FƏRHAD

Fars dilində “qalib”, “anlayan” mənalarını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

FƏRƏMƏZ
FƏRİZƏ
OBASTAN VİKİ
Fərhad
Fərhad - Nizami Gəncəvinin "Xəmsə"sinin ikinci məsnəvisi olan "Xosrov və Şirin" poemasının qəhrəmanlarından biridir. Poemada Şirinə aşiq olan Fərhadın sevgisi cavabsız qalır və o, faciəvi şəkildə ölür. == Tarixi mənbələrdə == XII əsrin mötəbər tarixi sənədi, 520 (1126)-ci ildə qələmə alınan “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərində (müəllifi naməlumdur) Xosrovun cəh-cəlalından, Şirin haqqında verilən maraqlı məlumatdan əlavə, Xosrovun Bəhramdoxt adlanan digər bir məşuqəsinin də adı çəkilmiş, həmçinin Fərhad haqqında bəhs olunmuşdur. Fərhadın tarixi bir şəxsiyyət olduğuna işarə edən müəllif burada onu həm mühəndis-memar, həm də sepəhbod adlandırır. Əli Əkbər Şəhabi isə qeyd edir [3] ki, bu məsələ ağlabatandır, çünki, keçmişdə Fərhad adını ancaq Əşkanilərin şahları, şahzadələri, sərkərdələri və digər dövlət xadimləri daşıyarmış. Firdovsinin “Şahnamə”sində də Xosrovun sərkərdələri arasında Fərhad adlı bir qoşun başçısı qeyd edilir. “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərinin müəllifi bu haqqda öz fikrini belə ifadə edir: “...onun (Xosrovun) hərəmxanasında on iki min nəfər qadın yaşayırdı. Rum qeysərinin qızı Məryəm, Bəhramdoxt, Gurduyə və dünya gözəli olan Şirin onlardan idi. Sipəhbod Fərhad ona aşiq olur...Nəticədə, izləri indi də Bisütun dağında qalan işlər görməyə məcbur edilir.” [4] Q.Y.Əliyevə görə, Fərhad tarixi yox, əfsanəvi bir şəxsiyyətdir ki, Nizami onun obrazını sabitləşdirmişdir. == Nizaminin "Xosrov və Şirin" poemasında == Nizami Fərhadı kübar nəsildən yox, zəhmətkeş ailədən götürmüş, eşq aləmində şah ilə zəhmətkeşi qarşı-qarşıya qoymuş, bununla da “Xosrov və Şirin” poemasında maraqlı bir ziddiyyət yaratmışdır.
Fərhad (1987)
== Məzmun == Film-portret Azərbaycanın xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəyli, onun yaradıcılıq axtarışları haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Cəmil Fərəcov Operator: Sərdar Vəliyev Səs operatoru: Nataliya Nuriyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Fərhad (Nişapur)
Fərhad (farsca:فرهاد) — kənd Nişapur şəhristanı funksiyaları edir. == Coğrafi mövqeyi == Fərhad rayonu Rivand, 10 kilometr cənub şəhərində yerləşir Nişapur mərkəzi şəhəri, bir kənd. 1954 il əhalinin siyahıya alınmasına əsasən, kənd 132 sakinləri evakuasiya olunublar idi, lakin indi.
Fərhad (ad)
Fərhad — Azərbaycanda geniş yayılmış kişi adı. Fərhad Ağayev — Azərbaycanın Milli Qəhrəmanı Fərhad Ağazadə — Azərbaycan pedaqoqu, əlifba islahatçısı, mətbuat tarixçisi, publisist. Fərhad Bədəlbəyli — pianoçu, Azərbaycan SSR xalq artisti, Azərbaycanın Dövlət mükafatı Laureatı Fərhad Əhmədbəyli — Azərbaycanlı geoloq; Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor. Fərhad Əliyev — Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri (2001–2005). Fərhad Hümbətov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Fərhad xan Qaramanlı — qızılbaş sərkərdəsi, bəylərbəyi, intriqaçı Fərhad Xəlilov — Azərbaycan xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad İsrafilov — Azərbaycan aktyoru. Fərhad Kərimov — azərbaycanlı hərbi jurnalist və teleoperator. Fərhad Yusifov — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri.
Fərhad (dəqiqləşdirmə)
Fərhad və Şirin (xalça) - Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Fərhad Abbas
Fərhad Abbas (ərəb. فرحات عباس‎) (24 avqust 1899[…] – 24 dekabr 1985[…], Əlcəzair) — Əlcəzair siyasətçisi, ölkənin müstəqilliyi uğrunda mübarizənin liderlərindən biri. O, mülayim milliyətçi fikirlərə sahib idi. == Həyatı == Fərhad Abbas 24 avqust 1899-cu ildə Fransanın bir hissəsi olan Əlcəzairin Tahir şəhərində anadan olmuşdur. O, Sətifdə əczaçı olaraq çalışırdı. Abbas 1938-ci ildə Əlcəzair Xalq İttifaqını təsis etmişdir. O, 1943-cü ildə "Əlcəzair xalqının manifesti"ni yayımlamış və Əlcəzair Bəyannaməsinin Demokratik Birlik Partiyasını təsis etmişdir. Abbas İkinci Təsis Məclisi, daha sonra 1948-ci ildə Əlcəzair Məclisinin üzvü olmuşdur. O, iğtişaşlar başlayandan sonra ölkəni tərk etmiş və Misirə getmişdir. Abbas 1958-ci ildə Qahirədə yaradılmış "Əlcəzair Müvəqqəti Hökuməti"nin rəhbəri olmuşdur.
Fərhad Abdullayev
Fərhad Sahib oğlu Abdullayev (5 dekabr 1958, Bakı) — Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru. Azərbaycan Konstitusiya Məhkəməsinin sədri (2003–cü ildən). == Həyatı == Fərhad Abdullayev 5 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin universiteti bitirmişdir. 1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə qəbul olunub. Əvvəlcə məsləhətçi, sonradan baş məsləhətçi vəzifəsində işləmiş, 1985-ci ildən isə şöbə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi seçilmiş və 2000-ci ilədək həmin vəzifədə çalışmışdır. 28 avqust 2000-ci ildə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur. 25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilmişdir.
Fərhad Ağayev
Fərhad İslam oğlu Ağayev (4 avqust 1975, Əliləmbəyli, Sabirabad rayonu – 15 mart 1995, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == Fərhad Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olmuşdur. Əslən Lerik rayonunun Şivlə kəndindəndir. O 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən sonra, 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır. == Döyüşlərdə iştirakı == Fərhad Ağayev 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür, ilk döyüşlərini Füzuli rayonunun Seyid Əhmədli kəndində keçirir. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. 1995-ci il 13 mart Fərhad Ağayev qardaş gülləsindən ağır yaralanır, 15 mart 1995-ci il tarixdə bu yaradan həlak olur.
Fərhad Ağazadə
Ağayev Fərhad Məşədi Rəhim oğlu (təxəllüsü Şərqli) (12 avqust 1880, Şuşa – 4 yanvar 1931, Bakı) — Azərbaycan pedaqoqu, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu (1900), əlifba islahatçısı, mətbuat tarixçisi, publisist. == Həyatı == Fərhad Ağazadə 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdu. Uşaqlıqdan ağlı, zəkası və istedadı ilə tay-tuşlarından seçilən Fərhad Şuşa şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə Zaqafqazyia (Qori) Müəllimlər Seminariyasına qəbul olur və 1900-cü ildə oranı bitirir. Həmin ildən – 1900–1905-ci illərdə əvvəlcə Xaldan (1900), Şuşa (1901–1902), Gorus (1902–1905) Gəncə (1905) məktəblərində müəllim işləmiş, 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirmiş, rus-Azərbaycan və "Səadət" məktəblərində çalışmışdır. F.Ağazadə Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən I (1906), II (1907) qurultaylarının iştirakçısı olmuş, hər iki qurultayın katibi seçilmiş, yeni dövrdə tədrisin aktual problemlərinə dair məruzələrlə çıxış etmişdir. F. Ağazadə "İkinci il" (1908); M.Mahmudbəyov, S.Əbdülrəhmanbəyov, S.Axundov, A.Talıbzadə və A.Əfəndizadə ilə) dərsliyini tərtib etmişdir. O, 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və dilinin inkişafı ilə maraqlanmağa başlamış və bu sahədə xeyli iş görmüşdür. O, 1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitab tərtib edib çapdan buraxdırmışdır. F.Ağazadənin ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olmuşdur. Çünki 1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli çalışmışdır.
Fərhad Babayev
Fərhad Ağa Səlim oğlu Babayev (5 yanvar 1948, Bakı – 2 oktyabr 2023, Bakı) — Heydər Əliyev Sarayının direktoru (1989–2020), Əməkdar Mədəniyyət İşçisi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Fərhad Babayev 1948-ci ildə Bakı şəhərində anadan olub. O,1961-ci ildə Bakı neft texnikomunun avtomatik nəzarət-ölçü üzrə texnik elektromexanik fakültəsinə daxil olub. Oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ali kvalifikasiyalı mədəni-maarif işçisi diplomunu alıb. 1973-cü ildən Heydər Əliyev adına Sarayda (keçmiş V. İ. Lenin adına) bədii quruluş hissəsində böyük səhnə maşinisti, 1973-cü ildən bədii quruluş hissə müdiri, 1979-cu ildən direktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən bu günə qədər Heydər Əliyev adına Sarayın direktorudur. Həmin dövrdən indiyədək Heydər Əliyev adına Saraya ləyaqətlə rəhbərlik edir. 1991–1995-ci illərdə Bakı şəhəri sovetinin deputatı olub.2009-cu ildən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı Heydər Əliyev adına Saray üzrə ilk partiya təşkilatının idarə heyətinin üzvüdür. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının "20 illik" yubiley döş nişanı ilə təltif olunub.
Fərhad Bədəlbəyli
Fərhad Şəmsi oğlu Bədəlbəyli (27 dekabr 1947, Bakı) — pianoçu, SSRİ xalq artisti (1990), Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru (1991-ci ildən). == Həyatı == Fərhəd Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur. 1965–1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969–1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır. Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986–1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.
Fərhad Cəfərquliyev
Fərhad Cəfərquliyev (tam adı: Fərhad Cəfərqulu oğlu Cəfərquliyev) — Naxçıvan MSSR Səhiyyə naziri. 2 dekabr 1951-ci ildə anadan olan Fərhad Cəfərqulu oğlu Cəfərquliyev orta təhsilini Mərdəkan qəsəbəsindəki 183 saylı məktəbdə almışdı. 1969-1975-ci illərdə isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsilini davam etdirmişdi. O, əvvəlcə qrup nümayəndəsi, sonra fakültə, daha sonra isə institut komsomol komitəsinin birinci katibi seçilmişdi. 1975-ci ilin avqust ayından 1976-cı ilin iyul ayınadək Bakı şəhər təcili tibbi yardım xəstəxanasında cərrahiyyə üzrə internatura keçən F.Cəfərquliyev sonrakı əmək fəaliyyətini Rusiyada davam etdirmişdi. O, 1976-cı ildən 1979-cu ilədək Voronej vilayətinin Xoxolsk rayon xəstəxanasında cərrah onkoloq işləmişdi. 1977-ci ilin avqust-dekabr aylarında M.Qorki adına Zaporojye Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda onkoloğiya üzrə kursda olmuşdu. F.Cəfərquliyev 1979-cu ildə Azərbaycan Respublikasına qayıdaraq Bakının “Qaranquş” sanatoriyasında şöbə müdiri, daha sonra Azərbaycan SSR Səhiyyə nazirliyinin Müalicə-profilaktika yardımı baş idarəsində həkim-inspektor vəzifələrində çalışmışdı. 1983-cü il iyulun 14-də Mingəçevir şəhər səhiyyə şöbəsinə müdir təyin edilən Fərhad Cəfərqulu oğlu Cəfərquliyev təşkilatçılıq qabiliyyətinə və bacarığına görə 6 il sonra, yəni 1989-cu il fevralın 9-da Naxçıvan MSSR-nın Səhiyyə naziri vəzifəsinə irəli çəkilmişdi. O, 1992-ci il sentyabr ayının 12-dək bu vəzifədə çalışaraq Muxtar respublikanın səhiyyə sisteminin daha da təkmilləşdirilməsi və inkişafı üçün böyük işlər görmüşdü.
Fərhad Eminov
Fərhad Ermanov
Fərhad Urazbayeviç Ermanov (özb. Farxod Urazboyevich Ermanov, 30 aprel 1958, Amudərya vilayəti, Qaraqalpaq MSSR, Özbəkistan SSR, SSRİ) — Özbək siyasətçisi, senator, Qaraqalpaqstanın sabiq Kənd və Su Təsərrüfatı Naziri, Xalq Deputatları Beruni Rayon Kenqaşının deputatı, 21 aprel 2018-ci ildən Xarəzm vilayətinin hakimi. == Həyatı == Fərhad Ermanov 30 aprel 1958-ci ildə Özbəkistan SSR-in Qaraqalpaq Muxtar Sovet Sosialist Respublikasına tabe olan Amudərya bölgəsində anadan olub. Ali təhsillidir. 1981-ci ildə Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirmə Mühəndisləri İnstitutunu maşınqayırma ixtisası üzrə bitirmişdir. 1996-cı ildə Daşkənd Dövlət İqtisad Universitetindən iqtisadçı ixtisası üzrə məzun olmuşdur. Ermanov bundan sonra karyerasına başlamışdır. 1975–1976-cı ildə Amu Dərya bölgəsi, Mangita şəhərinin profilaktik və dezinfeksiya şöbəsinin işçisi olmuşdur. 1981–1995-ci ildə avtomobil ustası, baş mühəndis, Amudarya vilayətinin "Mangit" iqtisadiyyat direktoru olmuşdur. 1995–1998-ci ildə Amudərya vilayətinin hakimi vəzifəsini icra etmişdir.
Fərhad Fərhadlı
Fərhad Fəxrəddini
Fərhad Fəxrəddini (11 mart 1938, Təbriz, İran) — İran azərbaycanlısı tanınmış bəstəkar, dirijor və İran Milli Simfonik Orkestrinin qurucusu == Həyatı == Atası Məhəmmədəli Fəxrəddini (1899–1986), Məhzun təxəllüsü ilə Azərbaycan şairlərindən idi, və böyük qardaşı Fəxrəddin Fəxrəddini tanınmış portret fotoqrafıdır. Fərhad Fəxrəddininin öz sözlərinə görə, o, onun böyük bacısı və iki qardaşı Fəxrəddin və Fərrux, Sovet Azərbaycanının Gədəbəy şəhərində doğuldular, və Fərhadın iki aylıq yaşı olanda ailəsiylə İrana köçdülər. Anası əslən gədəbəyli, atası isə əslən Təbriz yaxınlığındakı Üskü şəhərindən idi. iyul 2008-ci ildə, İranda bir poçt markası onun şərəfinə buraxılmışdır. 1991-ci ilin payızında Fəxrəddini Azərbaycan Bəstəkarlar İttifaqının dəvəti ilə Bakıda olmuşdur. Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın "İbn-Sina" və "Sərbedaran" simfonik süitaları səslənmişdir. Dirijor qismində Fəxrəddini özü çıxış etmişdir.
Fərhad Hacıyev
Fərhad Hacıyev (tam adı: Hacıyev Fərhad Məcid oğlu; 1980, Sumqayıt) — Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini. == Həyatı == Hacıyev Fərhad Məcid oğlu 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Ailəlidir, iki övladı var. == Təhsili == 1999-cu ildə Azərbaycan Universitetinin "Beynəlxalq münasibətlər" ixtisasının bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999–2001-ci illərdə Azərbaycan Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsi üzrə təhsil alaraq həmin pilləni də fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci illdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və idarəetmə" istiqamətinin maliyyə ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2008-ci ildə Harvard Universitetində hökümətdə çalışan yüksək rütbəli məmurlar üçün kursu bitirmişdir. Harvard Kennedi Məktəbinin məzunudur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1998-ci ildən Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasında departament müdiri vəzifəsində başlamışdır; 1999-cu ildə ARGTMŞ-in Məclis Sədri.
Fərhad Haşımov
== Siyahı ==
Fərhad Hümbətov
Fərhad Hümbətov (10 sentyabr 1968, Arçut, Böyük Qarakilsə rayonu – 29 mart 1992, Xankəndi) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Böyük Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçirən Fərhad 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur. O zaman Hümbətovun valideynləri də digər azərbaycanlılar kimi tez-tez erməni təcavüzünə məruz qalır, təhlükə içərisində yaşayırdılar. O, bütün çətinliklərə baxmayaraq, doğma kəndinə qayıdır, ailəsini Bakıya köçürür. Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır. == Döyüşlərdə iştirakı == Fərhad 1990-cı il 20 Yanvar faciəsi zamanı təsadüf nəticəsində sağ qalmışdır. Həmin gecə ağır texnika ilə şəhərə daxil olan Sovet qoşun hissələri heç kimə aman vermədən qarşısına çıxan hər şeyi əzib keçirdi. Fərhad bir az da ləngisəydi, tankın altında qalacaqdı.
Fərhad Köçər
Fərhad Köçər (d. 11 may 1970, Birecik, Şanlıurfa) — musiqiçisi, Cərrahpaşa Tibb fakültəsi Xəstaxanasında həkim, cərrah.
Fərhad Kərimov
Fərhad Əsgər oğlu Kərimov (11 dekabr 1948, Moskva – 22 may 1995, Naji-Yurt rayonu, Çeçenistan) — azərbaycanlı hərbi jurnalist və teleoperator. Dağlıq Qarabağ, Gürcüstan, Tacikistan və Çeçenistanın döyüş zonalarında hazırladığı reportajların müəllifidir. == Bioqrafiya == Fərhad Kərimov 11 dekabr 1948-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Bir müddət Azərbaycan Milli Elmlər Akademiyasında çalışmışdır. O, 1987-ci ildən peşəkar jurnalistika fəaliyyətinə başlayır. İlk vaxtlar "Molodyoj Azerbaydjana" qəzetində müxbir kimi çalışıb. 1991-ci il, 1 oktyabr tarixindən Turan informasiya agentliyində informasiya şöbəsinin redaktoru vəzifəsini tutmuşdur. 1992-ci ildən Röyter və Assoşieyted Press agentlikləri ilə əməkdaşlığa başlamışdır. 1992–1994-cü illərdə Qarabağ müharibəsinin ən qaynar bölgələrindən videosüjetlər hazırlamışdır.
Fərhad Manafov
Manafov Fəxrəddin Manaf oğlu — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1987), Azərbaycan Respublikasının Xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006). == Həyatı == Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub. Çox yaxşı futbol oynayırmış. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünürmüşlər. 16 yaşı olarkən, 1971-ci ildə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik Aktyorlar evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət sonra Almaniyaya hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdən qayıdıb sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna vermiş və 1975-1980-ci illərdə orada ali təhsil almışdır. Tələbəlik illərində, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərmişdir. 1980-ci ildə ali təhsilini başa vurub aktyorlar evindəki fəaliyyətini davam etdirmişdir.
Fərhad Mollazadə
Fərhad Ədhəm oğlu Mollazadə (d. 12 sentyabr 1958; Bakı, Azərbaycan) — Azərbaycanlı memar. 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının (AMİ) vitse-prezidenti, 2007-ci ildən isə AMİ İdarə Heyətinin Katibidir. O, Azərbaycan Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il taxirli sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar memarı" fəxri adına layiq görülüb. == Həyatı == Fərhad Mollazadə 1958-ci il 12 sentyabrda Bakı şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan İnşaat mühəndisləri İnstitutunu bitirən Fərhad Mollazadə, sonradan bir müddət "Dənizneftqazdövlətlayihə" institutunda çalışıb. 1987-ci ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspirant əyani şöbəsinə daxil oldu. Fərhad Mollazadə ailəlidir, bir qız və bir oğlan övladı var. Fərhad Ədhəm oğlu Mollazadə 1958-ci ildə Bakıda anadan olmuşdur. 1980-cı ildə Azərbaycan İnşaat mühəndisləri institutunu bitirmişdir.
Fərhad Məlikzadə
Fərhad Məmmədov
Fərhad Məmməd oğlu Məmmədov (2 iyul 1981, Bakı) — Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru. == Həyatı == Məmmədov Fərhad Məmməd oğlu 2 iyun 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə 53 nömrəli məktəbi fərqlənmə attestatı ilə bitirmiş, Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 2001-ci ildə bakalavr pilləsini, 2003-cü ildə isə Tarix fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil müddətində XX-ci əsrin 20–50-ci illərində Azərbaycan SSRİ-də sosial-siyasi proseslər mövzusunda 2 buraxılış işi yazmışdır. Rus və ingilis dillərini bilir. Evlidir. == Elmi fəaliyyəti == 2003-cü ilin dekabrında AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantura pilləsinə daxil olmuş və 2006-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir. "Qloballaşmanın mənəvi etik əsasları və onların Azərbaycan fəlsəfə və etikasında dərki" mövzusunda elmi işinin müdafiəsini hazırlamışdır. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Fərhad (film, 1987)
== Məzmun == Film-portret Azərbaycanın xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəyli, onun yaradıcılıq axtarışları haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Cəmil Fərəcov Operator: Sərdar Vəliyev Səs operatoru: Nataliya Nuriyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Fərhad Acalov (boksçu)
Fərhad Acalov — azərbaycanlı keçmiş boksçu, müstəqil Azərbaycanın gənclər arasında ilk dünya çempionu və yarışın texnikalı boksçusu (2000). == Karyerası == 1994-cü ildən boks idman növü ilə məşğul olmuş və Respublikamızın idman şərəfini müxtəlif ölkələrdə ləyaqətlə təmsil edərək, aşağıdakı nailiyyətləri əldə etmişdir: 1.Avropa birinciliyi II yer (gümüş medal)-1997-98-ci il 2. Dünya birinciliyi I yer (qızıl medal)-2000-ci il-çempionatın ən texnikalı boksçusu 3. Tələbələrin Universiadası I yer (qızıl medal)-2000-ci il 4. Neft ölkələrinin Dünya kuboku III yer (bürünc medal)-2001-ci il 5. Hərbçilərin Olimpiya Oyunları III yer(bürünc medal)-2003-cü il 6. Tələbələrin Dünya çempionatı II yer(gümüş medal) -2004-cü il 7. Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 8. Neft ölkələrinin Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 1997-ci il Bitola Avropa Çempionatı. 1997 yarışmasının 1/8 finalında Antonio Brillantino Acalovun rəqibi idi.
Fərhad Atakişiyev (şəhid)
Fərhad Babayev (dövlət xadimi)
Fərhad Ağa Səlim oğlu Babayev (5 yanvar 1948, Bakı – 2 oktyabr 2023, Bakı) — Heydər Əliyev Sarayının direktoru (1989–2020), Əməkdar Mədəniyyət İşçisi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Fərhad Babayev 1948-ci ildə Bakı şəhərində anadan olub. O,1961-ci ildə Bakı neft texnikomunun avtomatik nəzarət-ölçü üzrə texnik elektromexanik fakültəsinə daxil olub. Oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ali kvalifikasiyalı mədəni-maarif işçisi diplomunu alıb. 1973-cü ildən Heydər Əliyev adına Sarayda (keçmiş V. İ. Lenin adına) bədii quruluş hissəsində böyük səhnə maşinisti, 1973-cü ildən bədii quruluş hissə müdiri, 1979-cu ildən direktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən bu günə qədər Heydər Əliyev adına Sarayın direktorudur. Həmin dövrdən indiyədək Heydər Əliyev adına Saraya ləyaqətlə rəhbərlik edir. 1991–1995-ci illərdə Bakı şəhəri sovetinin deputatı olub.2009-cu ildən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı Heydər Əliyev adına Saray üzrə ilk partiya təşkilatının idarə heyətinin üzvüdür. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının "20 illik" yubiley döş nişanı ilə təltif olunub.
Fərhad Babayev (əsgər)

Digər lüğətlərdə