fleqmatizm
fleyta
OBASTAN VİKİ
Fleş
Fleş və ya Fləş
Fleş (personaj)
Fleş (ing. The Flash) — DC Comics personajlarındandır. Personaj ilk dəfə yazıçı Qardner Foks və rəssam Harri Lempert tərəfindən hazırlanmışdır. İlk Fleş #1 komiksi 1939-cu ildə çıxmışdır. O, super sürətə, super sürətli reflekslərə və sürətli sağalma gücünə malikdi. Cey Qarikdən başqa bütün Fleşlər Spidforsa(elementar sürət gücü ölçüsüdür) malikdilər, onlar güclərini Spidfors deyilən sürət ölçüsündən alırlar. İndiki dövrə kimi 4 Fleş olmuşdur, Bunlardan ilki Cey Qarik (ing. Jay Garrick) (1940–1951, 1961–indiki vaxt), ikincisi və əsas Fleş olan Beri Elın (ing. Barry Allen) (1956–1985, 2008–indiki vaxt) üçüncüsü ən sürətli Fleşlərdən sayılan Beri Elın olmayan zaman 50 ilə yaxın Fleş kostyumunu öz üzərində layiqli şəkildə daşıyan Voli Vest (ing. Wally West) (1986–2011, 2016–indiki vaxt) (yeni 52 dünyası xaric) sonuncusu isə İmpulse yəni Berinin gələcəkdən gələn nəvəsi olan Bart Elındır.
Fleş (Barri Allen)
Bartolomey Henri Allen (ing. Bartholomew Henry Allen) — DC Comics tərəfindən nəşr edilən komikslərdə peyda olan uydurma superqəhrəman. İlk dəfə Showcase #4 (oktyabr 1956) komiksində təqdim edilən personaj Robert Kaniger və Karmayn İnfantino tərəfindən yaradılmışdır. Barri Allen, 1940-cı illərdə Cey Qarrik adı ilə təqdim edilmiş Fleş adlı superqəhrəman adını daşıyan ikinci şəxsdir. Onun gücü əsasən superinsan sürəti ilə bağlıdır. Personajın digər bacarıqları, o cümlədən vibrasiya yaradaraq əşyaların içindən keçməsi, molekullarının silkələnməsinə nəzarət etmə qabiliyyəti ilə əlaqəlidir. Fleşin geyindiyi parlaq qırmızı və qızılı rəngli kostyum küləyin təsiri və sürtülməyə qarşı davamlı materialdan hazırlanmışdır. Barri Allenin klassik hekayələrində ilk dəfə DC Comicsin Multikainat nəzəriyyəsi təqdim olunmuş və sonrakı on illər ərzində DC hekayə xəttləri ardıcıllıqlarının yenilənməsi zamanı həmin nəzəriyyə böyük rol oynamışdır. Barri Allen həmişə DC-nin əhəmiyyətli yenidən yükləmələrində mühüm rol oynamış, "Sonsuz dünyalarda böhran" #8 (noyabr, 1985) nəşrində Multikainatı xilas etmək üçün özünü qurban verərək ölmüş və 23 il müddətində DC-nin adi sihahılarından silinmişdir. Personajın qayıdışı Qrant Morrisonun "Sonuncu böhran: Əclafların qisası" #3 (noyabr, 2008) krossoverində baş vermiş və burda onun bir bulanlıq təsviri yer almışdır.
Fleş (DC Comics)
Fleş (ing. The Flash) — DC Comics personajlarındandır. Personaj ilk dəfə yazıçı Qardner Foks və rəssam Harri Lempert tərəfindən hazırlanmışdır. İlk Fleş #1 komiksi 1939-cu ildə çıxmışdır. O, super sürətə, super sürətli reflekslərə və sürətli sağalma gücünə malikdi. Cey Qarikdən başqa bütün Fleşlər Spidforsa(elementar sürət gücü ölçüsüdür) malikdilər, onlar güclərini Spidfors deyilən sürət ölçüsündən alırlar. İndiki dövrə kimi 4 Fleş olmuşdur, Bunlardan ilki Cey Qarik (ing. Jay Garrick) (1940–1951, 1961–indiki vaxt), ikincisi və əsas Fleş olan Beri Elın (ing. Barry Allen) (1956–1985, 2008–indiki vaxt) üçüncüsü ən sürətli Fleşlərdən sayılan Beri Elın olmayan zaman 50 ilə yaxın Fleş kostyumunu öz üzərində layiqli şəkildə daşıyan Voli Vest (ing. Wally West) (1986–2011, 2016–indiki vaxt) (yeni 52 dünyası xaric) sonuncusu isə İmpulse yəni Berinin gələcəkdən gələn nəvəsi olan Bart Elındır.
Fleş (II mövsüm)
ABŞ superqəhrəman teleserialı olan "Fleş"in ikinci mövsümünün premyerası 6 oktyabr 2015-ci ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 24 may 2016-ci ildə yayımlanmışdır. Birinci mövsümdə Sentral-sitinin xilas edilməsindən sonra Barri, paralal kainatdan gələn Zum adlı yeni təhlükə ilə üzləşir. Zum, sürət gücü ilə əlaqəsi olan hər kəsi məhv etməyə çalışır. "Fleş" serialı Ox Kainatına daxil olduğuna görə, onun hadisələri bu kainata daxil olan digər serialların hadisələri ilə birbaşa əlaqəlidir. İkinci mövsümün istehsalı ilə "Berlanti Productions", Warner Bros. Television və DC Entertainment məşğul olmuş, Endryu Kraysberq, Qabriel Stenton, Aaron və Todd Helbinqlər isə şouranner kimi layihədə iştirak etmişlər. İkinci mövsüm 2015-ci ilin yanvarında sifariş edilmiş və həmin ilin iyulundan növbəti ilin aprelinə kimi Vankuverdə çəkilmişdir. Əsas rolu canlandıran Qrant Qastinlə yanaşı, Kendis Petton, Daniella Panabaker, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin öz rollarına qayıtmışlar. Həmçinin ikinci mövsümdə serialın aktyor heyətinə Keynan Lonsdeyl qoşulmuşdur. Bu mövsümdə həm də spin-off kimi inkişaf etdirilən "Sabahın əfsanələri" serialının bir neçə personajı təqdim edilmişdir.
Fleş (I mövsüm)
ABŞ superqəhrəman teleserialı olan "Fleş"in birinci mövsümünün premyerası 7 oktyabr 2014-cü ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 19 may 2015-ci ildə yayımlanmışdır. Serial, superinsan sürətinə malik olan və cinayətkarlıqla mübarizə aparan DC Comics kostyumlu superqəhrəmanı Barri Allen / Fleşə həsr edilmişdir. Serialda hadisələr, “Ox” teleserialı ilə eyni uydurma kainatda baş verir. Serialın istehsalı ilə “Berlanti Productions”, “Warner Bros. Television” və “DC Entertainment” məşğul olmuşlar. Birinci mövsümün şouranneri Endryu Kreysberqdir. Serialda Qrant Qastin tərəfindən canlandırılan Allen superinsan sürəti qazandıqdan sonra cinayətkarlığa, həmçinin superinsan bacarığını cinayət məqsədi ilə istifadə edən digər insanlara qarşı mübarizə aparır. Əsas aktyor heyətinə Qastinlə yanaşı Kendis Petton, Daniella Panabeyker, Rik Kosnett, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin daxildir. Mövsümün əsas çəkilişləri Vankuver, Britaniya Kolumbiyası, Kanadada aparılmışdır. Serialın pilot seriyası 4.8 milyon nəfər tərəfindən izlənərək 1.9 18–49 demoqrafik reytinqi qazanmış və beləcə “Fleş” 2009-cu ildə “Vampirin gündəlikləri” serialının göstərdiyi nəticədən bəri The CW telekanalında ən yaxşı nəticəni göstərmişdir.
Fleş (teleserial, 2014)
Fləş (ing. The Flash) — 2014-cü ildə Qreq Berlanti, Andreu Kreisberq və Qeof Cons tərəfindən DC Comics-dəki eyni adlı obraz əsasında yaradılmış super qəhrəman, döyüş və dram teleserialıdır. Bu serial Ox serialının spin-off versiyasıdır. Serial Qrant Qastin tərəfindən oynanılmış cinayət hadisələrinə dərhal müdaxilə edə bilən və güclü super sürətə malik olan Ellen adlı gənc oğlandan bəhs edir. Bu obraz ilk olaraq Ox serialının üç seriasında göründü. Sonradan isə yaradıcılar buna aid yeni bir serial istehsal etmək barədə qərar qəbul etdilər. Aktyor seçiminə gəldikdə isə rol bu rolu Ox-da ifa etmiş Qrant Qastinə verildi. Ox serialının kostyum dizaynçısı Kolin Atvud eyni zamanda Fləş üçündə kostyum seçiminə cəlb edildi. Yaradıcılar Fləşin komiksdəki kimi olmasını istəyirdilər. Çəkilişlər Kanadanın Vankuver səhərində başladı.
Fleş Oxa qarşı
Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir. İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir. Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar.
La-Fleş (rayon)
La-Fleş (fr. La Flèche) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sarta. Suprefektura — La-Fleş. Rayon əhalisi 2006-cı ildə 147 185 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 93 nəf / km². Rayon sahəsi — 1588 km².
Fleşforvard
Fleşforvard (ing. Flashforward) – hekayədəki normal xronoloji ardıcıllığın kənarına çıxaraq, gələcək zamanda baş verəcək və baş verməsi gözlənilən bir hadisənin göstərilməsi. Hekayə nəqletmə texnikası olan fleşforvard ədəbiyyat, kino və televiziya kimi bir çox sahələrdə istifadə olunur. == Haqqında == Fleşforvard səhnələrinə gələcəkdə olması gözlənilən, arzulanan və ya xəyal edilən hadisələrin göstərilməsi üçün tez-tez istifadə olunur. İstifadə edilməsinin əsas məqsədi oxucu/izləyicidə maraq oyatmaq və "Nələr oldu?", "İşlər necə oldu da bu nöqtəyə gəlib çıxdı?" kimi suallar verməsini təmin etməkdir. Beləliklə, oxucu/izləyici heç bir detalı qaçırmamaq və əlaqələri tapmaq üçün mövcud zamanı diqqətlə izləyəcəkdir. Fleşforvard texnikasının digər bir istifadə məqsədi isə oxucu/izləyiciyə yeni bir baxış bucağı qazandırmaqdır. Bu, sevilməyən personajı simpatik hala gətirmək və ya personajların etdikləri seçimlərin ehtimal olunan nəticələrini göstərmək surətilə hadisələri dərinləşdirmək kimi məqsədlər üçün də istifadə oluna bilər. == Nümunələr == === Ədəbiyyat === "Bir Milad nəğməsi" – Çarlz Dikkensin bu romanında baş qəhrəman Ebenezer Skruc ölümündən sonra baş verəcək hadisələrə şahidlik etməkdədir. "Ölüm zonası" – Stiven Kinqin bu romanında başına gələn bir avtomobil qəzasından sonra xüsusi qabiliyyət əldə edən Con Smit gələcəyi görməyə başlayır (bir siyasətçi ilə əllə görüşdükdən sonra nüvə müharibəsini görməsi kimi).
Fleşmob
Fləş-mob (ing. flash mob — flash — an; ani parıltı; mob — kütlə, "ani toplanan kütlə" , "toplumun parıltısı") — kütləvi bir qrup gəncin ("mobberlər") ani surətdə əvvəldən danışılan yerdə toplaşaraq, kütləvi aksiya keçirməsi, danışılan hərəkətin edilməsi və həmin yerdən tez ayrılmaları. Fləş-mob internet hadisəsi olduğu üçün, iştirakçılar fləş-mobun keçiriləcəyi zaman və məkan barədə əvvəlcədən internet vasitəsilə məlumatı alırlar. == Əsaslar == Fləş-mobun əsas cəhətlərindən biri odu ki, bütün dünya mobberlərinin əməl etməli olduğu ümumi qaydaları var. İlk öncə mobberlər fləş-mobun maraqlı və gözlənilməz olması üçün aksiyanın təşkil olunacağı yerə əvvəlcədən gəlməməlidirlər. Onlar təsadüfi, yoldan keçən, hətta tanıdıqları insanları da tanımayan təəssüratı yaratmalı, qəfildən peyda olub fləş-mobu keçirib sakitcə öz yollarına davam etməlidirlər. Fləş-mobun ssenarisi maraqlı və qeyri-adi olmalı, əvvəlki aksiyaları tam olaraq təkrarlamamalıdır. Kənardan seyr edən tamaşaçılar elə düşünməlidirlər ki, bu hərəktlərin xüsusi mənası var, sadəcə onlar tapmaqda çətinlik çəkirlər, aksiyanın təəccüblü hissəsi də elə budur. == Məqsəd == Ən çox suallar fləş-mobların mənası ilə bağlıdır. Fləş-mob iştirakçıları hər hansı bir fləş-mobda iştirak etmək üçün heç bir maddi maraq güdmür.

Digər lüğətlərdə