FİDEİZM

\[fr. Fideisme, lat. fides – etiqad, inam\] – elmi dinə tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiəsində istifadəyə çalışan mürtəce təlim. Fideizm – inanma, möminlik: Məlumatı ilahi vəhyə və imana dayandıran fəlsəfi görüş. Daha çox irrasional bilikləri və informasiyanı əsaslandırmaq üçündür. Fideistlərə görə insanın qəbul etdiyi rasional biliklərə irrasional biliklər də daxil edilməlidir. Bu səbəbdən vəhy ilahi biliyi təmsil edir və bizə həm bilmədiyimiz həm də əldə edilməsi qeyri-mümkün olan məlumatları çatdırır.
FƏTVA
FİNALİZM
OBASTAN VİKİ
Fideizm
Fideizm (fr. fideisme, lat. fides - etiqad, inam) — elmi dinə tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiəsində istifadəyə çalışan təlim. Əsasında belə fikir durur ki, elm yalnız hadisələr, faktlar haqqında, törəmə (fiziki) səbəblər haqqında bilik verir. Lakin ilkin (fövqəltəbii) səbəbləri aşkara çıxarmağa, varlığın daha dərin mənbələrini izah etməyə qadir deyil. Fideistlər bildirirlər ki, elmi idrak həqiqəti axıra qədər aça bilməz, onların fikrincə əsasən din dünya binasının mövcudluğu və qayəsi prinsiplərinə həqiqi izah verir, insan həyatına məna və məzmun gətirir, elm isə bunun həyata keçirilməsi üçün yalnız müəyyən vasitələr verir. Əslində, istər elm, istərsə də fəlsəfə yalnız insan şüurunun çərçivəsində hərəkət edə bilir və insan şüurunun imkanlarından kənarda olan məsələləri izah etməkdə çətinlik çəkir. Belə hallarda yalnız din köməyə gəlir və bu cür qaranlıq məsələlərin izahında yol göstərir.

Digər lüğətlərdə

бери́ллий ватерпа́с перемётывать переставля́ть подсо́чный резе́рвный самока́л аттеста́ция горба́титься концессионе́р прижига́ться накумеки berime chip plate decision support system digenic disgusting factitious forcing-engine insubmergible leukopoiesis semiprofessional изничтожать контузить франкировать