak edir. Məs: Nə qədər səbirli olsan, bir o qədər xeyirli olar. Ön cəbhə nə qədər möhkəm olsa, insanlar bir o qədər arxayın olar. Kəmiyyət budaq cümləsi bəzi hallarda hərəkətin deyil, əlamətin kəmiyyətini də bildirir.
Mübtəda budaq cümləsi
Mübtəda budaq cümləsi ya baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunur və mübtədanı izah edir. Məsələn: Hamıya məlumdur ki (nə?), payızda meyvə bol olur. Məktubda o da yazılmışdı ki (nə?), Çingizi xaricə göndərmək istəyir. Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır. Baş cümlədə mübtəda vəzifəsindən qarşılıq bildirən söz olur və ya təsəvvür edilir. Məsələn: İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmalıdır.
Məqsəd budaq cümləsi
Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir və niyə? nə üçün? nə məqsədlə? suallarından birinə cavab olur. Məqsəd budaq cümləsində də baş cümlə əvvəldə gəlir. Bu zaman əlaqə vasitəsi kimi "ki" bağlayıcısından istifadə olunur. Məs: Biz Nabrana getdik ki, istirahət edək. Başqa ölkələrdə yaşayan azərbaycanlılar gəlmişdilər ki, vətənə kömək etsinlər. Çox zaman baş cümlədə əvəzlik-qəlib rolunda ona görə, ondan ötrü sözləri də işlənir. Məs: Məktəblilər Fəxri xiyabana ona görə gedirdilər ki, ulu öndər H. Əliyevin məzarını ziyarət etsinlər.
Nida cümləsi
Nida cümləsi söylənilən fikrə emosional münasibət bildirən cümlələrə deyilir. Nəqli cümlə, sual və əmr cümlələri adi tonla tələffüz edildiyi kimi, yüksək tonla tələffüz edilərək, hiss-həyəcanla dolğunlaşdırıla bilir və bu zaman nida cümlələri yaranır; məs.: Zaman bizə bir anadır! Biz zamanın övladıyıq! Mən həyatın bu hökmünü ömrüm boyu alqışladım! (S.Vurğun) Bir ayaqları gorda olan bu quru-taqqanaq qocalar bu sehri hardan alırdılar?! (İ.Hüseynov) Qoy göyün ulduzu göyə nur saçsın, Yerin də arzusu yerdə gül açsın! (S.Vurğun) S.Vurğundan verdiyimiz ilk cümlələr nəqli, ikinci misal sual, sonuncusu əmr cümləsi əsasında yaranmış nida cümlələridir. Nida cümlələrinin formalaşmasında intonasiyanın rolu əsasdır. İntonasiya vasitəsilə adi nəqli cümlələrdə şadlıq, sevinc, qəzəb, nifrət, təəccüb, heyrət, istehza, təəssüf və s. kimi hisslər ifadə olunur, emosional münasibət cümlənin yüksək tonla tələffüzünə, nida cümləsi kimi formalaşmasına səbəb olur; məs.: Bəsdi!
Qarşılıq-güzəşt budaq cümləsi
Qarşılaşdırma budaq cümləsində baş və budaq cümlənin məzmunu bir- biri ilə qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir və ya biri digərinə güzəştə gedir. Qarşılaşdırma budaq cümləsi də məzmunla bağlıdır. Budaq cümlənin bu növündə budaq cümlə başcümlədəki hər hansı suala cavab vermir. Budaq cümlənin bu növü baş cümlədən əvvəl gəlir. Budaq cümlə baş cümlə ilə nə qədər? bağlayıcı sözü, -sa, -sə şəkilçisi və da, də, belə ədatları ilə əlaqələnir. Məs.: Müəllim nə qədər danışsa da, yaxşı cavab ala bilmirdi. Nə qədər qoca olsam da, deyərəm min cavana. Hara gedir-getsin, əlimdən qurtara bilməyəcək. Qarşılaşdırma budaq cümləsində bağlayıcı söz işlənməyə də bilər: Məs.: Mehman yorulsa belə, işdən doymurdu.
Sadə cümlənin şəxsə görə növləri
Sintaksisdə şəxs dedikdə mübtəda nəzərdə tutulur. Cümlənin şəxsə görə növləri də mübtədanın olması və ya onun təsəvvür olunması dərəcəsinə görə müəyyənləşir. Sadə cümlənin şəxsə görə növləri aşağıdakılardır: Müəyyən şəxsli cümlə. Qeyri-müəyyən şəxsli cümlə. Ümumi şəxsli cümlə. Şəxssiz cümlə. Adlıq cümlə (mübtəda əsasında formalaşır). Mübtədası və xəbəri- cümlənin qrammatik əsası iştirak edən cümlələr müəyyən şəxsli cümlələrdir. Məsələn: Həyat mübarizədir. Aqşin dərs əlaçısıdır.
Sual cümləsi
Sual cümləsi - Bir şeyi öyrənmək, dəqiqləşdirmək və ya yeni məlumat almaq məqsədilə işlədilən cümlələrə deyilir. Əgər nəqli cümlələr vasitəsilə danışan şəxs müsahibinə məlumat verir, bir məlumat ötürürsə, sual cümlələri dinləyənin fikrini bilmək, ondan məlumat almaq, onun köməyi ilə məlumatını dəqiqləşdirmək, zənginləşdirmək məqsədi daşıyır. Məsələn: - Kimsiniz, hara gedirsiniz? - Elçiyik, Sultanın yanına gedirik. - Bu zənən xaylağı da elçidir? - O zənən Uzun Həsənin anasıdır. Ona baş əyməlisən, ağayi-başçı. (F. Kərimzadə) Sual cümlələri intonasiyanın, sual əvəzliklərinin və sual ədatlarının köməyi ilə qurulur. İntonasiya sual mənası yaradan ən universal vasitədir. Sual cümlələrinin bir qismi başqa heç bir vasitə olmadan, yalnız intonasiyanın köməyi ilə yaranır.
Səbəb budaq cümləsi
Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir və niyə? nə üçün? nəyə görə? nə səbəbə? suallarından birinə cavab olur. Səbəb budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl işlənir. Bu zaman əlaqə vasitəsi ki, çünki, ona görə ki, ondan ötrü ki və s. kimi bağlayıcılar olur. Məs: Günəşin çıxmağından qorxurdu, çünki günəş ağappağ dumanı dağıda bilərdi. İndi hamının kefi saz idi, ona görə ki hamısının yuxusu qaçmış, zehni açılmışdı.
Tabesiz mürəkkəb cümlələr
Tabesiz mürəkkəb cümlələr iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən bərabər hüquq əsasında vahid bir tam kimi birləşməsi yolu ilə əmələ gələn sintaktik vahiddir. Tabesiz mürəkkəb cümlələrin səciyyəvi quruluş xüsusiyyətləri vardır. Çox zaman tərkib hissələrində bir paralellik olur; bu xüsusiyyət atalar sözləri və məsəllərdə özünü daha çox göstərir; məs.: Lələ var, yurdu yox. Xalq qız alır – quda qazanır, mən qız aldım, qada qazandım. Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər. Bu gün sən deyirsən, sabah sənə deyərlər. Artıq tamah daş yarar, daş qayıdar baş yarar və s. Belə cümlələr üçün komponentlərdən ikincisinin (və ya hər ikisinin) natamamlığı, yarımçıqlığı, cümlənin ümumi mənası əsasında bərpa oluna bilməsi də səciyyəvi hallardandır: Xəbərçi yalançı olar, yalançı – xəbərçi. Rəhmət yazana, lənət pozana! Sözlərdə qonaq sözü, səslərdə kəfkir səsi.
Tamamlıq budaq cümləsi
Tamamlıq budaq cümləsi ya baş cümlənin olmayan tamamlığı əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan tamamlığı izah edir. Kimi? nəyi? kimə? nəyə? kimdə? nədə? kimdən? və s. suallarından birinə cavab verir.
Tərzi-hərəkət budaq cümləsi
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin nə cür icra olunduğunu bildirir. Budaq cümlə baş cümlənin feili xəbərinə aid olur. Sualları: necə? nə cür? Adətən, baş cümlədə elə, belə əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər, əsasən, feili xəbərə aid olur. Bu zaman hərəkətin tərzi mənasında başa düşülür. Məs: Elə (necə?) çağırdı ki, hamı dönüb baxdı. Tərzi-hərəkət budaq cümləsində baş vəzifəsində budaq cümlənin yeri sabit deyil. Baş cümlənin əvvəl gəldiyi növlərində əlaqə vasitəsi intonasiya və yaxud tabelilik bağlayıcısı olur.
Təyin budaq cümləsi
Təyin budaq cümləsi baş cümlənin isimlə və ya isimləşmiş sözlərlə ifadə olunmuş hər hansı bir üzvünü təyin edir və təyinin suallarına (necə? nə cür? hansı?) cavab verir. Adətən, təyin budaq cümləsinin baş cümləsində o, bu, elə, belə, həmin, bir, elə bir, o qədər və s. kimi əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər budaq cümlənin bu növündə özündən sonra isim tələb edir. Təyin budaq cümləsi əksər zaman baş cümlədən sonra gəlir. Bu vaxt əlaqə vasitəsi ya tabelilik bağlayıcısı, ya da intonasiya olur. Məs: Mən o (hansı?) kəndləri gəzmişəm ki, havası havadır, suyu sudur. Elə (necə?) otlar var ki , min bir dərdin dərmanıdır.
Xəbər budaq cümləsi
Xəbər budaq cümləsi baş cümlənin əvəzlik-qəliblə ifadə olunmuş xəbərini izah edir və ismi xəbərin suallarına (kimdir? nədir? nədəndir? nə oldu? necədir? və s.) cavab verir. Xəbər budaq cümləsində işlənən əvəzlik-qəliblər bunlardır: odur, budur, o idi, bu idi, elədir, belədir, eləsən, beləsən, oradadır, buradadır, burası idi, orasındadır, onun üçündür, bunun üçündür . Baş cümlənin xəbəri, əsasən, ismi xəbərli olur. Xəbər budaq cümləsində əvəzlik-qəlib, demək olar ki, həmişə işlənir. Əlaqə vasitəsindən asılı olaraq, xəbər budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl və sonra işlənə bilər.
Yer budaq cümləsi
Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir və haraya? harada? haradan? suallarından birinə cavab olur. Yer budaq cümləsi, adətən, baş cümlədən əvvəl gəlir. Budaq cümlədə haraya (ki), harada (ki), haradan (ki), o yerə (ki), o yerdən (ki), bir yerə ki, bir yerdən ki və s. kimi bağlayıcı sözlər işlənir. Bu zaman əlaqə vasitəsi kimi -sa² şəkilçisi də iştirak edə bilər. Baş cümlədə oraya (ora), orada, oradan, və s. kimi əvəzlik-qəliblər işlənir.
Zaman budaq cümləsi
Zaman budaq cümləsi baş cümlədəki hərəkətin, əlamətin zamanını bildirir və nə vaxt? nə zaman? haçan? suallarından birinə cavab olur. Zaman budaq cümləsində də baş cümlə budaq cümlədən əvvəl və sonra gələ bilər. Baş cümlə əvvəl gəldiyi zaman əlaqə vasitəsi ki tabelilik bağlayıcısı olur. Bu zaman baş cümlədə o vaxt, onda, o zaman, o vədə, elə bir vaxtda və s. kimi əvəzlik-qəliblər işlənir. Məs: Mən onda kəndə çatdım ki, qaranlıqlaşırdı. Sadıq o zaman dükana çatdı ki, dükana yeni mallar gəlmişdi.
Zərflik budaq cümlələri
Zərflik budaq cümlələri
Şərt budaq cümləsi
Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab olur. Şərt budaq cümləsinin əsas qrammatik göstəricisi -sa, -sə şəkilçisidir. Bundan başqa, budaq cümlə baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə də bağlana bilər. Əlaqə vasitələrinin hər ikisi də bir yerdə işlənə bilər, təkcə -sa, -sə şəkilçisi də işlənə bilər. Bu halda baş cümlə budaq cümlədən sonra gəlir. Məs: Əgər qoca yıxılıb ölsə, bütün miras oğlana qalacaq. Hərgah Ataş bu kişi ilə yaxınlaşsa, çox şey öyrənəcəkdi. Boyum uca olsa idi, mən də səninlə arxada oturardım. Madam ki bu fikrə gələcəkdiniz, mənim təklifimi rədd etməməliydiniz.
Əmr cümləsi
Əmr cümləsi – əmr, xahiş, təkid, tələb, məsləhət, nəsihət, çağırış və s. bildirən cümlələrə deyilir. Cümlənin bu növü danışan şəxsin fikirlərini, arzu və istəyini, işə, hərəkətə münasibətini müxtəlif çalarda ifadə edir; məs.: İlahi, yandıq! Yaratdıqlarına rəhmin gəlsin! (Ə.Haqverdiyev) Çəkil get, dinməz otur yerində. Get öz mənzilində otur. Get, bala, ağlını başına cəm elə və otur yerində. (Ə.Haqverdiyev) Ey bu axşamın sahibi, oğlumu sənə tapşırıram. Sən onun ağlını qılıncı, qılıncını ağlı kimi iti, baxtını atı kimi yüyrək, taleyini göylər çırağı kimi işıqlı elə. (F.Kərimzadə) Dayı, mənim də bir məsləhətimə qulaq asın də.
Cümlələr
Cümlə — bitmiş fikri ifadə edən söz və ya söz birləşməsidir. Cümlə vasitəsilə bir hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik olunur. Cümlənin qurulmasında sözlərlə yanaşı, söz birləşmələri də iştirak edir. Heç bir söz və ya söz birləşməsi bitmiş fikir ifadə etmədən cümlə şəklinə düşə bilməz. Cümlə bir sözdən də ibarət ola bilər: Səhərdir. Cümlənin əsasını mübtəda və xəbər təşkil edir ki, bu da cümlənin qrammatik əsası adlanır. Yalnız köməkçi nitq hissələrindən də ibarət cümlə ola bilər. Belə cümlələrə söz cümlə deyilir. Sən gələcəksənmi? -Bəli.

Значение слова в других словарях