GÜLLÜ

цветное, с цветочками, с рисунками, узорчатый, расписной
GÜLLƏSİZ
GÜLLÜ-ÇİÇƏKLİ
OBASTAN VİKİ
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri Digər Güllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Güllü (Nir)
Güllü (fars. گلي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (21 ailə).
Güllü Mustafayeva
Mustafayeva Güllü Hacı Naim Mustafa qızı (29 noyabr 1919, Çarcuy – 18 may 1994, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (1992) və milli rəssamlıq sənətinin ən parlaq nümayəndələrindən biri. == Həyatı == Güllü Mustafayeva əslən Şamaxıdandır. 1902-ci il Şamaxı zəlzələsindən sonra G. Mustafayevanın atası Hacı Naim Mustafa ailəsi ilə Türkmənistanın Çarcuy şəhərinə köçmüşdür. Güllü Mustafayeva 1919-cu il 29 noyabrda Çarcuy şəhərində anadan olmuşdur. G. Mustafayevanın anası Nabat xanım S. Ə. Şirvaninin nəslindən olub. 1927-ci ildə Hacı Naim Mustafa ailəsi ilə Türkmənistandan Bakıya, İçərişəhərə köçmüşdür. == Yaradıcılığı == Güllü Mustafayeva 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. Rəssam öz yaradıcılığında ən müxtəlif janrlara müraciət etmişdir. Tematik tablolar və portretlər yaratmışdır: "Leyli və Məcnun məktəbdə" (1941), "Professor Y. Musabəyovanın portreti" (1957), "Paris. Rəssamlar meydanı" (1961).
Güllü Yoloğlu
Güllü Yoloğlu (5 may 1963, Meşəşambul, Zaqatala rayonu) — Dünya Türkologiya Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Türk Xalqlarının Etnologiyası şöbəsinin müdiri, institutun baş elmi işçisi, Türk Ağsaqqalları İctimai Birliyi Qadınlar Şursının sədri, türkoloq. == Həyatı == Güllü Yoloğlu 1963-cü il mayın 5-də Azərbaycanın Zaqatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində (indi bu kənd Balakən rayonuna aiddir) müəllim ailəsində doğulub. Gəncə Pedaqoji İnstitutunu bitirdikdən sonra tarix-ədəbiyyat müəllimi olan atası Gülməmmədov Yoloğlu Kamil oğlu və fizika-riyaziyyat müəllimi olan anası Bayramova Nahidə Mahmud qızı Zaqatalada təyinatla işləmişlər. O, üç yaşında olarkən valideynləri Qazax rayonunun Canallı kəndinə, ata yurduna qayıdıblar. Canallıda 8 illik məktəbi bitirdikən sonra 9–10-cu sinifləri Qazax şəhər Səməd Vurğun adına 2 saylı məktəbdə oxumuşdur. 1980-ci ildə orta məktəbi başa vuran G. Yoloğlu elə həmin il o zamankı M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna (hazırda Bakı Slavyan Universiteti) qəbul olunmuş, 1985-ci ildə bitirmişdir. 1983–1984-cü tədris ilini Həştərxan Pedaqoji Dövlət Universitetində təcrübə keçmişdir Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki qızı var. == Elmi yaradıcılığı == Ali təhsilinin ilk ilindən Tələbə Elmi Cəmiyyətinin fəal üzvü kimi bir çox institut, respublika və beynəlxalq elmi simpoziumlarda, o cümlədən də Moldovanın Beltsı şəhərindəki tələbə elmi konfransında iştirak etmiş, bir sıra diplom, fəxri fərman və digər mükafatlara layiq görülmüşdür. Həştərxanda oxuduğu illərdə Güllü Yoloğlu Moldovanın, Həştərxanın tələbə elmi konfranslarında iştirak etmiş, "Komsomolets Kaspiya" qəzeti (Həştərxan), "Sovetskaya Moldaviya" qəzeti və "Kodrı" dərgisi (Kişinyov), "Müxbir", "Russkiy yazık", "Literaturnıy Azerbaydjan", "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri" qəzetlərində (Bakı) və digər mətbu orqanlarında məqalələr çap etdirmişdir.
Güllü qafiyə
Güllü qafiyə — Azərbaycan klassik poeziyasında aşıq şeiri şəkli. Bu şeir şəklinə “Dedim-dedi”, “Dedim-söylədi”, “Kəlmə kəsmək”, bəzən isə “Qafiyə” də deyilir. Ustad aşıqlar güllü qafiyəni misra və misraqırımı üzərində qururlar. Hər iki halda şeir aşiq-məşuqənin duet-dialoqu şəklində qurulur: Dedim: mən qurbanam yarın adına, Dedi: elə sənsən düşən yadına... (Qurbani) Yaxud: Dedim: gülşən nədi? – dedi: bağımdı, Dedim: səfalıdı? – söylədi: yox-yox... (Aşıq Əmrah) Güllü qafiyədəki duet-dialoq, həm də üslubi məqamdır; misraqırımındakı poetik pauza (nəfəsdərmə) ifanı şirinləşdirir. Duetin birinci tərəfini bir aşıq, cavabını isə digər aşıq ifa edir. Güllü qafiyədən aşıqlar, çox hallarda, toyaxırı – duvaqqapma yerində istifadə edirlər.
Güllü Ağalarzadə
Güllü Ağalarzadə (25 oktyabr 2003) — Azərbaycanı təmsil edən bədii gimnast, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Güllü Ağalarzadə Azərbaycanı 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2022-ci ildə üç bürünc medala, 2023-cü ildə isə bir qızıl və bir bürünc sahib olub. Güllü Ağalarzadə həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. == Karyerası == Güllü Ağalarzadə 2015-ci ildə Bolqarıstanın Plovdiv şəhərində baş tutan beynəlxalq turnirin qalibi oldu. === 2017-ci il: Gənclərdən ibarət qrupda debüt === 2017-ci ildə Güllü Ağalarzadə gənclərdən ibarət Azərbayan yığmasının əsas qrupunun heyətinə daxil edildi.
Canan Güllü
Canan Güllü (türk. Canan Güllü ; 1962) — Türkiyə Qadın Dərnəkləri Federasiyasının (TKDF) prezidenti olan türkiyəli fəalı. O, 2021-ci ildə "International Women of Courage Award"a (Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı) layiq görülüb. == Həyatı == Canan Güllü 9 yaşında anasının təşviqi ilə "Qızlar oxusun" kampaniyası ilə ictimai fəaliyyətlə məşğul olmağa başlayıb. Gənclik illərində mübarizə həvəsi artan Güllü, mütəşəkkil bir təşkilatda fəaliyyət göstərsə idi, qadın hüquqlarının qorunmasında daha aktiv rol oynaya biləcəyini düşünərək, Qadının Sosial Həyatını Araşdırma və Tədqiqi Dərnəyinə üzv seçilmək üçün müraciət etdi. Lakin üzvlük üçün "çox gənc" olduğu əsas gətirilərək istəyi rədd edildi. Sonralar o, üzvlüyünə rədd cavabı aldığı Qadının Sosial Həyatını Araşdırma və Tədqiqi Dərnəyinin (KASAİD) idarə heyətinin sədri seçildi. 2005-ci ilin yanvar ayında 186 şöbəsi və 52 min 500 üzvü olan qadın QHT-lərinin əsas birləşdirici təşkilatı olan Türkiyə Qadın Dərnəkləri Federasiyasının prezidenti seçildi. Təşkilat 1976-cı ildə ilkin olaraq beş qurumun birləşməsindən yaranmışdır. === İctimai fəaliyyəti === Canan Güllü mütəmadi olaraq, qadınların idarəçilikdə, məşğulluqda və təhsildə iştirakını artırmaq üçün tədbirlər həyata keçirir.
Güllü gəlir, Güllü (film, 1973)
Güllü gəlir Güllü (türk. Güllü Geliyor Güllü) — 1973-cü ildə istehsal olunmuş türk filmi. Film komediya-məhəbbət janrındadır. Ssenari müəllifi Ərdoğan Tünaş, rejissoru Atif Yılmazdır. Baş rollarda Ədiz Hun və Türkan Şoray iştirak etmişdir. Kamal Sunal ilk dəfə xarici səsləndirmə ilə iştirak etdiyi filmdir. == Mövzu == Qan davası intiqamını almaq üçün İstanbula gələn Güllü (Türkan Şoray) və düşməni Taka Nuri (Ədiz Hun) haqqındadır. Güllü Qaradənizli bir qızdır, Taka Nuri isə eyni kənddə böyümüş varlı bir gəncdir. Nuriyə sünnət mərasimi vaxtı bir silah hədiyyə edilir. Silahdan təsadüfən açılan güllə Güllünün qohumunu öldürür və bununla da qan davası başlayır.
Güllü Eldar Tomarlı
Güllü Eldar Tomarlı (Güllü Eldar qızı Alıyeva; 13 iyul 1969, Rustavi) — Azərbaycan şairi, publisist. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, Aşıq Pəri Məclisinin sədr müavini (2015–2022). == Həyatı == Güllü Eldar Tomarlı 13 iyul 1969-cu ildə Gürcüstanın Rustavi şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. 1986-cı ildə Rustavidə 7 saylı orta məktəbi bitirmiş, Rustavi Politexnik Texnikomuna daxil olmuşdur. Təhsili bitirdikdən sonra, uzun müddət Rustavi şəhər nəşriyyatında çalışmışdır. Rustavi Azərbaycanlılar Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar şurasının sədri olmuşdur. Güllü Eldar Tomarlı Gürcüstanda, Azərbaycanda çap olunan qəzetlərdə şeirləri, publisistik məqalələri dərc edilib və Tiflis radiosunda səsləndirilmişdir. Tiflisdə nəşr olunan "Gürcüstan" qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, "Mirvarid Dilbazi Poeziya Məclisi" ictimai birliyinin sədridir.
Güllü qəbir piri
Güllü qəbir piri - Laçın rayonu Böyük Seyidlər kəndində yerləşir. Hacı İbrahim ağa Qarabağın adlı-sanlı seyidlərindən olan Xudavəndə Xəlifənin nəvəsidi. Hacı seyid İbrahim ağanın məzarı Seyidlər kəndinin qəbiristanlığındadır və ağır ziyarətgahlardan sayılır. Ağanın ocağında qızılgül bitmişdi. Elə ona görə də məzarına "Güllü qəbir" deyirlər. == İstinadlar == == Xarici keçidlər == "Laçınən abidələri - Güllü qəbir piri". az.baku-art.com. İstifadə tarixi: 18 may 2021.
Güllü qarı məscidi
Güllü qarı məscidi — Şəki şəhərinin Kiçik Qala küçəsində yerləşən tarixi məscid. == Tarixi == Güllü qarı məscidi, 19-cu əsrin memarlıq incilərindən biri olaraq, Şəkinin Kiçik Qala məhəlləsinin dar küçələrində yerləşir. Bu tarixi məscid, yerli çay daşlarının ustalıqla hörülməsi nəticəsində yaranmışdır və Şərq memarlığının ənənəvi elementlərini özündə əks etdirir. Sadə, lakin nəfis görünüşü ilə seçilən bu kiçik məscid, əsrlər boyu yerli icmanın dini və ictimai həyatının ayrılmaz bir parçası olmuşdur. Məscidin divarları, zamanın sınağından keçmiş daşların şahidliyi ilə, nəsillərdən-nəsillərə ötürülən inancların və dəyərlərin daşıyıcısıdır. Sovet dövründə dini fəaliyyətlərin qadağan edilməsi səbəbindən bir müddət qapılarını bağlamağa məcbur olan məscid, 1990-cı illərdə ölkənin müstəqilliyini bərpa etməsi ilə birlikdə yenidən canlanmış və ibadətgah kimi fəaliyyətini davam etdirmişdir. Məscidin ətrafında formalaşan məhəllə həyatı, insanların bir araya gələrək dini və sosial tədbirlər təşkil etməsi, məscidin yalnız dini bir məkan deyil, həm də cəmiyyətin birləşməsinə xidmət edən bir mərkəz olduğunu göstərir. == Adının mənşəyi == Məscidin adı ilə bağlı rəvayətə görə, əsasən qadınların toplaşdığı bu məsciddə səliqə-sahmanın qorunmasına ən çox Güllü adlı bir qadın fikir verirmiş. Onun məscidə olan qayğısı və xidmətləri nəticəsində məscid camaat arasında "Güllü qarının məscidi" kimi tanınmağa başlamış və sonradan bu ad rəsmiləşmişdir. == Memarlıq xüsusiyyətləri == Güllü qarı məscidi çay daşından inşa edilmiş sadə, düzbucaqlı plana malikdir.
Güllü xalçaları
Güllü xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Güllü Çoxeli
Güllü Çoxeli (rus. Гюлли Николаевна Чохели, gürc. გიული ჩოხელი ; 12 fevral 1935 və ya 1935, Tiflis) — SSRİ və Gürcüstan estrada müğənnisi. Gürcüstan SSR əməkdar artisti (1967). == Həyatı == Güllü Çoxeli 12 fevral 1935-ci ildə Tbilisidə anadan olmuşdur. Onun anası Gürcüstanın xalq artisti Yelena Çoxeli olmuşdur. O, məktəb illərində oxumağa başlamış, Tbilisi Dövlət Konservatoriyasının musiqi məktəbində təhsil almışdır. Çoxeli 1953-cü ildən filarmoniyanın vokal triosunda peşəkar səhnədə çıxış etmişdir. 1950-ci illərin sonlarında Oleq Lundstrem, Konstantin Orbelyan, Yuri Saulskinin orkestrlərində çalışmışdır. Onun repertuarının əsasını o zaman dünya xalqlarının mahnıları təşkil edirdi.
Güllü Əbilova
Güllü Əbil qızı Əbilova (16 sentyabr 1924, Bakı – 17 iyul 1994) — arxeoloq, tarix elmləri namizədi. == Həyatı == Güllü xanım 1924-cü il sentyabr ayının 16-da Bakının "Qara şəhər" adlandırılan bir guşəsində, adlı-sanlı neftçi ailəsində dünyaya göz açmışdır. Atası Əbil Abdulla Əli oğlu yarım əsrdən artıq bir müddətdə neft mədənlərində işləmiş, əməksevərliyinə, işinə olan ciddi məsuliyyətinə görə böyük şan-şöhrət qazanmışdır. Anası Kübra xanım İkinci dünya müharibəsinin ağır illərində əmək fəaliyyətinə başlamış, Bakı Şəhər Sovetinə deputat seçilmişdi. Müharibənin ağır illərində orta təhsilini uğurla başa çatdıran Güllü xanım 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, qədim və zəngin tariximizi öyrənməyi qarşısına məqsəd qoyur. Minillikləri əhatə edən təkrarolunmaz maddi mədəniyyət tariximiz, Azərbaycan arxeologiyası Güllü Əbilovanın əsas maraq dairəsini, elmi araşdırmalarının başlıca istiqamətini təşkil edir. Tələbə ikən çöl axtarışlarında fəal iştirak edir. Onun dövrümüzün ən genişmiqyaslı qazıntıları sayılan Mingəçevir tədqiqatlarında iştirakı daha səmərəli işlərindəndir. Mingəçevir qazıntıları Azərbaycan arxeoloqları, o cümlədən Güllü Əbilova üçün əsl təcrübə məktəbi olmuşdur. Mingəçevirdə — Kürün hər iki sahilində mədəni irsimizin bütün tarixi mərhələlərinə aid 20 mindən artıq nadir maddi mədəniyyət nümunələri üzə çıxarılmışdı.
Aşağı Güllücə (Çaroymaq)
Aşağı Güllücə (fars. گلوجه سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Kətanyarpaq güllücə
Kətanyarpaq güllücə (lat. Lathyrus linifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Saleh Güllücinski
Saleh Məşədi Teymur oğlu Güllicinski (17 sentyabr 1899, Güllücə, Eçmiədzin qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 yanvar 1938, Bakı) — Ermənistan SSR və Azərbaycan SSR dövlət və partiya xadimi, Vedi Hərbi İnqilab Komitəsinin ilk sədri, Azərbaycan K(b)P MK yanında Partiya Məktəbinin rektoru. == Həyatı == Saleh Güllücinski 17 sentybar 1899-cu ildə İrəvanın yaxınlığndakı Güllücə kəndində Məşədi Teymur və Leyli xanımın ailəsində doğulub. Onlar 5 övlad böyüdüblər: Saleh, Məmməd, Rübabə, Ləzifə, Şövkət. Ailə o zamanın maarifpərvər, ziyalı ailəsi olduğundan övladlarının hamısına təhsil verib. Saleh Güllicinski erkən yaşında A. S. Puşkin adına İrəvan rus-tatar məktəbini, 1911-1915-ci illərdə 17 yaşında İrəvan Müəllimlər Seminariyasını bitirir. 5 mart 1916-cı ildən 6 iyun 1918- ci ilə kimi İrəvan dairə məhkəməsində tərcüməçi kimi işləyir. 1918-ci ildə Qərbi Azərbaycanda qətliamlar törədən daşnaklara qarşı mübarizəyə qoşulur. Ailəsi dəfələrlə qırğınlardan qurtulmaq üçün Türkiyəyə getmək məcburiyyətində qalsada sonradan yenidən geri evlərinə dönürlər. Saleh Güllücinskinin bacısı Rübabə xanımın qızı Rəfiqə xanımın dediklərindən: 1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulan zaman daşnaklara qarşı daha fəal mübarizə aparmaq üçün İrəvanın bir çox gənc ziyalıları kimi Saleh də inqilabi mübarizəyə qoşulur. Əli Əkərəkli, Cahangir Ələkbərbəyov, Abasqulu bəy Şadlinski kimi vətənini sevən insanlarla birlikdə mücadilə edir.
Yapon güllücəsi
Yapon güllücəsi (lat. Lathyrus japonicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Yarımnövləri == Lathyrus japonicus var. acutifolius (Bab.) Bassler Lathyrus japonicus subsp. japonicus Lathyrus japonicus subsp. maritimus (L.) P.W.Ball Lathyrus japonicus var. pellitus Fernald == Sinonimləri == Lathyrus aleuticus (Greene) Pobed. Lathyrus hultenii J.Rousseau & Raymond Lathyrus japonicus var. aleuticus (T.G.White) Fernald Lathyrus japonicus subsp. japonicus japonicus Lathyrus japonicus var.
Yuxarı Güllücə (Çaroymaq)
Yuxarı Güllücə (fars. گلوجه عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (7 ailə).
Çəmən güllücəsi
Çəmən güllücəsi (lat. Lathyrus pratensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (40) 55-100 sm, gövdəsi düz, uzanan və ya ilişən, sivri dördtinli və budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu nazik, şaxəli və zoğ əmələgətirəndir. Yalançı zoğları iri olub, yarpaqcığı xatırladır, uzunsov və ya yumurtaşəkilli-neştərvaridir, oxşəkilli əsası vardır, sivriləşmiş, qısa və ya bəzən saplaqla eynidir. Saplaq qanadsız, üst tərəfdən novşəkilli, sadə və ya şaxələnən bığcığı, nadir halda ucu vardır. Yarpaqlar bir cütdür; yarpaqcıqları neştərvari və ya uzunsov-neştərvaridir, sivri və ya qısa sivriləşmişdir, qısa sivri ucu vardır, 3-5 ədəd çox güclü damara malikdir, nadir halda ensiz neştərvaridir, uzunluğu (1) 2-4 (5) sm, eni 2,5-8 (10) mm-dir. Salxımları 5-13 ədəd çiçəkdən ibarətdir. Çiçək saplağı tüklüdür. Tac parlaq və ya açıq-sarı rəngdədir, uzunluğu 12–17 mm-dir.
Ətirli güllücə
Ətirli güllücə (lat. Lathyrus odoratus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Güllübulaq (Amasiya)
Güllübulaq — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. == Tarixi == Güllübulaq kəndi 1988-ci ilə qədər, XIX əsrin sonlarında Qars əyalətinin Qars dairəsində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Güllübulaq kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Güllübulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. == Toponimi == Toponim "güllü, çiçəkli" mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "güllü, çiçəkli bulaq yanında olan kənd" anlamını bildirir. Hidrotoponimdir.
Güllücə-i Süfla (Zəncan)
Güllücə-i Süfla (fars. گلیجه سفلی‎) - İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 280 nəfər yaşayır (57 ailə).
Güllücə-i Ülya (Zəncan)
Güllücə-i Ülya (fars. گليجه عليا‎) - İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (13 ailə).
Güllücə südləyəni
Güllücə südləyəni (lat. Euphorbia lathyris) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Kiçik güllücə
Kiçik güllücə (lat. Lathyrus miniatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Arealı == Türkiyədən İrana qədər ərazilərdə yayılmışdır. == Qısa morfoloji təsviri == Gövdəsi düz və ya qalxan, ilişən, əsasından budaqlanmış, şırımlı, 2 enli yaşıl qanadları olan çoxillik çılpaq ot bitkisidir. Yalançı zoğları yarımoxşəkillidir, uzunsovneştərvari və yaxud neştərvaridir, qısa sivriləşmişdir, saplaqdan 2-3 dəfə qısadır, bəzən isə ona bərabər olur. Saplaq ensiz qanadlı olub, uzunluğu 3 (4) sm-ə qədərdir, sonu sadə və ya budaqlanmış bığcıqlarla qurtarır. Yarpaqları bir cütdür; yarpaqcıqlarının uzunluğu 3-6 (7) sm, eni (1,5) 2-3 (4) sm-dir, düzgün ellipsvaridir, təpə hissəsinə və qaidə hissəsinə doğru bir ölçüdə daralandır, təpə hissədə dəyirmi, küt və ya sivridir, qısa sonluqludur, nadir hallarda uzunsov-ellipsvaridir, uzunluğu enini 2-3 dəfə üstələyir, yumurtavari, enli yumurtavari və ya əksinəyumurtaşəkillidir. Salxımlar birtərəflidir. Çiçək saplağı yarpaqlardan biraz və yaxud iki dəfə uzundur, 3-10 ədəd çiçəyi vardır. Tacın uzunluğu 15–20 mm, çəhrayıdır; yelkən köndələn dəyirmi-ovaldır, təpə hissədə girintili-çıxıntılıdır, qanadlardan qısadır; qanadlar qayıqcıqdan uzundur.
Güllücə (Duzluca)
Güllücə — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Güllük kənd məscidi
Güllük kənd məscidi və ya Güllük Cümə məscidi — 1727-ci ilə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Qax rayonunun Güllük kəndində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Güllük kənd məscidi 1727-ci ildə Azərbaycanın Qax rayonunun Güllük kəndində yerli əhalinin dəstəyi ilə tikilib. Məscidin fasadında inşa edildiyi tarixlə bağlı məlumat verən kitabə mövcuddur. Kitabədə məscidin hicri təqvimlə 1139-cu ildə Əl-Cınıği tərəfindən inşa edildiyi qeyd olunub. Bir neçə dəfə dağılan məscid dəfələrlə bərpa olunub. Son dəfə XIX əsrdə ilisulu usta Məhəmməd Eldaroğlu tərəfindən bərpa edilib. Məscidin dam örtüyünün alınması üçün Hacı Zeynalabdin Tağıyev maddi dəstək olub. Məscidin həyətyanı sahəsində bir neçə qəbir və türbə də mövcuddur.

Digər lüğətlərdə