GƏN

Azərbaycanın Füzuli rayonunda çölə, yarım səhraya verilən ad. гян gen
GƏDİK
GƏP
OBASTAN VİKİ
Cuhudlar məhəlləsi (Gəncə)
Cuhudlar məhəlləsi — Gəncənin tarixi məhəllələrindən biri. Sakinləri əsasən yəhudilərdən ibarət olduğu üçün Cuhudlar məhəlləsi adlanıb. Sovet hakimiyyəti dövründə bu küçə Krivanosov küçəsi müstəqillikdən sonra isə Həsənli qardaşları küçəsi adlanır. Qədim Gəncənin Cuhudlar məhəlləsi Əttarlar məhəlləsi yaxınlığında bir basalaq olub. Sakinləri yəhudilərdən ibarət olduğu üçün bu ərazini gəncəlilər “Cuhudlar məhəlləsi” adlandırıb. Burada yaşayan yəhudilər əsasən ayaqqabı tikməklə məşğul olduqları üçün buranı bəzən “Məstçilər məhəlləsi” də adlandırırdılar. Məhəllə kiçik bir küçədən ibarətdir. Sovet hakimiyyəti dövründə bu küçə Krivanosov bu gün isə “Həsənli qardaşları” adlanır. Məhəllə şərqdən Əttarlar, qərbdən Mirəli Qaşqay, şimaldan Həsən Əliyev, cənubdan Cavad xan küçələri ilə əhatə olunub. Məhəllədə yaşayan yəhudilər Rusiya və Avropadan köçüb gələn yəhudilərdən dil və görkəmcə fərqlənirdilər.
Cümə məscidi (Gəncə)
Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi — Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran memarlıq üslubunda inşa edilmiş tarixi məsciddir. Gəncə Cümə məscidi ümumi memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini davam etdirir. Binanın memarlığında, xüsusilə günbəz və portalların həll edilməsində Azərbaycan və qonşu ölkələrin zəngin memarlıq ənənələri uğurla istifadə olunmuşdur. Bununla yanaşı binanın memarlığında forma və detalların sadə təkrarlanmasına da yol verilməmiş, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik, ifadəlik və aydınlıq əks etdirilmişdir. Gəncə şəhərinin Qədim Gəncə ərazisindən köçürülməsindən sonra, yeni şəhərin abadlaşdırılmasına xüsusi diqqət yetirilmişdi. Yerüstü tikililər, meydanlar və bağlarla yanaşı həmin dövrdə bir neçə kilometrə çatan kanalizasiya sistemi də yaradılmışdır ki, həmin sistemin də bir hissəsi bu vaxta kimi istifadə edilir. Kərpicdən inşa edilmiş geniş kanalizasiya yolları cənubdan qərbə və şimaldan şərqə uzanmaqla məscidin yanından və meydanın altından keçərək Gəncəçaya qədər uzanır. Şəhərin su təminatı isə inşa edilmiş kəhriz sistemi ilə həyata keçirilirdi. Şəhər mərkəzinin özəyini təşkil edən məscid kompleksinə monumental məscid binası, onun şimalında müstəqil dayanan və iki tərəfdən qoşa minarələrlə əhatələnən giriş portalı, və məscid ətrafında yerləşən Gəncə mədrəsəsi daxil idi. Kompleksin əsas binası inşası 1606-cı ilə aid edilən məscid binasıdır.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası — 1928-ci ildən Bakıda fəaliyyət göstərən kitabxana, 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyır. Kitabxana 9 şöbədən ibarətdir. Kitabxananın fondu klassik və müasir Azərbaycan, dünya ədəbiyyatı, lüğət və ensiklopediyalarla, dərsliklərlə, elmi-populyar və məlumat ədəbiyyatları ilə daim zənginləşdirilir. Kitabxananın fondu ümumilikdə 132 min 399 nüsxə ədəbiyyat təşkil edir. Gənclər kitabxanası statusunu daşıyan kitabxananın oxucu kontingentini əsasən 13-21 yaş həddində gənclər təşkil etməklə yanaşı, çoxsaylı istifadəçilərin arasında müəllimlər, tərbiyəçilər, müxtəlif sənət, peşə adamları, qulluqçular, təqaüdçülər də vardır. 2014-cü ildə kitabxana 13 min 503 nəfər oxucuya xidmət göstərmişdir. 2015-ci il 01 yanvar tarixinə olan məlumata görə kitabxananın fondunda 132 min 399 nüsxə kitab, 2 min 382 CD və DVD vardır. Kitabxnanın Elektron kataloquna 11 min 900 kitab, 186 CD və DVD daxil edilmişdir. Elektron kitabxanada olan kitabların sayı 200 yaxındır. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 1928-ci ildə yaradılıb.
Darıca Gənclərbirliyi
Dünya Azərbaycanlı Gənclər Birliyi
"Dünya Azərbaycanlı Gənclər Birliyi" (ing. “World Union of Azerbaijanis Youth”) — Azərbaycan Respublikasında ictimai birlik. "Dünya Azərbaycanlı Gənclər Birliyi"nin təsis qurultayı 12 mart 2012-ci il tarixində Bakı şəhərində keçirilmişdir. Qurultayda dünyanın bir çox ölkələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların və xaricdə yaşayan azərbaycanlı gənclər birliklərinin nümayəndələri iştirak etmiş və bu təşkilatın yaranmasını müsbət hal kimi qiymətləndirmişlər. Sözü gedən Birlik, öz sıralarında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Bu da gələcəkdə Dünya Azərbaycanlı Gənclər Birliyinin səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır. Dünya Azərbaycan Gənclər Birliyinin başlıca məqsədi Azərbaycan Rеspublikasında və xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hərtərəfli inkişafının təmini, elm, təhsil, mədəniyyət, sahibkarlıq, idman, könüllülük işinin inkişafı və vətənpərvərlik sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması dünya azərbaycanlılarının milli-mənəvi dəyərlər əsasında səfərbər olmasıdır. Bundan əlavə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin Azərbaycan Rеspublikasının milli maraqlarının qorunması, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi işinə cəlb olunması və beynəlxalq səviyyədə əməkdaşlığın təmin olunmasıdır. Ölkədən kənarda təhsil almış vətəndaşlarımızın uyğun fəaliyyətlərini təşkil etmək, gənc kadrlar bazasının təşkili, ölkədən kənarda yaşayan azərbaycanlı gənclərin şəbəkələşmə işinin təşkil edilməsində fəal rol oynamaq. Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə intеqrasiyası, ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması məqsədilə layihələr həyata kеçirmək, habеlə bu cür layihələrin həyata kеçirilməsinə dəstək vеrmək.
Dünya Gənc Türk Yazarlar Birliyi
Dünya Gənc Türk Yazarlar Birliyi — uluslararası hüquqi şəxs olaraq fəaliyyət göstərən, onlarla kitab nəşr edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər düzənləyən türk dünyasında yaşayan gənc türk yazarların birləşdiyi qurum. Dünya Gənc Türk Yazarlar Birliyi 1998-ci ildə təsis olunub. 1999-cu il dövlət qeydiyyatından keçərək ictimai fəaliyyətlə məşğuldur. Təşkilatın təsisçisi Əkbər Mehdi oğlu Yolçuyevdir. Təşkilat Uluslararası hüquqi şəxs olaraq fəaliyyət göstərən, onlarla kitab nəşr edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər düzənləyən Dünya Gənc Türk Yazarlar Birliyi, mövzu ilə bağlı yetərli təcrübəyə, bilgilərə, əlaqələrə malikdir. Birlik indiyədək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və s. donor qurumların dəstəyi ilə bu sahədə onlarla layihə həyata keçirib. Təşkilata 1998–2013-cü illər tanınmış şair-publisist Əkbər Qoşalı, 2013–2014-cü illər yazıçı-dramaturq Rəvan Tohidoğlu, 2014–2016-cı illərdə isə yazar Əfsanə Ələsgərli rəhbərlik edib. 2019-cu ildə Cavanşir İntiqam Yaşar oğlu Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri seçilmişdir. DGTYB həmçinin ayrı-ayrı türk ölkə və topluluğunda düzənlənən onlarla konfrans, simpozium və festivalda Azərbaycanı təmsil edib.
Dəmirçilər məhəlləsi (Gəncə)
Dəmirçilər məhəlləsi — Gəncədə V-VII əsrlərdən XIX əsrə kimi mövcud olmuş peşə-sənət yönümü ilə barəbər əsasən tirə-tayfa əlamətinə görə formalaşmış məhəllə. Dəmirçilər məhəlləsi Gəncədə V-VII əsrlərdən XIX əsrə kimi mövcud olmuş peşə-sənət yönümü ilə barəbər əsasən tirə-tayfa əlamətinə görə formalaşmış məhəllədir. Bu məhəllə bəhs olunan mərhələdə Gəncənin əsas sənətkar məhəllələrindən olmuşdur. Şimaldan Sofulu, şərqdən İmamlı, cənubdan Şah Abbas meydanı (Dəmirçi bazarı, Sərrac bazarı, Dəmirçi karvansarası və Çökək hamam xətti ilə), qərbdən yenə də Sofulu məhəlləsi ilə hüdudlanırdı. Məhəllənin adı Şahsevənlərin altı böyük tayfalarından biri olan Dəmirçilərlə əlaqədardır. XIII əsrin tarixçisi Şəhabəddin Nəsəvi dəmirçilərin Çingiz xan nəslindən olduğunu, XIX əsrdə yaşamış M. M. Xəzani isə onların Azərbaycana XVIII əsrdə Pənahəli xan Cavanşirin dövründə gəldiyini yazırlar. Gəncədən başqa "dəmirçilər" toponiminə Qazax, Qubadlı və Tərtər rayonlarında kənd, Şuşa şəhərində məhəllə adı kimi rast gəlirik. Məhəllədə yerləşən Dəmirçi bazarında çilingərlər, bıçaqçılar, zirehgərlər, fəttahlar, nalbəndlərin ticarət cərgələri uzanıb gedirdi.
Dəşt-i Gəndoman (Piranşəhr)
Dəşt-i Gəndoman (fars. دشت گندمان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (6 ailə).
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası — Gəncədə fəaliyyət göstərən konsert kompleksi. Filarmoniya binası 2012-2017-ci illərdə Cavad xan və Zərrabi küçələrinin kəsişməsində memar Ramiz Hüseynovun layihəsi əsasında inşa edilib. Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir, lakin, 1990-cı ildən Gəncədə Dövlət Filarmoniyası yenidən fəaliyyətə başlayır. Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. Böyük Vətən Müharibəsi zamanı Fikrət Əmirov döyüşlərdən kantuziya ilə qayıtdığından onu işləmək üçün Gəncə Filarmoniyasına göndərirlər. 1946-1949-cu illərdə Filarmoniyaya xalq artisti Məhəmməd Bürcəliyev rəhbərlik edir. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir. 1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansambılı fəaliyyətə başlayır. Gəncədə ilk simfonik orkestr 1969-cu ildə Şirin Rzayev tərəfindən yaradılmışdır.
Fransada ilin gənc futbolçusu
Bu, hər il mövsümün sonunda Fransada seçilən ilin gənc futbolçusu siyahısıdır. Fransada ilin ən yaxşı gənc futbolçusu mükafatı 1994-cü ildən bəri sahibinə təqdim edilir. İlk qalib isə Zinəddin Zidan olmuşdur. Eden Hazard isə mükafatı qazanmış ilk əcnəbi futbolçudur. O, bu uğura 2008 və 2009-cu illərdə nail olmuşdur.
Fəridəddin Gəncşəkər
Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر‎; pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر; Şərqi pəncab dilində: ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266) və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri)) — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim. Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir.
Fətəli bəy Hali-Gəncəvi
Fətəli bəy Xali-Gəncəvi-şair, Cavad xanın qardaşı Fətəli bəy Xali-Gəncəvi Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Xali təxəllüsü ilə şeir yazırdı. Azərbaycan MEA Əlyazmalar institutunda B-1829 şifri altında "Divan"ı saxlanır. Fəthəli bəy Hali Gəncəvinin şeirləri Gəncədəki "Elm" nəşriyyatında çap edilib. Şairin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı əlyazmadan götürülmüş şeirlər toplusuna onun lirik aşiqanə, nəsihətamiz şeirləri, mənzum məktubları daxil edilib. Fəthəli bəyin əsərlərini Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov və böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı transliterasiya və tərtib edib, kitaba “Ön söz” yazıblar. Fəthəli bəyin fars dilində yazdığı şeirlərinin bədii tərcüməsi Paşa Kərimova məxsusdur. Kitabın elmi redaktoru professor, Əməkdar elm xadimi Xəlil Yusifli, redaktoru H.Mustafa Mailoğludur. Qeyd edək ki, Fəthəli bəy Cavad xanın ölümündən sonra çar Rusiyası qoşunlarına qarşı mübarizə aparıb.
Fətəli bəy Xali-Gəncəvi
Fətəli bəy Xali-Gəncəvi-şair, Cavad xanın qardaşı Fətəli bəy Xali-Gəncəvi Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Xali təxəllüsü ilə şeir yazırdı. Azərbaycan MEA Əlyazmalar institutunda B-1829 şifri altında "Divan"ı saxlanır. Fəthəli bəy Hali Gəncəvinin şeirləri Gəncədəki "Elm" nəşriyyatında çap edilib. Şairin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı əlyazmadan götürülmüş şeirlər toplusuna onun lirik aşiqanə, nəsihətamiz şeirləri, mənzum məktubları daxil edilib. Fəthəli bəyin əsərlərini Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov və böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı transliterasiya və tərtib edib, kitaba “Ön söz” yazıblar. Fəthəli bəyin fars dilində yazdığı şeirlərinin bədii tərcüməsi Paşa Kərimova məxsusdur. Kitabın elmi redaktoru professor, Əməkdar elm xadimi Xəlil Yusifli, redaktoru H.Mustafa Mailoğludur. Qeyd edək ki, Fəthəli bəy Cavad xanın ölümündən sonra çar Rusiyası qoşunlarına qarşı mübarizə aparıb.
Göygöl (Gəncə)
Göygöl — Gəncə şəhər Kəpəz rayonunun Hacıkənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Gülüstan (Gəncə)
Gülüstan — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə.
Güntay Gəncalp
Güntay Gəncalp (Mənuçehr Cavanşir) — şair, yazıçı, araşdırmaçı. Güntay Gəncalp 1966-cı il 21 dekabrda İranın Muğan məntəqəsi, Xoruzlu mahalının Limli kəndində anadan olub. İbtidai təhsili Limli kəndində, orta məktəbi Ərdəbildə bitirib. Orta məktəbdə oxuduğu zaman ana dili və ədəbiyyatı ilə çox maraqlanıb. O zaman inqilab yenicə olduğundan türk dilində qəzetlər yenicə işıq üzü görürdü. Əvəllər Güntay Cavanşir, daha sonralar Güntay Gəncalp adı ilə yazılar yazıb, tərcümələr edib. Bakıda 6, İranda 2 kitabı çap olunub. Bütün insanlar qardaşdır Mahatmaq Qandi Tərcümə: Güntay Gəncalp 2011-ci il "Tahirə Qurrət-ul Eyn" Dörd pərdəli pyes . "Səməd Behrəngi" Oynav(pyes) http://gencalpguntay.blogspot.com/2010/11/smd-behrngi-oynav-pyes.html Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Səməd Behrənginin "Qaraca balıq" hekayəsinin davamı olaraq, yazdığı "Qırmızı balıq" və bir də "Qocabəylilər" adlı böyük romanı bu günlərdə Bakıda çap olunacaq. "Axundovçuluq və antiaxundovçuluq üzərinə" "Türkiyə- İran ilişkiləri və İran türkləri" "Hüseyin Cavidin təsvir etdiyi Atatürk obrazı" Pro.
Gənanlı-i Həsənsoltanlı (Xudafərin)
Gənanlı-i Həsənsoltanlı (fars. گنانلوحسن سلطان لو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (7 ailə).
Gənc Aqrippina
Kiçik Aqrippina (lat. Agrippina minor; 6 noyabr 15, Köln – 17 mart 59, Mizeno[d], Kampaniya) — Neron Yuli Sezar Germanikin Böyük Aqrippinadan olan qızı, Yulilər-Klavdilər sülalə məsubu, Nero Klavdi Saezar Avqust Germanikin anası, Qay Yuli Sezar Kaliqulanın bacısı, Tiberi Klavdi Neron Germanikin sonuncu arvadı.
Gənc Astronomlar (1977)
Televiziya filmi Yuri Qaqarin adına Pionerlər sarayının gənc texniklərindən, A.Sorinin rəhbərliyi altında məktəblilərin astronomiya sahəsində qazandıqları uğurlardan, fəzanı və Günəşi tədqiq etmək üçün teleskop hazırlamalarından bəhs edir.
Gənc Atsızlar
Gənc Atsızlar (türk. Genç Atsızlar) — 3 may 2005-ci ildə Türkiyənin Bursa şəhərində təsis edilən və Nihal Atsızın ideologiyasına əsaslanan ifrat sağçı təşkilat. Təşkilatın üç nəşri var. Onlar "Genç Atsızlar", "Kömen" və "Ötüken" jurnallarıdır. 2010-cu ilin yanvar ayında elektron jurnal olaraq nəşr olunan "Genç Atsızlar"ın jurnalı onuncu sayından sonra nəşrini dayandırmışdır. Nihal Atsızın eyniadlı şeirindən ilhamlanaraq 25 iyun 2011-ci ildə "Kömen" adlı başqa bir jurnal buraxılmağa başlanmışdır. On doqquz nömrəsinin sonunda "Kömen" jurnalı da nəşrini dayandıraraq "Ötüken" jurnalı ilə əvəz edilmişdir. "Ötüken" jurnalının ilk sayı 1 oktyabr 2013-cü ildə işıq üzü görmüşdür. Təşkilat "Genç Atsızlar"ın Nihal Atsızın eyniadlı jurnalının davamı olduğunu və 143 sayı dərc edildiyini iddia edirlər. Nihal Atsızın oğlu Yağmur Atsız jurnalın qeyri-qanuni nəşr edildiyini, jurnalın ad hüququna qardaşı Buğra Atsızla birlikdə sahib olduqlarını bildirmişdir.
Gənc Kato
Markus Porcius Cato Uticensis (e.ə. 95 - e.ə. 46), romalı siyasətçi. Kato (Cato) eradan əvvəl 95-ci ildə Markus Porkius Kato və həyat yoldaşı Livia Drusanın oğlu olaraq Romada dünyaya gəlmişdir. Valideynlərini erkən yaşlarında itirən Kato dayısı Markus Livius Drususun evinə köçmüşdür. Drusus, Kato hələ 4 yaşında ikən öldürülmüşdür. Sezarla uzun sürən rəqabətdən sonra məğlub olaraq, özünü öldürmüşdür. Ulu babası siyasətçi və dövlət nümayəndəsi Qoca Kato ilə ad eyniliyinə görə Gənc Kato (Cato Minor) olaraq bilinir. Roma Respublikasının son dövrlərində yaşamış olan Romalı siyasətçi və dövlət xadimi Kato, eyni zamanda əfsanəvi inadçılığı və bildiyindən dönməyən şəxsiyyəti ilə xatırlanır. Dövründə olduqca yayılmış olan rüşvətlə mübarizəsi, əxlaqi dürüstlüyü və xüsusilə də Qay Yuli Sezar ilə olan uzun mübarizəsi ilə tanınır.
Hindistan gəncliyi stadionu
Hindistan gənclər stadionu и (banq. dilində যুব ভারতী ক্রীড়াঙ্গন, Yuva Bharati Krirangan, ing. dilində isə Stadium of the Indian Youth) — Hindistanın ən böyük və multiidman stadionudur. Dünyada hind subkontinental zonasında ikinci ən böyük stasiondur. Hal-hazırkı dövrdə stadionda futbol və yüngül atletika oyunları keçirilir. Stadion 1984-cü ilde açılıb. 3 yarusdam ibarət stadionda 120 min tamaşaçı iştirak edə bilər. Stadion Kərkükdən 7 km aralıda Beixqannaqarədə yerleşir. Stadion ellips formasında inşa edilib. Stadionun damı alüminium və betondan ibarət tribunalardan tikilmişdir.
Həsən Mollazadə Gəncəvi
Hacı Həsən Mollazadə Gəncəvi (1853, Nuxa – 1919, Gəncə) — Azərbaycan islam ruhanisi və mütəfəkkiri. Hacı Şeyx Həsən Molla Imamqulu oğlu Mollazadə Gəncəvi 1853-ci ildə Şəki şəhərində dünyaya gəlib. Hacı Şeyx Həsənin ailəsi maldar tərəkəmə tayfası idi, yəni onlar tam köçərilərdən fərqli olaraq daimi qışlaq və yaylaq yerlərinə malikdilər, həm də az da olsa əkinçiliklə məşğul idilər. Hacı Şeyx Həsən uşaqlıqda çobanlıq edib. Ona atası Molla İmamqulu oxumağı və yazmağı öyrədib. Şəkini tərk edərək Gəncəyə gələndə Həsənin 12 yaşı vardı. O, burada Şah Abbas mədrəsəsində oxuyaraq savadını artırıb, daha sonra isə 5 il Təbrizdə Hacı Səfərəli mədrəsəsində təhsil alaraq (Abdulla Şaiq’in atası Mustafa ilə birlikdə) ərəb və fars dillərini də mükəmməl öyrənib. Burada təhsilini bitirdikdən sonra o, Nəcəf şəhərinə gedərək 5 il də burada dini elmlərin incəliklərinə yiyələnib və müctəhid rütbəsinə çatıb. Əldə olan bilgilərə görə, Həsən təhsilini başa vurduqdan sonra müqəddəs Həcc ziyarətinə gedib və bundan sonra "hacı" titulu qazanıb. Artıq ali savadlı ruhani kimi özünü təsdiqləmiş Hacı Şeyx Həsən Naxçıvana gələrək Nehrəm kəndində yaşayıb.
Həzrət Zeynəb məscidi (Gəncə)
Həzrət Zeynəb məscidi — Gəncə şəhərinin Böyük Bağmanlar məhəlləsində yerləşən məscid. Məscidin tikintisi əvvəllər başlansa da, 2006-cı ildə Heydər Əliyev Fondunun hesabına başa çatdırılaraq istifadəyə verilmişdir. Məscid iki mərtəbəlidir. İkinci mərtəbə günbəzin sol tərəfində birtərəfli balkonla tamamlanır. İki qoşa minarəsi vardır. Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir.
II Gəncə mühasirəsi (1734)
Gəncənin mühasirəsi — 1734-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1730-1736) çərçivəsində Gəncə şəhərini Osmanlılardan geri almasıyla nəticələnən toqquşma. Nadir xan Əfşar Qafqazda Osmanlı təsrini aradan qaldırmaq üçün 1734-cü ildə Şimali Azərbaycana daxil oldu. Nadir xanın qoşunları 1734-cü ildə Şamaxıya daxil olduqdan sonra, noyabr 3-də Gəncəyə çatdılar. Gəncə qalası iki divarla və üç xəndəklə əhatə olunmuşdu. Qala daxilində Osmanlı qüvvələrindən başqa Krım xanlığından göndərilmiş tatar dəstəsi də var idi. Nadirin yaxınlaşması xəbəri eşidiləndə Gəncə şəhəri boşaldıldı və hamı qala daxilinə daşındı. Eyni zamanda qala daxilində uzun sürən mühasirəyə davam gətirmək üçün hərbi hazırlığa başlandı. Nadir şah əvvəlcə diplomatik yolla qalanın təslim olunmasını istəsə də buna nail ola bilmədi. Qala 4 ay mühasirədə saxlanılsa da Nadir xanın topxanası zəif olduğu üçün qalanın alınması çətinləşirdi. Bu vaxt Səfəvi və Çar Rusiyası arasında imzalanacaq Gəncə sülh müqaviləsinə görə Nadir xanın düşərgəsində olan knyaz Sergey Qolitsin Nadirə kömək təklif etdi və onun razılığından sonra Rusiyanın Dağıstandakı qoşunlarının komandanı general Luvaşov xeyli ağır top göndərdi.

Digər lüğətlərdə