Azərbaycan füqərası (آذربایجان فوقراسی) — Azərbaycan Xalq Cümhuriyyətində gündəlik leqal bolşevik qəzeti.
Azərbaycan füqərası | |
---|---|
Yaranma tarixi | 8 dekabr 1919 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 8 mart 1920 |
Baş ofis | |
Ölkə |
İlk nömrəsi 8 dekabr 1919-cu ildə, sonuncu – 62-ci nömrəsi 8 mart 1920-ci ildə Bakıda çıxmışdır. Redaktoru Əliheydər Qarayev olmuşdur. "Azərbaycan füqərası" partiyanın məqsəd və vəzifələrini zəhmətkeşlərə izah edir, onları sovet hakimiyyəti uğrunda mübarizə üçün səfərbərliyə alırdı. 49-cu nömrəsində Azərbaycan kommunist təşkilatlarının 1920-ci ildə keçirilən 1-ci qurultayı haqqında məlumat verilmişdir. Azərbaycanda fəhlə və kəndlilərin həyat və mübarizəsinə geniş yer verən "Azərbaycan füqərası" kütlələrin beynəlmiləlçilik və Sovet Rusiyası ilə dostluq ruhunda tərbiyə edilməsində fəaliyyət göstərmişdir. "Azərbaycan füqərası" Azərbaycan fəhlə və kəndlilərinin Sovet Rusiyasının həyatı ilə tanış edir, Qızıl Ordunun vətəndaş müharibəsi cəbhəsindəki qələbələri haqqında yazılar dərc etmişdir. 1920-ci ilin martında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təzyiqi ilə bağlanmışdır.[1]