is. zool. Dəniz kirpiləri, dəniz ulduzları və s.-ni əhatə edən onurğasız heyvanlar. Dənizin dibində elə qəribə heyvanlar vardır ki, bunların nə sağ, nə də sol tərəfləri, nə baş və nə də quyruqları var, bunlar hər tərəfə sürünə bilir və hər bir tərəfə süründükdə irəli hərəkət edir. Bunlara dərisitikanlılar deyilir. “Sualtı aləm”.