eks-prezident
eks-vitse-prezident
OBASTAN VİKİ
Spiker
Parlamenrin spikeri (ing. Speaker, hərf. natiq) — bir palatalı parlamentin və ya çox palatalı parlamentin palatasının sədri. Bu termin siyasi leksikonda geniş yayılmışdır, lakin rəsmi olaraq yalnız ingilisdilli dövlətlərdə və ölkələrdə istifadə olunur. Parlamentin spikeri vəzifəsi ilk dəfə 1377-ci ildə İcmalar Palatasında təqdim edildi, onun ilk sədri Tomas Hangerford (ing. Thomas Hungerford) oldu. Spikerin əsas funksiyalarına Parlament Palatasının iclaslarının təşkili (qaydalara əməl olunmasına nəzarət, ayrı-ayrı deputatlara söz vermək, səsvermənin nəticələrini elan etmək) və onun vəzifəli şəxslərinə rəhbərlik etmək daxildir. Bundan əlavə, spiker hakimiyyətin digər qolları ilə münasibətlərdə parlamentin nümayəndəsi kimi çıxış edir. Bəzi hallarda spiker parlamentin lideri sayılır və ona digər deputatlara verilməyən səlahiyyətlər və səlahiyyətlər verilir. O, görkəmli siyasi xadimdir və qanunvericilik prosesinin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bir sıra ştatlarda və ölkələrdə prezident vəzifəsində vakant yer yarandığı halda, bir və ya bir neçə palatanın spikeri eyni anda prezidentin səlahiyyətlərini icra edən təyin edilir.
Meri-eks göydələni
Gherkin — Londonun memarlıq rəmzinə çevrilən və britaniyalıların "Gherkin" adlandırdıqları 40 mərtəbəli "St. Mary Axe" binası. 2014-cü ilin yay aylarında satışa çıxarılan bu binanı braziliyalı investor Joseph Safra Londonun mərkəzində yerləşən Gherkin binası üçün 726 milyon funt sterlinq (1.1 milyard dollar) təklif edib. Göydələn 2001–2004-cü illərdə məşhur britaniyalı arxitektor Norman Fosterin layihəsilə tikilib. Tikintisi 400 milyon dollara başa gələn və 180 metr hündürlüyündə olan bina elə layihələşdirilib ki, bu tipli digər binalarla müqayisədə 2 dəfə az elektrik enerjisi sərf edir. Bu səbəbdən "Gherkin" binasını çoxları "ekoloji göydələn" adı ilə də çağırırlar. Gherkin həm də turşuya qoyulmaq üçün yararlı olan kiçik xiyar növlərinin adıdır. "Gherkin" Londonun əsas rəmzlərindən birinə çevrilərək müasir memarlıq sənətininin ən məşhur nümunələrindən sayılır. "Evans Randall" şirkətilə şərikli əsasda binanın sahibi olan Almaniyanın "IVG Immobilien" şirkəti 2013-cü ildə müflis oluğunu elan etmişdi. Hesablamalara görə, Londonun müasir mənzərəsini yaradan 10 ən məşhur binasının ümumi dəyəri 11 milyard dollar təşkil edir.
Eks-maşın (film)
Eks maşın (lat. Ex machina) — Aleks Qarlandın rejissorluq debütü olan və süjet xəttini yazdığı Britaniya Elmi fantastika filmidir. Film Ən yaxşı vizual effektlər kateqoriyasında "Oskar" mükafatını əldə etmişdir. Filmin mətbuat premyerası 2014-cü ilin dekabr ayında baş tutmuş olsa da, film yalnız 2015-ci ilin yanvar ayında geniş ictimaiyyətə təqdim edilmişdir. == Çəkilişlər == Filmin çəkilişləri Norveçin Valldal şəhərində yerləşən Cuvet Landskeyp Hotelində aparılmışdır. Filmin saundtrekini Qarlandın əvvəllər Hakim Dredd 3D filmində əməkdaşlıq etdiyi Ceffom Berrou və Ben Solsberi bəstələmişdir.
Eks-an-Provans (rayon)
Eks-an-Provans (fr. Aix-en-Provence) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Buş-dü-Ron. Suprefektura — Eks-an-Provans. Rayon əhalisi 2006-cı ildə 410 356 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 268 nəf / km². Rayon sahəsi — 1532 km².