Buzov və danadan sonrakı yaş dövründəki (2 yaşda) olan dişi, lakin hələ doğmamış (buğaya gəlməmiş) inək və ya camışdır. Güman ki, dəvə (bunun bir neçə növü var: boz dəvə, bukur dəvə, çatıl dəvə) sözünün təhrif olunmuş formasıdır və mənaca dəyişib. Başqa yozum da ola bilər: düyə doğmaq sözü ilə bağlıdır, “buğaya gəlmə ərəfəsi” deməkdir. Dialektlərdə işlənən day (daylaq, dayça), bəzi türk dillərində özünü göstərən doqan (2 yaşlı dişi day) sözləri də buna müəyyən əsas verir. Buğa sözü də buğra sözünün həm forma, həm də mənaca dəyişmiş şəklidir. Buğra –“erkək dəvə” demək olub, buğa isə döllük kələyə deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)