Edinburq

coğ. Edimbourg

edilmək
effekt
OBASTAN VİKİ
Edinburq
Edinburq (ing. və ş.german Edinburgh [ˈɛdɪnb(ʌ)rə], şot.kelt Dùn Èideann [tuːn ˈeːtʃən]) — Böyük Britaniyanın Şotlandiya vilayətinin ikinci böyük şəhəri (Qlazqodan sonra)və paytaxtı. Şimal-şərq hissəsində yerləşir. Bu şəhər turistlərin marağını qədim qalaları ilə cəlb edir. Edinburq, Böyük Britaniyada ilk kral şəhərlərindəndir.
Edinburq Universiteti
Edinburq Universiteti (ing. University of Edinburgh) — Şotlandiyanın Edinburq şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri. == Xarici əlaqələri == Edinburq Universiteti Britaniyanın tədqiqat universitetlərini birləşdirən Rassel qrupuna, eləcə də, "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir. Koimbra qrupunun üzvüdür. == Reytinqi == == Məşhur məzunları == Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Culius Nyerere - Tanzaniyanın sabiq prezidenti; Yun Po Sun - Cənubi Koreyanın sabiq prezidenti; Uiliyam Uolker - Nikaraqua Respublikasının sabiq prezidenti; Qordon Braun - Böyük Britaniyanın sabiq Baş naziri; Con Rassel - Böyük Britaniyanın sabiq Baş naziri; Henri Templ - Böyük Britaniyanın sabiq Baş naziri; Çarlz Tupper - Kanadanın sabiq Baş naziri; Maykl Cullen - Yeni Zellandiyanın maliyyə naziri; Devid Yum - məşhur Şotland filosofu; Adam Smit - Şotland iqtisadçısı, müasir iqtisadi nəzəriyyənin banisi; Artur Konan Doyl - məşhur yazıçı, Şerlok Holms haqqında detektiv romanların müəllifi; Valter Skott - dünya şöhrətli yazıçı; Robert Stivenson - məşhur macəra romanlarının müəllifi; Edvard Appleton - fizika üzrə Nobel mükafatı laureatı; Çarlz Barkla - fizika üzrə Nobel mükafatı laureatı; Maks Born - fizika üzrə Nobel mükafatı laureatı; İqor Tamm - fizika üzrə Nobel mükafatı laureatı; Piter Doherti - tibb üzrə Nobel mükafatı laureatı; Ceyms Mirrlees - iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Piter Mitçell - kimya üzrə Nobel mükafatı laureatı. == İlkləri == 1896-1898-ci illərdə burada entomologiya sahəsində bir tədqiqatçı kimi çalışmış Eleanor Anna Ormerod Edinburq Universitetindən fəxri doktor adı almış ilk qadındır. == Mənbə == Lamiyə Əliyeva, Dünya universitetləri: Edinburq Universiteti Arxivləşdirilib 2018-01-11 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 22.01.2010, № 03.
Edinburq adası
Edinburq (ing. Edinburgh) — Viktoriyadan cənubda, Koroneyşen körfəzində yerləşən kiçik ada. Adanın maksimal hündürlüyü 103 m-dir. == Tarixi == Əvvəllər adada Şimal Xəbərdarlıq sistreminə aid dispeçer stansiyası fəaliyyət göstərirdi.
Edinburq hersoqu
Edinburq hersoqu (ing. Duke of Edinburgh) — Şotlandiyanın paytaxtı Edinburqa görə verilən britaniya hersoq titulu. Britaniya kral ailəsində yeni hersoq titullarından biridir. XVIII əsrdən , Böyük Britaniyanın birləşməsindən sonra yaranıb. 1764—1834-ci illərdə titul Qloster hersoqu titulu ilə birləşdirildi. Bütün tarix boyu titulu 6 nəfər daşıyıb.
Edinburq qalası
Edinburq Qalası (ing. Edinburgh Castle) — Şotlandiya ərazisində olan tarixi memarlıq abidəsi. == Tarixi == == Təsviri == Edinburq qalası Edinburq Köhnə şəhərinin qərbindəki Kral Milinin üstündə yerləşir. === Mons Meg === Mons Meg — XV əsrdə düzəldilmiş dünyanın ən böyük toplarından biridir. Top Burqund hersoqunun göstərişi ilə 1449-cu ildə düzəldilib və 1454-cü ildə Şotlandiya kralı II Ceymsə hədiyyə edilmişdir. Topun ağırlığı 6 ton, mərmilərinin ağırlığı isə 150 kq-dır. Top 2 km uzaqlığa qədər atəş açmaq xüsusiyyətinə malikdir. Güllələrdən bir neçəsi indiyə qədər topun yanında nümayiş etdirilir. Top Belçikada Mons adlanan ərazidə düzəldildiyi üçün Mons Meg adlandırılmışdır. İlk dəfə XV əsrdə Edinburq qalası mühasirəyə alınan zaman, qalanın müdafiəsi üçün ingilislərə qarşı istifadə edilmişdir.
Edinburq Kolleci
Edinburq Kolleci və ya Edinburq Məktəbi — Şotlandiyanın Edinburq və Midlotian şəhərlərində kampusları olan ali təhsil müəssisəsi. Kollec Şotlandiyanın ən böyük kollecidir. Kollec 1 oktyabr 2012-ci ildə Edinburqun Jevel və Esk, Telford və Stevenson kolleclərinin birləşməsinin bir hissəsi olaraq yaradılmışdır. == Akademik struktutu == Edinburq Kolleci əsasən hökumət tərəfindən maliyyələşdirilən kollecdir. Kollec bakalavr, magistr, doktorantura dərəcələri verir. Kollecin dörd kampusu var. Edinburq Kollecinin təklif etdiyi kursların hər biri təhsil mərkəzlərinin səlahiyyətinə daxildir. Mərkəzlər adətən kollecin şəhərciyində yerləşir və dərs üçün xüsusi imkanlar təmin edir. === Kreativ İndustriya mərkəzi === Mərkəz Milton Road və Sighthill kampuslarında yerləşir. Mərkəzə kino və musiqi studiyaları, eləcə də auditoriyalar daxildir.
Edinburq mərkəz məscidi
Edinburq mərkəz məscidi (ing. Edinburgh Central Mosque) — Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşən məscid. Məscid şəhərin mərkəzi hissəsində, Edinburq Universitetinin yaxınlığında yerləşir. Tikilini və ərazisinə daxil olan İslam Mərkəzinin memarı Vasil Əl-Bəyatidir. Altı il davam edən tikinti işləri 1998-ci ildə yekunlaşmış və toplamda 3.5 milyon funt sterlinqə başa gəlmişdir. Edinburq mərkəzi məscidi ənənəvi İslam memarlığı formasında inşa olunsa da, məsciddə şotland memarlığının ornamentlərindən də istifadə olunmuşdur. İbadət evinin daxilində daha çox adamın dua edə bilməsi üçün az sayda əşyadan istifadə edilmişdir. Qadınlar üçün xüsusi ibadətxana mövcuddur.
Edinburq Napier Universiteti
Edinburq Napier Universiteti (şot. Oilthigh Napier Dhùn Èideann) — Şotlandiyanın Edinburq şəhərində yerləşən dövlət universiteti. Universitetdə 19,500-dən çox tələbə təhsil alır. 2018-ci ilin göstəricilərinə görə universitetdə Avropa İttifaqı daxil olmaqla dünyanın 140-dan çox ölkəsindən təxminən 9500 xarici tələbə təhsil alırdı. == Tarixi == 1964-cü ildə Napier Texniki Kolleci kimi yaradılmışdır. XVI-cı əsrdə yaşamış şotland riyaziyyatçısı və ilahiyyatçısı, loqarifmlərin ixtiraçısı Con Napierin şərəfinə adlandırılmışdır. Kollec 1986-cı ildə Napier Texnik İnstitutu adlandırıldı. 1992-ci ilin iyununda qurum rəsmi olaraq Edinburq Napier Universiteti adı aldı. Edinburq Napier Universiteti iki dəfə Kraliçanın Yubiley Mükafatına layiq görülüb. Universitetin şüarı Nisi sapientia frustra — "Bilik olmadan hər şey əbəsdir" mənasını verir.
Edinburq qalası (Yamayka)
Edinburq qalası (ing. Edinburgh Castle) — Yamaykanın Sent-Enndə mülk və indi xaraba qalmış ev. Bu, Yamaykanın ən erkən qeydə alınmış serial qatili Lyuis Hatçinson tərəfindən tikilmişdir. Qarşı künclərdə diaqonal olaraq iki dairəvi, boşluqlu qüllələri var idi. Xarabalar Yamaykanın Milli İrs Abidələri siyahısındadır. Yaxınlıqda eyniadlı kiçik bir kənd var, həmçinin Sent-Tomasda eyniadlı qəsəbə yerləşir. == Populyar mədəniyyətdə == "Assassin's Creed III" videooyununda köhnəlmiş tərk edilmiş Edinburq qalası Cozef Palmeri öldürdükdən sonra Lyuis Hatçinsonun şəxsi kolleksiyasına daxil olan Kapitan Kiddin xəzinə xəritəsinin parçalarından birini axtarmaq üçün oyunun protaqonisti Konnor Kenuey tərəfindən tədqiq edilir. == İstinadlar == == Xarici keçidlər == Aerial view.
Edinburq hərbi orkestr paradı
Edinburq kral hərbi orkestr paradı (ing. Royal Edinburgh Military Tattoo) — hər il avqust ayında Edinburq qalasında keçirilən hərbi parad. Şəhərə gələn bir çox dövlətlərin hərbi orkestrləri təntənəli marşla həmin meydanda hərəkət edirlər. Paradı tuluq zurnası çalan Şotlandiya hərbçiləri açır.
Edinburq of ze Sii
Yeddi dəniz Edinburqu (ing. Edinburgh of the Seven Seas) — Tristan-da-Kunya arxipelaqında yeganə daimi yaşayış məntəqəsi. 2005-ci ildə əhalisi 275 nəfər idi. Yerli əhali qəsəbəni sadəcə The Settlement (qəsəbə) adlandırırlar. Yaşayış məskəni adanın britaniyalıların işğalından sonra salınıb. 1867-ci ildə kraliça Viktoriyanın ikinci oğlu, Edinburq hersoqu şahzadə Alfredin "Qaleteyq" freqatının kapitanı kimi səfərinin şərəfinə adlandırılıb. İkinci dünya müharibəsinin sonuna qədər adada hərbi qarnizon yerləşib. 1961-ci ildə vulkan püskürməsi qəsəbəni, balıq fabrikini və kartof sahələrini dağıdıb, bu səbəbdən də əhali adadan köçürülüb. Tədricən əhali geri qayıdıb, fabrik və qəsəbə isə 1963-cü ildə tam bərpa edilib. Qəsəbədə məktəb, kiçk xəstəxana, ərzaq dükanı, poçt şöbəsi, radiostansiya, kafe, videomallar marketi, basseyn və bir nəfər polisi olan polis məntəqəsi vardır.
Yeddi dəniz Edinburqu
Yeddi dəniz Edinburqu (ing. Edinburgh of the Seven Seas) — Tristan-da-Kunya arxipelaqında yeganə daimi yaşayış məntəqəsi. 2005-ci ildə əhalisi 275 nəfər idi. Yerli əhali qəsəbəni sadəcə The Settlement (qəsəbə) adlandırırlar. Yaşayış məskəni adanın britaniyalıların işğalından sonra salınıb. 1867-ci ildə kraliça Viktoriyanın ikinci oğlu, Edinburq hersoqu şahzadə Alfredin "Qaleteyq" freqatının kapitanı kimi səfərinin şərəfinə adlandırılıb. İkinci dünya müharibəsinin sonuna qədər adada hərbi qarnizon yerləşib. 1961-ci ildə vulkan püskürməsi qəsəbəni, balıq fabrikini və kartof sahələrini dağıdıb, bu səbəbdən də əhali adadan köçürülüb. Tədricən əhali geri qayıdıb, fabrik və qəsəbə isə 1963-cü ildə tam bərpa edilib. Qəsəbədə məktəb, kiçk xəstəxana, ərzaq dükanı, poçt şöbəsi, radiostansiya, kafe, videomallar marketi, basseyn və bir nəfər polisi olan polis məntəqəsi vardır.
Edinburqlu Mariya
Edinburqlu Mariya (ing. Marie Alexandra Victoria of Edinburgh; 29 oktyabr 1875[…], İstuell-Park[d], Kent qraflığı – 18 iyul 1938, Peleș qəsri[d]) — son Rumıniya kraliçası. Edinburqlu Mariya 1875-ci ildə Britaniya monarx ailəsində doğuldu. Atası Kraliça Viktoriyanın oğlu Alfred, anası isə II Aleksandrın qızı Mariya Aleksandrovnadır. İlk illəri Kent, Malta və Koburqda keçdi. Britaniya vəliəhdi Georqla evlənməkdən imtina etdikdən sonra 1892-ci ildə Rumıniya taxt-tacının vəliəhdi Ferdinandla evlənməsinə qərar verildi. Birinci Dünya Müharibəsinin başlamasının ardından taxta çıxan əri I Ferdinandı Antanta birliyinə qoşulmağa və Almaniyaya müharibə elan etməyə təşviq etdi. Nəticədə 1916-cı ildə Rumıniya krallığı müharibəyə qatıldı. Müharibənin ilk illərində paytaxt Buxarest işğal olundu və I Ferdinand ailəsiylə birlikdə Moldovaya sığındı. Burada Edinburqlu Mariya və 3 qızı cəbhədən gələn yaralı və xəstə əsgərlərin saxlandığı hərbi hospitalda tibb bacısı kimi çalışdılar.