dik
dik-diring 2021
OBASTAN VİKİ
Dik Beddouz
Dik Beddouz (ing. Richard Herbert "Dick" Beddoes; d. 1926 – ö. 24 avqust 1991) — Kanadalı idman jurnalisti. O, "Vancouver Sun" və "The Globe and Mail" qəzetlərində, daha sonra isə televiziya və radioda işləmişdir. == Super seriya == 1972-ci ilin yazında SSRİ və Kanadanın ən güclü xokkeyçiləri arasında 8 oyundan ibarət yarışın keçirilməsi barədə razılıq əldə edildiyi zaman "The Globe and Mail" qəzetinin işçisi olan Dik Beddouz belə iddia edir ki, kanadalılar 8 görüşün hər birində qələbə qazanacaq. O, öz fikrində ciddi olduğunu sübut etmək üçün belə bir vəd də verir: "Əgər ruslar cəmi 1 oyunda belə qələbə qazana bilsə mən öz məqaləmi borş ilə birlikdə yeyəcəm. Redaktor qeydi: Hər ehtimala qarşı əlinizin altında xama saxlayın". Lakin elə ilk oyun SSRİ-nin 7:3 hesablı qələbəsi ilə başa çatır. Vəziyyət belə olduqda isə Dik Beddouz verdiyi vədi tutmalı olur.
Dik Deyl
Riçard Entoni Monsur (4 may 1937, Boston, Massaçusets – 16 mart 2019) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur. Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi. Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi. The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər. Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir. Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır. == Həyatı == Dik Deyl 4 may 1937-ci ildə Massaçusets ştatının Boston şəhərində anadan olub. Onun atası Ceyms Livan əsilli və anası Sofiya isə Polşa-Belarus əsilli idi. Ailəsi daha sonra Quincy Point məhəlləsində Livan əsilli əhalinin yaşadığı Massaçusets ştatının Quincy şəhərinə köçdü.
Dik adası
Dik adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın şimalında, Karl Aleksandr adasından şimalda, Bak boğazında yerləşir. Ada dairəvi formaya malikdir. Diametri 150 metrdir. Adada yüksəklik yoxdur.
Dik hana
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd); Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Dik Çeyni
Riçard Bryus "Dik" Çeyni (ing. Richard Bruce "Dick" Cheney; 30 yanvar 1941, Linkoln, Nebraska) — amerikalı siyasətçi, respublikaçı, Amerika Birləşmiş Ştatlarının 46-cı vitse-prezidenti (2001-2009) və 17-ci Müdafiə naziri (1989-1993). Bəzi politoloqlar Dik Çeynini Amerika siyasəti tarixində ən nüfuzlu vitse-prezident adlandırırlar. Dik Çeyni mühafizəkar düşərgəsində radikal qərarları dəstəkləyən qrupa aid edilir. O, Donald Ramsfeldlə bərabər İraq müharibəsinin əsas təşəbbüskarlarınan biri sayılır. Dik Çeyni Pentaqona ilk dəfə ata Buşun hakimiyyəti dövründə gəlib. 1991-ci ildə Küveytin azad edilməsi üçün həyata keçirilən Səhrada tufan əməliyyatı zamanı ABŞ-nin Müdafiə naziri məhz o idi. == Siyasi fəaliyyəti == 1974-cü ildə Çeyni prezident Ford administrasiyasında aparat rəhbəri təyin ediləndə o, bu vəzifəni tutan ən gənc şəxs olmuşdu. Dik Çeyni iş dünyasının və o cümlədən neft sənayesinin liderləri ilə yaxın əlaqələrdə təqsirləndirilir. O, öz nüfuzuna baxmayaraq vitse-prezidentlik dövründə cəmi bir neçə dəfə ictimai nitqlə çıxış edib.
Endi Dik
Endryü Roan "ЭEndi" Dik (ing. Andrew Roane "Andy" Dick; d. 21 dekabr 1965-ci il, Çarlston, Cənubi Karolina, ABŞ) — amerika aktyoru, rejissor, prodyussor, ssenarist, bəstəkar.
Filip Dik
Filip Kindred Dik (ing. Philip Kindred Dick; 16 dekabr 1928[…], Çikaqo, İllinoys – 2 mart 1982[…], Santa-Ana, Kaliforniya) — amerikalı məşhur yazıçı-fantast. Dikin əsərlərində sosioloji, siyasi və metafiziki mövzular araşdırılır, bu əsərlərdə inhisarçı şirkətlər, avtoritar hökumətlər və dəyişdirilmiş situasiyalar üstünlük təşkil edir.
Soumia Dik
Corc Dik
Corc Dik (ivr. ‏ג'ורג' דיק‏‎, ərəb. جورج ديك‎) — İsrail diplomatı. 2018-ci ildən bəri İsrailin Azərbaycandaki səfiridir. O, səfir təyin olunan ilk Xristian İsrail ərəbidir. == Həyatı == Dik Yafanın Əcəmi məhləsində, müxtəlif mənşəli qonşular ətrafında böyüyüb. O, Rayxman Hüquq Məktəbində və Fulbrayt proqramının dəstəyi ilə Corctaun Universitetində oxumuşdur. 2008-ci ildə Dik Xarici İşlər Nazirliyində işləməyə başlamışdı. 2009-2012 illərin arasında o, Nigeriyadaki missiyanın başçısı idi. 2012-2015 illərin arasında Dik Norveçdə səfirin müavini olaraq işləyirdi.
Dik Şof
Dik Şuf — (8 mart 1957) 2020–2024-cü illər arasında Ədliyyə və Təhlükəsizlik Nazirliyinin baş katibi vəzifəsində çalışmış Hollandiya dövlət qulluqçusudur. O, bundan əvvəl 2013–2018-ci illərdə Milli Təhlükəsizlik və Terrorla Mübarizə üzrə Koordinator, 2018–2020-ci illərdə Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin baş direktoru vəzifələrində çalışıb. 2024-cü ilin mayında Şuf 2023–2024-cü illər hökumətinin qurulmasından sonra Hollandiyanın baş naziri vəzifəsinə Mark Ruttenin yerinə namizəd olmuşdur. 2 iyul 2024-cü ildə onun andiçmə mərasimi keçirilib və baş nazir vəzifəsinə başlayıb. == Həyatı == Hendrikus Wilhelmus Maria (Dik) Şuf 8 mart 1957-ci ildə Santpurtda Roma Katolik ailəsinin yeddi uşağının ən kiçiyi olaraq anadan olmuşdur. Onun atası sosial xidmətlər də daxil olmaqla bələdiyyə məmuru olub. O, səkkiz yaşında olanda ailəsi ilə birlikdə Hengelo şəhərinə köçüb və burada De Grundel Liseyində oxuyub. 1975–1982-ci illərdə Radboud Universitetində şəhər və regional planlaşdırma üzrə təhsil alıb. O, avarçəkmə ilə məşğul olan Focas tələbə dərnəyinin üzvü və onun rəhbəri olub.
Dik Treysi (film, 1990)
Dik Treysi (ing. Dick Tracy) – 1990-cı ildə Komediya janrında çəkilən filmdir. Film "Dik Treysi" komiksi əsasında yaradılmışdır. == Məzmun == Filmdə baş verən hadisələr Çiqaqoda 1930-cu illəri əhatə edir. Şəhəri bütünlüklə qanqster banda başçısı Alfons Nazlı "Böyük Oğlan" idarə edir. Lakin onlarla cəsur detektiv Dik Treysi mübarizə aparır. Onun Tess Trüxard adlı həyat yoldaşı vardır. Buna baxmayaraq Dik Treysi barda mahnı oxuyan Britlez Mahoniyə aşiq olur...
Men ştatındakı dik atılan fransız sindromu
Men ştatındakı dik atılan fransız sindromu (ing. Jumping Frenchmen of Maine) - 1878-ci ildə amerikalı nevropatoloq Georq Börd tərəfindən aşkarlanmış müəmmalı xəstəlik. Nevropatoloq müşahidə edib ki, Men ştatında meşələrdə ağac qıran və odun tədarükü görən kanadalı fransızlar belə xəstəliyin daşıyıcılarıdır. Onlar Men ştatının şimalındakı Mushed gölünün yanındakı meşələrdə çalışırdılar. Yekəpər, cüssəli kanadalılar qəflətən yerlərində dik atılır və bərk qorxmuş adamlar kimi qışqırırdılar. Həkimlər hesab edirlər ki, indi də yüzlərlə adamın mübtəla olduğu bu xəstəlik ifrat qorxu refleksi ilə bağlıdır. Üstəlik, xəstəlik yalnız kanadalılar arasında müşahidə olunub. Xəstələrdən bəzilərində eşidilən söz və ifadələrin avtomatik təkrarı olan exolalliya sindromu da var. Amerikalı psixiatrların fikrincə, xəstəlik Turett sindromunun xüsusi forması ilə bağlıdır. Bu sindrom xəstələrində mərkəzi əsəb sistemində ciddi fəsadlar müşahidə olunur.

Digər lüğətlərdə