fazan
federal-kansler
OBASTAN VİKİ
Mərkəz Federal Dairəsi
Mərkəz Federal Dairəsi (rus. Центра́льный федера́льный о́круг) — Rusiya Federasiyası federal dairələrindən biri. == İqtisadiyyatı == Rusiya Federasiyasının Avropa hissəsinin mərkəzini əhatə edir. Tərkibinə Moskva, Tver, Tula, Yaroslavi, Bryansk, Vladimir, İvanova, Kaluqa, Kostroma, Oryol, Ryazan, Smolensk vilayətləri daxildir. Sahəsi 485 min km²–dir. Əsas təbii ehtiyatları qonur kömür, torf, fosforit, dəmir filizidir. Rusiyanın geniş istehsal profili mühüm emal sənaye rayonudur. Ümumrusiya miqyasında yüksək inkişaf etmiş maşınqayırma (əsasən, nəqliyyat maşınqayırması, dəzgahqayırma, elektrotexnika və elektronika), yüngül (əsasən, toxuculuq), kimya (xüsusilə rezin) sənayesi, həmçinin tikinti materialları istehsalı ilə tanınır. Elmi-texniki və layihə işləri üzrə ixtisaslaşmışdır. Mühüm kənd təsərrüfatı rayonudur.
Rusiyanın Federal şəhərləri
Qalın mətnRusiya Federasiyası 83 subyektdən ibarətdir və onun 2-si — Moskva və Sankt-Peterburq federal əhəmiyyətli şəhərlərdir. Bununla yanaşı, Baykonur kosmodromunu Qazaxıstandan icarəyə götürdüyü müddət ərzində Baykonur da Rusiya Federasiyası üçün federal əhəmiyyətli şəhər statusunu daşıyır. Buna baxmayaraq, Baykonur Rusiya Federasiyasının subyekti statusuna malik deyil.
Rusiyanın federal dairələri
Rusiya Federasiyasının Federal Dairələri — Rusiya prezidenti V. V. Putinin 849 nömrəli "Federal dairədə Rusiya Federasiyasının Prezidentinin səlahiyyətli nümayəndəsi haqqında" 13 may 2000-ci il fərmanına əsasən yaradılmışdılar.
Sibir Federal Dairəsi
Sibir federal dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri.
Ural Federal Dairəsi
Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ərazi Orta, qismən Şimali və Cənubi Uralı, həmçinin ona bitişik Şərqi Avropa və Qərbi Sibir düzənliklərinin bir hissəsini əhatə edir. Tərkibinə Başqortostan və Udmurt respublikaları, Kurqan, Orenburq, Perm, Sverdlovsk, Çelyabinsk vilayətləri daxildir. Sahəsi 1.818.497 km²-dir == İqtisadiyyatı == Faydalı qazıntılarla (neft, təbii qaz, metal və qeyri-metal filizlər və s.) zəngindir. Sənayesi kənd təsərrüfatına nisbətən xeyli üstünlük təşkil edir. Əsas sənaye sahələri qara və əlvan metallurgiua, maşınqayırmadır. Ümumrusiya əhəmiyyətli mədən-kimya sənayesi, ağac tədarükü və qazçıxarma inkişaf etmişdir. Kənd təsərrüfatında taxılçılıq və ətlik-südlük heyvandarlıq mühüm yer tutur. Nəqliyyatın əksər növləri inkişaf etmişdir. == Məşhur yerlilər == Sergey Svetlakov-şoumen, televiziya aparıcısı, aktyor, prodüser, ssenarist Alexander Maslyakov-teleaparıcı, televiziya prodüseri Semyon Altov-Yumorist yazıçı Aleksey Balabanov-kinorejissor, prodüser, ssenarist Yuri Loza-müğənni, bəstəkar Alexander Malinin-müğənni İqor Altuşkin-sahibkar, " Rus mis Şirkəti "nin təsisçisi və direktorlar şurasının sədri.
Venesuelanın federal mülkiyyəti
Federal mülkiyyət (isp. Dependencias Federales), Venesuelanın federal mülkiyyəti hərdən səhvən: Ştat federal mülkiyyət (isp. Estado Dependencias Federales) — Venesuelanın ayrı bir inzibati və ərazi vahidi, Karib və Venesuela Körfəzində adalarından (12 ada qrupu) əksəriyyətini birləşdirən ada.
Volqa Federal Dairəsi
Volqa Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Volqa çayının orta və aşağı axınları boyundakı əraziləri əhatə edir. Tərkibinə Kalmıkiya və Tatarıstan respublikaları, Həştərxan, Volqoqrad, Penza, Samara, Saratov, Ulyanovsk vilayətləri daxildir. Sahəs 536,4 min km²-dir. == İqtisadiyyatı == Əsas təbii ehtiyatları neft, təbii qaz, Volqa və Kama çaylarının su enerjisidir. Neftçıxarma və neft emalı, xüsusilə neft-kimya üstünlük təşkil edir. Maşınqayırmanın müxtəlif sahələri inkişaf etmişdir. Ümumrusiya əhəmiyyətli tikinti materialları istehsalı mövcuddur. Kənd təsərrüfatında buğda, yağlı bitkilər, bostan bitkiləri, həmçinin ət istehsalı əsas yer tutur. İqtisadi əlaqələrində dəmiryol, avtomobil və hava nəqliyyatı ilə yanaşı su yollarının (Volqa) xüsusi əhəmiyyəti vardır.
Volqayanı Federal Dairəsi
Volqa Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Volqa çayının orta və aşağı axınları boyundakı əraziləri əhatə edir. Tərkibinə Kalmıkiya və Tatarıstan respublikaları, Həştərxan, Volqoqrad, Penza, Samara, Saratov, Ulyanovsk vilayətləri daxildir. Sahəs 536,4 min km²-dir. == İqtisadiyyatı == Əsas təbii ehtiyatları neft, təbii qaz, Volqa və Kama çaylarının su enerjisidir. Neftçıxarma və neft emalı, xüsusilə neft-kimya üstünlük təşkil edir. Maşınqayırmanın müxtəlif sahələri inkişaf etmişdir. Ümumrusiya əhəmiyyətli tikinti materialları istehsalı mövcuddur. Kənd təsərrüfatında buğda, yağlı bitkilər, bostan bitkiləri, həmçinin ət istehsalı əsas yer tutur. İqtisadi əlaqələrində dəmiryol, avtomobil və hava nəqliyyatı ilə yanaşı su yollarının (Volqa) xüsusi əhəmiyyəti vardır.
İsveçrə Federal sarayı
İsveçrə Federal sarayı (alm.Bundeshaus; fr.Palais fédéral; it.Palazzo federale; lat.Curia Confoederationis Helveticae) İsveçrənin Bern şəhərində yerləşən və İsveçrə Federal Məclisinə ev sahibliyi edən tarixi bina. == Tarixi == Saray memar Hans Auer tərəfindən dizayn edilmiş və 1 aprel 1902-ci ildə istifadəyə verilmişdir. Binanın tikilməsinə 7.198.000 İsveçrə frankı xərclənmişdir. == Quruluşu == Sarayın qübbəsinin iç hissəsində İsveçrə gerbi təsvir olunmuşdur. Gerbin ətrafinda Latınca "Unus pro omnibus, omnes pro uno" (Birimiz hamımız, hamımız birimiz üçün) yazısı yazılmışdır. Qübbənin üzərində isə İsveçrənin 22 kantonunun (1902-ci il) gerbi ilə bəzədilmişdir. Daha sonra qurulan Yura kantonunun gerbi mozaikanın xaricində təsvir olunmuşdur.
Federal kansler
Kansler (alm. Kanzler, ing. Chancellor) — Almaniyada və Avstriyada hökumət başçısı (Bundeskansler). == Ədəbiyyat == Шепелёв Л.Е. Чиновный мир России: XVIII—начало XX вв. СПб: «Искусство-СПб», 1999. 479 с.
Federal memarlıq
Federal, üslublu memarlıq — 1780-1830-cu illər arasında Şimali Amerikada yaranıb genişlənən memarlıq adı. Xüsusilə 1785-ci ildən 1815-ci ilə qədər bu memarlıq üslubu üstünlük təşkil etmişdir. Bu üslub öz adını yarandığı dövrü ilə - ölkənin federal müddəti ilə bölüşdürmüşdür. Federal üslubu ismi eyni zamanda, Birləşmiş Ştatlarında mebel dizaynı ilə birlikdə istifadə olunur. Üslub daha çox orta sinif klassisizm, almandilli torpaqlarda Biedermeier üslubu ilə uyğunluq təşkil edir. Eyni zamanda Britaniyada Regency üslubuna uyğundur. == İstindalar == == Xarici keçidlər == Federal-üslub memarlıq anlayışı Arxivləşdirilib 2008-02-22 at the Wayback Machine Federal-üslub memarlıq ilə tanışlıq Federal Style, 1780-1820 - Coleman-Hollister Evi Federal üsluba Nümunələr (1780-1820) Federal üslubun tədqiqat biblioqrafiyası, federal Evlərin fotoşəkilləri.
Federal torpaq
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Federal şəhər
Federal şəhər — Almaniya, İsveçrə və Rusiyanın müəyyən şəhərləri üçün istifadə olunan ifadə. == Almaniya == Almaniyada keçmiş Qərbi Almaniyanın paytaxtı Bonn unikal federal şəhər (Bundesstadt) adı ilə təyin edilmişdir. 28 aprel 1994-cü ildən Almaniya Prezidentinin, Almaniya kanslerinin, Bundesratın (yuxarı palata) ikinci rəsmi iqamətgahı, altı federal nazirliyin və təxminən 20 federal orqanın əsas rəsmi iqamətgahıdır. Bu, sadəcə bir başlıqdır, çünki Bonn, bir çox digər Almaniya şəhərləri kimi, müstəqil bir şəhərdir, lakin bir dövlətin bir hissəsidir. == Rusiya == Rusiya konstitusiyasında qeyd olunur ki, onun federal əhəmiyyətli üç şəhəri var: Moskva, Sankt-Peterburq və Sevastopol. == İsveçrə == Federal şəhər İsveçrə parlamentinin və hökumətinin oturduğu yer olduğu üçün Bernin rəsmi adıdır. == Digər == Boqota, Braziliya, Buenos-Ayres, Kanberra, Karakas, Cakarta, Mexiko, Astana, Seul və Vaşinqton kimi bəzi milli paytaxtlar federal statusa malikdirlər, heç bir əyalətə və ya əyalətə aid deyillər (yaxud əyalətdirlər). Berlin, Dehli, Moskva, Oslo, Praqa, Sofiya və digər şəhərlərdə olduğu kimi, öz əyaləti. Bəzən buna federal rayon deyilir.
Federal Ərazi
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Federal fondlar
Federal fondlar (ing. federal funds (Fed funds)) — Federal Ehtiyat Banklarında həmişə mövcud ehtiyat qalıqları. Fed fondları kommersiya bankları və iri korporasiyalar tərəfindən bir-birinə kredit vermək üçün, ilk növbədə, bir gecədə (overnight, overnayt kreditləri) geniş istifadə olunur. “Federal fondların dərəcəsi, Federal Ehtiyat Sisteminin (ing. federal funds rate) — üzvü olan bankların bir-birinə bir gecəlik kredit vermə dərəcəsidir.” ABŞ Federal Ehtiyat Sistemi federal fondların dərəcəsini təyin etsə də, bir gecəlik kredit qiymətləri bazarın müəyyən etdiyi kimi dəyişir.
Federal bölgə
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Federal ərazi
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Almaniyanın Federal Kansleri
Federal kansler (alm. Bundeskanzler‎) – Almaniya Federativ Respublikasında hökumət başçısı. == Tarix == Federal kansleri vəzifəsi 1949-cu ildən mövcuddur. İlk Federal kansleri Konrad Adenauer olub. Bu günə kimi Federal Kansleri kürsüsünə yalnız Xristian-Demokratik Birliyinin (CDU) və ya Almaniya Sosial Demokrat Partiyasının (SPD) namizədləri seçilmişdir.
Baiya Federal Universiteti
Baiya Federal Universiteti (port. Universidade Federal da Bahia və ya qısaca UFBA) — Braziliyanın Salvador şəhərində yerləşən dövlət universiteti.
Baiya Federal İnstitutu
Baiya Federal İnstitutu (isp. Instituto Federal da Bahia — IFBA) — Braziliyanın Salvador şəhərində yerləşən dövlət universiteti.
Federal Kommunikasiya Komissiyası
Federal Kommunikasiya Komissiyası (FKK) (ing. Federal Communications Commission) — ABŞ-də radio, televiziya, simli, peyk və kabel kommunikasiyasını tənzimləyən müstəqil agentlik. FKK genişzolaqlı şəbəkəyə çıxış, ədalətli rəqabət, radiotezlikdən istifadə, media məsuliyyəti, ictimai təhlükəsizlik və vətən təhlükəsizliyi (ing. homeland security) sahələrində yurisdiksiyasını saxlayır. FKK 1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktı əsasında Federal Radio Komissiyasının radio tənzimləmə funksiyalarını əvəz etmək üçün yaradılmışdır. Daha sonra simli kommunikasiya tənzimləməsini Ştatlararası Kommersiya Komissiyasından təhvil almışdır. FKK-nın səlahiyyətli yurisdiksiyası 50 ştatı, Kolumbiya dairəsini və ABŞ-nin ərazilərini əhatə edir. O həmçinin Şimali Amerikanın digər ölkələrindəki oxşar kommunikasiya qurumları üçün müxtəlif səviyyələrdə əməkdaşlıq, nəzarət və liderlik təmin edir. FKK tamamilə tənzimləyici haqlar hesabına maliyyələşdirilir. Agentliyin 2022-ci ilə olan büdcəsi 388 milyon ABŞ dolları təşkil etmişdi.
Alman Federal Bankı
Alman federal bankı (alm. Deutsche Bundesbank‎, qısaca: Bundesbank və ya Doyçe Bundesbank adlarından da istifadə olunur) — Almaniyanın mərkəzi bankı. == Tarixi == 1875–1945-ci illər — Almaniyanın mərkəzi emissiya bankı Reyxsbank idi. 1946–1948 — Qərbi Almaniyada 11 torpağın hər birində Reyxsbankın filialları əsasında Mərkəzi bank yaradıldı. 1948–1957-ci illər — emitent banklar sisteminə dövlətlərin mərkəzi bankları vasitəsilə əməliyyatlar aparan Almaniya Torpaqları Bankı rəhbərlik edirdi. 1957–1990-cı illər — Alman Torpaqları Bankının dövlətlərin mərkəzi bankları ilə birləşməsi nəticəsində Almaniya Federal Bankı yaradılmışdır. 1990–1993-cü illər -— Berlin divarının dağılmasından və Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respublikasının birləşməsindən sonra alman markası birləşmiş Almaniya üçün yeganə ödəniş vasitəsi oldu. 1993–2001 — Maastrixt müqaviləsinin şərtlərinə uyğun olaraq avronun ümumavropa valyutası kimi dövriyyəyə buraxılması və Avropa Mərkəzi Banklar Sisteminin (ESCB) yaradılması qərara alındı. 2001-ci ildən etibarən — avronun emissiya funksiyaları Avropa Mərkəzi Bankına (ECB) verildi. == Funksiyalar == AFR Bank Qanununa və digər xüsusi qanunlara uyğun olaraq, Bundesbank pul dövriyyəsini və krediti tənzimləmək funksiyalarını yerinə yetirir: Əməliyyatlar üçün faiz və endirim dərəcələrinin müəyyən edilməsi.
Almaniya federal hökuməti
Federal Kabinet (alm. Bundeskabinett‎) və ya Almaniya Konstitusiyasına görə, Federal hökumət (alm. Bundesregierung‎) — Almaniya Federativ Respublikasının əsas icraedici orqanıdır. Federal kansler və kabinet nazirlərindən ibarətdir. Nazirlər Kabinetinin təşkilinin əsasları, habelə onun seçilməsi və təyin edilməsi üsulu, vəzifədən azad edilmə qaydası Konstitusiyanın (Grundgesetz) 62–69-cu maddələrində müəyyən edilmişdir. == Kabinet == Almaniyanın hazırkı və 24-cü kabineti 8 dekabr 2021-ci il tarixindən etibarən fəaliyyət göstərir.
Almaniyanın Federal kansleri
Federal kansler (alm. Bundeskanzler‎) – Almaniya Federativ Respublikasında hökumət başçısı. == Tarix == Federal kansleri vəzifəsi 1949-cu ildən mövcuddur. İlk Federal kansleri Konrad Adenauer olub. Bu günə kimi Federal Kansleri kürsüsünə yalnız Xristian-Demokratik Birliyinin (CDU) və ya Almaniya Sosial Demokrat Partiyasının (SPD) namizədləri seçilmişdir.
Cənub federal dairəsi
Cənub Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri.
Lozanna Federal Politexnik Məktəbi
Lozanna Federal Politexnik Məktəbi (fr. École polytechnique fédérale de Lausanne) — İsveçrənin Vaud kantonunun (bəzi ölkələrdə inzibati ərazi bölgüsü) Lozanna şəhərinin ətraf qəsəbəsi olan Ekublensdə yerləşir. Lozanna Federal Politexnik Məktəbi İsveçrənin fransızdilli hissəsində yerləşir. Ölkənin almandilli vətəndaşları üçün Sürixdə İsveçrə Federal Texnologiya İnstitutu fəaliyyət göstərir. == Tarixi == 1853-cü ildə yaradılan özəl Lozanna İxtisas Məktəbi 1869-cu ildə Lozanna Dövlət Akademiyasının texniki şöbəsinə çevrilir. 1890-cı ildə Lozanna Akademiyası universitet statusu qazanır və Lozanna Universiteti adlandırılır, texniki şöbəyə isə Lozanna Universitetinin Mühəndislik Məktəbi (École d'Ingénieurs de l'Université de Lausanne) adı verilir. 1946-cı ildən məktəbin adı dəyişdirilərək Lozanna Universitetinin Politexnik Məktəbi (École Polytechnique de l'Université de Lausanne (EPUL)) olur. 1969-cu ildə Lozanna Universitetinin Politexnik Məktəbi Lozanna Universitetinin tərkibindən çıxır və İsveçrə Federal hökumətinin nəzarəti altında fəaliyyət göstərməyə başlayır. Məktəb Lozanna Federal Politexnik Məktəbi adlandırılır. Məktəbin missiyası mühəndis və alimlər hazırlamaq, elm və texnologiyalar sahəsi üzrə ölkədə birincilik əldə etmək, sənaye müəssisələri ilə əməkdaşlıq qurmaqdan ibarət olur.
Minas-Jerays Texnoloji Təhsil Federal Mərkəzi
Minas-Jerays Texnoloji Təhsil Federal Mərkəzi (port. Centro Federal de Educação Tecnológica de Minas Gerais) və ya qısaca Cefet-MG — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universiteti.
Minas Gerais Federal Universiteti
Minas Gerais Federal Universiteti (port. Universidade Federal de Minas Gerais və ya qısaca UFMG) — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universiteti.
Rekonkavo-da-Baiya Federal Universiteti
Rekonkavo-da-Baiya Federal Universiteti (port. Universidade Federal do Recôncavo da Bahia və ya qısaca UFRB) — Braziliyanın Cruz das Almas şəhərində yerləşən dövlət universiteti.
Rio-de-Janeyro Federal Universiteti
Rio-de-Janeyro Federal Universiteti (port. Universidade Federal do Rio de Janeiro və ya qısaca UFRJ) — Braziliyanın Rio de Janeiro şəhərində yerləşən dövlət universiteti.
Rio-de-Janeyro Texnoloji Təhsil Federal Mərkəzi
Rio-de-Janeyro Texnoloji Təhsil Federal Mərkəzi (port. Centro Federal de Educação Tecnológica Celso Suckow da Fonseca və ya qısaca Cefet-RJ) – Braziliyanın Rio-de-Janeiro şəhərində yerləşən dövlət universiteti.
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi (rus. Уфимский федеральный исследовательский центр Российской Академии Наук, başq. Рәсәй Фәндәр академияһы Өфө федераль тикшеренеүҙәр үҙәге) — Rusiya Elmlər Akademiyasının Ufa şəhərində yerləşən Regional Elmi Mərkəzi. 1951-ci ildə SSRİ Elmlər Akademiyasının Başqırd filialı kimi qurulmuşdur. 2017-ci ildən müasir adını daşıyır. == Tarixi == 1951-ci il. SSRİ Elmlər Akademiyasının Başqırd filialının (SSRİ EA BF) yaradılması. Tərkibinə Biologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Mədən və Geologiya İnstitutu, iqtisadi tədqiqatlar və kimya sektorunun daxil idi. 1961—1963-cü illər. SSRİ Elmlər Akademiyasının yenidən qurulması zamanı SSRİ EA BF-nın əksər qurumları SSRİ Dövlət Elm və Texnologiya Komitəsinə verildi.
Rusiya Federal Kosmik Agentliyi
Rusiya Federal Kosmik Agentliyi, Roskosmos — kosmik fəaliyyət sahəsində federal icra hakimiyyəti orqanıdır. Rəhbərliyi Federal kosmik agentliyin fəaliyyətiylə Rusiya Federasiyasının Hökuməti həyata keçirir. 2015-ci ilin yanvarında "Roskosmos-da" agentliyin dəyişikliyi haqqında qərar qəbul edilmişdir, Kosmik agentliyin rəhbəri İqor Kamarov təyin edilmişdir. == Roskosmosun Funksiyası == Roskosmos kosmik sahədə dövlət siyasətinin reallaşdırılmasının, kosmik fəaliyyət sahəsində dövlət əmlakını idarə etmə təminatı üzrə funksiyaları həyata keçirir. "Baykonur" kosmodromunda aparılan işlər də Roskosmosun əsas funksiyalarından biridir. Bundan başqa, Roskosmosun rəhbərliyi altında hal-hazırda yeni Rusiya kosmodromu "Восточный" (Şərq) tikilir və yaxın gələcəkdə istifadəyə veriləcək.
Rusiya Federal Təhlükəsizlik Xidməti
Rusiya Federal Təhlükəzislik Xidməti (rus. Федеральная служба безопасности Российской Федерации, qısaca FSB (rus. ФСБ) ― öz səlahiyyətləri çərçivəsində Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi üzrə Rusiyanın mərkəzləşdirilmiş vahid təhlükəsizlik orqanları sistemi.
Rusiya Federasiyasının federal dairələri
Rusiya Federasiyasının Federal Dairələri — Rusiya prezidenti V. V. Putinin 849 nömrəli "Federal dairədə Rusiya Federasiyasının Prezidentinin səlahiyyətli nümayəndəsi haqqında" 13 may 2000-ci il fərmanına əsasən yaradılmışdılar.
Türk Federalist Partiyası
Türk Ədəmi-Mərkəziyyət Firqəsi – Qeyrət Partiyasının xələfi olaraq qurulmuş Rusiya imperiyası ərazisində yaşayan türk xalqları üçün federativ dövlət prinsipini dəstəkləmiş siyasi partiya. == Tarixi == === Xələfi === 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı. Partiya sıralarında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Adil bəy Xasməmmədov, bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.. Qeyrət Partiyası 1908-ci ilə qədər fəaliyyət göstərdi, lakin bəzi sənədlərə görə, 1912-ci ildə Balkan müharibələri başladığı dövrdə federalistlər fəallaşmaqda idilər. Qeyrət yenidən 1917-ci ilin Fevral inqilabından sonra yeni liderlər, yeni Türk Ədəmi-Mərkəziyyət Firqəsi adı və yeni proqramı ilə fəaliyyətə başladı. === Quruluş === 1917-ci ilin mart ayının sonunda Nəsib bəy Yusifbəyli, Şəfi bəy Rüstəmbəyli, Həsən bəy Ağayev və digərləri ilə Gəncədə Milli Federalistlərin Türk Partiyasını yaratmışdır. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. Partiyanın əsas dayağını kəndlilər və fəhlələr təşkil edirdilər. Öndərləri içərisində torpaq sahibləri də var idi. Partiyanın ideoloji təməli türkçülük idi.
Uzaq Şərq Federal Dairəsi
Uzaq Şərq federal dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Rusiya Federasiyasının ucqar şərq hissəsini tutur. Tərkibinə Saxa (Yakutiya) respublikası, Yəhudi muxtar vilayəti, Çukotka muxtar mahalı, Primorye və Xabarovsk diyarları, Amur, Kamçatka (Koryak muxtar mahalı ilə), Maqadan və Saxalin vilayətləri daxildir. Sahəsi 6215,9 min km.-dir. == Coğrafiyası == Uzaq Şərqin əsas təbii xüsusiyyətləri onun Asiya qitəsinin şərq qurtaracağında yerləşməsilə müəyyənləşir. Və buna birbaşa Sakit okeanın və onun dənizlərinin təsiri daha çox özünü büruzə verir. Uzaq Şərq sahillərini Çukot, Berinq dənizləri yuyur. Oxot və Yapon dənizləri, bəzi yerlərdə Sakit okean suları Uzaq Şərq sahillərinə təsir edir. Materik daxillərinə onların təsiri az olsa da, Uzaq Şərq böyük quru sahəsi cənub-qərb istiqamətindən şimal-şərq istiqamətə doğru 4500 km məsafədə uzanır. Materik zolağından başqa, Uzaq Şərqə Saxalin, Şantar adası (Oxot dənizi daxilində), Kuril adaları, ona qonşu olan Kamçatka yarımadası və Karagin və Kamçatka adaları daxildir.
Yeni Federalizm
Yeni Federalizm, səlahiyyətlərin verilməsini və ya müəyyən səlahiyyətlərin Amerika Birləşmiş Ştatlarının federal hökumətindən ştatlara qaytarılmasını nəzərdə tutan siyasi fəlsəfədir. Yeni Federalizmin əsas məqsədi, Federalizmin XVIII əsr siyasi fəlsəfəsindən fərqli olaraq, prezident Franklin Ruzveltin Yeni Müqaviləsi nəticəsində federal hökumətə itirdikləri muxtariyyət və hakimiyyətin bir hissəsini ştatlara qaytarmaqdır. Yeni Federalizm ideyalarının bir çoxu Riçard Niksonla ortaya çıxdı. Bir siyasət mövzusu olaraq, Yeni Federalizm adətən federal hökumətin sosial problemi həll etmək üçün dövlətlərə blok qrantlar verməsini əhatə edir. Federal hökumət daha sonra nəticələrə nəzarət edir, lakin proqramların necə həyata keçirilməsi ilə bağlı ştatlara geniş ixtiyar verir. Bu yanaşmanın tərəfdarları bəzən Louis Brandeisin New State Ice Co. v. Onlar Liebmann işində fərqli rəydən bir sitata istinad edirlər: Vətəndaşları istəsələr, vahid bir cəsur dövlətin laboratoriya kimi fəaliyyət göstərə bilməsi və ölkənin qalan hissəsi üçün risk yaratmadan yeni sosial-iqtisadi eksperimentlər apara bilməsi federal sistemin sevindirici hadisələrindən biridir. == İstinadlar == == Xarici keçidlər == Gerston, Larry N. American Federalism: A Concise Introduction. Routledge.
İsveçrə Federal Texnologiya İnstitutu
İsveçrə Federal Texnologiya İnstitutu (alm. Eidgenössische Technische Hochschule Zürich‎, ing. Federal Institute of Technology Zurich) — Avropanın ən nüfuzlu, yüksək tədqiqat göstəricilərinə malik elm və texnologiyalar mərkəzidir. İnstitut İsveçrənin böyük şəhəri Sürixdə, Avropanın mərkəzində yerləşir. == Tarixi == 7 fevral 1854-cü ildə İsveçrə dövlətinin Federal parlamenti "Dəqiq, siyasi və humanitar elmlər məktəbi ilə birgə Federal politexnik məktəbin yaradılması haqqında" qanun qəbul edir. Federal politexnik məktəb 16 oktyabr 1855-ci ildən fəaliyyətə başlayır və Sürix şəhərindəki müxtəlif binalarda ilk dərslər keçirilir. Məktəbin əsas məqsədi milli infrastrukturun gələcəyini qurmaq, bütün sahələr üzrə ölkədə peşəkarlıq səviyyəsini və milli elitanın karyerasını inkişaf etdirməkdir. Məktəb yeni binaya köçmək üçün memarlar arasında müsabiqə təşkil edir və nəticədə memar Qotfrid Zemper qalib gəlir. 1858-1864-cü illərdə onun layihəsi əsasında ali məktəbin binaları tikilir. 1911-ci ildən Politexnik Məktəbi Federal Texnologiya İnstitutu adlanır.
Şimal-Qərb Federal Dairəsi
Şimal-Qərb Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Rusiya Federasiyasının Avropa hissəsinin şimal-qərbini əhatə edir. Tərkibinə Sankt-Peterburq şəhəri, Leninqrad, Novqorod və Pskov vilayətləri daxildir. Bəzən Şimal-Qərb iqtisadi rayonuna Kalininqrad vilayətini də aid edirlər. Sahəsi 211,6 min km.-dir. == İqtisadiyyatı == Yanar şist, kəhrəba, meşə ehtiyatları ilə zəngindir. Maşınqayırma (xüsusilə gəmiqayırma, elektrotexnika, cihazqayırma), sellüloz-kağız, yüngül, yeyinti sənayesi inkişaf etmişdir. Kənd təsərrüfatında südlük və südlük-ətlik heyvandarlıq, tərəvəzçilik, kartofçuluq, kətançılıq əsas yer tutur. İnkişaf etmiş nəqliyyat şəbəkəsi yaradılmışdır.
Şimali Qafqaz Federal Dairəsi
Şimali Qafqaz Federal Dairəsi - (Rus: Северо-Кавказский федеральный округ) Rusiyanın 8 federal dairəsindən biridir. Kuma–Manıç çökəkliyi ilə Böyük Qafqaz dağlarının Baş suayrıcı silsiləsi arasındakı əraziləri əhatə edir. Tərkibinə Adıgey, Dağıstan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Çeçen respublikaları, Krasnodar və Stavropol diyarları, Rastov vilayəti daxildir. Sahəsi 355,1 min km.-dir == İqtisadiyyatı == Təbii ehtiyatları: neft, təbii qaz, polimetall filizlər, mineral sular və s. Regionun kənd təsərrüfatı taxılçılıq, yağlı bitkiçilik, ətlik heyvandarlıq üzrə ixtisaslaşmışdır. Sənayedə yeyinti, kənd təsərrüfatı maşınqayırması, əlvan metallurgiya, sement istehsalı əsas yer tutur. Dövlət əhəmiyyətli kurortları vardır. Ərazisindən beynəlxalq əhəmiyyətli boru kəmərləri keçir. == Əhalisi == Əhalisi 2002-ci il siyahıyaalmaya görə 8.933.889-dir.

Digər lüğətlərdə