DEVRİLMƏ

fi. deposition, dethronement, overthrow, overturn

DEVRİLİŞ
DEVRİLMƏK
OBASTAN VİKİ
Slobodan Miloseviçin devrilməsi
"Buldozer inqilabı" (serb. Булдожер револуција) — Yuqoslaviya Federativ Respublikasında 2000-ci ildə baş verən və Slobodan Miloseviçin prezident vəzifəsindən devrilməsi ilə başa çatan hadisələr silsiləsi. İnqilab mətbuatda məşhur olan adını, etirazçıların buldozerlə mərkəzi televiziya binasına basqın etdiyi məşhur epizoda görə almışdır. Etirazlar 2000-ci il sentyabrın 24-də Yuqoslaviyada keçirilən növbədənkənar prezident seçkilərindən dərhal sonra başlaydı. Seçki Komissiyası heç bir namizədin minimum səs toplamadığını və ikinci turun keçirilməli olduğunu açıqladı. “Demokratik müxalifət” blokunun liderlərinin sözlərinə görə, onun namizədi Voislav Koştunitsa səslərin yarıdan çoxunu toplayıb. Koştunitsa səsvermə zamanı yol verilən çoxsaylı qanun pozuntularını da açıqlamışdı. Eyni zamanda, Monteneqroda səsvermədə fəallıq minimal olub (lakin Slobodan Miloşeviç səs verənlər arasında çoxluğu qazanıb), Kosovoda isə Slobodan Miloşeviçə səs verən Serb əhalisi arasında çoxluğu qazanıb. Sentyabrın 28-də Serb Pravoslav Kilsəsinin Yepiskoplar Sinodu Vojislav Koştunitsanın seçilməsini dəstəklədi. Bütün ölkə boyunca etirazlar başladı.

Digər lüğətlərdə