dərisitikanlılar

dərisitikanlılar
dərisitikanlı
dərisiz
OBASTAN VİKİ
Dərisitikanlılar
Dərisitikanlılar (lat. Echinodermata) — heyvanlar aləminə aid heyvan tipi. 7000-ə qədər növü məlumdur. Dərisitikanlılar dənizlərin dibində yaşayan və bədənləri beşşüalı simmetriyalı quruluşa malik olan heyvanlardır. Yetkin formaları şüalı, sürfələri isə ikiyan simmetriyaya malikdir. Bu, onu göstərir ki, onların əcdadı ikitərəfli simmetriyalı heyvanlar olmuşdur. ikinci bədən boşluğu (selom) yaxşı inkişaf etmişdir. Əsasən hərəkət funksiyası daşıyan su-damar və ya ambulakral sistemə malikdir. Bu sistem həmçinin tənəffüs, qismən ifrazat və başqa funksiyalar da yerinə yetirir. Daxili orqanlar bədən boşluğunda yerləşir.

Digər lüğətlərdə