GÜL

is. [ fars. ]
1. Çiçək (danışıqda “qızılgül” mənasında da işlənir). Ağaclar gül açıb. Gül dərmək.
– …Bir dəstə gül olaydım; Asılaydım yaxannan. (Bayatı).
Bir gül ilə bahar olmaz. ( Ata. sözü ).
…Hər gülün, hər çiçəyin öz adı, öz surəti var. S.Vurğun.

2. Buxara dərisinin üzərindəki incə qıvırcıqlar. Bu dərinin gülləri çox xırdadır. – Hacı güldü.
Börkünü əlinə götürüb onun güllərini yatırmaq üçün əlilə tumarladı. M.S.Ordubadi.
Həcər papağı oxşadı, gümüşü güllər parıldadı. S.Rəhimov.

3. Toxunma şeylərin, xalçanın və s.-nin üzərində olan buta və s. Xalçanın gülləri. Parçanın gülləri qəşəngdir.
[Hamı:] Ah, nə gözəl parçadır; Gülləri də qonçadır. Ü.Hacıbəyov.

4. Çörəkdə xırda-xırda yanmış yer; yanıq qabarları. Çörəyin çoxlu gülü var.
□ Gül vermək – çörəkdə gül əmələ gəlmək; qabarlanmaq. Çörək gül verib.
5. Qızılcanın ən şiddətli anındakı səpgi. Uşağın bədənini gül basıb.
6. bayt. Qoyun xəstəliklərindən birinin adı. Qoyuna gül düşdü, qırıldı.
7. məc. Əziz, istəkli, sevimli, sevgili adam.
Biçarə Vamiq oldu avarə öz elindən; Məcnunu sən ayırdın Leyli kimi gülündən C.Cabbarlı.

8. Gülüm şəklində – əziz, istəkli, sevimli bir adama nəvazişli müraciət.
Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin; Kim, görən bir gəz olur, əlbəttə, heyranın sənin. Füzuli.

9. məc. Gözəl, qəşəng, məsum. Gül kimi uşaq. Gül kimi qız. Gül surət. Gül yanaq.
– Mən aşıq gül üzünə; Şeh düşmüş gül üzünə. Sarı Aşıq.

◊ Gül açmaq məc.1) gözəlləşmək, təravətlənmək, qəşəngləşmək.
Gözəl qız, yaxşı vaxtda; Başladın gül açmağa. Ə.Cavad;

2) həyata keçmək, rövnəq tapmaq, çiçəklənmək. Arzuları gül açdı. Əməllər gül açır.
[Zəhra:] Ədalət dünyada əlvan gül açsın; Səadət günəşi nurunu saçsın. M.Rahim.

Gül ağız isteh. – söyüşkən, ağzından pis sözlər çıxan, acıdanışan adam haqqında.
[Səkinə Məşədi Ağabanıya:] Açma mənim gül ağzımı, yoxsa açaram sandığı, tökərəm pambığı. M.Əliyev.

Gül gülü çağırmaq (səsləmək, dindirmək) şair. – təbiətin, ətraf mənzərənin gözəlliyini ifadə etmək üçün işlədilir.
Çaylar axırdı, hovuzlar fəvvarə vururdu, gül gülü çağırırdı. Çəmənzəminli.
Fələkdən bac verib, bac alan könlüm; İndi uşaq kimi ağlar səninçün; Gül gülü çağırır, çiçək çiçəyi; Gülər aşiqlərin qönçə diləyi. M.Müşfiq.

Gül kimi – çox yaxşı, gözəl.
Gül kimi (tək) açılmaq1) gözəlləşmək, qəşəngləşmək. Uşaq böyüdükcə gül kimi açılır;
2) sevinmək, ürəyi açılmaq, şadlanmaq.
Mən yanına gəlsəm tutulur ol mahitaban; Gültək açılır yanına əğyar gələndə. S.Ə.Şirvani.

Gül kimi təmiz – haqqında heç bir pis söz deyilməmiş; təmiz, məsum.
[Şahnigar:] …O bircə canına and olsun ki, mən gül kimi təmizəm, ay qardaş, heç elə şey olarmı? İ.Şıxlı.
Gül vaxtı (çağı və s.) – güllər açan vaxt, ilk bahar, ilk yaz.
Hər yan dedilər ki: – Ey bəlakəş! Gül çağıdır, olmagil müşəvvəş. Füzuli.
Bu bahar fəslində, gül mövsümündə; Hər kimin ki, ola yarı yanında; Bil ki, bəxtəvərdi tarı yanında. Q.Zakir.
İndi gül dəmidir, fəsli-bahardır; Hər gülün, çiçəyin bir sirri vardır. S.Vurğun.
Gül fəsli yetişmişdi. M.Rzaquluzadə.

Gül yağı – güldən çəkilib yeyinti sənayesində və ətriyyatda işlədilən xoşiyli yağ.
Üç min gül ləçəyindən; bir gül yarpağının çəkisi qədər; gül yağı çəkirlər. R.Rza.

Gül yarpağı kimi əsmək (titrəmək) – qorxudan, həyəcandan, bəzən də soyuqdan titrəmək.
Sürmənin dodaqları gül yarpağı kimi titrəyir, uzun kirpikləri tez-tez qırpınır, gözləri xumarlanırdı. M.Süleymanov.

Gül(ünü) vurmaq – bir şeyin ən yaxşısını, yaxud ən siftəsini seçib götürmək.
…Meşinov dönüb Əlyarova dedi: – Sən öl yoldaş silistçi, telefonçu gülünü vurdu. S.Rəhimov.

Güldən ağır söz – incidəcək, qəlbə toxunacaq söz.
Nə Şamxal atasının üzünə ağ olmuş, nə də atası ona güldən ağır söz demişdi. İ.Şıxlı.

Синонимы

  • GÜL çiçək
  • GÜL gül bax çiçək

Омонимы

  • GÜL GÜL I is. Çiçək, qızılgül. Gül – Hafiz divanında şerin təravətidir (B.Azəroğlu). GÜL II f. Müəyyən bir hadisədən aldığı zövq nəticəsində insanın qəhqə

Этимология

  • GÜL Üçgül, beşgül kimi sözlər işlədirik, burada gül “bucaq”, “künc” anlamında işlə­di­lir. Sözün əsli üçkünc, beşkünc olub, sonra təhrif nəticəsində gül ş
GÜHƏR
GÜL-ÇİÇƏK
OBASTAN VİKİ
Hayrunnisa Gül
Hayrunnisə Gül — Türkiyənin sabiq Birinci xanımı. Türkiyə Cümhuriyyətinin 11-ci prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrunnisa Gül 1965-ci ildə İstanbul – Beşiktaşda anadan olub. İstanbul Bəyazid Qoca Rəcib Paşa Məktəbində və Çəmbərlidaş Qız Litseyində təhsil alıb. 1980-ci ildə Abdulla Gül ilə ailə həyatı qurub. Onların Əhməd Münir (1983), Kübra (1985) və Mehmet Əmrə (1991) adlı 3 övladları var.
Hayrunnisə Gül

Milli Gül
Milli gül — Bir ölkənin simvolu olan gül və ya bitki. Hal-hazırda 100-ə yaxın ölkənin milli gülü var. Kanada, Almaniya və Livan kimi bəzi ölkələrdə, milli bitki simvol bir ağacdır. Qızılgül, çoxlu ölkənin milli gülü olaraq birinci mövqedə yer tutur və 10 ölkədə ki ABŞ, İngiltərə, İtaliya, İran, Rumıniya, İraq, Səudiyyə Ərəbistanı, Mərakeş, Lüksemburq, Bolqarıstandan ibarətdir, milli gül kimi seçilmişdir. İkinci yer, orxideya gülünə məxsusdur .7 ölkə ki əsasən Cənubi Amerikada yerləşirlər, orxideyanı öz milli gülləri kimi seçiblər. Sonrakı rütbələrdə dağlaləsi və jasmin gülləri yerləşirlər. Azərbaycanın rəsmi milli gülü Xarıbülbüldür == Tərif == Milli gül, ölkənin simvolu olan gül və ya bitkiyə deyilir. Milli gül seçimi,dövlət himni və milli bayraqın seçimindən az rəsmi olaraq edilir və adətən milli gülün seçim qaydası belədir ki naməlum zaman hər bir ölkənin əhalisinin sevgi, maraq və adətlərinin təsiri altında bir gül milli gül kimi şöhrət qazanır. Qədim tarixə malik ölkələrdə və həmçinin müxtəlif millətlərdən ibarət olan ölkələlərdə azaraq bir milli gül olur və çox vaxt bir neçə gül əhalinin maraq və diqqət simvolu kimi olur. Bu ölkələrdə milli gül region və ya vilayət üzrə fərq edə bilər.
Gül-gül
Gül-gül — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydası == İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Gül Gül

Gül
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Abdulla Gül
Abdullah Gül (türk. Abdullah Gül; 29 oktyabr 1946[…], Kayseri) — Türk siyasətçisi, iqtisadçısı və Türkiyə Respublikasının 11-ci prezidenti. Abdullah Gül 2007–2014-cü illərdə prezident vəzifəsində, 2002–2003-cü illər arasında 4 ay Türkiyənin Baş naziri vəzifəsində çalışıb. 2003–2007-ci illərdə isə Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrində çalışıb. Gül 1991, 1995, 1999, 2002 və 2007-ci illərdə Türkiyədə keçirilən ümumi seçkilərdə Kayseri millət vəkili olaraq parlamentə daxil olub. Öncədən Rifah Partiyasının üzvü olsa da, lakin 1998-ci ildə bu partiya dünyəvi respublika prinsipinə zidd hərəkətlərinə görə ləğv edildikdən sonra Fəzilət Partiyasına qoşulub. O, Fəzilət Partiyasının 1-ci növbədənkənar qurultayında sədrlik üçün Rəcai Kutanla yarışıb. O, 521 səslə 2-ci yeri tutub və sədr seçilə bilməyib. Gül 2001-ci ildə qurulan Ədalət və İnkişaf Partiyasının qurucu üzvü kimi Partiyanın yaranmasında mühüm rol oynayıb. Abdullah Gül 2002-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə AK Partiya qalib gəldikdən sonra baş nazir oldu və 58-ci Türkiyə hökumətini qurdu.
Abdullah Gül

Gül (Sulduz)
Gül (fars. گل‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 827 nəfər yaşayır (146 ailə).
Gül (Çaldıran)
Gül (fars. گل‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (15 ailə).
Gül Baba
Gül Baba (əsl adı Cəfər; v. 2 sentyabr 1541 və ya 1 sentyabr 1541, Buda, Macarıstan) — bir Bəktaşi Babası, dərviş və şair olub. Doğum yeri Amasyanın Merzifon ilçəsidir. == Şəxsiyyəti == Osmanlı Sultanı Qanuni Sultan Süleymana təsir edən və Avropa hücumlarına qatılan önəmli bir Bəktaşi Babasıdır. Həyat yolu Övliya Çələbi tərəfindən yazılı mənbələrə köçürüldü. Rəvayətə görə, başından gülü, əlindən isə taxta qılıncı əskik olmazmış. Döyüşlərdə başının üstündə bir gül daşıdığı üçün "Gül Baba" deyə adlandırırdılar. Bu rəvayət nəsildən-nəslə ötürülür. == Əsərləri == Miftah'ül Gayb (şeir və nəsrlər) Güldəstə (şeir və nəsrlər) == İrsi == Danimarkalı Andersen tərəfindan 1841-ci ildə Gül Babanın həyatı qələmə alınmışdır. Macar bəstəkar Jenö Huszka tərəfindən 1905-ci ildə Budapeştdə Gül Baba simfonik opera əsərini yaradılmışdır.
Gül Baharlı
Gül Baharlı (əvvəlki: II Baharlı) — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Gül Baharlı (əvvəlki adı II Baharlı kəndi) rayon mərkəzindən 20 km şm.-ş.-də, Qarabağ düzündədir. Gül Baharlı (əvvəlki adı II Baharlı kəndi) kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. Kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəy Baharlının nəslinə mənsubdur. == Mədəniyyət == Kəndin ümumi orta məktəbi vardır. II Baharlı kənd məktəbi 30-cu illərdə dördillik ibtidai məktəb kimi yaranmışdır. Ağalar Əliyev II Baharlı kənd məktəbinin ilk müdiri olmuşdur. Vəli Əliyev (1936–1937), Xosrov Əliyev (1937–1941) II Baharlı kənd məktəbinin müdiri vəzifələrində işləmişlər. II Dünya Müharibəsi illərində II Baharlı kənd məktəbi fəaliyyətini dayandırmalı olmuşdur. II Baharlı kənd məktəbi 1946-cı ildə bərpa edilmiş, Ağdamın Qiyaslı kənd sakini Fərrux müəllim həmin məktəbin müdiri olaraq 1959-cu ilə kimi bu vəzifədə çalışmışdır.
Gül bayramı
Gül bayramı — Azərbaycanda müxtəlif dövrlərdə qeyd edilmiş bayram. Tarixən Şirvanda və Azərbaycanın şimal-qərb zonasında keçirilmişdir. 2000-ci ildən etibarən paytaxt Bakı şəhərində Heydər Əliyevin xatirəsi şərəfinə keçirilmişdir.. == Haqqında == === Tarixi === Keçmişdə Şirvanda həftəseyri adlandırılan gül-çiçək bayramı qeyd edilirdi. Bu bayram Novruzda başlayır və 30–40 gün ərzində bütün cümə günləri qeyd edilirdi. Azərbaycanın şimal-qərbində bu bayram "Gül bayramı" adı ilə qeyd edilirdi. === Müasir dövr === Bayram Ümummilli lider Heydər Əliyevin anadan olduğu gündə, 10 may tarixində başlayır, bir neçə gün davam edir və təntənəli atəşfəşanlıqla başa çatır. Bu günlər ərzində, ənənəvi olaraq Heydər Əliyev adına parkda dibçək gülləri, kəsilmə güllər və müxtəlif formada bəzədilmiş kompozisiyalardan ibarət gül sərgisi keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə bayramda istifadə edilən güllər əsasən Hollandiya, İtaliya, Fransa və Almaniyadan gətirilir. Hər il Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurur.
Gül kələm
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Gül oyunu
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. == Oyunun qaydaları == Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Gül təpə
Gültəpə və ya Kültəpə — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Gültəpə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,876 nəfər və 469 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Qasım Gül
Qasım Kazım oğlu Gül (31 dekabr 1909, Şamaxı – 30 may 1972, Bakı) — görkəmli coğrafiyaşünas, Azərbaycanda okeanologiya məktəbinin banisi, coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, həm də şturman, kapitan, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim. 50-dən artıq kitab, monoqrafiyanın müəllifi və həmmüəllifi və yüzlərlə jurnal, qəzet məqaləsinin müəllifi olan Qasım Gül Xəzər dənizinin ekologiyası və balıq ehtiyatlarının ehtiraslı müdafiəçisi kimi də xüsusi nüfuz qazanıb. == Həyat və yaradıcılığı == Qasım Gül 31 dekabr 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Tam adı Ağaqasım Kazım oğlu Güləhmədovdur və ata tərəfindən şəcərəsi Şirvan hakimi olmuş (1792- -1820)) Mustafa xana gedib çıxır. 1918-ci ildə ermənilər tərəfindən xarabaya çevirmiş Şamaxıdan qaçqın düşən Güləhmədovlar ailəsi 1919-cu ildə Bakıya gəlir və balaca Ağaqasım Xəzər dənizçiliyinin yunqa məktəbində (1920–1923) təhsil alır. 1924-cü ildə Ağaqasım Güləhmədov Bakı dəniz texnikumuna daxil olur. Bakı dəniz texnikumunu bitirdikdən sonra o, bir müddət öz doğma dənizçilər məktəbində rəis müavini vəzifəsində işləmiş (artıq Gül soyadı ilə) və Xəzər dənizçiliyinin "Yakov Zevin", "Çiçerin" gəmilərində, "Port Pəhləvi" (İran balığı) paroxodunda, Sovet ticarət donanmasının Qara dənizdəki "Lus" paroxodunda kapitan köməkçisi vəzifəsində üzüb. 1930-cu ildə Gül Leninqrad Dəniz Nəqliyyatı Mühəndisləri İnstitutuna göndərilir və o, bu sahədə respublikamızın yeganə nümayəndəsi olur. Gəmi sürücülüyü üzrə mühəndis-pedaqoq əla diplomu ilə geri dönür və 24 yaşında Bakı dəniz texnikumuna (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) ilk azərbaycanlı (o zamanlar türk) rəis təyin edilir. Özünün gənc olmasına baxmayaraq qısa müddət ərzində Q.Gül çox böyük uğurlar qazanır, milli dəniz kadrlarının hazırlanması üçün müəssisəsinin tarixində ilk dəfə türk (Azərbaycan) dilində tədris qrupunu yaradır.
Xarıbülbül (gül)
Gül (dəqiqləşdirmə)
Gül və ya çiçək — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. Gül (Sulduz) — Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. Gül (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti.
Gül məscidi
Gül məscidi və ya Müqəddəs Feodosi kilsəsi (yun: Μονή τής Άγιας Θεοδοσίας εν τοις Δεξιοκράτους, Ayia Theodosia) — İstanbulun Ayakapı ərazisindəki Bizans İmperiyası dövründən qalma bir dini binadır. Köhnə adı və tikilmə tarixi barədə dəqiq bir məlumat olmasa da, X və ya XI əsrlərdə inşa edildiyi təxmin edilir. İkonoklazma hərəkatı zamanı Böyük Sarayın əsas girişi olan Halki qapısının üstündəki Məsih ikonasının götürülməsinə qarşı çıxdığı üçün öldürülən Theodosia adlı qadının müqəddəs yadigarlarının bu kilsəyə qoyulduğuna və bu kilsənin Ayas Theodosia olduğuna inanılır. 1499-cu ildə məscidə çevrilmişdir. Bina kərpicdən tökülmüş zirzəmidə tikilib. Kilsənin planı bir yunan xaçı formasındadır. Günbəz divarlara bitişməyən dörd ayağın üzərində dayanır. Binanın şərq tərəfində ortadakı daha geniş olmaqla üç apsidası mövcuddur. Apsislərdəki nişlər və kərpic bəzəkləri onun XIII–XIV əsrlərdə təmir zamanı yenidən qurulduğunu göstərir. Orta apsis ilə sağ yan nef arasındakı sütunun içərisində bir qəbr olan hücrə yerləşir.
Gül Əsin
Gül Əsin Aydın (türk. Gül Esin Aydın) və ya əvvəlki adı ilə Gürkız Ürbül (1901 – 1990, Nazilli, Aydın ili) ― Türkiyə Cümhuriyyətinin ilk qadın muxtarı. == Şəxsi həyatı == Gül Əsinin erkən həyatı haqqında dəqiq məlumatlar mövcud deyil. Türkiyə İstiqlaliyyət müharibəsi başlamazdan təxminən altı ay əvvəl Muğlalı bir adamla evləndiyi, ərinin müharibəyə gedərək geri qayıtmadığı bilinir. O, bundan sonra çörəkçi olan qardaşının yanına, Aydın ilinin Çinə ilçəsinin Dəmircidərə mahalına gedib və sonralar burada evlənərək Çinədə yaşayıb. O, qardaşının 1933-cü il təvəllüdlü "Cümhuriyə Şərəf" adlı qızını övladlığa götürüb. Əsin 1970-ci ildə Nazili ilçəsinə köçmüş, buradakı Yıldıztəpə məhəlləsində 26 il yaşamışdır. Yaşadığı bəldədə büstü də olan Əsinin məzarı Nazilli ilçəsindəki Eğriboyun qəbiristanlığındadır. == Muxtarlıq == 1930-cu ilə qədər Türkiyədə qadınların siyasi hüquqları yox idi. Onlar əvvəlcə 3 aprel 1930-cu il tarixli qanunla bələdiyyə seçkilərində səsvermə hüququ qazanmış, üç il sonra, 26 oktyabr 1933-cü ildə isə muxtar vəzifəsinə seçmək və seçilmək hüququna əldə etmişdirlər.
Davut Gül
Davut Gül (1974, Xorasan[d], Ərzurum ili) — türk bürokrat və hazırkı İstanbul valisi. == Həyatı == Yaxın Şərq Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə Qaziantepdə mahal valiliyinə namizəd kimi başlayıb. Muğla-Kavaklıdere və İzmir-Kemalpaşa rayonlarında Vali müavini vəzifəsində çalışdıqdan, İngiltərədə xaricdə təcrübə keçdikdən və AÜ Siyasi Elmlər Fakültəsində magistr təhsilini tamamladıqdan sonra Kırklareli-Kofçaz mahalına vali təyin edildi. 2003–2005-ci illərdə Şirvan qubernatoru, 2005–2006-cı illərdə Karaman vali müavini, 2006–2009-cu illərdə Gürün mahalı qubernatoru vəzifələrində çalışıb. 2009-cu ildə Türkiyə İdarəçilər Dərnəyi tərəfindən "İlin Kaymakamı" seçilib və Şəhid İlçe Baş məmuru Ersin Ateş Mükafatını qazanıb. Gördes və Şarkışla rayon qubernatoru vəzifəsində çalışdıqdan sonra 2015-ci ildə Türkiyə Daxili İşlər Nazirliyinin Yerli İdarələr Baş İdarəsinə şöbə müdiri təyin edilib. O, 2016-cı il iyunun 1-də Sivas valisi təyin edilib. O, 27 oktyabr 2018-ci ildə Qaziantep valisi təyin edilib. Nəhayət, Əli Yerliqayanın Daxili İşlər Nazirliyinə təyin edilməsi ilə 5 iyun 2023-cü ildə İstanbul valisi vəzifəsinə təyin edildi.
Gül Dueti
Gül dueti (fr. Duo des fleurs) – Leo Delibin 1883-cü ildə yazdığı "Lakme" operasının ən məşhur hissələrindən biri. Bu duet operanın birinci pərdəsində Lakme və onun xidmətçisi Mallika tərəfindən ifa edilir və opera musiqisinin ən tanınmış duetlərindən biri kimi qəbul edilir. Duet sopranolar üçün yazılmış harmonik və lirik bir parça olaraq, Delibin melodik zövqünü və təbiət təsvirini nümayiş etdirir. Mahnının başlanğıcında Lakme və Mallika arasında dialoq, təbiətin gözəlliyini tərənnüm edən yumşaq və axıcı melodiyalarla səslənir. Mahnının mətni əsasən çiçəklərin gözəlliyini və göl kənarında keçirdikləri sakit anları təsvir edir.
Gül dueti

Milli gül
Milli gül — Bir ölkənin simvolu olan gül və ya bitki. Hal-hazırda 100-ə yaxın ölkənin milli gülü var. Kanada, Almaniya və Livan kimi bəzi ölkələrdə, milli bitki simvol bir ağacdır. Qızılgül, çoxlu ölkənin milli gülü olaraq birinci mövqedə yer tutur və 10 ölkədə ki ABŞ, İngiltərə, İtaliya, İran, Rumıniya, İraq, Səudiyyə Ərəbistanı, Mərakeş, Lüksemburq, Bolqarıstandan ibarətdir, milli gül kimi seçilmişdir. İkinci yer, orxideya gülünə məxsusdur .7 ölkə ki əsasən Cənubi Amerikada yerləşirlər, orxideyanı öz milli gülləri kimi seçiblər. Sonrakı rütbələrdə dağlaləsi və jasmin gülləri yerləşirlər. Azərbaycanın rəsmi milli gülü Xarıbülbüldür == Tərif == Milli gül, ölkənin simvolu olan gül və ya bitkiyə deyilir. Milli gül seçimi,dövlət himni və milli bayraqın seçimindən az rəsmi olaraq edilir və adətən milli gülün seçim qaydası belədir ki naməlum zaman hər bir ölkənin əhalisinin sevgi, maraq və adətlərinin təsiri altında bir gül milli gül kimi şöhrət qazanır. Qədim tarixə malik ölkələrdə və həmçinin müxtəlif millətlərdən ibarət olan ölkələlərdə azaraq bir milli gül olur və çox vaxt bir neçə gül əhalinin maraq və diqqət simvolu kimi olur. Bu ölkələrdə milli gül region və ya vilayət üzrə fərq edə bilər.
Haller güləbətini
Haller güləbətini (lat. Pulsatilla halleri) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü.
Hirkan gülxətmisi
Hirkan gülxətmisi (lat. Alcea hyrcana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab (ii,iii, iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 35-85 sm, nadir hallardada 100 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqları saplaqlı, saplaqlar isə yumşaq tükcüklü, aşağı yarpaqlar yuxarı yarpaqlardan daha uzundur. Yarpaq ayası ürəkvari-yumru, 5-7 qanadlı, qanadlar küt, düz olmayan dişli qanadlardır. Aşağı yarpaqlar daha iri və daha az qanadlı, yuxarı yarpaqlar dərin qanadlı; bütün yarpaqlar boz-məxməri rəngdədir. Çiçəklər tək-tək olur. Tacı qurumuş halda 40mm-dək çəhrayı-bənövşəyi rəngdədir.
Hirkan güləvəri
Hirkan güləvəri (lat. Centaurea hyrcanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik qısa və yumşaq tüklənmiş ot bitkisidir. Gövdə dikduran, tilli-şırımlı, bir neçə sərilmiş budaqlı, 30-60 sm hündürlüyündədir. Kökətrafı və aşağı gövdə yarpaqlarının saplaqlarda daralmış, orta və yuxarı yarpaqlar isə oturaq və gövdəni yarımqucaqlamışdır, yumurtaşəkilli, uzunsov lansetvari və ya uzunsov ellpsvaridir. Sarğı uzunsov yumurtaşəkilli, 6-8 mm enindədir, sarğının yarpaqcıqları ensiz xətvari, uzun və lələkvari kirpikcikli, açıq-qəhvəyi və ya purpur-qəhvəyi rəngli əlavələrlə sarğını tor kimi bürümüşdür. Sarğının daxili yarpaqları xətvari və dairəvi, dişcikli əlavəlidir. Çiçəkləri çəhrayı rənglidir. Toxumcuqlar 3 mm uzunluğunda, bozumtul, hamar, çox qısa (0.5 mm uzunluğunda) kəkillidir.
Hizb-e-İslami Gülbəddin
Hizb-e-İslami Gülbəddin, Azərbaycan dilindəki adı ilə İslam Partiyası (Gülbəddin qrupu), 1975-ci ildə yaradılmış və hərbi qolu olan siyasi partiyadır. Sovet-Əfqan müharibəsi zamanı o, mücahid qrupları ilə birlikdə Sovet İttifaqı və Əfqanıstan Demokratik Respublikasına qarşı vuruşmuşdur. ABŞ-nin işğalı zamanı o, vaxtaşırı Talibanın tərəfində ABŞ-yə qarşı vuruşmuşdur. Hizb-i İslami iki yerə bölündükdən sonra Gülbəddin Hikmətyarın rəhbərliyi ilə yenidən yaradılmışdır. Sovet-Əfqan müharibəsində onlar ABŞ tərəfindən dəstəklənsələr də, sonradan ABŞ-la müharibəyə girişmişdirlər. O, islamist və ifrat sağçı siyasi xəttinin üzərində yaradılmışdır. Onun hərbi fəaliyyəti 2016-cı ildə başa çatmış və yalnız siyasi partiyaya çevrilmişdir.
Hizbulla Gülsizin-Həsrətov-Kusinov
Hizbulla Gülsizin-Həsrətov-Kusinov (tam adı: Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov, rus. Хисбулла Фахриевич Гульзизин-Хазратов-Кусинов; təxəllüsü: Həsən Tufan, tatar. Хәсән Туфан, rus. Хаса́н Туфа́н; 27 noyabr (10 dekabr) 1900, İske Karmət[d], Aksubay volostu[d], Çistay qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 10 iyun 1981, Kazan) — Tatarıstan şairi və yazıçısı, milli fiqur, Abdulla Tuqay adına Tatarıstan MSSR Dövlət Mükafatı laureatı (1966). == Həyatı == Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov 9 dekabr 1900-cu ildə Rusiya imperiyasının Kazan quberniyasının Çistay mahalının Aksubay nahiyəsinə daxil olan Müqəddəs Kiremet (indiki Tatarıstan Respublikasının İske Karmət kəndi) bir kəndli ailəsində anadan olmuşdur. O, oxumağı və yazmağı atasından öyrənmiş, ibtidai təhsilini isə kənd məktəbində almışdır. 1914-cü ildə onun qardaşları Həsən Tufanı Ural dağlarına aparmışdır ki, o, buradakı mis mədənlərində kəşfiyyatçı kimi işləmişdir. O, təhsilini regionun ən öncül tədris müəssisələrindən biri olan Ufa şəhərindəki «Qaliya» mədrəsəsində davam etdirmişdir. O, burada Şeyxzadə Babiçin musiqi və ədəbi sferasına daxil olmuşdur. 1915-ci ildən onun ədəbiyyat müəllimi Alimcan İbrahimov olmuşdur.
I Gülbahar Xatun
Gülbahar Xatun (Trabzon – 1492, Köhnə Saray, İstanbul) — 7. Osmanlı padşahı Fateh Sultan Mehmedin xanımlarından biri, II Bəyazidin anası, Validə xatundur. Eyni illərdə yaşayan gəlini Əminə Gülbahar Xatunla qarışdırılmaması üçün I Gülbahar Xatun olaraq anılır. == Həyatı == === İlk illəri === Doğum tarixi və əsli haqqında yetərli məlumat yoxdur. Saraya necə alındığı bilinməsə də, Fateh Sultan Mehmedin ilk səltənətinin ardından Manisaya çəkildiyi dövrdə 1446-cı ildə təqdim edildiyi bilinir. Əslən hardan olması bilinməsə də, alban, serb və ya fransız olmasıyla bağlı iddialar mövcuddur. 1468-ci ilə aid alqı-satqıyla bağlı bir məhkəmə sənədində adı "Gülbahar Xatun binti Abdullah" olaraq adının keçməsi onun cariyə kökənli olduğunu bir daha sübut edir. 1448-ci ildə ilk övladı Şahzadə Bəyazidi dünyaya gətirən Gülbahar Xatunun qızı Gövhər Sultanın doğum tarixi dəqiq deyil. Bununla yanaşı Gülbar Xatunun oğluyla birlikdə 1455-ci ildə Amasya sancaqbəyliyinə göndərildiyini nəzərə alaraq, qızını bu tarixdən öncə dünyaya gətirdiyini demək mümkündür. Oğlu Şahzadə Bəyazidin 1455-ci ildə hələ 7 yaşında ikən Amasya sancaqbəyi təyin edilərək göndərilməsinin ardından Gülbahar Xatun da onunla birlikdə paytaxtdan ayrıldı və qısa ziyarətlər istisna olmaqla, oğlunun taxta çıxacağı 1481-ci ilədək orada yaşadı.
Köhnə əndəmic (Gülaman)
Köhnə əndəmic (Gülaman) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən qərbdə arxeoli abidə. == Tarixi == Divar qalıqlarına əsasən demək olar ki. evlərin tikintisində daş və möhrədən. bəzi evlərdə kvadrat formalı çiy kərpicdən istifadə edilmişdir. Evlər dördkünc formalıdır. Onlar bir, iki, bəzən isə üç otaqlıdır. Yaşayış binaları dağın yamacında yaradılan səkilərdə inşa olunmuşdur. Tədqiqat zamanı Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatına rast gəlinmişdir. Araşdırmalara əsasən demək olar ki, yaşayış yerində XIV-XVIII əsrlərdə yaşayış olmuşdur.
Kətanyarpaq güllücə
Kətanyarpaq güllücə (lat. Lathyrus linifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Las-Veqas Strip gülləbaranı (2017)
Las-Veqas Strip gülləbaranı , Paradays, Nevadadakı Las-Veqas Stripdə təşkil olunan dördüncü "Route 91 Harvest" Kantri musiqi festivalında baş vermiş silahlı hücum. Müğənni Ceyson Oldinin bitməkdə olan performansı sırasında Mandalay Bay hotelinin 32-ci mərtəbəsindəki bir nişançı, Las-Veqas bulvarında toplaşan musiqi festivalı iştirakçılarına atəş açıb. Hadisəni törədən şəxsin Meskit, Nevadada yaşayan 64 yaşındakı Stiven Kreyq Peddok olduğu aydın olub və qatil, hadisə yerində intihar etmiş şəkildə tapılıb. Ən azı 60 nəfərin ölümü və 527 nəfərin yaralanması ilə ABŞ tarixinin ən ölümcül hücumu oldu.
Laslo Papp (güləşçi)
Laslo Papp (mac. Papp László; 4 yanvar 1905, Senteş[d], Çonqrad[d] – 28 yanvar 1989, Budapeşt) — macarıstanlı Yunan-Roma güləşçisi, Olimpiya Oyunlarının mükafatçısı. == Həyatı == Laslo Papp 1905-ci ildə Senteş şəhərində anadan olmuşdur. 1925 və 1926-cı illərdə Avropa çempionatların gümüş medalçısı olmuşdur, 1927-ci ildə isə Avropa çempionluğunu qazandı. 1928-ci ildə o, Amsterdamda keçirilən Olimpiya Oyunlarında iştirak etdi və gümüş medala layiq görüldü. 1933-cü ildə Laslo Papp bu dəfə Yunan-Roma yox, sərbəst güləş üzrə Avropa çempionu oldu. 1934-cü ildə o, Avropa çempionatının bürünc medalını qazandı.
Lütfullah Safi Gülpayeqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpaygani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayigani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Səfi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lənkəran Gülxətmisi
Lənkəran güləbrişini
Lənkəran güləbrişini (lat. Albizia julibrissin) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. == Təbii yayılması == Bu növə Cənubi Qafqaz, Krım, Ukrayna, Orta Asiya, İtaliya, İran, Türkiyə, Fransa, Koreya, Şimali Amerikada təsadüf edilir. Növə bəzən Güləbrişin və ya Lənkəran akasiyası da deyilir. == Botaniki təsviri == Zoğları yaşıl rəngli, hamar qabıqlıdır. Geniş çətirli, hündürlüyü 18–20 m-ə, diametri 30–40 sm-ə çatan ortaboylu ağacdır. Gövdəsinin qabığı boz rəngli, uzununa çatlıdır. Yarpaqlar növbəli düzülmüş, ikiqat, cütlələkvari, uzunluğu 18–25 sm-dir. Çiçəkləri xırda, 5 şüalı, başcıqvari çiçək qrupu əmələ gətirir. Çiçək qrupları iri, mürəkkəb süpürgələrdə birləşir.
Ləsə Gülan (Bükan)
Ləsə Gülan (fars. لاسه گلان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (16 ailə).
Milyon qızıl gül
"Milyon qızılgül" - (lat. - Dāvāja Māriņa meitenei mūžiņu, Mari qıza həyat verdi) latviyalı bəstəkar Raimonds Pauls tərəfindən bəstələnmiş musiqi əsəri. Əsər SSRİ-də yaransa da, dünyanın bir çox ölkəsində yerli dillərdə oxunmuşdur. == Tarixi == Sözləri latviyalı şair Leons Briedisə və musiqisi bəstəkar Raimonds Paulsa aid olan "Dāvāja Māriņa meitenei mūžiņu" (Azərbaycan dilinə tərcüməsi: Mara qıza həyat verdi) əsəri ilk dəfə 1981-ci ildə "Mikrofona aptauja" proqramında Ayya Kukule və Liqa Kreicberq tərəfindən səsləndirilmiş və həmin il qalib seçilmişdir. Paulsun ən məşhur əsərlərindən birinə çevrilən əsər, 1982-ci ildə şair Andrey Voznesenskinin sözləri ilə Alla Puqaçova tərəfindən oxunmuş və bu hali ilə bütün Sovet məkanında, daha sonra isə bütün dünyada məşhurlaşmışdır. Məhz bu səbəbdən də, əsər daha çox "Milyon qızılgül" (rus: Миллион алых роз) adı ilə tanınmışdır. Əsərin orijinal latış dilindəki versiyasında qız uşağına xoşbəxtliyi verməyi unudan anadan bəhs edərkən, rus versiyasında isə aktrisaya aşiq olmuş rəssamdan (Niko Pirosmani) bəhs edilir.
Molla Gülü Zülami
Molla Gülü Zülami — azərbaycanlı şair. == Həyatı == Molla Gülü Qarabağda dünyaya gəlmişdir. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Bərdə şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. Molla Gülünün adına 1699-cu ilə aid Zari Ərəşi adlı bir xəttatın topladığı cüngdə rast gəlinir. Molla Gülü Zülaminin Füzulinin 7 beytlik “Yetməzmi” rədifli qəzəlinə yazdığı 7 bəndlik təxmisi müəllifin dahi şairin əsərinə həssaslıqla yanaşması, dilinin sadəliyi, keçidlərin orijinallığı ilə diqqəti cəlb edir. == Mənbə == Ənvər Çingizoğlu. Molla Gülü Zülami Qarabaği. "Soy" dərgisi, 1 (31) 2010.
Molla Gülü Zülami Qarabaği

Значение слова в других словарях