DAXİL
DAXMA
OBASTAN VİKİ
Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunları
Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ya Rusiya Federasiyasının Daxili Qoşunları (rus. Внутренние войска Министерства внутренних дел, Rom: Vnutrenniye Voiska Ministerstva Vnutrennikh Del; və ya qısaca ВВ və ya VV ), Rusiya hökumətinə tabe olan jandarma tipli hərbiləşdirilmiş hüquq-mühafizə qüvvələridirlər. 5 aprel 2016-cı ildə onun daxili strukturu dəyişdirilərək Rusiya Federasiyasının Daxili İşlər Nazirliyindən ayrılmış Rusiya Milli Qvardiyası adlandırılmışdır. Daxili Qoşunlar iğtişaşların və vətəndaş qarşıdurmalarının qarşısının alınması ilə bərabər, həmçinin də atom elektrik stansiyaları kimi mühüm strateji əhəmiyyəti olan dövlət obyektlərinin mühafizəsinə cavabdeh olmuşdurlar. Bu çərçivədə ey zamanda Birinci Çeçen müharibəsində və İkinci Çeçen müharibəsində də aktiv formada iştirak etmişdirlər. Bundan əlavə, o, Rusiyada bir çox münaqişələrin yatırılmasında da mühüm rol oynamışdır. Bu bölmələr müharibə vaxtı Rusiya Federasiyası Silahlı Qüvvələrinin sərəncamı altına daxil olmuş və yerli müdafiə və cəbhə arxası ərazilərin mühafizəsi vəzifələrini yerinə yetirmişdilər. Daxili Qoşunların komandiri 2016-cı ilin aprel ayında ləğv olunana qədər Viktor Zolotov olmuşdur. Daxili Qoşunlar həm könüllülərdən, həm də hərbi qulluqçulardan ibarət olmuşdur. Məhz buna görə də aktiv üzvlərinin sayı müxtəlif olmuşdur.
Nigerin daxili deltası
Nigerin daxili delta — Mali ərazisində, Niger çayının orta axarında yerləşən daxili delta. Bəzən Masina adı ilə tanınır. == Təsviri == Delta 425 uzunluğa və 87 km enə malikdir. Nigerin əsas qollarınfdan biri olan Bani çayının yatağında vaxtı ilə axarsız bir göl olmüşdür. Hazırda bu ərazidə yalnız yağıçlar mövsümündə göl əməllə gəlir. Bu sulu ərazidə çoxlu sayda canlıları müşahidə etmək mümkündür. Dörd ay müddətində(iyuldan oktyabra qədər) ddeltanın sahəsi 3,9 mın. km²-dən 20 min. km² qədər artır. == Əhali == Deltanın yerləşdiyi ərazidə Fulbe və Doqon xalqları yaşayır.
Ümumi Daxili Məhsul
Ümumi daxili məhsul (ing. gross domestic product) — verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir. ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq. ÜDM ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir. == Nominal və real ÜDM == Nominal ÜDM – hesablamada istehsal edilən məhsulların aktual bazar qiyməti götürülür.
Ümumi Daxili Məhsuldur
Ümumi daxili məhsul (ing. gross domestic product) — verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir. ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq. ÜDM ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir. == Nominal və real ÜDM == Nominal ÜDM – hesablamada istehsal edilən məhsulların aktual bazar qiyməti götürülür.
Ürəyin daxili qişası
Endokard (lat. endocardium — daxili qişa) — ürək divarının daxili təbəqəsi.
Əfqanıstanın daxili suları
Əfqanıstan İran yaylasının şimal-şərqində, onun Mərkəzi Asiyanın dağ sistemləri ilə qovuşduğu ərazidə yerləşir. Dənizə çıxışı olmayan Əfqanıstan qapalı hövzədə yerləşir. Çaylarının əksəriyyəti ölkə daxilində başlayır və qurtarır. Bəzi çaylar isə sərhədi keçərək digər dövlətlərin ərazisi ilə axır. Çox kiçik bir hissə (83 000 km²) xarici axarlı hövzəyə aiddir. Məhz Pakistanla olan sərhədə yerləşən çaylar öz sularını Hind çayı vasitısi ilə Ərəbistan dənizinə çıxarır. == Çayları == Hövzələr üzrə əsas göstəricilər. Çayların axım istiqamətinə görə Əfqanıstanda üç hövzə ayrılır: xarici, daxili və axarsız hövzə. === Xarici hövzə === Xarici axım hövzəsi ölkənin şərq hissəsini əhatə edir. Burdan axan Kabil və onun qolları, Keytu, Qumal, Kurram çayları xarici axım hövzəsinə aiddir.
Daxili Kartli
Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır. == İnzibati bölgüsü == Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir: Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır Xaşuri bələdiyyəsi Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır Kaspi bələdiyyəsi Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır == Coğrafiyası == Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi. == Tarixi == Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.
Daxili Monqolustan
Daxili Monqolustan Muxtar Rayonu (çin. sadə. 内蒙古自治区, pinyin: Nèiménggǔ Zìzhìqū) — Çin Xalq Respublikasında muxtar rayon. Ərazisi 1 milyon 183 min km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 24.706.291 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 24.898.500 nəfər, inzibati mərkəzi Xux-Xoto şəhəridir.
Daxili Qoşunlar
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Daxili audit
Daxili audit — Təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
Daxili birləşdirmə
Daxili birləşdirmə (ing. inner join, rus. внутреннее соединение, türk. iç birleştirme) – verilənlər bazasının idarə edilməsində: relyasiya cəbrinin tez-tez istifadə olunan deyimi. İki mövcud cədvələ tətbiq edilən daxili birləşdirmə üçüncü cədvəli yaradır ki, həmin cədvəl birinci cədvəlin yazılarının ikinci cədvəlin yazıları ilə bütün mümkün təyin olunmuş konkatenasiyalarından (birləşmələrindən) ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Daxili dənizlər
Daxili dənizlər — Quruya daxil olmuş, lakin okeanla boğazlarla əlaqədə olan dənizlərə daxili dənizlər deyilir. Daxili dənizlər materiklərin parçalanmış sahilləri boyu yerləşir. Ən böyük daxili dəniz Aralıq dənizidir. Daxili dənizlər əsasən Avrasiya və eyni zamanda Şimali Amerika sahillərində yerləşir. Bu sözügedən materiklərin sahillərinin daha çox parçalanmış olduğu üçün belədir. Daxili dənizlərə misal olaraq Qara dəniz, Aralıq dənizini,Ağ dənizi, Mərmərə, Egey, Qırmızı dəniz, Aral dənizi, Xəzər dənizini və s. göstərmək olar. Daxili dənizlər əsasən hərhansı ölkə sahillərində olduğu üçün bu ölkələr tərəfindən mənimsənilir. Daxili dənizlər liman nəqliyyatı, balıqçılıq və təbii sərvətlərin əldə edilməsi üçün faydalıdır.Daxili dəniz ümumiyyətlə duzlu olacaq, duzluluq şirin su gölündən daha yüksəkdir, lakin adətən dəniz suyundan daha az duzludur. Digər dənizlərdə olduğu kimi, daxili dənizlər də Ay və Günəşin orbitləri ilə idarə olunan gelgitlər yaşayır.
Daxili komanda
Daxili komanda( ing. internal command ~ ru. внутренняя команда ~ tr. iç komut) – əməliyyat sistemi ilə yanaşı yaddaşa yüklənən və kompüter yanılı olduğu müddətdə daim orada qalan prosedur. Adətən, belə prosedurlar əməliyyat sisteminin işi ilə bağlı məsələləri yerinə yetirir. Bunun alternativi olan xarici komandalar ayrıca fayllar kimi saxlanılan proqramlardır; onlar yalnız lazım olduqda yaddaşa yüklənir və istifadə olunur. MS-DOS əməliyyat sistemində daxili komandalara misal olaraq DIR, VER, DATE və TIME komandalarını göstərmək olar. MS-DOS’un daxili komandaları COMMAND.COM faylında saxlanılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili müşahidə
Daxili müşahidə və ya daxili baxış, psixologiyada bir stimul qarşısında insanın təcrübə etdiyi qavrayış, düşüncə və emosiyalarındakı müşahidə və nəticələrini ifadə edən bir üsuldur. Bu üsul: "Təcrübəni yaşayan insandan başqa heç kim müşahidə edə bilməz" fikrinə əsaslanır. Yəni, müşahidə edən və müşahidə olunan eyni insandır. Daxili müşahidə metodu psixologiya elmi ilə bərabər ortaya çıxan bir metod deyil. Bu metodun tarixi Sokrata qədər gedib çıxır. XIX əsrdə daxili müşahidə metodunu sistemləşdirən və onu psixologiyanın elmi metodu kimi ifadə edən ilk insan Vilhelm Vundt olmuşdur. Psixologiyada bu metoddan istifadə XIX əsrdə fizika və fiziologiya sahələrindəki inkişafdan qaynaqlanmışdır. İlk tədqiqatlar fizikada işıq və səsin, fiziologiyada isə hiss orqanlarının yoxlanılması üçün istifadə edilmişdir. Psixologiyadakı, strukturalist və humanist dünyagörüşünü qəbul edən tədqiqatçılar daxili müşahidə metodunu qəbul etmişlər. Biheviorizm yəni, davranışçılıq cərəyanının nümayəndələri isə daxili müşahidə motodunu elmi olmaması səbəbilə rədd etmişdir.
Daxili nəzarət
Daxili nəzarət — ümumi mənada müəssisənin idarəetmə orqanı və ya digər işçiləri tərəfindən aşağıdakı vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat əldə etmək üçün həyata keçirilən proses kimi müəyyən edilir: Fəaliyyətin səmərəliliyi və rasionallığı. Maliyyə hesabatının etibarlılığı. Qanun və qaydalara uyğunluq. == Daxili nəzarət anlayışı == Mühasibat uçotunun əsas funksiyalarından biri maliyyə nəzarəti üçün zəmin yaratmaqla mülkiyyətçinin mənafeyinin müdafiəsini təmin etməkdən ibarət olan onun müdafiə funksiyasıdır. Bununla belə, qoruyucu funksiyanın həyata keçirilməsi nəzarəti həyata keçirmək üçün vasitələrin mövcudluğunu tələb edir. İlk növbədə, bu, daxili nəzarətdir. Daxili nəzarət dedikdə, müəssisə rəhbərliyi tərəfindən təşkil edilən və bütün işçilər tərəfindən təsərrüfat əməliyyatları zamanı öz xidməti vəzifələrini ən səmərəli şəkildə yerinə yetirmək məqsədi ilə müəssisədə həyata keçirilən tədbirlər sistemi başa düşülür. Bu, təkcə auditorun deyil, müəssisənin bütün idarəetmə aparatının işi olduqda, təşkilatın nəzarət və audit bölməsinin fəaliyyətini deyil, həm də hərtərəfli nəzarət sisteminin yaradılmasını nəzərdə tutur. Effektiv daxili nəzarət sistemini inkişaf etdirərkən müəssisə rəhbərliyi aşağıdakı məqsədləri qoyur: biznesi etibarlı məlumatlarla təmin etmək, aktivlərin təhlükəsizliyinin təmin edilməsi, informasiyanın mühafizəsinin təmin edilməsi, iqtisadi fəaliyyətin səmərəliliyinin təmin edilməsi, mühasibat uçotunun qəbul edilmiş uçot siyasətinə uyğunluğunu təmin etmək, maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi qaydalarına riayət olunmasının təmin edilməsi. Müəssisədə daxili nəzarət üç elementdən ibarətdir: nəzarət mühiti, mühasibat uçotu sistemi, nəzarət prosedurları.
Daxili planetlər
İç planetlər (ing. Inner planet) — yüksək sıxlığa və qaya səthə sahib olan Günəş sisteminin ilk dörd planetidir. Təbii peykləri ya çox azdır, ya da heç yoxdur. Bu planetlərin halqaları yoxdur. Daxili planetlər yüksək ərimə nöqtəsinə sahib olan elementlərdən formalaşmışdır. Silikatlar qatı yer qabığını və yarı qatı olan mantiyanı meydana gətirir. Dəmir və nikel kimi metallarsa planetlərin nüvəsini meydana gətirir. Daxili planetlərdən Venera, Yer və Marsın atmosferləri vardır. Daxili planetlərin hamısında göy cismlərinin toqquşması nəticəsində meydana gələn kraterlər, vulkanlar və vadilər kimi relyef formaları vardır. == Merkuri == Merkuri Günəşə ən yaxın və ən kiçik planetdir.
Daxili qulaq
Daxili qulaq (lat. auris interna) ya sümük labirint (lat. labzrinthis) gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümük və zarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəzində bir hündürlük - lat. promontorium vardır.
Daxili siyasət
Daxili siyasət — dövlət siyasətinin ölkə sərhədləri daxilində olan bütün problem və fəaliyyətlərə (qanunlar, hökumət proqramları, inzibati qərarlar və s.) birbaşa aid olan hissəsi. Bu, hökumətin dünya siyasətində olan maraqlarını ifadə edən xarici siyasətdən fərqlidir. Daxili siyasət biznes, təhsil, enerji, səhiyyə, kənd təsərrüfatı, hüquq-mühafizə, maliyyə və vergilər, təbii ehtiyatlar, sosial təminat və şəxsi hüquq və azadlıqlar kimi geniş sahələri əhatə edir.
Daxili sxem
Daxili sxem (ing. internal schema ~ ru. внутренняя схема ~ tr. iç şema) – üçsxemli arxitekturanı dəstəkləyən verilənlər bazası modelində (məsələn, ANSI/X3/SPARC): verilənlər bazasını təşkil edən fiziki fayllar haqqında informasiya. Orada faylların adları və onların yerləşmə yerinin göstəricisi, erişmə üsulları, eləcə də verilənlərin faktiki və ya mümkün sapmaları olur. Verilənlər bazasının, adətən, bir daxili sxemi olur. Ancaq paylanmış verilənlər bazası hər bir verilənlər “anbarı” üçün ayrıca daxili sxemə malik ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili xəstəliklər
Daxili xəstəliklər (ing. Internal medicine; rus. Внутренние болезни ) — tibb elminin bir sahəsi olub daxili orqanların xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olur. Daxili xəstəliklər bölməsi üst və alt tənəffüs yolu xəstəlikləri, hipertenziya, şəkərli diabet, tiroid xəstəlikləri, xolesterol və triqliserid yüksəklikləri, həzm sistemi xəstəlikləri (qastrit, xora, reflyüks və s.), qaraciyər və öd kisəsi xəstəlikləri, ağciyər xəstəlikləri (xroniki bronxit, emfizema, astma və s.), böyrək xəstəlikləri, anemiya və digər qan xəstəliklərinin müalicə və diaqnostikası, müxtəlif xərçəng xəstəliklərinin vaxtında diaqnostikası, revmatizmal xəstəliklər, əzələ və skelet sistemi xəstəliklərini əhatə edir.
Daxili çeşidləmə
Daxili çeşidləmə ( ing. internal sort ~ ru. внутренняя сортировка ~ tr. iç sıralama) – yalnız operativ yaddaşda yerinə yetirilən və müvəqqəti fayllar üçün maqnit disklərindən, yaxud başqa qurğulardan istifadə etməyən çeşidləmə proseduru. Daxili çeşidləmə alqoritmlərinin 7 növü vardır: qabarcıqlı çeşidləmə (BUBBLE SORT), artırmalı çeşidləmə (INSERTION SORT), sürətli çeşidləmə (QUICK SORT), qalaq çeşidləməsi (HEAP SORT), birləşdirməli çeşidləmə (MERGE SORT), mərtəbəli çeşidləmə (RADIX SORT), seçməli çeşidləmə (SELECTION SORT). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili şrift
Daxili şrift ( ing. internal font ~ ru. встроенный шрифт ~ tr. iç yazıtipi) – printerin özündə olan və onun daimi yaddaşında (READ-ONLY MEMORY, ROM) saxlanılan və buna görə də printeri söndürdükdə “itməyən” şrift. Printerlərin əksəriyyəti başqa yardımçı şriftlərlə də işləyə bildiklərindən, daxili şrift anlayışı yalnız verilmiş printer üçün həmişə “əlçatan” olan şriftlərə aid edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili qala
Sitadel və ya Daxili qala şəhərin möhkəmləndirilmiş olan əsas hissəsidir. İstehkamın kənar hissələri düşmən əlinə keçəndən sonra insanlar buraya sığınırdılar. Əvvəllər Əhmədek adı ilə də tanınmışdır. == Tərifi və adlandırılması == Redutlarla mühafizə olunan istehkamların ən müdafiə edilən və möhkəm hissəsi daxili qaladır. Bu cür tikililər bəzən həm də iqtisadi səbəblərə görə xarici divarların bir hissəsini təşkil edəcək formada tikilə bilirdilər. Düşmən digər müdafiə xətlərini keçdiyi halda son müdafiə xəttini təşkil etmək üçün tikilirdilər. Daxili qalanın müdafiə divarlarının hündürlüyü digər istehkamlardan daha hündür olması ilə seçilir. Qalalarda donjon ilə bərabər axırıncı sığınacaq yeri hesab edilirdilər. == İnkişaf etdirilmələri və istifadələri == Qədim dövrlərdə şəhərlərdəki ən güclü və etibarlı hissə hesab edilən daxili qala ələ keçirilmədiyi halda üsyan qəti olaraq müvəffəqiyyət qazanmış hesab edilmirdi. Bunun ən yaxşı nümunəsi isə Selevkilər imperiyasıdakı İudeyada yaşayan Makkabilərin üsyanıdır.
Daxili maliyyələşdirmə
Daxili maliyyələşdirmə (ing. internal financing or self-financing) — müəssisənin və ya layihənin xarici mənbələrdən, məsələn, bank kreditlərindən və ya investorlardan vəsait cəlb etmədən, öz daxili resurslarından maliyyə təmin etməsi prosesidir. Bu maliyyələşdirmə forması öz mənbələrindən gələn vəsaitlərə, aktivlərə, yığılmış mənfəətə və digər daxili resurslara əsaslanır. Daxili maliyyələşdirmə, xüsusilə uzunmüddətli dayanıqlı inkişaf üçün güclü bir vasitə sayılır və borc yükünü azaltmağa kömək edir. == Daxili maliyyələşdirmənin mənbələri == Yığılmış mənfəət: Müəssisələr qazancın müəyyən hissəsini xərcləmədən saxlayaraq gələcək investisiyalar üçün istifadə edə bilər. Bu mənfəət, təcili ehtiyacları qarşılamaq və ya yeni layihələrə sərmayə qoymaq üçün maliyyə mənbəyi rolunu oynayır. Amortizasiya fondları: Müəssisə aktivlərinin təkrar istehsalını təmin etmək üçün amortizasiya ayırmalarını yığaraq yeni avadanlıq və texnologiya əldə etmək məqsədilə istifadə edir. Aktivlərin satışı: Bəzi hallarda şirkətlər özlərinə aid olan, lakin artıq istifadə olunmayan aktivləri (məsələn, əmlak, texnika və ya avadanlıq) sataraq əlavə gəlir əldə edirlər. Xərclərin optimallaşdırılması: Xərcləri azaltmaqla saxlanılan vəsaitlər müəssisənin gələcək inkişafı və genişlənməsi üçün daxili maliyyə mənbəyi kimi istifadə oluna bilər. İşçi kapitalının təkmilləşdirilməsi: Dövriyyədə olan vəsaitlərin idarə olunmasını yaxşılaşdırmaqla sərbəst pul vəsaitləri yarana bilər.
Azərbaycan Daxili Qoşunları
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Lyuin Devisin daxilində (film, 2013)
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-də limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Lyuin Devisin daxilində (film musiqisi)
Lyuin Devisin daxilində 2013-cü ildə, Koen qardaşlarının ssenari müəllifliyi və rejissorluğu ilə çəkilmiş, baş rollarını Oskar Ayzek, Keri Malliqan, Con Qudmen, Caret Hedlund və Castin Timberleykin canlandırdığı eyni adlı ABŞ filminin musiqi albomudur. 1960-cı illər Nyu-York mühitinin təsvir edildiyi film musiqisinin prodesserliyini T Bon Börnet etmiş, həmin dövrün folk musiqisi tərzindən istifadə olunmuşdur. Bob Daylanın "Farewell" və Deyv Van Ronkun "Green, Green Rocky Road" mahnıları istisna olmaqla, filmdə səslənən bütün musiqilər müasir dövrdə yazılmışdır.
Lyuin Devisin daxilində filminin qazandığı mükafatların siyahısı
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-da limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Almatı Akademiyası
Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Almatı Akademiyası (qaz. Қазақстан Республикасы Ішкі істер министрлігінің Алматы академиясы) — Qazaxıstanın ali təhsil müəssisəsi, polis bölmələrində cinayətkarlıqla mübarizə və kadr idarəçiliyinin aktual problemləri üzrə tətbiqi elmi araşdırmalar aparan ölkənin ən böyük elmi mərkəzi. == Tarixi == Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyası, ölkə Hökumətinin 1 iyul 1999-cu il tarixli Fərmanı ilə Respublika Daxili İşlər Nazirliyinin Almatı hüquq və Almatı texniki institutlarının bazasında yaradıldı. Qazaxıstan Respublikası daxili işlər orqanlarının 1998-2005-ci illər üçün departament təhsilinin təkmilləşdirilməsi və inkişafı Proqramına uyğun olaraq Qazaxıstan . Almatı Akademiyasının ad günü 23 iyul 1956-cı il tarixində Almatı Orta Xüsusi Polis Məktəbinin qurulduğu gündür. Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin 11 iyun 2002-ci il tarixli 407 nömrəli əmrinə əsasən Akademiyada üç institut yaradıldı: Daxili İşlər Müdirliyinin rəhbərliyini yetişdirən bir institut; orta ixtisas təhsili əsasında hüquq institutu; tədqiqat institutu . Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Almatı Hüquq Kollecinin yenidən qurulmasından sonra Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyası Hüquq İnstitutunun Xüsusi Fakültəsi təşkil edildi. Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyası. Xüsusi fakültə 2012-ci ilin sentyabr ayında yenidən təşkil edildi və Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Almatı Akademiyasının Texniki Fakültəsi yaradıldı. Bu anda Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Almatı Akademiyasında "Əməliyyat-İstintaq", "İstintaq-Kriminalist", "Əməliyyat-Məhkəmə", "İnzibati-Hüquq" və "İnformasiya Sistemləri" ndə məşq edirlər.
Qırğızıstan Daxili İşlər Nazirliyinin Akademiyası
Qırğızıstan Daxili İşlər Nazirliyinin Akademiyası (Polis general-mayoru Erqeş Əliyev adına Qırğızıstan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyası) — Qırğızıstandakı bir ali təhsil ocağıdır, ən yüksək və öz növünə görə yeganə təhsil müəssisəsidir. Qırğızıstan Respublikasının universitetlər sistemində, Daxili İşlər Nazirliyinin sistemində inzibati və elmi-pedaqoji kadrlar da daxil olmaqla, daxili işlər orqanları üçün yüksək ixtisaslı kadrlar hazırlamaq üçün müəssisə. == Tarixi == Adına Qırğızıstan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyası Milis General-mayoru EA EA, Nazirliyin rəhbər və elmi-pedaqoji kadrları da daxil olmaqla daxili işlər orqanları üçün yüksək ixtisaslı kadrlar hazırlamaq üçün hazırlanmış Qırğızıstan Respublikasının universitetlər sistemindəki ən yüksək və öz yolunda yeganə təhsil ocağıdır. Daxili İşlər. Təhsil müəssisəsinin yaranma və inkişaf tarixi həm respublikanın daxili işlər orqanları sisteminin, həm də bütövlükdə Qırğızıstanın inkişafındakı tarixi mərhələlərlə ayrılmaz şəkildə bağlıdır. 19 may 1969-cu ildə SSRİ Daxili İşlər Nazirliyinin əmri ilə SSRİ Daxili İşlər Nazirliyinin Frunze Xüsusi Orta Məktəbi yaradıldı. Təhsil müəssisəsində müəllim heyəti SSRİ Daxili İşlər Nazirliyinin milislərinin İvanovo-Frankovsk və Yelabuga xüsusi orta məktəbləri, habelə Daxili İşlər Nazirliyinin praktik işçiləri sayından işə qəbul edildi. Qırğızıstan. O dövrün milis məktəbinin ilk rəhbəri Milis General-mayoru Şabirov Japar Şabiroviç idi. İlk qeyd 1 oktyabr 1969-cu ildə həyata keçirildi, sonra 64 nəfər Sovet Ordusu sıralarından çıxarılan polis və mülki gənclər arasından təhsil almağa qəbul edildi.
SSRİ Daxili İşlər Xalq Komissarlığı
SSRİ Xalq Daxili İşlər Komissarlığı və ya qısaca XDİK (rus. Наро́дный комиссариа́т вну́тренних дел СССР, və ya qısaca НКВД) — Keçmiş SSRİ-də DTK-dan əvvəlki təhlükəsizlik orqanlarından biri. Bu orqanın əli ilə minlərlə günahsız azərbaycanlı qətlə yetirilmişdir. Xalq Daxili İşlər Komissarlığı 1934–1946-cı illərdə fəaliyyət göstərmiş, sonradan SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi (1946–1953), SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (1954–1991) ilə əvəz edilmişdir.
SSRİ Xalq Daxili İşlər Komissarlığı
SSRİ Xalq Daxili İşlər Komissarlığı və ya qısaca XDİK (rus. Наро́дный комиссариа́т вну́тренних дел СССР, və ya qısaca НКВД) — Keçmiş SSRİ-də DTK-dan əvvəlki təhlükəsizlik orqanlarından biri. Bu orqanın əli ilə minlərlə günahsız azərbaycanlı qətlə yetirilmişdir. Xalq Daxili İşlər Komissarlığı 1934–1946-cı illərdə fəaliyyət göstərmiş, sonradan SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi (1946–1953), SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (1954–1991) ilə əvəz edilmişdir.
Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyi
Türkiyə Cümhuriyyəti Daxili Nazirliyi — yurdun iç təhlükəsizliyini və asayişini təmin etmək, cəmiyyət nizamını qorumaq, illərin ümumi idarəsini təşkil etmək, məhəlli idarələr üzərində mərkəzi idarə adına və sayet mövqeyi olaraq nəzarətdə tapılmaq və inzibati baxımdan gördüyü qanuni tədbirlərlə bu idarələrin inkişaflarına köməkçi olmaq, xalqın əhali və vətəndaşlıq əməliyyatlarını yerinə yetirmək, ola biləcək döyüş və təbii fəlakətlər mövzularında vətəndaş müdafiə etmə xidmətlərini icra etməklə vəzifəlidir. Nazirlik boynuna götürmüş olduğu bu vəzifələri mərkəz və əyalət təşkilatları vasitəsilə yerinə yetirir. Müammər Gülər 25 dekabr 2013-cü il tarixində istefa vermişdir. Nazirlik bugünkü təşkilat quruluşuna 1983-ci ilin sonunda edilən tənzimləmə ilə qovuşmuş və 14 fevral 1985-ci il tarixində çıxarılan 3152 (üç min yüz əlli iki) saylı qanunla bu yeni quruluşa davamlılıq qazandırılmışdır.
Özbəkistan Respublikasının Daxili işlər orqanları
Özbəkistan Respublikasının Daxili işlər orqanları ( özb. Oʻzbekiston Respublikasi Ichki ishlar organlari) — Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin tərkibində olan hüquq-mühafizə orqanı. 23 may 2019-cu ildə ölkə prezidenti Şavkat Mirziyayev "Özbəkistan Respublikasının bəzi qanunvericilik aktlarına cinayət prosesi iştirakçılarının hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında". Bununla da bir neçə mühüm sənəddə "polis" ifadəsi "daxili işlər orqanları" ilə əvəz edilmişdir. Bununla yanaşı, Özbəkistanda "polis" termini hələ də fəal şəkildə istifadə olunur. Bu, bu sözün uzun müddət işlədilməsi ilə, həmçinin "daxili işlər orqanlarının əməkdaşı" ifadəsinin tələffüzünün çətinliyi ilə bağlıdır. Özbəkistanda avtomobilləri və digər avadanlıqları üzərində "Polis" yazısı olan Özbəkistanın turist polisi formalaşdırılmışdır.
Ümumi Daxili Məhsul üzrə ölkələrin reytinqi
Ümumi daxili məhsul üzrə ölkələrin reytinqi — nominal ÜDM hesablanması zamanı ölkələrın bazar və ya rəsmi valyuta məzənnəsi ilə nəzərə alınır. Nominal ÜDM hesablanan zaman istehlak xərcləri nəzərə alınmır və ölkənin valyuta məzənnələrində nominal ÜDM müxtəlif illər üzrə kəskin fərqlənə bilir. Milli sərvətin müqayisəsi zamanı istehlak xərclərinin təsiri müəyyən etmək üçün tez-tez alıcılıq qabiliyyəti pariteti göstəricisi tətbiq edilir. alıcılıq qabiliyyəti paritetiAlıcılıq qabiliyyəti pariteti məzənnə fərqi problemini aradan qaldırsa da, bir sıra çatşmazlıqlara sahibdir. Belə ki, bu göstərici ölkələrin xarici ticarətinin nəticələri əks etdirmir və hesablanması daha çox qiymətləndirmə tələb edir. Aşağıdakı birinci siyahısı 2013-cü il üzrə BMT-nin Statistika şöbəsi tərəfindən, ikinci siyahısı 2014-cü il üzrə Beynəlxalq Valyuta Fondu tərəfindən, üçüncü siyahısı 2013-cü il üzrə Dünya Bankı və dördüncü siyahısı isə 2014-cü il üzrə Mərkəzi Kəşfiyyat AgentliyiMərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmışdır.
Ümumi Daxili Məhsulun həcminə görə ölkələrin siyahısı
Bu məqalədə Ümumi Daxili Məhsulun (il ərzində ölkənin sərhədləri çərçivəsində istehsal olunan son məhsulların və xidmətlərin toplam dəyəri) həcminə görə ölkələrin sıralandığı 3 siyahı yer alıb. Siyahılar Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən tərtib olunublar. Rəqəmlər alıcılıq qabiliyyəti pariteti əsasında hesablanaraq alınmışdır. 1. BVF. Bu siyahı Beynəlxalq Valyuta Fondunun hesablamalı nəticəsində tərtib olunub. Siyahıda BVF-in 187 üzvündən 182-si haqqında məlumat verilir. Bundan əlavə BVF-in üzvü olmayan Çin Respublikası və Honkonq (Çin Xalq Respublikasının tərkibinə daxildir) haqqında da məlumat təqdim edilib. BVF-in üzvü olan dövlətlərdən ABŞ ilə əlaqələndirilən rus. Palau, Marşall adaları və Mikroneziya Federativ Ştatları haqqında, eləcə də San-Marino və faktiki olaraq dağılmış Somali haqqında məlumat yoxdur. Eləcə də ümumən dünya haqqında və Avropa İttifaqı haqqında hesablamalar göstərilib.
İşığın tam daxili qayıtması
İşığın tam daxili qayıtması — işıq optik sıx mühitdən optik seyrək mühitə keçdikdə düşmə bucağının müəyyən αlim<90° qiymətində sınma bucağını β≥90° olması və tamamilə düşdüyü mühitə qayıtması hadisəsidir. Limit bucağı sınma bucağının 90°-nə uyğun gələn düşmə bucağına deyilir. İşığın sınma qanunu — düşmə bucağı sinusunun sınma bucağı sinusuna nisbəti ikinci mühitin birinci mühitə nisbətən sındırma əmsalına bərabərdir: sinα/sinβ=n2/n1. Onda sinαlim/sin90°=1/n1. Yəni, bu üsulla mühitin havaya(təqribən vakuuma)nisbətən sındırma əmsalını hesablamaq olar. Mütləq sındırma əmsalı — vakuuma nisbətən sındırma əmsalıdır və işıq sürətinin mühitdə vakuuma nisbətən neçə dəfə azaldığını göstərir: n=c/v. Sındırma əmsalının (n) vahidi yoxdur. Optik sıx mühit — sındırma əmsalı böyük olan mühitdir. Məsələn, işıq sudan havaya, şüşədən havaya keçdikdə tam daxili qayıtma baş verir. Nisbi sındırma əmsalı mütləq sındırma əmsallarının nisbətinə bərabərdir və sındırma əmsalı böyük olan mühitdə işığın sürəti kiçikdir.
Əli Kərimov (daxili işlər naziri)
Əli Həbib oğlu Kərimov (20 sentyabr 1919, Bakı – 4 iyun 2000, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili işlər naziri (1956–1960), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1960–1965), Azərbaycan SSR Partiya-Dövlət Nəzarəti Komissiyasının (1962–1965) və Xalq Nəzarəti Komitəsinin sədri (1965–1970), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1970–1980), Azərbaycan SSR Dövlət Əmək Komitəsinin (1980–1987) və Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədri (1987–1991), Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi Seçki Komissiyasının sədri (1990–1992). == Həyatı == === Erkən illəri === Əli Həbib oğlu Kərimov 1919-cu il sentyabrın 20-də Bakıda anadan olmuşdur. 1937-ci ildə 14 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Neft mexanikası fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə, 1941-ci ildə institutunun komsomol komitəsinin katibi seçilmişdir. 1942-ci ilin fevral ayında Dzerjinski adına maşınqayırma zavoduna təyinat almışdır. 1942-ci ildən Əli Kərimov Dzerjinski adına zavodda yoxlayıcı usta, bir qədər sonra isə nəzarət şöbəsi rəisinin müavini vəzifəsində işləmişdir. O, eyni zamanda zavod komsomol təşkilatına rəhbərlik etmişdir. Bundan sonra o, komsomol işinə daha yaxından cəlb olunmuş və 1943-cü ildə Azərbaycan LKGİ Orconikidze Rayon Komitəsinin katibi seçilmişdir. === Siyasi fəaliyyəti === 1944-cü ilin oktyabr ayında Əli Kərimov Azərbaycan LKGİ Bakı Komitəsinin təbliğat-təşviqat üzrə katibi, 1946-cı ilin iyul ayında isə birinci katibi təsdiq edilmişdir. 1947-ci ilin oktyabr ayında isə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir.
Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri
Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi əməliyyatların keçirilməsi və təşkili üçün nəzərdə tutulmuş struktur bölmələri. == Tarixi == === İkinci Qarabağ müharibəsində === 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri digər xüsusi təyinatlılarla birlikdə Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran ən mürəkkəb tapşırıqları yerinə yetirmişdir. Müharibənin ilk saatlarında "Pələng" və "Şahin" dəstələri Murovdağ istiqamətində, o cümlədən Murov zirvəsi istiqamətində strateji mövqelər tutmaqda fərqlənmişdilər. Murovdağ yaxınlığında gedən döyüşlərdə bu dəstələrin 7 hərbçisi şəhid olmuşdur. Müharibənin sonrakı günlərində həm Cəbrayıl, həm də Füzuli istiqamətində gedən döyüşlərdə "Bəbir", "Əqrəb" və "Kobra" xüsusi təyinatlıları dəstələri iştirak etmişdir. Həmçinin, "Gürzə" dəstəsi Füzuli, "Pələng" dəstəsi isə Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Cəbrayıl şəhəri uğrunda gedən döyüşlərdə Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələrindən 13 hərbçi, o cümlədən "Əqrəb" xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı dəstəsinin komandiri Türkay Hüseynli şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Cəbrayıl şəhərinin nəzarətə götürülməsi əməliyyatının rəhbərlərindən biri, "Əqrəb" dəstəsinin komandiri, mayor Ələsgər Muxtarov "Qarabağ" ordeni ilə təltif edilmişdir. . Daxili Qoşunların Füzuli rayonu istiqamətində "Bəbir", "Əqrəb", "Gürzə" və "Kobra" dəstələri qarşıya qoyulan tapşırıqları tam yerinə yetirmişdilər. Döyüşlərdə 13 hərbçi, o cümlədən "Bəbir" xüsusi təyinatlı dəstəsinin komandiri, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş mayor Şixamir Qaflanov şəhid olmuşdur.
Lyuin Devisin daxilində
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-də limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Daxili işlər nazirliyi (İsrail)
Daxili İşlər Nazirliyi İsrail dövlətində yerli hökumətin və yerli hakimiyyət orqanlarının nəzarəti, onların inkişafı və gücləndirilməsi ilə bağlı siyasətin təşviqi və həyata keçirilməsində hökumətin aparıcı orqanıdır. İdarə həmçinin biznes və biznes layihələrinin lisenziyalaşdırılması habelə yerli idarəetmənin gücləndirilməsi və hakimiyyət orqanları arasında əskik nüansların azaldılması fonunda yaranan qurumdur. İsrail daxili işlər nazirliyi həmçinin Əhali, İmmiqrasiya və Sərhəd Keçidləri İdarəsi o cümlədən şəxsiyyət vəsiqələri, pasportlar, ölkədə giriş və yaşayış vizalarına nəzarət edir. == İsrail Daxili İşlər Nazirliyinin cavabdeh olduğu sahələr == Yerli idarəetmə məsələləri üzrə milli siyasətin planlaşdırılması Yerli özünüidarəetmə orqanlarının və onların tabeliyində olan orqanların büdcə tərtibatı və fəaliyyətinə nəzarət Yerli hakimiyyət orqanlarının fəaliyyətini müşayiət etmək və istiqamətləndirmək Yerli hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət və nəzarət Hakimiyyət orqanları arasında bələdiyyə sərhədlərinin müəyyən edilməsi Yerli hakimiyyət orqanlarında siyasətin müəyyən edilməsi və təcili yardım xidmətlərinin inkişafı Sahibkarlığın lisenziyalaşdırılması ilə bağlı qanunvericiliyin təşəbbüskarı və təşviqi, ərazidəki yerli hakimiyyət orqanlarını müşayiət etmək və yurisdiksiyaya aid olmayan ərazilərdə biznesin lisenziyalaşdırılmasına cavabdehdir.
Daxili İşlər Nazirliyi (İran)
Daxili İşlər Nazirliyi ( fars. وزارت کشور‎, Vezârat-e Keshvar ) İran İslam Respublikasının seçkilərini keçirmək, onlara nəzarət etmək,hesabat vermək, asayişi təmin etmək və daxili işlər nazirliyi ilə bağlı digər vəzifələrə cavabdeh qurumdur. == Daxili İşlər Nazirliyinin cavabdeh olduğu vəzifələr == Daxili təhlükəsizliyi təmin etmək və qorumaq, ölkə daxilində sülh və asayişin bərqərar olması və onun təmantı, kəşfiyyat, intizam və hərbi orqanlar arasında koordinasiya və sərhədlərin mühafizəsi Polis işlərinin idarə edilməsi Ölkənin konstitusiyasına və digər qanunlara uyğun olaraq siyasi və sosial azadlıqlara nail olmaq və inkişaf etdirmək, davamlı siyasi və sosial inkişafı təmin etmək və ictimai iştirakçılığın təşviqi üçün səy göstərmək. İctimai iştiraklar vasitəsilə İranın MN nailiyyətlərini qorumaq və qoruması üçün çalışmaq.
"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı
"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 30 dekabr 2022-ci ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 786-VIQD saylı Qanunu ilə təsis edilmişdir. Medalı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən Azərbaycan Respublikası daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif edilirlər. Medala layiq görülən şəxslər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilirlər. "Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalının təsviri Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 786-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir. Medalın ümumi təsviri "Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli lövhənin üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında dekorativ naxış təsvir olunmuşdur.
Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində (Rusiya İmperiyasında mövcud olmuş polis sistemi əsasında) yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.

Digər lüğətlərdə