Sərxan Abdullayev (filoloq)
Abdullayev Sərxan Əvəz oğlu (1942, Papı, Cəbrayıl rayonu) — filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universiteti Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri.
Sərxan Abdullayev 1942-ci il martın 17-də Cəbrayıl rayonunun Papı kəndində anadan olub. 1949-52- ci illərdə Papı kənd ibtidai və Çərəkən yeddiillik məktəbində oxuyub.
1959-cu ildə Horovlu kənd orta məktəbini bitirib
1959-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Alman dili fakültəsinə qəbul olunub
1965-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi saxlanılıb
1966-ci ildən Alman dili kafedrasında müəllim işləyir
Kafedrada əvvəlcə baş müəllim, sonra dosent vəzifələrində çalışıb, bir müddət Roman-german filologiyası kafedrası ilə əməkdaşlıq edib
1971-ci ildə namizədlik dissertasiyası müdafiə edib
1975-76- cı illərdə germanistikanın mərkəzi sayılan Leypsiq şəhərində (Almaniya) Karl Marks adına universitetdə 10 aylıq ixtisasartırma kursunda olmuşdur
1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib
1993-cü ildə Alman dili kafedrasının professoru seçilib
1976-2003- cü illərdə Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb
2003-2009- cu illərdə Alman dili kafedrasının müdiri vəzifəsində işləyib
Hal-hazırda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir
Ailəlidir, 4 övladı var
1965, M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu, Alman dili fakültəsi, fərqlənmə diplomu
1971, Filologiya elmləri namizədi, Elmlər Akademiyasının Dilçilik İnstitutu
1974, dosent, Azərbaycan Pedaqoji Dillər İnstitutu
1989, filologiya elmləri doktoru, Tbilisi şəhəri, Tbilisi Dövlət Universiteti
1994, professor, Azərbaycan Pedaqoji Dillər İnstitutu
1966-1973, müəllim, baş müəllim, ADU-nun Alman dili kafedrası
1974-1994, dosent, ADU-nun Alman dili kafedrası
1966-2003, dekan, ADU-nun Alman dili fakültəsi
1994-2018, professor, ADU-nun Alman dili kafedrası
2003-2009, kafedra müdiri, professor, ADU-nun Alman dili kafedrası
2017, professor, ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası
2018-ci ildə professor Sərxan Abdullayev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilib.[1] Arxivləşdirilib 2018-12-30 at the Wayback Machine
Müqayisəi-tiploloji dilçilik, German dilləri, Dil nəzəriyyəsi, Semantika, Diskurs nəzəriyyəsi
Alman, rus, ingilis, türk dilləri
1968, Bakı, M.F.Axundov adına APDİ-nin professor-müəllim heyətinin elmi konfransı
1981, Bakı, Dil sisteminin funksional və konstruktiv səviyyələri mövzusunda Respublika konfransı
1982, Bakı, Xarici dil müəllimlərinin seminar yığıncağı
1983, Bakı, Konfrontativ linqvistika problemlərinə dair Respublika elmi konfransı
1990, Gəncə, “Respublikanın xalq təhsili sistemində xarici dillərin fasiləsiz tədrisi” mövzusunda Respublika konfransı
1990, Bakı, Respublika elmi konfransı (Проблемы полиглосии и межьязыковой интерференции в Азербайджанской ЛСР)
1991, Xaçmaz, “Respublikada milli konsepsiya çərçivəsində xarici dillərin fasiləsiz tədrisi” mövzusunda Respublika konfransı
1990, Gəncə, Respublikanın xalq maarifi sistemində xarici dillərin fasiləsiz tədrisi mövzusunda Respublika elmi konfransı
2005, Bakı, Tərcümə və transmilli proseslər mövzusunda beynəlxalq konfrans
1.Dərslik, dərs vəsaiti və monoqrafiyaları
1984, Dil və bədii qavrayış, “Yazıçı”, 166 s.
1987, Alman və Azərbaycan dillərində inkarın leksik-frazeoloji ifadə vasitələri, Azərbaycan Təhsil Nazirliyi nəşriyyatı, 67 s.
1990, Müasir alman dilində təsdiq və inkarın praqmatik-üslubi variativliyi, Azərbaycan Təhsil Nazirliyinin nəşriyyatı, 79 s.
1997, Deutsch (VIII sinif üçün Alman dili) “Maarif” nəşriyyatı, Bakı, 214 s.
1998, Müasir alman və Azərbaycan dillərində inkarlıq kateqoriyası “Maarif”, Bakı, 278 s.
2001, Alman atalar sözləri və onların azərbaycanca-rusca qarşılıqları, Bakı, “Maarif”, 178 s. (N.Seyidəliyevə birlikdə)
2004, Немецкий аффирмативный контекст, Bakı, 331 s.