frazeologiya
fürsət
OBASTAN VİKİ
Füqəra füyuzatı
Füqəra füyuzatı (jurnal, 1920–1921) — ədəbi, elmi, ictimai-siyasi, şəkilli toplu, Azərbaycan Hərbi inqilab komitəsinin orqanı (Bakı). Nəşri iki həftədə bir dəfə nəzərdə tutulmuşdu. Lakin cəmi üç, 1920-ci ildə (I. IX, I. XI) 2, 1921-ci ildə (28. IV) 1 nömrəsi çıxmışdır. Ağababa Yusifzadənin müdirliyi və Məmməd Səid Ordubadinin baş redaktorluğu ilə nəşr olunurdu. "Füqəra füyuzatı" Nəriman Nərimanovun şəkli və "Kommunizm nə verəcəkdir?" məqaləsilə açılırdı. Jurnalın məqsəd və məramı məsul müdirin "Füqəra Füyuzatı" nə edəcəkdir?" və baş mühərririn "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsində şərh olunmuşdur. A. Yusifzadə jurnalın proletar ədəbiyyatı yaratmaq məramını açıqlayaraq yazırdı: "Məcmuəmizin başlıca məqsədlərindən biri də məmləkət içrə qeyri-mütəşəkkil halda bulunan üdəba və şüəranı bir yerdə toplayaraq, füqəra nəfinə olmaq şərtilə onların qələmlərindən tərşih edən abdar kəlamlardan istifadə etməkdir. İştə təqib etdiyimiz məram, iştə məcmuəmiz!" "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsi ilə 1907-ci ilin noyabrında fəaliyyətini dayandıran "Füyuzat" jurnalı ilə yenicə nəşrə başlayan "Füqara füyuzatı" arasında əlaqələri aydınlaşdıran Məmməd Səid Ordubadi yazırdı: "ünvanımızda yazdığımız "Pərdə eniyor, pərdə qalxıyor" kəlmələri gərək ki, qarelərimizi əvvəlcə bir az düşündürmüşdür. Ona görə də bir neçə kəlmə izahat vermək istiyoruz.
Azərbaycan füqərası
Azərbaycan füqərası (آذربایجان فوقراسی) — Azərbaycan Xalq Cümhuriyyətində gündəlik leqal bolşevik qəzeti. == Tarixi == İlk nömrəsi 8 dekabr 1919-cu ildə, sonuncu – 62-ci nömrəsi 8 mart 1920-ci ildə Bakıda çıxmışdır. Redaktoru Əliheydər Qarayev olmuşdur. "Azərbaycan füqərası" partiyanın məqsəd və vəzifələrini zəhmətkeşlərə izah edir, onları sovet hakimiyyəti uğrunda mübarizə üçün səfərbərliyə alırdı. 49-cu nömrəsində Azərbaycan kommunist təşkilatlarının 1920-ci ildə keçirilən 1-ci qurultayı haqqında məlumat verilmişdir. Azərbaycanda fəhlə və kəndlilərin həyat və mübarizəsinə geniş yer verən "Azərbaycan füqərası" kütlələrin beynəlmiləlçilik və Sovet Rusiyası ilə dostluq ruhunda tərbiyə edilməsində fəaliyyət göstərmişdir. "Azərbaycan füqərası" Azərbaycan fəhlə və kəndlilərinin Sovet Rusiyasının həyatı ilə tanış edir, Qızıl Ordunun vətəndaş müharibəsi cəbhəsindəki qələbələri haqqında yazılar dərc etmişdir. 1920-ci ilin martında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təzyiqi ilə bağlanmışdır.
Dağıstan füqərası qəzeti
"Dərbənd" qəzeti (azərb-kiril. Дәрбәнд) — Dağıstanda Azərbaycan və rus dillərində buraxılan ictimai və siyasi mətbu orqan. Bu qəzetdə Dağıstanda baş verən ictimai və siyasi hadisələr, azərbaycanlılarin tarixi və mədəniyyəti haqqında materiallar dərc edilir. == Tarixi == Qəzet 1920-ci ildə "Şurayi-Dağıstan" adı ilə dərc olunmağa başlamışdır. 1922-ci ildən isə "Dağıstan fuqarası" (ərəb əlifbası ilə) adı ilə dərc olunur. 1928–1930-cu illərdə qəzetin baş redaktoru Məmmədkazım Ələkbərli olmuşdur. Əməkdaşları arasında Almas İldırım, Beydulla Musayev, Əhməd Cəmil, Fazil Seyidov və başqalarını qeyd etmək olar. 1931-ci ilin oktyabr ayından qəzet "Kolxoz yolu", 1932-ci ilin martından isə "Lenin bayrağı" adı ilə nəşr olunur. 1960–1963-cü illərdə isə qəzetin buraxılışı dayandırılır. Sonradan "Kənd mayakı".

Digər lüğətlərdə