daşdöyən
daşəppəyi
OBASTAN VİKİ
Daşduz
Daşduz— Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhərində qəsəbədir. Bu dağətəyi ərazi Naxçıvan şəhərindən cənub-qərbində 12 km məsafədə yerləşir. == Etimologiya == Daşduz adının mənası qədim türk dilindən Daş (qaya, daş) və duz sözlərinin birləşməsindən yaranmışdır. Naxçıvanın Daşduz yatağı da buarada yerləşir, kəndin adı da buradan götürülmüşdür.
Naxçıvan Daşduz Yatağı
Naxçıvan Daşduz Yatağı — Babək rayonunu ərazisində, Naxçıvan şəhərindən 12km şimal-qərbdə, Duzdağın cənub yamacındadır. Geoloji quruluşunda Üst Miosen və Dördüncü dövr yaşlı çöküntülər iştirak edir. Üst Miosen çöküntüləri tərkibində əhəngdaşı, mergel, alevrolit və vulkan külü laycıqları olan gil, qumdaşı və müxtəlif dənəvər qumlardan ibarətdir. Yataqda 5 daşduz layı aşkar edilmişdir və yalnız üst hissədəki iki lay sənaye əhəmiyyətlidir.. I lay yer səthindən 105-178 m aşağıda yerləşir və duzun qalınlığı 4,4–10,3 m (orta qalınlıq 6,0m) təşkil edir. II lay I laydan 6–9 m qalınlığında gil layı ilə ayrılır və duzun qalınlığı 6,3–10,8 m təşkil edir. Duzun rəngi gilli-qumlu törəmələrin miqdarından asılı olaraq ağ və açıq-bozdur. Yataq 1926-cı ildən istismar olunur. NaCl-un miqdarı 92–98,5%-dir. Yatağın sənaye ehtiyatı 124506 min tondur.
Nehrəm Daşduz yatağı
Nehrəm Daşduz yatağı — Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 12 kilometr cənub-şərqdə, Qızılburun dəmir yolu keçidindən 4 kilometr şimalda Nehrəm qəsəbəsi ətrafında yerləşir. Geoloji quruluşunda Orta Miosenin karaqan horizontunun gil və duzları iştirak edir. 1946-cı ildə aşkar edilmişdir. Yataqda duz qatının qalınlığı cənub-şərqdən (43.0 metr), şimal-qərbə (92.0 metr) doğru artır. Duzun tərkibində Natrium xloridin miqdarı 78-92 faizdir. Həll olmayan qalıqlar 11-17 faiz təşkil edir. Natrium xloridin miqdarı aşağı olduğuna görə yataq susuzlaşdırılmış soda istehsalı məqsədilə öyrənilmişdir. Yatağın ehtiyatı 1378 milyon tondur.
Püsyan Daşduz Yatağı
Püsyan Daşduz Yatağı — Şərur rayonunun Püsyan kəndi ətrafındadır. 1955-ci ildə aşkar edilmişdir. Düz laylarının qalınlığına görə yataq Nehrəm daşduz yatağını xatırladır. Geoloji yaşına görə duz daşıyan çöküntüləri Orta Miosen dövrünə hesablanmışdır. Yataq hələlik dəqiq öyrənilməmişdir. Daşduzdan məişətdə və mal-qaranın yemlənməsində, kalsitləşdirilmiş soda hazırlanmasında və.istifadə olunur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.

Digər lüğətlərdə