ELİTA

i. 1. bot., k.t., zool. best specimens; 2. (cəmiyyətin ən yaxşı hissəsi) elite

ELƏTMƏK
ELKTROTEXNİKİ
OBASTAN VİKİ
Elita
Elitar(lat. electus - "seçilmişlər") — cəmiyyətin yüksək ixtisaslı şəxsləri və ya hakim dairələrdə təsirə malik sosial qruplar. Çox vaxt bu anlayış müəyyən şəxslər qrupuna da aid edilir. Xüsusi fәrdi vә peşәkar keyfiyyәtlәrә malik şәxslәr qrupu. Bu keyfiyyәtlәr hәmin şәxslәri Elita-ya, yaxud bu vә ya digәr ictimai hәyat sferasının (elm, incәsәnәt vә s.), sosial hәrәkatların vә partiyaların seçmә tәbәqәsinә çevirir. Qәrb sosiologiyasında müxtәlif elita nәzәriyyәlәri mövcuddur. Hәmin nәzәriyyәlәrdә Elita vә xalq kütlәsi qarşı-qarşıya qoyulur; müәyyәn ictimai dövrün bitmәsi ilә Elitanın dәyişmәsi fikri irәli sürülür vә sübut edilir (V.Pareto, R.Mişels vә b.); hakimiyyәtdә olan Elitanın tәbiәti vә mahiyyәtinin sırf sosioloji izahı bәzi istisnalarla inkar edilir (Ç.R.Mills); Elita bәzәn ictimai rol bölgüsü, bәzәn dә mәşhur şәxslәrin, xarizmatik liderlәrin tәbii genetik xüsusiyyәtlәri ilә әlaqәlәndirilir. Bәzi Elita versiyaları Elitanın siyasi hakimiyyәtdә olduğu kimi, istehsalatda da inkarolunmazlığı fikrini dәstәklәyir. Belә ki, müәssisәlәrin texnoloji tәlәblәri vә tәşkilati şәrtlәri rәhbәr işçilәrin xüsusi tәbәqәsinin mövcudluğunu zәruri edir. "Elita" sözü ilk dəfə olaraq XVII əsrdə yüksək dəyərli və keyfiyyətli məhsulları, ilk növbədə parça üçün işlədilmişdir.
Elita (dəqiqləşdirmə)
Elita — cəmiyyətin yüksək ixtisaslı şəxsləri. Elita (şərab) — Azərbaycan şərabı. Elita (qəzet) — 1996-2000-ci illərdə çıxan həftəlik ictimai-siyasi qəzet.
Elitarizm
Elitizm — elitanı yaradan şəxslərin - daxili keyfiyyət, yüksək intellekt, sərvət, xüsusi bacarıq və ya təcrübəyə malik insanların seçilmiş bir qrupun bütövlükdə cəmiyyət üçün daha konstruktiv olma ehtimalı və buna görə təsir göstərməyə ya da başqalarından daha böyük bir səlahiyyətə layiq olduğu inam və münasibətdir. Elitizm termini, məhdud sayda insanın əlində cəmləşdiyi bir vəziyyəti təsvir etmək üçün istifadə edilə bilər. Elitizm əleyhdarları anti-elitizm, eqitalitarizm, populizm və plüralizmin siyasi nəzəriyyəsini əhatə edir. Elit nəzəriyyə cəmiyyətdə elit təsirin sosioloji və ya siyasi elm təhlilidir: elit nəzəriyyəçilər plüralizmi utopik bir ideal hesab edirlər. Elitizm sosial təbəqə və sosioloqların sosial təbəqələşmə adlandırdıqları şeylərlə sıx bağlıdır, Anqlo Sakson ənənəsində uzun müddət irsi zadəganlığın "mavi qan" iddialarına ilişib qalmışdır. Yuxarı siniflərin üzvləri bəzən sosial elita kimi tanınırlar. Elitizm termini bəzən yüksək qabiliyyətlərə sahib olduqlarını iddia edən bir qrup insanların və ya sadəcə bir qrup və ya kadrların başqalarının hesabına özlərinə əlavə imtiyazlar verdikləri vəziyyətləri ifadə etmək üçün də istifadə olunur. Elitizmin bu forması ayrı-seçkilik kimi təsvir edilə bilər. "Elit" üçün bəzi sinonimlər "yuxarı sinif" və ya "aristokrat" ola bilər ki, bu da sözügedən şəxsin cəmiyyətin istehsal vasitələrinə nisbətən böyük dərəcədə nəzarət etdiyini göstərir.Buraya şəxsi nailiyyəti deyil, sosial-iqtisadi vasitə ilə bu vəzifəni qazananlar daxildir. Lakin, elitizmi bir siyasi nəzəriyyə kimi müzakirə edərkən bu terminlər yanlışdır, çünki onlar tez-tez mənfi "sinif" birləşmələri ilə əlaqələndirilir və fəlsəfənin daha qərəzsiz bir araşdırmasını təqdir edə bilmirlər.
İlyas Əfəndiyev adına Elitar Gimnaziya
İlyas Əfəndiyev adına Elitar Gimnaziya — İlyas Əfəndiyevin adını daşıyan məktəb. Beynəlmiləl təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziya 2 korpusdan ibarətdir. Əsas bina ötən əsrin 30-cu illərində tikilib və 2-ci Dünya Müharibəsi illərində Hərbi Hospital olaraq fəaliyyət göstərib. 1998-ci ildən Təhsil problemləri institutunun baza müəssisəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.02.2002-ci il tarixli, 113 nömrəli əmri ilə məktəb indiki adı ilə gimnaziyaya çevrilmiş (köhnə 41 saylı) və onun nizamnaməsi təsdiq olunmuşdur. Təhsil Nazirliyinin 08.04.2002-ci il tarixli, 25 nömrəli əmri ilə məktəb nazirliyin birbaşa tabeliyinə keçmişdir. Təhsil Nazirliyinin tabeliyində olan müəssisə gənc nəslin təhsili və onların müasir həyata hazırlanması sahəsində əldə etdiyi nailiyyətlərlə respublikanın öndə gedən məktəblərindən biri kimi tanınır. Təhsil ocağı 2009-cu ildə əsaslı təmir edildikdən sonra müasir avadanlıq və əyani tədris vəsaitləri ilə təchiz olunub. Əsaslı bərpa və yenidənqurmadan sonra 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutmuşdur.

Digər lüğətlərdə