DAĞLAR

1) dağ qurumu, sıra dağlar, dəniz səviyyəsindən bir neçə min metr yüksəyə qaldırılmış, daxili yüksəkliyi kəskin tərəddüd edən yer qabığının qırışıq, qırışıq-qayma strukturlu geniş sahəsi. D. düz xətt şəkilində və ya qövsvari əyilərək yüz və min kilometrlərlə uzanır /Piriney, Alp, Karpat, Altay, Himalay, Böyük və Kiçik Qafqaz dağları/. Taksonomik əlamətlərinə görə dağ qurumları müxtəlif dərəcəli dağdaxili, dağarası çökəkliklərlə, dərələrlə ayrılandağ qurşaqlarına, dağlıq ölkələrə, dağ sistemlərinə, dağ qruplarına, dağ silsilələrinə ayrılır. Morfoloji cəhətdən yüksək, orta və alçaq D. ayrılır. D. üçün landşaftın yüksəklik qurşaqları səciyyəvidir; 2) bax: Erozion dağlar; 3) bax: Vulkanik dağlar горы mounts, mountains
DAĞIN ZİRVƏ SƏTHİ
DAĞLARIN BAZAL ZONASI
OBASTAN VİKİ
Dağlar Abdullayev
Dağlar Məmməd oğlu Abdullayev (15 avqust 1938, Ağdaş – 10 may 2014, Bakı) — Azərbaycan tibb xidməti general-mayoru. Dağlar Abdullayev 1938-ci il 15 avqustdə Ağdaş rayonunda anadan olmuşdur. 1956-cı ildə 1 saylı Ağdaş şəhər orta məktəbini bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1960-cı ildə həmin institutu "həkim-stomotoloq" ixtisası üzrə bitirmişdir. 1961-ci ildə kadr kimi Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilmişdi. 1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında "həkim-stomotoloq" kimi xidmət edən Dağlar Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirmiş, 1968-ci ildən isə alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir. 1978–1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi vəzifələrində işləmişdi. 1983-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə xidmətini davam etdirmək üçün yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilib və Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin olunmuşdu. 1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hərbi kafedrasının tədris hissə üzrə rəisi təyin edilmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir. 2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirmişdi.
Dağlar Günü
Dağlar Günü — beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbir. BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır. BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq "Dağlar Günü" kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. "Dağlar Günü" hər il bir başlıq altında qeyd olunur. 2007-2008-ci illərdə keçirilən dağlar günü dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyinə həsr olunmuşdur. 2009-cu il dekabrın 11-i "Dağlar fəlakət təhlükəsinin idarəedilməsi" adlandırılmışdır. Dağlarda kənd təsərrüfatı üçün yararlı otlaqların mövcudluğu və təbii fəlakət təhlükələrinin olması burada insan fəaliyyətinin tənzimlənməsini tələb edir. Təbii ki, bunu həyata keçirmək üçün milli səviyyədə müvafiq inkişaf strategiyası hazırlanmalıdır və ona əsasən mərhələlər üzrə tədbirlər planı tərtib olunmalıdır.
Dağlar Oğlu (1965)
Bu film sonradan həkim olan çoban haqqında hekayədir.
Dağlar qızı Reyhan
Dağlar qızı Reyhan (mahnı)
Dağlar oğlu (film, 1965)
Bu film sonradan həkim olan çoban haqqında hekayədir.
Dağlar qızı Reyhan (mahnı)
Dağlar qızı Reyhan — Azərbaycan xalq mahnısı. 1960-ci ildə mahnını ilk dəfə SSRİ xalq artisti Rəşid Behbudov ifa etmişdir. 1918-ci il Mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazdan olan Reyhan adlı gəlin isə qaçıb gizlənməyi bacarır. Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada "Gəlinqaya" adlandırılan yerdə daşnakları darmadağın edir. 1928-ci ildə Reyhan həbs olunur, amma bolşeviklər tərəfindən güllələnməyə aparılan zaman o, xilas edilir. Reyhanın adı və soyadı dəyişdirilir. O, Krımdakı bir monastrda yerləşdirilir. Hansı monastra yerləşdirildiyi məlum deyildir. Əslən Xaçmazın Padar kəndindəndir.
Dağlar qızı Reyhan (film, 1969)
Dağlar qızı Reyhan (türk. Dağlar Kızı Reyhan) — 1969-cu ildə Mətin Erksanın rejissorluğu, Bülənd Oran və Müzəffər Arslanın ssenari müəllifliyi ilə çəkilmiş Türkiyə dram filmi. Filmin prodüseri Müzəffər Arslandır. Filmin baş rollarını Filiz Akın, Kartal Tibet və Ömər Dönmez canlandırır.
Asimmetrik dağlar
Erezion dağlar
Masa dağlar
Masa və tava dağlar (rus. горы столовые, ing. table mountains) — denudasiyaya davamlı çökmə və ya püskürmə süxur layları ilə örtülmüş dik yamaclı və yastı səthli təcrid olunmuş yüksəklik. Qalxmış laylı düzənliklərin erozion parçalanması və ya qırılmalar boyu ayrı-ayrı blokların differensial yerdəyişməsi zamanı əmələ gəlir.
Merrixli dağlar
Merrixili dağlar və ya Miniatürlü dağlar İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanındadır. Bu dağlar Mərrix dağlarına bənzər dağlardır. Dünyada bu şəkildə dağlar azdır və Bedlend (Pis toprağ) adlanırlar. Çabaharın 200 turistik attraksionları dərgisi.
Mərrixli dağlar
Merrixili dağlar və ya Miniatürlü dağlar İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanındadır. Bu dağlar Mərrix dağlarına bənzər dağlardır. Dünyada bu şəkildə dağlar azdır və Bedlend (Pis toprağ) adlanırlar. Çabaharın 200 turistik attraksionları dərgisi.
Qayalı Dağlar
Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi. Sakit okean və Atlantik okeanı arasında suayırıcı. Kanada və ABŞ ərazisindədir. Uzunluğu təqribən 3200 km, eni 700 km-ə, hündürlüyü 4399 m-ə qədərdir (Elbert dağı). Əsasən, arxeozoyun kristallik süxurlarından, şimal hissədə isə paleozoyun çökmə süxurlarından ibarətdir. Qeyzerlər və termal bulaqlar var. Zəlzələlər olur. Qayalı Dağların ətəklərində iynəyarpaqlı meşələr, yuxarılarda subalp və alp çəmənləri, mərkəzi və cənub hissədə çöl bitkiləri yayılmışdır. Qayalı dağlarda zəngin kömür, mis, molibden, qızıl, gümüş, neft yataqları, milli parklar (qoruqlar) - Casper, Robson, Banf (Kanadada) və Yellouston (ABŞ-də) var.
Qaymalı dağlar
Qaymalı dağlar (rus. горы глыбовые столовые, ing. block table mountains) — differensial hərəkət təsirinə məruz qalaraq qırılma və pozulmalarla parçalanmış və mürəkkəbləşmiş, yer qabığının ayrı-ayrı qaymalarının əmələ gətirdiyi dağlar. Struktur xüsusiyyətlərinə görə stolvari, qaymalı və qırışıq-qaymalı dağlara ayrılır.
Qırışıqlı dağlar
Qırışıqlı dağlar (rus. горы складчатые, ing. folded mountains) — inkişafının ilk mərhələlərində əsas oroqrafik elementləri plikativ dislokasiyalarla əmələ gələn, müxtəlif yaşlı tektonik dağlar. Q.d. aşağıdakı növləri vardır: 1) qırışıq strukturları relyefdə əks olunan epigeosinklinal Q. d. (Qafqaz, Alp və s.); 2) platformaların qırışıqlı özülünün dislokasiyaya uğraması nəticəsində əmələ gələn Q. d.. Onların oroqrafik ünsürləri adətən tektonikaya uyğun gəlir (Tyan-Şan, Altay və s.).
Qədim dağlar
Qədim dağlar (rus. древние горы, ing. old mountains) — qırışıq strukturu qədim (alpa qədərki) qırışıqlıq epoxalarında yaranmış və sonrakı orogenezlər nəticəsində dəfələrlə mürəkkəbləşmiş dağlar. Qədim dağlar morfoloji baxımdan yeni və müasir tektonik hərəkətlər nəticəsində cavanlaşa bilər. (məs: Baykal dağlıq vilayətinin dağları).
Kordilyer (sıra dağlar)
Kordilyer — (rus. кордильера, ing. cordillera) fiziki coğrafiya və geomorfologiyada ümumi məfhum olub, müəyyən məsafədə uzanmış və müəyyən dərəcədə paralel dağ silsilələrini ifadə etmək üçün istifadə edilir (ona bitişik dərələr, hövzələr, platolar, düzənliklər, yaylalar, çaylar və göllərlə birlikdə). Kordilyerlərin ayrı-ayrı hissələri müxtəlif istiqamətli ola bilər, lakin əsas istiqamət bir olur (mis: Cənubi Amerikada And paralel dağ sistemləri). Məfhum Cənubi Amerikada ayrılıqda dağ sistemlərini ifadə etmək işlədilir.
Qara dağlar (Qafqaz)
Qara dağlar (rus. Черныя Горы, Черныя горы) — Qafqazdakı dağların tarixi adıdır, oronim Böyük Qafqaz dağ sisteminin şimal yamacı boyunca uzanan dağ silsilələrini əhatə edir. Bunlar əsasən Qafqaz silsiləsinin şimalına paralel olaraq, Kuban çayının mənsəbindən Sulak çayına qədər uzanan dağ silsilələri (qısa silsilələr), yaylalar, təpələr zənciri və ayrılmış zirvələrdir. Elmi və publisistik ədəbiyyatda oronimlərin yayılma sərhədləri haqqında dəqiq fikir yoxdur. Rusiya imperiyası dövrünün oroqrafik sistematikasında Qara dağlar Böyük Qafqazın üç iri silsiləsi - Qayalı, Pastbiş və Lesisti kimi başa düşülürdü. Sovet dövründə Qara Dağlara yalnız iki oroqrafik vahid - Pastbiş və Lesisti silsilələri aid edildi, Qara dağların sərhədləri qərbdə və xüsusən şərqdə qısalırdı. Bir sıra sovet və müasir tədqiqatçılar, eləcə də yerli əhali, ümumiyyətlə Qara dağlar adından yalnız Meşə silsiləsi üçün istifadə edir (bu xüsusən Çeçenistandakı Qara dağlar hissəsinə aiddir). Bu gün "Qara dağlar" tarixi adının lokalizasiyası Rusiya əraziləri: Krasnodar diyarı, Adıge, Qaraçay-Çerkesiya, Stavropol, Kabarda-Balkariya, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstan boyunca uzanan bir sıra silsilələri əhatə edir. Qara dağların sərhədlərinin fərqli anlaşılması səbəbindən bir çox qaynaq fərqli morfometrik xüsusiyyətlərini göstərə bilər. Qara dağların zirvələri, meşə sərhədi ilə məhdudlaşaraq, qar xəttinin və ya yüksək alp çəmənliklərinin səviyyəsinə çatmır.
Aramızdakı dağlar (film, 2017)
Aramızdakı dağlar (ing. The Mountain Between Us) — İdahodakı qar fırtınası səbəbindən bir çox insan ilə birlikldə jurnalist Aleks Martin və cərrah Ben Bass hava limanında qalırlar. Cərrah Benin təcili əməliyyatı, Aleks Martinin isə toyu var. Onlar şəxsi təyyarə tutaraq Nyu-Yorka tez çatmaq istəsələr də, təyyarə yolda qəzaya uğrayır. Təyyarə qəzasından can qutarmış Ben və Aleks ucqar dağların sərt şəraitində sağ qala bilmək üçün ortaq dil tapmalıdırlar. Heç kəsin onlarına imdadına yetişməyəcəyini anladıqda onlar yüzlərlə kilometrlik təhlükəli yola düşməli olurlar. Bu iki şəxs onlara kömək gəlməyəcəyini başa düşdükdən sonra təhlükəli və uzun bir yola çıxmağa məcbur olurlar. Ben və Aleksin sağ qalmaq uğrunda mübarizələri onların bir-birilərinə bağlanmasına səbəb olur. Ben və Aleks təyyarə qəzasından sonra düşdükləri ekstremal vəziyyətdən xilas olmaq üçün bir-biriləri ilə anlaşmalıdırlar. Bu iki şəxs onlara kömək gəlməyəcəyini başa düşdükdən sonra təhlükəli və uzun bir yola çıxmağa məcbur olurlar.
Arxalı dağlar (film, 1985)
Arxalı dağlar filmi rejissor Adil Ələkbərov tərəfindən 1985-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Qax rayonundakı Kirov adına kolxozun çobanı Milyaz Mirzəyev və onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasından bəhs edir. Filmdə öz sənətini sevən, ona bütün varlığı ilə bağlanan, zəhmətin qədrini bilən, onu qiymətləndirən bir insan haqqında-Qax rayonundakı Kirov adına kolxozun çobanı Milyaz Mirzəyev və onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasının işi haqqında söhbət gedir. 1988-ci ildə Moskvada Ümumittifaq kənd təsərrüfatı filmləri kinofestivalında sənədli film ÜİXTNS-in gümüş Medalına layiq görülüb.
Biz və bizim dağlar
Biz və bizim dağlar (erm. Մենք ենք մեր սարերը, Menk enk, mer sarerı, hərf. Biz dağlarımızıq), həmçinin Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) və ya Qarabağlılar (erm. Ղարաբաղցիներ, Ğarabaghtsiner) — Xankəndi şəhərinin şimalında 1967-ci ildə tikilmiş abidə. Abidə ermənilər arasında Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) kimi də tanınır. Heykəl Dağlıq Qarabağın erməni icmasının, hətta bütövlükdə erməni kimliyinin simvolu kimi qəbul edilir. Abidə heç bir dövlət tərəfindən tanınmayan keçmiş Qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi simvollarından biri idi və Dağlıq Qarabağ Respublikasının gerbində istifadə edilirdi. Heykəltəraşı Sarqis Bağdasaryan, memarı Səfi Qarayevdir. == Tarixi == "Biz və bizim dağlar" abidəsi keçmiş Azərbaycan SSR DQMV-nin Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılmışdır.
Dağlar qızı Reyhan (film)
Dağlar qızı Reyhan (türk. Dağlar Kızı Reyhan) — 1969-cu ildə Mətin Erksanın rejissorluğu, Bülənd Oran və Müzəffər Arslanın ssenari müəllifliyi ilə çəkilmiş Türkiyə dram filmi. Filmin prodüseri Müzəffər Arslandır. Filmin baş rollarını Filiz Akın, Kartal Tibet və Ömər Dönmez canlandırır.
Dağlarda Ada (1971)
Dağlarda Ada (film, 1971)
Dağlarda Zavod (1962)
Dağlarda boşanma
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur. Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır.
Dağlarda döyüş (film, 1967)
Hərbi-vətənpərvərlik filmində sərhədçilərin adi, gündəlik fəaliyyətlərindən, sərhəddə sayıq durmalarından, çətin, lakin şərəfli vəzifələrindən danışılır. Valideyn məhəbbəti ilə vətənə, vəzifə borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin hər şeydən uca tutulması filmin əsas qayəsidir. Filmdə İkinci Dünya müharibəsində əsir düşənlərin yaralı şəraitdə düşmən əlinə keçməsinə baxmayaraq vətənə qayıtdıqdan sonra repressiya qurbanı olmalarından və onların faciəli aqibətindən də söhbət açılır. Film aktyor Şahmar Ələkbərovun kinoda ilk işidir. Film yazıçı Əhmədağa Qurbanovun (Muğanlı) "Tikanlı məftillər" povesti əsasında ekranlaşdırılmışdır. Prokata çıxdığı zaman filmə 21,5 milyon tamaşaçı baxmışdı. Ssenari müəllifi: Əhmədağa Qurbanov Quruluşçu rejissor: Kamil Rüstəmbəyov Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Cahangir Cahangirov Səs operatoru: Əziz Şeyxov Məsləhətçi: N.Peskov (general-mayor), S.Baranov (polkovnik) Rejissor: Məmməd Əlili Rejissor assistenti: Əşrəf Mamayev, T.Məmmədov, Əbdül Mahmudov Operator assistenti: Sərdar Vəliyev(S. Vəliyev kimi), Ş.Zalov Geyim rəssamı: Məmməd Hüseynov Qrim rəssamı: Telman Yunusov Fotoqraf: Y.Sazonov Rəssam assistenti: Ə.Musayev Montaj edən: A.Klebanova Montaj üzrə assistent: M.Balamsa Quraşdırılmış səhnələrin operatoru: Teyyub Axundov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Redaktor: Y.Vəkilov Filmin direktoru: S.Bəyazov Çalır: Nazirlər Soveti Yanında Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: A.Roytman Mahnını ifa edən: Oqtay Ağayev Şahmar Ələkbərov — Fərrux Rza Əfqanlı — Sərxan Möhsün Sənani — Qəmbər Ofeliya Sənani — Hicran Stanislav Kovtun — mayor Nəzərov Kamal Xudaverdiyev — baş leytenant Rəhimov İvan Pereverzev — polkovnik Vladimir Kolokoltsev — Oleq Süleyman Ələsgərov — mayor Poladov Abbas Rzayev — Feyzi Məlik Dadaşov — sərhədpozan Ətayə Əliyeva — Qəmbərin arvadı Heydər Şəmsizadə - Baxış kişi Yuri Muzıçenko - həkim Vladimir Breus Əhməd Əhmədov — kontrabandaçı İsmayıl İsayev - işçi Yusif Vəliyev — milis işçisi Əbdül Mahmudov - çayçı Zirəddin Tağıyev - sərhədçi əsgər Əminə Yusifqızı - Hicran (Ofeliya Sənani)(titrlərdə yoxdur) Rafiq Əzimov — Oleq (Vladimir Kolokoltsev) (titrlərdə yoxdur) Əli Zeynalov — polkovnik (İvan Pereverzev) (titrlərdə yoxdur) Yusif Vəliyev — Sərxan (Rza Əfqanlı) (titrlərdə yoxdur) Həsənağa Turabov — mayor Nəzərov (Vyaçeslav Kovtun) (titrlərdə yoxdur) Bahadur Əliyev — rus sərhədçi (titrlərdə yoxdur) Ramiz Məlikov — starşina (titrlərdə yoxdur) Hamlet Xanızadə — milis işçisi (Yusif Vəliyev) (titrlərdə yoxdur) Ağaxan Salmanlı - Morozov (titrlərdə yoxdur) Tofiq Məmmədov- Vasili (titrlərdə yoxdur) Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Dağlarda işıq (film, 1973)
Film Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil olunmasının 50 illiyinə həsr edilmişdir. Kinolentdə vilayətin sənaye və kənd təsərrüfatı sahəsindəki nailiyyətləri göstərilməklə bərabər Vaqif, Üzeyir Hacıbəyov, Bülbül, Natəvan haqqında, Qarabağın şeir və sənət ocağı olduğu barədə konkret tarixi faktlarla söhbət açılır. Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Cəmil Əlibəyov Operator: Tofiq Sultanov Səs operatoru: Kamal Seyidov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 268.
Dağlarda toy
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur. Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır.
Dağlarda zavod (film, 1962)
Dağlarda İşıq (1973)
Film Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil olunmasının 50 illiyinə həsr edilmişdir. Kinolentdə vilayətin sənaye və kənd təsərrüfatı sahəsindəki nailiyyətləri göstərilməklə bərabər Vaqif, Üzeyir Hacıbəyov, Bülbül, Natəvan haqqında, Qarabağın şeir və sənət ocağı olduğu barədə konkret tarixi faktlarla söhbət açılır. Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Cəmil Əlibəyov Operator: Tofiq Sultanov Səs operatoru: Kamal Seyidov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 268.
Efiopiya dağları
Efiopiya dağları və ya Həbəşistan dağları — Afrikanın şimal-şərqində Efiopiya, Eritreya və Somalinin şimalında dağ sistemi. Yüksək dağlıqlar qitənin ən böyük davamlı dağını təşkil edir, səthi 1,500 metrdən aşağı enir. Zirvələri 4,550 metr yüksəkliyə çatır. Hündürlüyünə və geniş ərazisinə görə dağlıq əraziləri bəzən Afrikanın damı adlandırırlar. Efiopiya dağlarının cənub hissələri bir vaxtlar Ərəbistan yarımadasına qəhvə ixrac edilən orta əsr dövləti olan Kaffa krallığına ev sahibliyi edirdi. Krallığın ərazisi meşəlik və dağlıq ərazilərdən ibarət idi, torpağı çox münbit idi və ildə üç məhsul götürməyə qadir idi. Украинская советская энциклопедия: в 12 томах = Українська радянська енциклопедія (укр.) / За ред. М. Бажана. — 2-ге вид. — К.: Гол.
Elsuort dağları
Elsuort dağları (ing. Ellsworth Mountains) — Antarktidada yerləşən ən hündür dağ sistemidir. Tərkibinə Sentinel və Heritic silsilələri daxildir. Antarktidanın ən hündür zirvəsi olan Vinson massivi Sentinel dağları silsiləsində yerləşir. Elsuort dağları 401 km uzunluğa və 223 km enə malikdir. Gilli suxurlardan ibarətdir. Silsilə ərazisində zəngin daş kömür ehtiyatları vardır. Dağ sistemi 1935-ci ildə ABŞ araşdırmaçısı Linkoln Elsuort tərəfindən kəşf edilmiş və bir müddət sonra onun şərəfinə adlandırılmışdır. 1958—1966 illərdə ABŞ geologiya xidməti tərəfindən tətqiq edilmişdir.
Girne dağları
Girne dağları və ya Kiriniya (yun. Κερύνεια) — Kipr adasında yerləşən dağ silsiləsi. Girne dağları adanın şimal sahili boyunca uzanan bir dağ silsiləsidir. Geoloji baxımdan dağlar əhəng daşından, qismən mərmərdən ibarətdir. Ən yüksək nöqtə Kiparisovunon dağıdır (1024 m). Şərq hissəsi daha genişdir (25–30 km), qərb hissəsi daha dardır (təxminən 15 km), lakin daha yüksəkdir. Dağların şərq davamı Karpaz yarımadasında yerləşən Karpaz dağlarıdır. Silsilənin qərb hissəsi "Beşbarmaq" mənasını verən alçaq (740 m) Pentadaktilos dağlarının (Yunan Πενταδάκτυλοδάκτυλ) adından götürülmüşdür. Maraqlıdır ki, türk dilində də silsilə Beşbarmak dağları adlanır. Sahildəki dağların ətəyində Şimali Kiprin turizm paytaxtı sayılan Girne şəhəri yerləşir.
Hacıqır dağları
Hacıqır dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvançayın sağ sahilindədir. Nəzərabad kəndindən 1 km qərbdə başlayaraq meridional istiqamətdə Uzunoba su anbarınadək 4 km məsafəyə uzanır. Ayrı-ayrı yüksəkliklərdən ibarətdir. Ən yüksək zirvəsinin hündürlüyü 1058,0 m-dir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq qanadının quruluşunda iştirak edir.
Hindukuş dağları
Hinduquş dağları
Hinduquş dağları (puşt. هندوکش, urdu ہندوکش - fars mənbələrində Hindistan dağları olaraq keçərlidir. Orta Asiyada yerləşən dağ sistemi. Bəzən «hindliləri öldürən» adlandırırlar. Ərazisinin böyük hissəsi Əfqanıstan və Pakistan ərazisində yerləşir. Hinduquş dağları əsasən qayalı dağlardır. Onlar vulkan məşhəlli deyildir. Onların yaranmasına səbəb Hindistan tavasının Mərkəzi asiyaya təzyiqi sayəsində meydana gəlmişdir. Geoloji baxımdan dağlar cavandır və hələdə qalxmaqda davam edir. Qərbdən şərqə Hinduquş dağları 1200 km, şimaldan cənuba isə 240 km məsafədə uzanır.
Humboldt dağları, Antarktida
Humboldt dağları, Antarktidada Kraliça Mod Torpağında Voltat dağlarının qərb hissəsini təşkil edən Pitermann dağlarının tam olaraq qərbində yerləşən bir qrup dağdır. Dağlar, Alfred Ritşer liderliyindəki üçüncü Alman Antarktida Səfəri (1938-1939) zamanı kəşf edilmiş və xəritəyə alınmışdır. Dağlara 19-cu əsrin ilk yarısında yaşayan məşhur Alman təbiətşünas və coğrafiyaçı Aleksandr von Humboldtun adı verilmişdir. Hindistan Geolojik Araşdırmaları üçün təşkil edilən doqquzuncu Hindistan Antarktida Səfəri zamanı reallaşan qəzada ölən Hind donanmasında texnik olaraq vəzifə yerinə yetirən üç elm adamı xatirəsinə Humboldt dağlarındaki İndia nöqtəsində (71°45′08″ c. e. 11°12′30″ ş. u.) bir lövhə tikilmişdir . Lövhə, Antarktida müqaviləsi Məsləhət Yığıncağında Hindistanın təklifi ilə, "Tarixi yer və ya abidə" (HSM 78) elan edilmişdir. Skarşovdin dağı (71°47′ c. e.
Humboldt dağları (Antarktida)
Humboldt dağları, Antarktidada Kraliça Mod Torpağında Voltat dağlarının qərb hissəsini təşkil edən Pitermann dağlarının tam olaraq qərbində yerləşən bir qrup dağdır. Dağlar, Alfred Ritşer liderliyindəki üçüncü Alman Antarktida Səfəri (1938-1939) zamanı kəşf edilmiş və xəritəyə alınmışdır. Dağlara 19-cu əsrin ilk yarısında yaşayan məşhur Alman təbiətşünas və coğrafiyaçı Aleksandr von Humboldtun adı verilmişdir. Hindistan Geolojik Araşdırmaları üçün təşkil edilən doqquzuncu Hindistan Antarktida Səfəri zamanı reallaşan qəzada ölən Hind donanmasında texnik olaraq vəzifə yerinə yetirən üç elm adamı xatirəsinə Humboldt dağlarındaki İndia nöqtəsində (71°45′08″ c. e. 11°12′30″ ş. u.) bir lövhə tikilmişdir . Lövhə, Antarktida müqaviləsi Məsləhət Yığıncağında Hindistanın təklifi ilə, "Tarixi yer və ya abidə" (HSM 78) elan edilmişdir. Skarşovdin dağı (71°47′ c. e.
Həzar Məscid dağları
Həzar Məscid dağları (fars. رشته‌کوه هزارمسجد‎) — İranda dağ silsiləsi. Kopetdağ silsiləsinin cənub-şərq hissəsini təşkil edir. İranın Rəzəvi Xorasan ostanında, Dərgəzdən təxminən 20 kilometr (12 mil) şərqdə və Məşhəddən 70 kilometr (43 mil) şimalda yerləşir. Dağ silsiləsi ölkənin ucqar şimal-şərq hissəsində yerləşir. Hündürlüyü 3,040 metr olan Həzar Məscid dağı qrupun ən yüksək zirvəsidir və dağ silsiləsinin demək olar ki, mərkəzi hissəsində yerləşir. "Həzar Məscid" fars dilindədir və iki sözdən ibarətdir. Bunlar "min" mənasını verən "həzar" və "məscid"dir. Odur ki, . "Həzar Məscid" adı "min dənə məscid" deməkdir.

Digər lüğətlərdə